Ana səhifə »  Xəbər lenti »  BÜTÜN QƏLƏBƏLƏRİN BİR ADI - MİLLİ BİRLİK
A+   Yenilə  A-
BÜTÜN QƏLƏBƏLƏRİN BİR ADI - MİLLİ BİRLİK

Milli məsələlərdə biz hamımız birləşə bilirik.
Bu da bizim gələcəyimiz üçün çox önəmlidir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan


Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə sərgiləmiş olduğu siyasi iradə və güc amilini qələbəmizə gətirən yolun başlanğıc nöqtəsi kimi dəyərləndirmək olar. Məhz Onun siyasəti vasitəsilə qorunan və hifz olunan milli məfkurə, tarixi yaddaş, müstəqil dövlət təfəkkürü və istiqlal təlimi ilə bağlı bizə aşıladığı “ulusu sevmək fənni” şüurumuzun, milli-mənəvi varlığımızın tərəqqi hərəkatında iştirak edib öz müstəsna töhfəsini verdi. İkinci Qarabağ savaşında böyük sevgi və coşqu ilə ön cəbhəyə döyüşə atılanları, Vətənin ərazi bütövlüyü uğrunda canını fəda etməyə hazır olanları gördükcə qürurlanmaya bilmədik. Budur, Türk olmaq ibtidadan yurd üçün savaşmağa müştaq olmaq demək! Dünyaya meydan oxumaq, “bir hilal uğruna” min dəfə ölüb doğulmaq demək!
Millət olmağın, bütöv yaşamağın yaddaşda və amalda keçdiyi yolun müxtəlif mərhələləri olur. Ötən əsrin 90-cı illərində bir xalq olaraq bu yolu Ümummilli Lider Heydər Əliyevlə keçdik. O mərhələ ki, görünməmiş mənəvi, əxlaqi-siyasi deqradasiyadan sonra xilaskar kimi yetişib zamanın ahəngi ilə mənəvi-əxlaqi dəyərlərin sabitliyi arasında harmoniya yaratmışdı. Son otuz ilə yaxın dövrdə dünyanın idarəçilik panteonunda çox şey, bəlkə də, hər şey dəyişdi: texnogen sivilizasiya özünü tükətdi, qlobal zor və şər stixiyası, antiinsani düşüncə meydan suladı, irqçi fəlsəfələr, vulqar qərbçi “humanizm” oyunları, məzhəbçi müharibələr çeşidi kamalın təntənəsinin heç bir nəticə verməyəcəyinin sübutu oldu. Gözəllik dünyanı xilas etmədi, elm bəhrə vermədi, kamal qalib gəlmədi.
Belə bir qlobal və geopolitik maraqların toqquşduğu seysmik zonada, antitəbiət və antiinsani dünya kultunun hakimi-mütləq olduğu bir zamanda, üstəlik Qarabağ kimi problemə az qala utopik və apokalipsis baxışın gücləndiyi bir dönəmdə toparlanıb millətimizin taleyində tarixi bir dönüşə imza atmaq cənab İlham Əliyevin siyasi səriştə, dövləti təfəkkür və intellekt miqyasında ehtiva etdiyi gücün sözü idi ki, qəfil açılan sillə kimi boz üzlərə çırpıldı. Hər cür süni, qondarma qanun və stereotiplərin, perspektivdən məhrum bəyanatların qarşısına milli müqəddəratın meyarını qoydu. Bütövlüyünü qanı ilə qazanmağa layiq orduya, milli miqyasda düşüncə və təşkilati iş vüsətinə sahib olduğunu dünyanın önünə sərdi. Müstəqillik mentaliteti və statusunu həmişə uca tutub qoruyan Ali Baş Komandan İlham Əliyevin bu gün dünyanın gözü qarşısında nümayiş etdirdiyi “məğrur lider obrazı” isə Onun məqsəd və mövqeyinə real-əməli mündəricə qazandıran əsas rəmzlərdən oldu.
Tarixin ibrət dərsi həm də bu oldu ki, biz 28 il cismən uzaq salındığımız Qarabağımızdan ruhən heç ayrılmadığımızı dünyaya bəyan etdik. Düşmən isə oralarda xarabazarlıq yaratmaqla öz müvəqqəti mövcudluqlarına bəlkə də, hamıdan çox özlərini inandırmışdı. Heç eşq olan ürəkdə xarabalığa, viranəliyə yer olarmı?! Əsla! Biz Qarabağı ona görə geri ala bildik ki, içimizdəki İlahi eşq, haqqın qələbəsinə inam oralara qayıdış yollarımızı işıqlandırmışdı. Qarabağı bu eşqlə xilas etdik, fəth etdik. Əsgərlərimiz bu eşqə tapındıqlarına görə şəxsiyyət və fərd kimi insanlığa və humanist dəyərlərə xidmətdən bir an belə olsun vaz keçmədilər. Tanrı və əbədiyyət sevgisinə ucalmaq hər müharibə aparan xalqın mükafatı ola bilməyib.
Bütün müharibələri qalib edən xalqın içindəki milli intibah ruhudur. Bu gün az qala yuxu kimi görünən, cəmi 44 günə qazanılan zəfərimizi göz önünə gətirəndə heyrət etməmək olmur. Əlbəttə, bu misilsiz savaş əzminin səsi tarixin çox-çox sonralarından eşidilib daha aydın, daha uca vurğu ilə əməl cizgisi kəsb edəcək. Amma bu gün də baş verənləri sağlam zəka və şüur ilə analiz edəndə görmək çətin olmur. Bu müharibə bizə düşüncədə, ovqatda millət kimi qürurlu olmağın bütün səviyyələrini yaşatdı. Biz ölkə, ordu və xalq miqyasında vahid mənəvi məkan yarada bildik. Ali Baş Komandan İlham Əliyev milləti milli-diplomatik səriştə, peşəkar və ali mənəvi-əxlaqi təməllər üzərində savaş hərəkatına hazırladı. Məsələnin ümummilli hərəkat kimi sabit, qlobal səciyyəsini axıra qədər ona görə saxlaya bildi ki, siyasi oriyentiri düzgün müəyyənləşdirməklə yanaşı, milli enerji və təlatümün, güclənən emosiyaların hərarətini orduya yönəldə bildi. Ona görə ön cəbhədə düşməni, rəqiblərimizi belə heyrətdə qoyan kütləvi fədailik və şəhidlik hünəri meydana qoyuldu. Müharibəni hərbi texnikadan öncə alt qatdan püskürən milli enerjinin əzəməti uddu.
Bütün xalq Azərbaycan əsgəri ilə bir yola çıxdı. Əsgərimiz o məkanları heç vaxt o torpaqlarda olmayanlara belə qarış-qarış sevdirdi. Çünki ən əvvəl özü belə heç vaxt olmadığı, üzünü görmədiyi torpaqlar üçün canını göz qırpmadan fəda etməyə hazır bilmişdi. Bəlkə, özünə də maraqlı idi, uşaqlığında yurdundan perik salındığı o yurd yerləri indi necədir? Görüb bilmək marağı içindəki qorxu mülkünü çoxdan söküb atmışdı. Bəlkə də, 30 il qətrə-qətrə varlığına yığılan, yumruğuna sıxıb saxladığı hirsi, qəzəbi idi, orada, döyüş meydanında qalxan olub düşmənin başına od kimi yağdı. Bu 44 gündə elə bir dərs verdi ki... Qələmi hamının əlindən alıb tarixi başdan yazdı. Təqvimdəki bütün işğalları xilasla əvəzləyib millətin üzərindəki qara ləkəni yox etdi.
Şuşada ilk azanı da Azərbaycan əsgəri verdi. Ayasofya məscidində uzun fasilədən sonra eşidilən ilk azandan sonra ona cavab sədası Şuşamızdan gəldi. Həm İslamın, həm də türklüyün birgəlik təntənəsi ruh birliyimizin əsası oldu. Biz Vətənin ilahi paklığına iman gətirdik. Bu həm də dünyaya bəyan edilən türkün gücü idi. Səmaya və zirvəyə canatma türkün fitrətində var. Xalq olaraq, məhz bu anda özümüzə döndük. Sükut, bəlkə də, bu anda pozuldu, yalan, böhtan və haramdan qurulmuş bir sistemi dağıdıb əzəli-əbədi əxlaq səltənətimizə çağırış etdik. Axar sular duruldu, o müqəddəs məkanlar yad izlərin kəsafətindən təmizləndi. Şəhid ruhları dinclik tapdı. Bu gün artıq ayağını yerə möhkəm dayayan, başını göyün yeddinci qatına söykəyib ərazi bütövlüyünü təmin etmiş məğrur, azad Azərbaycan var.
* * *
Müharibədə zəfəri bizə qazandıran böyük amillərdən biri daxili həmrəyliyin baş tutması oldu. Ölkə başçısının müharibənin ilk günlərindən etibarən etdiyi çağırışları, müsahibələrindəki bu məqama etdiyi vurğuları yaxşı xatırlayırıq: “Milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir”.
Bu çağırışın təsdiqi uzun sürmədi. Ölkədəki 50 partiya Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi və bununla da Vətənin mənəvi haqqını ifadə və təmsil etməyi bacardılar. Bu, çox mühüm üstünlük idi. Birinci Qarabağ savaşında ölkədəki xaotik dalğanın əsas səbəbi daxili həmrəyliyin olmaması, vəzifə, kürsü çəkişmələri idi. Tarixi təkrar etmək ən azı ona görə lazım deyildi ki, artıq Azərbaycanın özü də böyümüş, inkişaf etmiş, fərqli bir düzənə ayaq qoymuşdu. Belə bir halda dövlətin yanında olmamaq, xalqın ən ağır günündə şəxsi maraqların əsiri olaraq qalmaq istənilən partiyaya baş ucalığı gətirməzdi. Necə ki, bunu AXCP və Müsavat Partiyası etməklə, ən həlledici məqamda kənarda dayanmaqla həmrəylik mövqeyində “xaric səs” rolunu yerinə yetirdilər. Amma, necə deyərlər, istisnalar qaydanı pozmur, nəticə uğurlu idi. Dövlət başçısının qeyd etdiyi kimi: “Biz praktiki əməkdaşlığa başlamaq, düşmənçiliyə son qoymaq və ən azı bir-birimizlə danışmağa başlamaq üçün bütün siyasi partiyalara açıq müraciət etdik və iki partiyadan başqa bütün partiyalar, onların 50-si bunu dəstəklədi”.
Qeyd edək ki, bu həmrəyliyin və dialoqun baş tutmasında Azərbaycanda aparılan siyasi islahatların, kadr siyasətinin də böyük rolu oldu. Müharibədən az öncə, 2019-cü ilin 5 dekabrında V çağırış Milli Məclisin buraxılması və 2020-ci il fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi islahatlar prosesinin yeni mərhələsi idi. Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında söylədiyi nitqində vurğulamışdır: “Həm seçkilər, həm də seçkilərdən sonrakı dövr, iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar - bütün bunlar bizim mövcud siyasətimizin yeni mərhələsini əks etdirir. Bu, bizim islahatçı kursumuzu əks etdirir. Bildiyiniz kimi, islahatların yeni mərhələsi 2018-ci ilin prezident seçkilərindən sonra başlamışdı”.
İslahatların yeni mərhələsi, həmçinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının yeni strukturunun təsdiqlənməsi, ilk dəfə olaraq Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması faktını da özündə ehtiva edir. Siyasi sistemin təkmilləşdirilməsi, partiyalarla müntəzəm əməkdaşlıq qurulması məqsədilə 2019-cu il noyabrın 29-da yaradılan bu şöbə proseslərin sonrakı nizamlı gedişində əsaslı rol oynadı.
Aydındır ki, millilik amilinin özülündə bütün qüvvələrlə milli konsensus dayanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz”.
Bu dialoqun nəticəsi olaraq müharibənin gərgin dönəmində, oktyabrın 3-də Prezident Administrasiyasında “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında keçirilən görüşdə 50 partiyanın rəhbəri iştirak edərək milli və siyasi həmrəyliyin qorunmasında bir araya gəlməyin modelini meydana qoydu, Azərbaycan Ordusuna və Ali Baş Komandana dəstəklərini ifadə etdilər. Zənnimizcə, qarşılıqlı münasibətlərdə yeni keyfiyyətə keçməyin vaxtı çoxdan çatmışdı, milli əməkdaşlıq strukturuna, bütün siyasi dəyərlərin milli dövriyyəyə daxil olmasına və vahid mənəvi ortaq məkan yaratmasına ehtiyac vardı. Ortaq məxrəcə, adətən, nə etdiyini və edəcəyini özü üçün aydınlaşdırmayan tərəflər gələ bilmir, müəyyənləşmiş milli proqram və konsepsiyalarla hərəkət edən qüvvələr arasında isə ahəng, nizam və vəhdət yaratmaq çətin olmur.
Son iki əsrdə Azərbaycanda gedən suverenlik hərəkatlarının inkişaf trayektoriyası ümummilli amal səviyyəsində deyil, fərdi maraqlar, sosial meyar və məqsədlər çərçivəsində cərəyan edib. Bir əsr öncə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin faciəvi sonluğu məlumdur. Sonrakı illərdə, kommuna vaxtından başlayaraq Bakıda baş verən milli qırğınlar bütünləşən deyil, bölünən düşüncənin və şüurun nəticəsi oldu. Bütün dövrlərdə çox ziyalıların təmsil olunduğu partiyalar yarandı, amma ən həlledici məqamda millət və xalq naminə bir yerə cəm olmağı, bir bayraq altına sığınmağı bacarmadılar. Halbuki, xalq olmağın sübutu onun vəhdət yaratma bacarığı ilə ölçülür. Millətin mənafeyi naminə maraqlar birləşmirsə, burada milli intibah ideyaları deyil, intriqa və qütb, təbəqə maraqları meydan sulayır, demək. Mustafa Kamal Atatürkün dediyi kimi: “Milli birliyə nail olmayan milləti başqasına şikar olmaq taleyi gözləyir”.
Siyasətdə milli birlik amalı tarixin sınağından çıxmış ən etibarlı amildir. Rusiya müsəlmanlarının XX yüzilin ilk illərində Azərbaycanlı Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə “İttifaqi-müslimin” partiyasını yaratması da həmin səbəblə bağlı idi. İdeoloji istiqamət “Dildə birlik, işdə birlik, əməldə birlik” düsturunu irəli sürən İsmayıl bəy Qaspıralıdan gəlirdi. Rusiya müsəlmanlarının milli bağımsızlıq yoluna çıxması məhz bu ideologiyanın tətbiqindən və mənimsənilməsindən sonra mümkün oldu.
Bu məqamda tarixi bir faktı qeyd etmək yerinə düşər. 1992-ci ilin mayında Qarabağda Şuşa və Laçının ermənilər tərəfindən işğalından sonra, Azərbaycanın ərazi bütövlüyü apokaliptik bir dağıntı ilə üzləşəndə Heydər Əliyev həmin ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasını yaratdı. Respublikanın dövlət müstəqilliyi təhlükə altına düşəndə, eləcə də ölkəmizin ərazi bütövlüyü düşmən təcavüzü ilə üzləşəndə Ümummilli Lider insanların müstəqil dövlətçilik ideyası və azərbaycançılıq məfkurəsi ətrafında birləşdirilməsini yaratdığı partiyanın əsas məqsədlərindən biri kimi müəyyənləşdirdi. Faktiki bölünmək təhlükəsi qarşısında qalan Azərbaycan üçün milli birlik düşüncəsinin bundan gözəl təzahürü ola bilməzdi. Qarabağın yarasına siyasi məlhəmin anonsu Naxçıvandan verilirdi. Bu məfkurənin, milli birlik fəlsəfəsinin qələbəsi üçün, yəni Qarabağa dönüşümüz üçün Azərbaycana 28 il vaxt lazım gəldi. Şuşanın azad edildiyi gün Müzəffər Ali Baş Komandanın xalqa müraciətində “Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” deməsi də mənəvi baxımdan bu tarixi gerçəkliyin fərəhli nəticəsi ilə bağlıydı. O, Ümummilli Liderin vəsiyyətinə böyük hərbi və iqtisadi proqramları gerçəkləşdirmək, ən başlıcası isə, xalqı vahid milli məfkurənin ətrafında birləşdirməklə nail olmuşdu. Elə bu səbəbdən də İkinci Qarabağ savaşının ilk günlərindən etibarən Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsinin ətrafında birləşdi... Çünki bunsuz Qarabağın işğaldan azad edilməsi mümkün deyildi və 28 il idi ki, Azərbaycanın dövlət müstəqilliyini istəməyən yad qüvvələr Azərbaycanda məhz milli birlik düşüncəsinin reallaşmasına əngəl olmağa çalışırdılar.
Bəli, biz milli birliyə həm də ona görə nail olduq ki, son otuz ilə yaxın bir dövrdə azərbaycançılıq məfkurəsi gerçəklikdən doğan elmi doktrina, konsepsiya kimi dərinlərə işlədi və bu ideologiyanın həyata keçməsinə təminat verən əsas amil o oldu ki, bizim istiqlal qanunumuz milli şüur və elmi təlimlə birləşib vəhdət yaratmağa müvəffəq oldu. Milli “mən” axtarışları və özünüdərk məsələləri konsepsiya və əməl gerçəkliyi kəsb etməklə milli birliyin və siyasi sabitliyin qarantına çevrildi.
Müharibə dövründə başlayan və günümüzədək davam edən, sərgilənən bu əməkdaşlıq mükəmməl milli təlimin, rəhbər strategiyanın, ali dövlət proqramının gerçəkləşməsi və müntəzəm icrası kimi həyata keçirilməkdədir. Bu günlərdə taleyin bizə yaşatdığı ən şərəfli tarixə şahidlik edərkən nümayiş olunan daha bir birlik əzminə qürurlanmaya bilmədik. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar bəyanat yaydılar və həmin bəyanatla inteqrasiya nöqtələrini tapmağa imkan verən mənəvi ərazi və siyasi məkanın sahələrini daha da genişləndirdilər: “Biz - Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Azərbaycanın və bütövlükdə, Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini ölkələrimizin keyfiyyət baxımından yeni əlaqələrinin inkişafı və hər iki ölkənin gələcək birgə fəaliyyətinin vacib əsası hesab edir və bu yüksək strateji müttəfiqlikdə dövlətimizin yanında olduğumuzu bəyan edirik. Yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı!”
Yenə də iki partiya kənarda qaldı. Görünür, əsirinə çevrildikləri xarici maraqlar, yaxud aşa bilmədikləri psixoloji maneələri ən həlledici məqamda belə onlara bir araya gəlmək imkanı qazandırmır. Əlbəttə, Türkiyə ilə Azərbaycanın bu müqtədir birliyi meydanda ikən belə “mərkəzdənqaçma tendensiyaları” artıq heç bir maraq kəsb etmir və əhəmiyyətini itirir. Necə ki, düşmən üzərində böyük qələbəmizi qazanmaq üçün “Dəmir yumruq” siyasətinin gücü və böyük çoxluğun bir hədəfə köklənməsi kifayət etdi.
Elnarə Akimova,
YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru

 
  • Oxunub:  2580  |  
  • Tarix:  24-06-2021  |  
  •    Çap et   |  
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir

30 İyul 11:30
İsrail və Azərbaycan şirkətləri arasında anlaşma memorandumu imzalanıb
30 İyul 11:09
Hikmət Hacıyev: Prezident İlham Əliyevin tapşırığı ilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək
30 İyul 11:08
İdarələrarası Mərkəzin işçi qrup heyətinin işğaldan azad olunan ərazilərə səfəri başlayıb
30 İyul 10:50
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş “Zəfər Salnaməsi” kitabı hazırlanıb
30 İyul 10:35
Səhiyyə nazirinin birinci müavini Reabilitasiya Mərkəzində şəhid ailələrinin övladları ilə görüşüb
30 İyul 09:49
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib
30 İyul 08:58
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir
30 İyul 08:51
Mirsaleh Məmmədov: Qəbul imtahanında rekord bal toplayacağımı gözləmirdim
30 İyul 08:50
Daim halsızlıq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir
30 İyul 08:48
Məğlub Ermənistanda daxili siyasi vəziyyət kifayət qədər gərgindir

30 İyul 08:46
Radikal müxalifət Zəngəzur dəhlizinin yaradılmasından niyə narahatdır?

30 İyul 08:43
Ölkəmizdə gənc nəslin fiziki tərbiyəsi sahəsində davamlı addımlar atılır
29 İyul 21:21
Aİ-nin xüsusi nümayəndəsi sərhəddəki gərginliklə bağlı narahatlığını ifadə edib
29 İyul 20:44
İsrailli iş adamları Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində maraqlıdır
29 İyul 20:28
İstanbulda “Türk Şurası sosial media tədris proqramı” mövzusunda təlim proqramı keçirilir
29 İyul 20:27
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üçüncü tərkibinin fəaliyyətinə dair hesabat iclası keçirilib
29 İyul 20:22
ABŞ-ın Oklahoma ştatının qubernatoru Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olub
29 İyul 20:13
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
29 İyul 20:04
Əsəd Qeysər: Pakistan azad edilmiş ərazilərdə turizmin inkişafına dəstək verməyə hazırdır
29 İyul 17:47
Akademik Rəfael Hüseynov: Nizami Gəncəviyə həsr olunana Bursa konfransı insanların bəşəri dəyərlər ətrafında birləşməsinə böyük töhfədir
29 İyul 17:32
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri və nümayəndə heyətlərinin üzvləri Füzuli rayonunda olublar
29 İyul 17:30
İyulun 29-da Azərbaycanda 84 mindən çox vətəndaşa COVID-19 əleyhinə peyvənd vurdurulub
29 İyul 17:20
Azərbaycanda yeni növ koronavirus infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb
29 İyul 17:05
Səkkiz ayda “Onlayn psixoloji dəstək xidməti”nə 1590 zəng daxil olub
29 İyul 16:59
Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
29 İyul 16:53
Aşqabadda “Dostluq” yatağının Azərbaycan ilə birgə işlənməsinə dair məsələlər müzakirə olunub
29 İyul 16:44
“Qarabağ” səfərdə İsrailin “Aşdod” klubu ilə qarşılaşacaq
29 İyul 16:33
"Bakı Bəyannaməsi tarixi sənəddir"
29 İyul 16:31
Azərbaycanın Bolqarıstandakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib
29 İyul 16:21
Rəşad Mahmudov: Azərbaycan-Türkiyə-Pakistan münasibətləri dostluq qardaşlığa əsaslanır
29 İyul 16:07
Vüqar Rəhimzadə: Bakı Bəyannaməsi dünyaya ünvanlanan bir cox mesajları özündə ehtiva edir
29 İyul 16:02
Politoloq: Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət Azərbaycanın beynəlxalq reytinqini getdikcə artırır
29 İyul 16:01
Şəhid ailələri və qazilərə vahid məkandan xidmət göstərəcək qurumlar üzrə Əlaqələndirmə Komissiyasının ilk iclası keçirilib
29 İyul 15:47
Azərbaycanın turizm imkanlarının İsraildə təşviqi məsələləri müzakirə olunub
29 İyul 15:40
Yol polisi nəqliyyat vasitələrinin arxa şüşələrinə şüarların yazılması ilə bağlı sürücülərə müraciət edib
29 İyul 15:28
Özbəkistanın nəqliyyat naziri “Azərbaycan” gəmi-bərəsində olub
29 İyul 15:12
Müasir dünyada tolerantlığın Azərbaycan modelindən faydalanmaq dövrün tələbinə çevrilib
29 İyul 14:48
Vergi Xidməti: Əksər şadlıq evlərində qonaqlar və işçi heyəti arasında vaksinləşmə səviyyəsi artır
29 İyul 14:19
ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
29 İyul 14:13
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri başlayıb
29 İyul 13:39
Türkiyə və Pakistanın parlament nümayəndə heyətləri Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət ediblər
29 İyul 13:32
III ixtisas qrupu üzrə müsabiqədə ümumi balı 200-dən az olmayan abituriyentlər iştirak edə bilər
29 İyul 13:30
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 49,9 milyon dollar olub
29 İyul 12:38
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Şuşada Cıdır düzündə olublar
29 İyul 12:14
İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyi açılıb
29 İyul 12:10
TBMM-nin sədri: Şuşada gördüyümüz dağıntılar bizi məyus etdi

29 İyul 12:04
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi və Naxçıvan MR Daxili İşlər Nazirliyi birgə məlumat yayıb

29 İyul 11:56
Hava nəqliyyatı ilə müəyyən şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib – Qərar
29 İyul 11:51
Penitensiar xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilib
29 İyul 11:42
Azərbaycan İsraillə iqtisadi münasibətlərin gücləndirilməsi perspektivlərini müzakirə edib
29 İyul 11:29
Azərbaycan və İsrail arasında səmərəli tərəfdaşlıq əlaqələrimizin inkişafı üçün möhkəm zəmin yaradır
29 İyul 11:10
KOBİA İsrailin KOB sahəsində müvafiq qurumları ilə görüşlər keçirib
29 İyul 11:04
ADA Universitetində ikinci “Diplomatiya həftəsi”nin bağlanış mərasimi keçirilib
29 İyul 10:53
Mustafa Şentop: Bakı Bəyannaməsi ölkələrimiz arasında strateji əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaq
29 İyul 10:43
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin Şuşaya səfəri başlayıb
29 İyul 09:52
DİM iyulun 30-dan etibarən onlayn apellyasiya təşkil edəcək
29 İyul 08:49
İşğaldan azad edilmiş ərazilərdə görülən işlər Azərbaycan dövlətinin gücünü nümayiş etdirir
29 İyul 08:41
Yay fəslində uşaqları mövsümi xəstəliklərdən qorumaq üçün nələrə diqqət etmək lazımdır?
29 İyul 08:38
Ermənistan cəmiyyətində ağır mənəvi-psixoloji durum və etinasızlıq hökm sürür
29 İyul 08:37
Gənc nəslin vətənpərvər ruhda yetişməsində ali təhsil müəssisələrinin də rolu böyükdür

29 İyul 08:35
Radikal müxalifət ermənipərəst dairələrin direktivləri əsasında hərəkət edir

29 İyul 08:33
Ermənistan atəşkəsi pozaraq Kəlbəcər rayonu istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub
28 İyul 22:15
Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
28 İyul 21:42
Rusiya Prezidenti Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edib
28 İyul 21:38
Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub
28 İyul 19:35
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin diplomatik fəaliyyət müddəti başa çatır
28 İyul 19:33
Hesablama Palatası Dünya Bankının hesabatında
28 İyul 18:10
Azərbaycanda koronavirus infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb
28 İyul 18:08
Anar Məmmədov: Ermənistanın revanşist qüvvələri müharibədən nəticə çıxarmalıdırlar
28 İyul 18:02
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Moldova nümayəndə heyəti ilə görüş olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA