Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ayşe Keşir: İki qardaş ölkənin dövlət başçılarının birliyimizi, həmrəyliyimizi qorumaq, möhkəmləndirmək üçün göstərdikləri səylərə qadınlarımızın verəcəyi töhfə əməkdaşlığımızı, birgə fəaliyyətimizi davamlı edəcək

Ayşe Keşir: İki qardaş ölkənin dövlət başçılarının birliyimizi, həmrəyliyimizi qorumaq, möhkəmləndirmək üçün göstərdikləri səylərə qadınlarımızın verəcəyi töhfə əməkdaşlığımızı, birgə fəaliyyətimizi davamlı edəcək

27.07.2021 [15:56]

“Burda olduğum üçün çox xoşbəxtəm. Azərbaycanda özümü  evimizdəki kimi hiss edirəm. Çox isti münasibətin şahidi olduq.  İki ölkə arasında mövcud olan bu dostluğun, qardaşlığın  partiyalar səviyyəsində, qadınlar arasında da olmasını istədiyimiz üçün burdayıq.” Bu fikirləri AK Partinin Qadınlar Birliyinin sədri Ayşe Keşir YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə partiyanın Mərkəzi Aparatında görüşündən sonra  jurnalistlərə aşıqlamasında söyləyib.  

  Ayşe Keşir bildirib ki, görüləcək çox işlər vardır: “Biz bunun üçün çox əzmliyik. İki partiya arasında imzalanan  niyyət protokolundan irəli gələn vəzifələrin icrası üçün AK Parti Qadınlar Birliyinin, qadın millət vəkillərinin üzərinə düşən missiyanın yerinə yetirilməsinə çalışırıq.   Bu isti münasibəti Bahar Muradovanın söylədiklərindən, nümayəndə heyətinə səmimiyyətindən də  hiss etdik. Bu görüşü qadınlar arasında əməkdaşlığın  başlanğıcı kimi dəyərləndiririk. Bundan sonra yenidən Azərbaycanda olmaq,  eyni zamanda, Azərbaycan nümayəndə heyətini ölkəmizdə görmək  istərdik. Görüşlərimizdən yaranan təəssüratım belədir ki, qarşıda  görüləcək  işlərimiz çoxdur.  İki qardaş ölkənin dövlət başçılarının birliyimizi, həmrəyliyimizi qorumaq, möhkəmləndirmək üçün göstərdikləri səylərə qadınlarımızın verəcəyi töhfə əməkdaşlığımızı, birgə fəaliyyətimizi  davamlı edəcək.”

Paylaş:
Baxılıb: 267 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31