Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır

Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır

30.07.2021 [13:05]

Azərbaycan iqtisadiyyatının dünya trendlərinə vaxtında adaptasiya olunması ölkəmizə qlobal kataklizmlərdən effektiv şəkildə qorunmaq imkanı verir.  Bu gün ən qabaqcıl iqtisadi göstəricilərə sahib Çin, ABŞ, Almaniya kimi dövlətlər pandemiyaya görə meydana gələn faktorlarla bağlı iqtisadiyyatda çox ciddi geriləmələrlə üz-üzə qaldığı halda, ölkəmiz eyni zamanda, iki müstəvidə mübarizə aparmasına baxmayaraq, iqtisadi tənəzzüldən çıxmağı bacarmışdır. Ölkə başçımızın ötən həftə Daşkəsənə səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində səsləndirdiyi kimi altı ayın yekunları bunu göstərir ki, iqtisadiyyatımız 2 faiz artıb. Əminik ki, ilin sonuna qədər bu artım davam edəcək. Bu, Azərbaycanın iqtisadi gücünün və dünyada gedən proseslərə adekvat reaksiya göstərmək bacarığının təzahürüdür. 

Pandemiyanın yayılmağa bağladığı ilk zamanlarda bir çox dövlətlərin özünə qapanma yolu izləməsi fonunda Azərbaycan qlobal pandemiyaya qarşı mübarizədə nümunəvi model ortaya qoymuşdur. Həm daxildə, həm xaricdə Azərbaycanın izlədiyi siyasət özünü tam doğrultmuş və ölkə başçımız tərəfindən irəli sürülən qlobal çağırışlar dünya ölkə və hökümət liderləri tərəfindən yüksək səviyyədə dəstəklənmiş, bu istiqamətdə mühüm addımlar atılmışdır. Virusa qarşı vaksinin yaradılması və bu vaksindən bütün dünya ölkələrinin yararlanması istiqamətindəölkə başçımızın çıxışları, eyni zamanda “vaksin milliyətçiliy”inə qarşı çağırışları dünya ölkələri və ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Azərbaycanın koronovirusa qarşı apardığı siyasət isə (modul tipli xəstəxanaların yaradılması, xəstəxanalarda çarpayı sayının, TTY maşınlarının sayının artırılması, tibbi maska, spirt, şpris istehsalı zavodlarının yaradılması, əhalinin işsizlik səviyyəsinin artmasına qarşı addımlar atılması, sahibkarlara güzəştlərin tətbiq olunması, peyvəndləmə prosesinin təşkili və s.) ÜST tərəfindən bəyənilmiş və nümunəvi model kimi təqdim edilmişdir. 

Cari ilin yanvar ayından ölkəmizdə start götürən peyvəndləmə prosesi hamımızın bildiyi kimi, ilk olaraq həssas əhali (65 yaş və yuxarı) qrupunu əhatə edirdi. Virusun yayıldığı ilk dövrlərə nəzər yetirsək, bu qrupdan olan şəxslərin virusa yoluxması və çox təəssüfki vəfat etməsi yüksək faiz nisbəti təşkil edirdisə, vaksinləşmə prosesindən sonra bu göstəricidə böyük dəyişiklik oldu. Yanvardan start götürən bu prosesdə artıq ölkə üzrə 4.5 milyondan çox şəxs iştirak edib. Bir məqamı da diqqətə çatdırmaq istərdim ki, Azərbaycanda vaksinasiya başlayandan bu günədək koronavirusdan vəfat edənlərin 99 faizi peyvənd olunmayan şəxslərdir.Ölkəmizdə vaxtında atılan bu kimi addımlar sayəsində infeksiyaya yoluxma sayının ikirəqəmliyə qədər düşməsinin şahidi olduq. 

Bir neçə ay öncəyə qayıtsaq, xüsusi karantin rejimi dövründə məhdudiyyətlər aradan qaldırılır, idman zallarının açılması, iri ticarət mərkəzlərinə girişlərin təmin olunması və toylara, kütləvi tədbirlərə icazə verilməsi fonunda cəmiyyət bir daha məsuliyyətli olmağa səslənirdi. Lakin təəssüf ki, yenə də daha əvvəlkilərlə bənzər son yaşanıldı və son günlər yenə koronavirusa yoluxma saylarında artım müşahidə olunmağa başlanıldı. Bu cəmiyyətin məsuliyyətli fərdlərini narahat etməyə bilməz. Epidemioloji vəziyyət pisləşərsə, karantin qaydalarının yenidən kəskinləşməsi qaçılmazdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın  qəbul etdiyi son Qərara əsasən sentyabrın 1-dən ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə getmək istəyən, yaşı 18-dən yuxarı bütün şəxslərdən COVID-19 pasportu tələb olunacaq. Bəlkə də məhz buna görə peyvənd olunmaq üçün poliklinikalara üz tutanların sayı çoxalır. Ancaq hər halda bu sevindirici haldır. Çünki virusla mübarizənin ən effektiv yolu məhz vaksinasiyadır. Azərbaycanda istifadə olunan hər bir vaksin isə təhlükəsizlik və yetəri qədər anticisimlər yaratmaq baxımından seçilir. Bunun nəticəsidir ki, proses başlandığı gündən heç bir səhiyyə qurumuna ciddi əks göstərişlə bağlı müraciət olunmayıb. Beləliklə, hər bir vətəndaş könül rahatlığı ilə gedib vaksin oluna bilər. Bununla da özü ilə yanaşı ailəsinin, çevrəsinin və o cümlədən cəmiyyətin sağlamlığının qorunmasında rol oynaya bilər. Artıq təsdiq olunmuş faktdır ki, şəxslər vaksin olunduqdan sonra virusa yoluxsa belə bu prosesi ağır keçirmir və ölüm riski ən az səviyyədə olur. O da vurğulanmalıdır ki, insanlar vaksin olunduqdan sonra da diqqətli olmalı və şəxsi gigiyenik qaydalara əməl etməlidir. 

Sonda bir daha vurğulamaq istərdim ki, Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır. Lakin yenidən qapanmaların yaşanmaması ilk olaraq cəmiyyətdən asılıdır. Sosial məsafə və şəxsi gigiyena qaydalarına riayət, tibbi maska istifadə etmək və ən əsası da vaksinasiya prosesində aktiv iştirak bizi bu bəşəri bəladan xilas edə bilər. Ona görə ki, digər virus infeksiyalar kimi COVID-19 virusunda da ən son müraciət edilən və ümidverici mərhələ vaksinasiyadır. Deməli, sosial həyata, normal yaşam tərzimizə qayıtmaq istəyiriksə, vaksinasiya prosesində şüurlu olaraq yəni miflərə inanmadan iştirak etməyimiz vacib, hətta tək çıxış yoludur. 

Azad Namazov,

Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının

Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri

Paylaş:
Baxılıb: 297 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31