Ana səhifə »  Xəbər lenti »  Ağdamın işğaldan azad olunmuş ərazilərində su ehtiyatlarının qiymətləndirilməsi ilə əlaqədar iclas keçirilib
A+   Yenilə  A-
Ağdamın işğaldan azad olunmuş ərazilərində su ehtiyatlarının qiymətləndirilməsi ilə əlaqədar iclas keçirilib

Ərazilərin işğaldan azad olunması nəticəsində 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın üzvləri işğaldan azad edilmiş Ağdam rayonuna səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində Ağdam şəhərinin təməlinin qoyulduğu ərazidə komissiyanın növbəti iclası keçirilib. İclasda dövlət başçısının 2021-ci il 19 aprel tarixli Sərəncamına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su mənbələrinin qiymətləndirilməsi, su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı ilə bağlı tədbirlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Səfər zamanı Komissiya üzvləri tərəfindən Ağdam rayonu ərazisində xüsusi əhəmiyyət kəsb edən su və su təsərrüfatı obyektlərinə yerində baxış keçilib. Su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xaçınçay və Qarqarçay üzərində avtomat hidroloji stansiyaların quraşdırılması, Ağdam şəhərinin içməli su təchizatı baxımından əhəmiyyəti nəzərə alınaraq “Azərsu” ASC tərəfindən Qarqarçay hövzəsində müşahidə quyularının qazılması və Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təchizatını həyata keçirmək üçün “Azmelsutəsərrüfat” ASC tərəfindən Xaçınçay su anbarının və ondan ayrılan suvarma kanalının təmir-bərpası, habelə işğaldan azad edilmiş digər ərazilərdəki su ehtiyatları hesabına Ağdam rayonunun içməli və suvarma suyu ilə təchizatı üçün alternativ variantlar və planlaşdırılan layihələr ətraflı şəkildə müzakirə olunub.

İşğaldan azad edilmiş ərazilərin su ehtiyatları barədə danışan Baş nazirin müavini, Komissiyanın sədri Şahin Mustafayevin bildirib ki, ötən il Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması nəhayət uzun fasilədən sonra Qarabağın su ehtiyatlarından istifadə məsələlərinin yenidən qiymətləndirilməsini diqqət mərkəzinə gətirib. Bu ərazilərdən başlayan, əsasən yağış və qar suları ilə, habelə yeraltı sulardan qidalanan 13 iri çay birbaşa və ya sonradan Kür və Araz çaylarına tökülür. Bu sırada tam öz ərazimizdə formalaşan Tərtərçay və onun qolları Tutqunçay, Levçay, Torağayçay, eyni zamanda, Həkəriçay, Qarqarçay, Quruçay, Xaçınçay və Köndələnçayı xüsusi qeyd etmək olar. Bu baxımdan su ehtiyatlarının müəyyən hissəsi ölkə xaricində formalaşan Bərgüşadçay, Oxçuçay, Bəsitçay və Zabuxçayın da adını qeyd etmək lazımdır. Ötən il Araz çayının ölkə ərazisindən keçən hissəsinə də tam nəzarət bərpa olunub.

Baş nazirin müavini vurğulayıb ki, su ehtiyatlarının formalaşdırılması məqsədilə çayların üzərində 9 su anbarı mövcuddur. Araz çayının üzərində Xudafərin və Qız qalası su anbarları, Tərtərçayın üzərində Sərsəng və Suqovuşan su anbarları, Xaçınçayın üzərində Xaçınçay su anbarı, Qarqarçayın üzərində Ağdamkənd su anbarı və Köndələnçayın üzərində “Köndələnçay-1”, “Köndələnçay-2” və Aşağı Köndələnçay su anbarları var. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə Böyük Alagöl, Kiçik Alagöl kimi təbii formalaşmış sututarlar mövcuddur. Təxmini hesablamalara görə ərazilərin və su qovşaqlarının işğaldan azad olunması nəticəsində 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb. Cari ilin su təsərrüfatı balansı layihəsinə işğaldan azad olunmuş ərazilər üzrə su və su təsərrüfatı obyektləri də daxil edilib. Komissiyanın fəaliyyəti çərçivəsində müxtəlif tarixlərdə işğaldan azad olunmuş ərazilərə səfərlər edilərək kritik əhəmiyyət kəsb edən su və su təsərrüfatı obyektlərinə baxış keçirilib, çay və göl hövzələrinə ekspedisiyalar təşkil olunub, dron çəkilişləri həyata keçirilib, vəziyyət yerində qiymətləndirilib.

Ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə işğaldan azad olunmuş ərazilərdə dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması imkanları, su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su mənbələrinin qiymətləndirilməsi, su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı ilə bağlı tədbirlər müzakirə edilib.

Qeyd olunub ki, işğal dövründə digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da hər şey, o cümlədən su təsərrüfatı infrastrukturu tam dağıdılıb və bunlar müasir tələblərə uyğun yenidən qurulmalıdır. Eyni zamanda, hansı su mənbələrinin içməli su təchizatı üçün, hansılarının suvarma üçün daha məqsədəuyğun olması araşdırılır. Dövlət başçısının Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olarkən bəyan etdiyi kimi, azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır. Ümumilikdə, müşahidə quyuları qazılmaqla yeraltı su ehtiyatlarının və avtomat hidroloji stansiyalar vasitəsilə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi həyata keçiriləcək.

Diqqətə çatdırılıb ki, işğaldan azad olunmuş ərazilərdə su anbarlarının təmir-bərpası ilə yanaşı, onların optimal rejimdə idarə olunması, magistral suvarma kanallarının yenidən qurulması məsələlərinə də baxılır. Hazırda Suqovuşan su anbarı vasitəsilə əkin sahələrinin suvarılması üçün qrafik üzrə saniyədə təqribən 20 kubmetr olmaqla Tərtərçaya su buraxılır. Suqovuşan su anbarından suyun Tərtərçay sol sahil kanalına və SES-ə verilməsi məqsədilə təxirəsalınmaz təmir-bərpa işləri həyata keçirilir.

Eyni zamanda, Tərtərçay sol sahil kanalının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanır. 20 kilometr uzunluğunda olan bu kanal bərpa edilməklə 26,6 min hektar, o cümlədən Tərtər rayonu üzrə 14,8 min hektar Goranboy rayonu üzrə 6,9 min hektar və Yevlax rayonu üzrə 4,9 min hektar əkin sahəsinin su təminatı yaxşılaşacaq.

Qız qalası su anbarından yeni magistral suvarma kanalının tikintisi məsələsinə də baxılır. Baş Mil kanalına birləşəcək yeni kanalı inşa etdikdən sonra Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad olunan 13 min hektara yaxın əkin sahələrini suvarma suyu ilə təmin etməklə yanaşı, 252 min hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması imkanı yaranacaq.

İclasda vurğulanıb ki, işğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarından səmərəli istifadə sahəsində tədbirlərin icrası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən yaradılmış Qərargahla əlaqələndirilir.

 
  • Oxunub:  2430  |  
  • Tarix:  23-06-2021  |  
  •    Çap et   |  
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir

30 İyul 21:17
Qənirə Paşayeva: Biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir
30 İyul 21:15
Ölkə Prezidentinin hücum diplomatiyası ilə bağlı tapşırıqları ədliyyə orqanlarının diqqət mərkəzindədir
30 İyul 21:14
Bursa Böyükşəhər bələdiyyəsinin sədri: Yanğınlarla mübarizədə Azərbaycanın Türkiyəyə göstərdiyi yardım əsl qardaşlıq nümunəsidir
30 İyul 20:46
Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb
30 İyul 20:41
İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib
30 İyul 20:23
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola salınıb
30 İyul 20:19
Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb
30 İyul 20:03
Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir
30 İyul 19:53
Sahibə Qafarova: Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır
30 İyul 17:36
FHN Akademiyasında şəhid övladları üçün “Açıq qapı günü” keçirilib
30 İyul 17:16
Yaqut Qarayeva: Xəstəxanalarda tullantılar üçün plastik qablardan istifadə olunmalıdır
30 İyul 17:08
Azərbaycanda koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb
30 İyul 17:03
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
30 İyul 16:33
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 94,7 milyon manat qaytarılıb
30 İyul 16:25
Anar Məmmədov: Bakı Bəyannaməsi yeni bir güc mərkəzinin yaradılması istiqamətində atılmış mühüm addımdır
30 İyul 16:24
Azərbaycan İsraildə Ticarət və Turizm Nümayəndəlikləri açıb
30 İyul 16:19
Prezident Rəcəb Tayyib Ərdoğan: 71 yanğından 57-si artıq nəzarət altına alınıb
30 İyul 16:15
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi qruplarının üzvləri Şuşaya səfər ediblər
30 İyul 16:00
ADAU ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb
30 İyul 15:59
Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib
30 İyul 15:46
Hikmət Babaoğlu: Azərbaycan xalqı bütün imkanları ilə türk xalqının yanında olmağa hazırdır
30 İyul 15:39
Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə ediblər
30 İyul 15:38
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti seminar keçirilib
30 İyul 15:30
Birinci vitse-prezident: Türkiyədə baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım
30 İyul 15:09
İsmayıllıda Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb
30 İyul 14:48
Deputat: Əminik ki, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq
30 İyul 14:24
Azərbaycandakı makroiqtisadi sabitlik İsrailin biznes dairələrinin diqqətinə çatdırılıb
30 İyul 14:21
Nizami rayonunda daha bir şəhidin barelyefinin açılış mərasimi olub
30 İyul 14:13
Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurub
30 İyul 14:00
Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb
30 İyul 13:51
Prezident İlham Əliyev: Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir
30 İyul 13:46
Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası əhəmiyyətli rol oynayır
30 İyul 13:39
Azərbaycanın “Tokio-2020”də ilk medalı: Cüdoçu İrina Kindzerska Olimpiadada üçüncü yeri tutub
30 İyul 13:38
Politoloq: “Bir millət, iki dövlət” deyərək sevincində də, kədərində də Türkiyənin yanındayıq
30 İyul 13:05
Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır
30 İyul 13:03
AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib
30 İyul 12:59
Azad edilmiş ərazilərimizin bərpası istiqamətində İsrailin maliyyə naziri ilə bir sıra layihələr müzakirə olunub
30 İyul 12:55
Peyvəndləmə pandemiya ilə mübarizənin ən effektiv yoludur
30 İyul 12:53
İyulun 29-da Bakıda havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub
30 İyul 12:49
Baş verən yanğınlar nəticəsində Antalyada indiyədək 2300 tikili zərər görüb
30 İyul 12:38
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
30 İyul 12:23
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
30 İyul 12:18
Paytaxt üzrə birinci sinfə qəbulla bağlı 44 min 975 elektron müraciət daxil olub
30 İyul 11:52
Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb
30 İyul 11:41
Qarabağ Dirçəliş Fondunun Azərbaycanın xaricdəki səfirləri ilə birgə müzakirə sessiyası keçirilib
30 İyul 11:30
İsrail və Azərbaycan şirkətləri arasında anlaşma memorandumu imzalanıb
30 İyul 11:09
Hikmət Hacıyev: Prezident İlham Əliyevin tapşırığı ilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək
30 İyul 11:08
İdarələrarası Mərkəzin işçi qrup heyətinin işğaldan azad olunan ərazilərə səfəri başlayıb
30 İyul 10:50
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş “Zəfər Salnaməsi” kitabı hazırlanıb
30 İyul 10:35
Səhiyyə nazirinin birinci müavini Reabilitasiya Mərkəzində şəhid ailələrinin övladları ilə görüşüb
30 İyul 09:49
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib
30 İyul 08:58
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir
30 İyul 08:51
Mirsaleh Məmmədov: Qəbul imtahanında rekord bal toplayacağımı gözləmirdim
30 İyul 08:50
Daim halsızlıq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir
30 İyul 08:48
Məğlub Ermənistanda daxili siyasi vəziyyət kifayət qədər gərgindir

30 İyul 08:46
Radikal müxalifət Zəngəzur dəhlizinin yaradılmasından niyə narahatdır?

30 İyul 08:43
Ölkəmizdə gənc nəslin fiziki tərbiyəsi sahəsində davamlı addımlar atılır
29 İyul 21:21
Aİ-nin xüsusi nümayəndəsi sərhəddəki gərginliklə bağlı narahatlığını ifadə edib
29 İyul 20:44
İsrailli iş adamları Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində maraqlıdır
29 İyul 20:28
İstanbulda “Türk Şurası sosial media tədris proqramı” mövzusunda təlim proqramı keçirilir
29 İyul 20:27
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üçüncü tərkibinin fəaliyyətinə dair hesabat iclası keçirilib
29 İyul 20:22
ABŞ-ın Oklahoma ştatının qubernatoru Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olub
29 İyul 20:13
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
29 İyul 20:04
Əsəd Qeysər: Pakistan azad edilmiş ərazilərdə turizmin inkişafına dəstək verməyə hazırdır
29 İyul 17:47
Akademik Rəfael Hüseynov: Nizami Gəncəviyə həsr olunana Bursa konfransı insanların bəşəri dəyərlər ətrafında birləşməsinə böyük töhfədir
29 İyul 17:32
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri və nümayəndə heyətlərinin üzvləri Füzuli rayonunda olublar
29 İyul 17:30
İyulun 29-da Azərbaycanda 84 mindən çox vətəndaşa COVID-19 əleyhinə peyvənd vurdurulub
29 İyul 17:20
Azərbaycanda yeni növ koronavirus infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb
29 İyul 17:05
Səkkiz ayda “Onlayn psixoloji dəstək xidməti”nə 1590 zəng daxil olub
29 İyul 16:59
Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA