Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Üçüncü doza immuniteti daha da qüvvətləndirmək baxımından önəmli sayılır”

“Üçüncü doza immuniteti daha da qüvvətləndirmək baxımından önəmli sayılır”

27.07.2021 [09:03]

Son günlər ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmada kəskin artım müşahidə olunur. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyilib. Bildirilib ki, son günlərdə yoluxma faizləri 5 faizədək yüksəlib. Bu, son günlər ərzində ciddi bir yüksəlişdir.
Mütəxəssislərin vurğuladıqları kimi, qorxulu kabus kimi bəşəriyyətin başı üzərini alan yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün ən yaxşı yol vaksinasiyadır. Azərbaycanda yanvarın 18-dən etibarən COVID-19 əleyhinə vaksinasiya həyata keçirilir. Bu günədək 4 milyon dozadan çox vaksin vurulub. Təəssüf ki, bəzi insanlar vaksinasiyadan sonra heç bir qorunma tədbirinə əməl etməyə ehtiyac olmadığını düşünürlər, lakin bu, qətiyyən doğru deyil. Mütəxəssislərin sözlərinə görə, vaksinasiyanın qoruyuculuğu 60-90 faiz arasında dəyişir. Vaksinasiyadan sonra orqanizmdə yaranan anticisimlərin miqdarı fərdi xarakter daşıyır.
Tibbi araşdırmalara görə, əgər əhalinin 70-80 faizinə peyvənd vurularsa, infeksiyanın yoluxma zəncirini qırmaq mümkün olacaq. Ümumiyyətlə, peyvənddən təxminən 56-60 gün keçəndən sonra virus infeksiyasına qarşı qoruyuculuq formalaşır. Ona görə də vaksinasiya olunanlar mütləq əl gigiyenası, tibbi maska taxmaq və məsafə saxlamaq kimi qaydalara əməl etməlidirlər.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin İctimai səhiyyə və islahatlar mərkəzinin şöbə müdiri Nabil Seyidov açıqlamasında bildirib ki, koronavirusla bağlı tədqiqatlar onu göstərir ki, əgər insan təbii yolla COVID-19-a yoluxubsa, onda əsasən iki növ antitel formalaşır: “Birinə IgG deyilir və laborator analizlərdə onların sayı yoxlanılır. Digəri isə neytrallaşdırıcı antitellərdir. Onların bir-birindən əhəmiyyətli fərqi var. Virus insan orqanizminə düşərkən hüceyrəyə yapışmamış neytrallaşdırıcı antitellər onu tanıyır, ona yapışır və hüceyrəyə girməsinin qarşısını alırlar. Beləliklə, virusu öldürürlər. Laborator analizlərdə IgG-nin sayı yoxlanılır. Neytrallaşdırıcı antitelləri yoxlamaq elə də asan deyil və tətbiq olunmur. IgG adlandırılan antitellər yapışan və ya bağlayan antitellərdir. Onlar virusu tanıyır, ona yapışır, lakin heç nə edə bilmirlər. Buna baxmayaraq, immun sisteminə bununla bağlı bir siqnal göndərirlər. İmmun hüceyrələri isə həmin virusa yapışır və ona yapışmış olan IgG ilə birgə virusu məhv edirlər”.
Nazirliyin şöbə müdirinin sözlərinə görə, tədqiqatlar göstərir ki, istər koronavirusu çox ağır, istərsə də simptomsuz keçirənlərdə neytrallaşdırıcı antitellərin, o cümlədən IgG-nin səviyyəsi vaxt keçdikcə yavaş-yavaş azalır: “Araşdırmalara əsasən, “delta” və “delta plus” ştamı həmin neytrallaşdırıcı və bağlayıcı antitellərdən qaçma imkanına malikdir. Əgər orqanizmdə virusun sayı çox, IgG ilə neytrallaşdırıcı antitellərin sayı azdırsa, bu zaman onlar 100 virusdan 80-ni tuturlar, 20-si isə keçərək hüceyrələri zədələyir və pnevmoniya yaradır. Ona görə də bəzi tədqiqatlara əsasən, üçüncü doza immuniteti daha da qüvvətləndirmək baxımından önəmli sayılır. Bu səbəbdən prinsipcə üçüncü doza faydalı ola bilər”.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 329 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31