Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əliabbas Salahzadə: Ermənistanın təəssübkeşi olan Vladimir Jirinovski Azərbaycanın uğurlarından narahatdır

Əliabbas Salahzadə: Ermənistanın təəssübkeşi olan Vladimir Jirinovski Azərbaycanın uğurlarından narahatdır

02.08.2021 [19:35]

“Azərbaycanla Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Biz iki dövlət olaraq münasibətlərin daha da inkişaf etdirilməsində qərarlıyıq. Hər iki dövlətin başçılarının siyasi iradəsi də bunu təsdiqləyir. Amma Azərbaycan-Rusiya əlaqələrinə zərbə vurmağa çalışan siyasi dairələr də mövcuddur”. Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə deyib.

Millət vəkili  bildirib ki, münasibətlərimizə xələl gətirməyə çalışan qüvvələr əvvəllər olduğu kimi, bu gün də var. Onların sırasında Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasınn üzvü Vladimir Jirinovskinin adı xüsusilə qeyd olunmalıdır. Özünü siyasətçi hesab edən bu şəxs hər zaman Azərbaycana qarşı qərəzli, düşmən mövqeyi ilə seçilib. O, Rusiyanın “Komsomolskaya Pravda” radiosuna müsahibəsində ölkəmizə qarşı haqsız fikir və ittihamları ilə bu mövqeyini bir daha nümayiş etdirib.

Deputatın sözlərinə görə, Jirinovskinin Azərbaycana qarşı kin və nifrətinin əsasında qərəz və düşmənçilik dayanır:  “Əslində, Jirinovski kimdir? O, Rusiya siyasətinin əxlaqi dəyərlərə, insani münasibətlərə, Rusiyanın daxili qanunvericiliyinə, üzvü olduğu Rusiya Dövlət Dumasının şərəfinə, beynəlxalq hüquq norma və qaydalarına əməl etməyən, Rusiya siyasətinin ən məşhur hoqqabazı adını alanın biridir. Yəni, Rusiya cəmiyyətində onu belə tanıyırlar. Həmçinin Azərbaycan ictimaiyyəti də Jirinovskini çox yaxşı tanıyır. O, bütün müstəqillik illərində Azərbaycana qarşı düşmən mövqedə olan Rusiya “siyasətçisidir”. Bir qayda olaraq ölkəmiz və cəmiyyətimiz haqqında siyasətçiyə yaraşmayan fikirlər bildirib, Ermənistan-Azərbaycan münaqişəsi məsələsində Ermənistanı müdafiə edib. Əlbəttə ki, Rusiya-Azərbaycan dostluğu bu cür insanın ağılsız fikirləri ilə zədələnəcək deyil, lakin bu siyasətbazın demokratiyanın və söz azadlığının üstünlüklərindən faydalanaraq öz axmaq fikirlərini sərbəst şəkildə ifadə etməsinə imkan vermək olmaz. Rusiya dövlətçiliyi belə insanlardan qat-qat yüksəkdə olmalıdır”. 

Ə.Salahzadənin fikrincə, Azərbaycan cəmiyyəti Jirinovskini işğalçı Ermənistanın fəal təəssübkeşi kimi də yaxşı tanıyır: “Yəqin Azərbaycanın İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanması, torpaqlarımızın erməni işğalından azad olunması bu rus “siyasətçisini” ciddi narahat edir. Bu səbəbdən də, Azərbaycanın daxili siyasəti ilə bağlı qeyri-ciddi proqnozlar verir. Məncə, Azərbaycanda mövcud milli birliyin, xalqın Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini Jirinovski də yaxşı bilir. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımızın erməni işağlından azad edilməsi, qazanılan zəfər bu birliyi daha da gücləndirib. Eləcə də, siyasi islahatlar fonunda sağlam iqtidar-müxalifət dialoqu qurulub, yeni siyasi konfiqurasiya yaradılıb. Bunun nəticəsi kimi, bu gün dövlətin təməl prinsipləri ətrafında bütün siyasi partiyalar həmrəylik nümayiş etdirir. Prezident İlham Əliyevin dəmir yumruğu birlik və tükənməz güc rəmzi kimi bütün dünyanı heyran etməkdədir. Bu amil İkinci Qarabağ müharibəsində qələbəmizi şərtləndirən əsas amillər sırasındadır. Bütün bunların fonunda, Jirinovskinin ölkəmizlə bağlı “proqnozu” yalnız “siyasi sayıqlamalar” kimi dəyərləndirilə bilər. Ümumiyyətlə, V.Jirinovski Rusiya cəmiyyətində bu ölkənin siyasətinin əxlaqi dəyərlərə, insani münasibətlərə, Rusiyanın daxili qanunvericiliyinə, üzvü olduğu Rusiya Dövlət Dumasının şərəfinə, beynəlxalq hüquq norma və qaydalarına əməl etməyən, Rusiya siyasətinin ən məşhur hoqqabazı adını alıb. Belə birisinin siyasi sayıqlamaları ciddiyə alınmamalıdır. Lakin Jirinovski öz həddini bilməli, Azərbaycana qarşı qərəzli fikirlərindən əl çəkməlidir. Azərbaycan müstəqil dövlətdir və onun dünyada nüfuzu gündən  günə artır, söz sahibi olan dövlətə çevrilib. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bundan sonra da möhtəşəm nailiyyətlərə imza atacaq”.

Paylaş:
Baxılıb: 303 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31