Ana səhifə »  Xəbər lenti »  Xalq şairi Zəlimxan Yaqubun “Qarabağ şikəstəsi” kitabının onlayn təqdimatı keçirilib
A+   Yenilə  A-
Xalq şairi Zəlimxan Yaqubun “Qarabağ şikəstəsi” kitabının onlayn təqdimatı keçirilib

Xalq şairi, türk dünyasının görkəmli ədibi Zəlimxan Yaqubun Qarabağ mövzulu şeirləri və 11 poeaması toplanmış “Qarabağ şikəstəsi” kitabının onlayn təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə reallaşıb. Konfransın təşkilinə Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Aşıqlar Birliyi, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, Dünya Gənc Türk Yazarlar Birliyi, ADPU Quba filialı dəstək verib.

Təqdimatın aparıcısı, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı Qarabağdakı tarixi zəfərimizdən sonra Xalq şairi Zəlimxan Yaqubun Qarabağ mövzulu çoxsaylı şeir və poemalarının toplandığı “Qarabağ şikəstəsi” kitabının nəşrini şəhidlərin, ustadın özünün ruhuna dərin ehtiram kimi qiymətləndirib, özəlliklə gənc nəslin bu kitabı sevə-sevə oxuyacağına, yaxın keçmişimizdə yaşananların, həqiqətlərimizin parlaq poetik ifadəsi ilə tanış olacağına inamını, ürək sözlərini bölüşüb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ustad şairin Azərbaycan poeziyasında, ümumən mədəniyyətinmizdəki yeri və mövqeyi haqqında ətraflı çıxış edib.

Komitə sədri Xalq şairi ilə yaxın dostluğundan, fikir mübadilələrindən söz açıb, xatirələrini bölüşüb: “Biz Zəlimxan Yaqubun Qarabağa, Azərbaycana, Türk dünyasına baxışını, böyük gələcəyə necə bir inam bəslədiyini yaxşı bilirik. Biz bu gün həm Azərbaycanın, həm də bütövlükdə Türk dünyasının böyük şairi Zəlimxan Yaqubun Vətən mövzusunda, Qarabağ mövzusunda yazdığı şeirlərindən ibarət kitabın təqdimatına toplaşmışıq. Bu cür kitabların təqdim olunması, təbliğ edilməsi çox vacibdir. Zəlimxan Yaqub Türk dünyasının hər yerində tanınan və sevilən şair idi. Onun ürəyi Türk dünyası ilə döyünürdü. Zəlimxan Yaqubla bağlı danışmaq mənim üçün həm asan, həm də çətindir. Çünki hələ orta məktəbdə oxuduğum illərdən Zəlimxan Yaqubun iştirak etdiyi ədəbi məclislərdə onu dinləmişəm. Jurnalist kimi fəaliyyət göstərdiyim illərdə isə onun yaradıcılığı ilə daha yaxından tanış olmuşam. Onunla bağlı bir kitaba sığmayacaq qədər çoxlu şirin xatirələrim var.

Qarabağ ağrı-acısı Zəlimxan Yaqubun yaradıcılığında çox mühüm yer tuturdu. Eyni zamanda o inanırdı ki, xalqımız bu məğlubiyyətlə heç vaxt barışmayacaq, torpaqlarımız işğaldan azad olunacaq. Bu mənada, həmişə nikbin idi və bu nikbinlik yaradıcılığında da öz əksini tapırdı. Artıq onun arzuları gerçəkləşib – ötən ilin payızında ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz zəfər qazandı.

Təqdim olunan kitabın adı da çox mənalı və diqqətçəkəndir – “Qarabağ şikəstəsi”. Kitabı ərsəyə gətirən Musa Nəbioğluna təşəkkür edir və bir şeyi də burda demək istəyirəm ki, Zəlimxan Yaqubun Türk dünyası, türk coğrafiyası mövzusundakı şeirlərini də ayrıca kitab halında hazırlasın. Milli Məclisin Mədəniyyət Komitəsi olaraq biz də bu işdə sizə dəstək olmağa hazırıq. Zəlimxan Yaqubun yaradıcılığına dövlətimiz də hər zaman böyük diqqət yetirib və inanıram ki, bundan sonra da belə olacaq”.

Mədəniyyət Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli qeyd edib ki, “Zəlimxan Yaqub öz dəst-xətti ilə seçilən şairdir. Onun yaradıcılığında vətənpərvərliklə yanşı, türkçülüyü tərənnüm və təbliğ edən şeirlər xüsusi yer tutur, bu da, özəlliklə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Bu gün təqdimatı keçirilən kitab, Zəlimxan Yaqubun Qarabağ və Vətənin bütövlüyü uğrunda döyünən ürəyinin çırpıntılarıdır”.

Ardınca Beynəlxalq Türk Akademiyası prezidentinin müşaviri Füzuli Məcidli çıxış edərək, Zəlimxan Yaqub yaradıcılığının Türk dünyası miqyasında diqqət gördüyünü, şairin yaradıcılığında qardaş ölkə və xalqlara geniş yer ayrıldığını məmnunluqla qeyd edib: “Zəlimxan Yaqubun yaradıcılığının məhsuldar dövrü Azərbaycanın müstəqillik və eyni zamanda torpaqlarımızın işğalı ilə bağlı çox çətin bir dövrə təsadüf edir. Şairin Qarabağ mövzusundan yazdığı əsərlərin bir kitabda toplanaraq təqdim olunması çox təqdiralayiq haldır və buna görə mən toplunun tərtibçisi Musa Nəbioğluna təşəkkür edirəm. Eyni zamanda bildirmək istəyirəm ki, Zəlimxan Yaqubun Türk dünyası, türkçülük mövzusunda yazdığı əsərlərin də ayrıca kitab halında nəşr olunması ilə bağlı hörmətli Qənirə xanım Paşayevanın təşəbbüsünü dəstəkləyir və demək istəyirəm ki, Beynəlxalq Türk Akademiyası olaraq biz də bu işdə hər cür dəstək göstərməyə hazırıq”.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov yaxın dostu olmuş Zəlimxan Yaqubun şəxsiyyəti, yaradıcılığının dərinliyi və üfüqü haqqında danışıb: “Zəlimxan Yaqubun haqqında danışılanlar, yazılanlar şəxsən mənimçün çox doğmadır.

Zəlimxan Yaqub poeziyamızda, xalqımızın tarixində sınaqdan keçmiş ideyaları XX əsrin sonlarında öz yaradıcılığında yaşadan, təbliğ edən şairdir. Zəlimxan Yaqub nə yazıbsa türk dünyası üçün, Azərbaycan üçün əhəmiyyətlidir. Qarabağ müharibəsinin sərkərdəsi var, qəhrəmanları var və eyni zamanda onun tarixini yazanlar var. Zəlimxan Yaqub da bu tarixi yazanlardan və qələbəmizin mənəvi hazırlığını təmin edən böyük söz ustadlarından biridir. Bu kitabın hazırlanmasında hörmətli Musa Nəbioğlunun böyük xidməti var. Özü də bu onun birinci xidməti yox, onlarla xidmətindən biridir. Əlbəttə, biz Zəlimxan Yaqubun Qarabağ mövzusunda çox yazdığını bilirdik. Bu kitabda bir daha görürük ki, şair bu mövzuda 11 poema və 100-ə yaxın şeirin müəllifidir. Musa Nəbioğlu kitaba həm də çox məzmunlu bir ön söz də yazıb. Qələbəmizdən sonra belə bir kitabın nəşr olunması həm də onu göstərdi ki, əsgərlərimiz hansı mənəvi güclə döyüşə atıldılar və qələbəni təmin edən ruh hansı mənəvi gücdən qidalanır.

Zəlimxan Yaqubun yaradıcılığında Türk dünyası mövzusu mühüm yer tutur və şeirlərində Türk dünyasından Qarabağa baxış öz əksini tapır.

Zəlimxan Yaqub bu gündə xalqımızın mübarizəsində iştirak edir. Mən də Qənirə xanımın bu fikri ilə razıyam, demək olmaz ki, Zəlimxan Yaqub qələbəmizi görmədi. O, bütün ruhu ilə bu qələbəni hazırlayan adamlardan idi və xalqımızın bundan sonrakı bütün qələbələrində də ruhu ilə iştirak edəcək”.

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Zəlimxan Yaqubla bağlı xatirələrini dilə gətirib, onun Azərbaycan ədəbiyyatında rolunu qeyd edib.

Kitabı nəşrə hazırlayan və redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu öz çıxışında layihənin həyata keçirilməsində ona dəstək olan Namiq Yaqubova və üz qabığının rəssamı Azər Ziyadxana minnətdarlığını bildirib.

Çıxışlarda Zəlimxan Yaqub yaradıcılığını şəxsiyyəti, şəxsiyyətinin yaradıcılığı ilə bir bütövlük təşkil etdiyi vurğulanıb.

Aşıq Altay Məmmədli ustadın “Qarabağ şikəstəsi” şeirini “Qarabağı”, Aşıq Elməddin Məmmədli isə “Qələbə” şeirini “Misri” aşıq havası üstə ifa edib. Aşıqların ifası onlayn tədbirə xüsusi rəng qatıb.

Tədbirdə ustad şairin öz ifasında məşhur “İlk andımız, son andımız Turandı” şeiri səsləndirilib.

Zəlimxan Yaqub ailəsinin üzvü Bəhlul Yaqubov onlayn tədbirin təşkilində əməyi olan bütün qurum və quruluşlara, çıxışçılara ailə adından təşəkkür edib.

 
  • Oxunub:  2850  |  
  • Tarix:  24-06-2021  |  
  •    Çap et   |  
Azərbaycanda dağ-mədən sənayesinin inkişafı istiqamətində görülən işlər böyük iqtisadi önəm daşıyır

27 İyul 21:57
Numan Kurtulmuş: Gəncədəki dağıntılar insanlıq əleyhinə cinayətlərin qurbanlarının xatirəsinə bir abidədir
27 İyul 21:24
Ombudsman AŞPA nümayəndələrini Ermənistanın cinayətləri barədə məlumatlandırıb
27 İyul 21:19
Dövlət Komitəsində AŞPA nümayəndə heyəti ilə görüş keçirilib
27 İyul 20:53
Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti Gəncədə Ermənistanın müharibə cinayətlərinin izləri ilə tanış olub
27 İyul 20:44
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşü gələn il İslamabadda keçiriləcək
27 İyul 20:41
“İrəli” İctimai Birliyi “Marş irəli” layihəsinə start verib
27 İyul 20:06
Bakı Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
27 İyul 20:00
Deputat: Qələbə və inkişafa yönəlmiş düzgün siyasət bizi vahid məqsədə çatdırdı
27 İyul 19:59
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Oklahoma Ştatının qubernatoru ilə görüşüb
27 İyul 19:49
Azərbaycanın xarici işlər naziri ABŞ-ın Oklahoma ştatının qubernatoru ilə görüşüb
27 İyul 18:57
Sahil Babayev: Azərbaycan-Serbiya əməkdaşlığı genişlənərək iqtisadiyyatın bir sıra sahələrini əhatə edəcək
27 İyul 18:40
Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki mövqeləri atəşə tutulub
27 İyul 18:06
Azərbaycan-Serbiya biznes forumu keçirilib
27 İyul 17:38
Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası təsdiqlənib
27 İyul 17:31
Azərbaycan Prezidenti regionların hər birinin sosial-iqtisadi inkişafını diqqətdə saxlayır
27 İyul 17:26
Pakistan Milli Assambleyasının sədri: Azərbaycan Vətən müharibəsində dünya hərb tarixində tayı-bərabəri olmayan Qələbə qazandı
27 İyul 17:22
Qənirə Paşayeva məşhur fotojurnalist Reza Deqati ilə görüşüb
27 İyul 17:12
Anar Məmmədov: İnkişaf siyasətinin mühüm istiqamətlərindən birini regionların sosial-iqtisadi inkişafı təşkil edir
27 İyul 17:09
Suraxanı rayonunda şəhid Mehdi Fərzullazadə yad edilib
27 İyul 17:07
Azərbaycanın diaspor nümayəndələrinin Şuşaya səfəri başlayıb
27 İyul 16:48
Bol informasiyalarla zəngin olan “Əkinçi”lərin görüşü maraqlı anlarla yadda qaldı
27 İyul 16:41
Milli Məclisin sədri: Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələr zamanın sınağından çıxıb
27 İyul 16:41
Təhsil Nazirliyində dünya səviyyəli yarışlarda yüksək nəticə göstərən idmançılarla görüş keçirilib
27 İyul 16:26
İyulun 27-də Azərbaycanda COVID-19 əleyhinə 68 mindən çox vaksin vurulub
27 İyul 16:20
Mustafa Şentop: Yan-yana dalğalanan bayraqlarımız dostluğumuzu dünyaya bir daha nümayiş etdirdi
27 İyul 16:14
Prezident İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
27 İyul 15:57
Azərbaycan, Türkiyə və Pakistan arasında Bakı Bəyannaməsi imzalanıb
27 İyul 15:56
Bahar Muradova: Gücümüzə söykənərək hədəflərə doğru inamla irəliləyəcəyimizə, uğurlar qazanacağımıza əminəm
27 İyul 15:56
Ayşe Keşir: İki qardaş ölkənin dövlət başçılarının birliyimizi, həmrəyliyimizi qorumaq, möhkəmləndirmək üçün göstərdikləri səylərə qadınlarımızın verəcəyi töhfə əməkdaşlığımızı, birgə fəaliyyətimizi davamlı edəcək
27 İyul 15:41
Azərbaycan, Türkiyə və Pakistan parlament nümayəndə heyətlərinin üçtərəfli formatda birgə görüşü keçirilir
27 İyul 15:32
Prezident İlham Əliyev ABŞ-ın Oklahoma ştatının qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
27 İyul 15:30
Elektron Hökumətin İnkişafı Mərkəzi COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq hazırlayıb
27 İyul 15:15
Azərbaycanda son sutkada 468 nəfər COVID-19-a yoluxub, 123 nəfər sağalıb
27 İyul 14:34
Mustafa Şentop: Türkiyə, Pakistan və Azərbaycan arasında xüsusi birlik, dostluq, qardaşlıq mövcuddur
27 İyul 14:28
YAP Mərkəzi Aparatında AK Parti Qadınlar Birliyinin sədri Ayşe Keşirlə görüş keçirilib
27 İyul 14:27
Türkiyə və Pakistanın parlament sədrləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
27 İyul 14:23
Əliabbas Salahzadə: Azərbaycan-Türkiyə-Pakistan münasibətləri bu gün dünyaya nümunədir
27 İyul 14:20
Əli Əhmədov: Bu gün Azərbaycan və Türkiyə dövlətləri tarixlərinin ən şərəfli dövrünü yaşayır
27 İyul 14:06
Dövlətimizin qüdrəti ən ali mövqeləri belə xeyirimizə dəyişməyə qadirdir
27 İyul 13:31
Azərbaycanın güclənən nüfuzu diplomatik masada növbəti zəfərlərimizi şərtləndirəcək - Naqif Həmzəyev
27 İyul 12:27
Azad edilmiş ərazilərin bərpasında Serbiya investorlarının və şirkətlərinin iştirakı müzakirə olunub
27 İyul 12:27
Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası Gənclər birliklərinin rəhbərlərinin görüşü keçirilib
27 İyul 12:26
Azərbaycanın dünya birliyindəki əlaqələri daha da genişlənir, mövqeyi möhkəmlənir
27 İyul 12:23
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
27 İyul 12:20
“2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı təqdim ediləcək sənəd razılaşdırılıb
27 İyul 12:01
Bahar Muradova: Türkiyə ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir
27 İyul 11:48
Vüsal Qasımlı: Azərbaycanda hər 5 fərdi sahibkardan biri qadındır
27 İyul 11:33
Ötən gün respublika ərazisində 190 toy şənliyinin monitorinqi aparılıb
27 İyul 11:28
DİM: Abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün iyulun 29-dək qeydiyyatdan keçməlidirlər
27 İyul 11:08
Lisey və gimnaziyalara qəbul imtahanında boş qalan yerlərə müraciətlərin qəbulu bu gün yekunlaşır
27 İyul 11:05
“Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nə start verilib
27 İyul 10:50
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
27 İyul 09:03
“Üçüncü doza immuniteti daha da qüvvətləndirmək baxımından önəmli sayılır”
27 İyul 08:58
Postmüharibə dövründə regionların inkişafı sahəsində görülən işlər dövlətin iqtisadi gücünün nəticəsidir
27 İyul 08:57
Razi Nurullayev: Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” imzaladığı Fərman mühüm əhəmiyyət kəsb edir
27 İyul 08:55
Sübut Əsədov: Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə qurumun fəaliyyətinə mühüm töhfələr verib
27 İyul 08:52
Fərəc Quliyev: Diplomatik nümayəndələrin Şuşaya səfəri və erməni vandalizmini öz gözləri ilə görmələri olduqca önəmlidir
27 İyul 08:51
Arzuxan Əlizadə: Ermənilər anlamalıdırlar ki, istənilən təxribatın qarşısı şanlı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq

27 İyul 08:50
Radikal müxalifət milli maraqlara zidd mövqe sərgiləməkdə davam edir

27 İyul 08:49
Ermənistanda seçkisonrası mərhələdə miqrasiya problemi dərinləşəcək
27 İyul 08:46
Ermənistanın terror siyasəti nəticəsində Azərbaycanın ekologiyasına ciddi ziyan dəyib
27 İyul 08:43
Aslan Əzimzadə: Azərbaycanın 2020-ci il üzrə Cənubi Qafqaz ölkələrinin ümumi ÜDM həcmində xüsusi çəkisi 60 faizdir
26 İyul 21:52
Azərbaycanda olan diaspor nümayəndələri ilə görüş keçirilib
26 İyul 21:49
Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşü keçiriləcək
26 İyul 21:45
Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının məruzəçisi ilə görüşüb
26 İyul 21:41
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə Gənclik Vəqfinin nümayəndə heyəti ilə görüşüb
26 İyul 21:20
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
26 İyul 21:05
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti ilə görüşüb
26 İyul 20:12
“İrəli” İctimai Birliyinin yeni loqosu təqdim olunub
26 İyul 19:52
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən müddət ərzində böyük inkişaf yolu keçib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA