Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Asim Mollazadə: İslam Əməkdaşlıq Təşkilatının Azərbaycana birmənalı və ardıcıl dəstəyini hər zaman hiss etmişik

Asim Mollazadə: İslam Əməkdaşlıq Təşkilatının Azərbaycana birmənalı və ardıcıl dəstəyini hər zaman hiss etmişik

24.06.2021 [09:10]

“İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Azərbaycana birmənalı və ardıcıl dəstəyini hər zaman hiss etmişik. Təsadüfi deyil ki, İƏT ötən dövr ərzində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edib”.
Bu fikirləri qəzetimizə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Partiya sədrinin sözlərinə görə, ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə bağlı dəfələrlə bəyanat verən İƏT həmişə öz kəskin mövqeyini ortaya qoyub: “Azərbaycan Prezidenti İlham Əliyev İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısındakı çıxışında da xüsusi olaraq qeyd edib ki, İƏT öz qətnamələrində Azərbaycanın keçmiş işğal altında olan torpaqlarında Ermənistan tərəfindən İslam tarixi və mədəniyyət nümunələrinin, ibadət yerlərinin dağıdılması və təhqir edilməsini qətiyyətlə pisləyib. Dövlət başçısı da Ermənistanın İslam ölkələri ilə münasibətlərini gücləndirmək cəhdlərinə toxunaraq, vurğulayıb ki, məscidlərdən donuz və inək tövləsi kimi istifadə etmiş və bununla da bütün İslam ümmətinin hisslərini təhqir edən ölkə müsəlman dövlətlərinin və müsəlmanların dostu ola bilməz”.
A.Mollazadə onu da əlavə edib ki, Azərbaycan İƏT-lə əməkdaşlığın daha da intensivləşməsində maraqlıdır: “Respublikamız İƏT ölkələri arasında əlaqələrin genişləndirilməsinə və inkişafına da öz töhfəsini verir. Onu da xatırladım ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT Təmas Qrupunun üzvləri, habelə ICESKO nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edərək Ermənistan tərəfindən İslam irsinə qarşı törədilmiş vandalizmi öz gözləri ilə görüblər. Beynəlxalq ictimaiyyəti məlumatlandırmaq baxımından İƏT Təmas Qrupunun üzvlərinin səfərləri mühüm önəm kəsb edir”.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 266 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30