Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qənirə Paşayeva məşhur fotojurnalist Reza Deqati ilə görüşüb

Qənirə Paşayeva məşhur fotojurnalist Reza Deqati ilə görüşüb

27.07.2021 [17:22]

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ictimai xadim, fotojurnalist, Milli Coğrafiya Cəmiyyətinin məşhur fotoqrafı, Fransa vətəndaşı Reza Deqati ilə görüşüb, onu doğum günü münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət komitəsində baş tutan görüşdə Q.Paşayeva R.Deqatinin istər 90-cı illərdə, istərsə 44 günlük Vətən müharibəsində erməni vandalizminin fotofaktlarla ifşa edilməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə yayılması sahəsində xidmətlərini minnətdarlıqla vurğulayıb:

“Siz dünyanın harasında yaşayıb, çalışsanız da doğma Azərbaycana bağlılığınızı bir an belə unutmamış, necə deyərlər, Azərbaycanla nəfəs almısınız. Siz 1991-ci ildən etibarən Milli Coğrafiya Cəmiyyəti ilə əməkdaşlığa başlamısınız və Cəmiyyətin bir çox layihələrini həyata keçirmisiniz. Çəkdiyiniz şəkillər 25 jurnalın üz qabığı olub. Həyat yoldaşınız yazıçı Reyçel Diqqəti ilə birlikdə Parisdə “Webistan” Foto Agentliyinin əsasını qoymusunuz (1992). 1990-cı ildə Əfqanıstanda BMT-nin məsləhətçisi olaraq, ölkənin quzey əyalətlərində yenidənqurma və yardım proqramında 9 ay fəaliyyət göstərmisiniz. 1996-cı ildə, UNİSEF və Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq edərək Ruandada qaçqın şəhərciklərində şəkillər çəkməyə başlamısınız. Və bu şəkillər sonradan qarışıqlıq zamanı valideynlərini itirmiş övladlara öz valideynlərini (və ya övladlarını itirmiş valideynlərə öz övladlarını) tapmağa kömək olmuşdur. Konqo Demokratik Respublikasında olan 12 min uşağın şəklini çəkərək onları qaçqın şəhərciklərində nümayiş etdirmisiniz. Bütün bu və bənzəri çalışmalarınız içində, əlbəttə, doğma Azərbaycanda baş verən hadisələrə - özəlliklə, Qarabağın işğalına biganə qalmamış, çoxsaylı yaddaqalan fotolarınızla Ermənistanın vandalizm aktlarını dünyaya nümayiş etdirmisiniz. 44 günlük Vətən müharibəsində də, öz doğma xalqınıza və sənət kredonuza sədaqət nümayiş etdirərək, yeni fotolarla çıxış etmisiniz. Bu günlərdə Sizin əsərləriniz Bakıda – Heydər Əliyev Mərkəzinin həyətində sərgilənməkdə və geniş tamaşaçı rəğbəti ilə qarşılanmaqdadır. Sizin uşaqlarla, qaçqınlarla bağlı layihələriniz beynəlxalq humanitar qurumların diqqətini cəlb edib”.

Komitə sədri görkəmli sənətkara Qarabağ motivli xatirə hədiyyəsi və Komitənin təşəkkür məktubunu təqdim edib.

Görüşdə sənətkarın bacısı, “Banu" Moda evinin modelyer-dizayneri Pəriçöhrə Deqati və “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva iştirak ediblər.

R.Deqati səmimi görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.

Paylaş:
Baxılıb: 267 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31