Ana səhifə »  Xəbər lenti »  “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda videokonfrans keçirilib
A+   Yenilə  A-
“Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda videokonfrans keçirilib

İyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılmasının 20 illiyi münasibəti ilə “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə çiçəklər düzülüb.

Sonra Komitənin kollektivi Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib.

Videokonfransı giriş sözü ilə açan DQİDK-nın sədri Mübariz Qurbanlı ölkəmizdə yüksək səviyyədə tənzimlənən dövlət-din münasibətlərinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğuna diqqət çəkərək məhz Ümummilli Liderin fəaliyyəti nəticəsində o illərdə sağlam zəmində dövlət-din münasibətləri qurulduğunu, milli-mənəvi dəyərlərə münasibətin kökündən dəyişdiyini, bu dəyişikliyin fonunda ölkədə etiqad, inanc azadlığının bərqərar olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndərimizin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük və tarixi xidmətlərindən biri də 2001-ci iyunun 21-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasıdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət, Prezident İlham Əliyevin onu uğurla davam etdirməsi və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin, zəngin tolerantlıq ənənələrimizin ölkədə və beynəlxalq aləmdə təbliği istiqamətində ardıcıl fəaliyyəti Dövlət Komitəsinin qarşısına qoyulmuş məqsədlərə çatmasına əlverişli zəmin yaradır.

Dövlət Komitəsinin öhdəsinə düşən vəzifələr ötən 20 il ərzində yüksək səviyyədə həyata keçirilib. Ötən müddətdə din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi və dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər reallaşdırılıb. Maarifləndirmə işinin Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu bildirən M.Qurbanlı bu müddət ərzində Komitənin fəaliyyətini təkcə ölkə daxili ilə məhdudlaşdırmadığını, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də işlərini davam etdirdiyini vurğulayıb.

Mübariz Qurbanlı dini sahədə dövlət səviyyəsində görülən işlərin davamı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını həm də DQİDK-ya göstərilən yüksək etimad kimi dəyərləndirib.

Çıxışında, həmçinin böyük Qələbəmizlə nəticələnən 44 günlük Vətən müharibəsinə toxunan komitə sədri vurğulayıb ki, Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin düşmən üzərindəki böyük Zəfəri ölkə tarixinin ən şərəfli səhifələrindəndir. Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalarla, xüsusilə Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlıq şəraitində çalışan Dövlət Komitəsi Vətən müharibəsi zamanı erməni təbliğatının ifşasına yönələn çoxsaylı tədbirlərdə yaxından iştirak edib.

M.Qurbanlı vurğulayıb ki, Komitənin bir neçə əməkdaşı Vətən müharibəsində iştirak edib, digər əməkdaşlar isə bu dövrdə üzərlərinə düşən vəzifəni yüksək məsuliyyətlə yerinə yetirməyə çalışıblar.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin Multikulturalizm və dini məsələlər sektorunun müdiri Müzəffər Talıblı dövlətin din siyasətinin həyata keçirilməsində Dövlət Komitəsinin səmərəli fəaliyyətindən, ötən müddət ərzində işgüzar kollektivin formalaşmasının, ixtisaslı kadr siyasətinin gücləndirilməsinin önəmi barədə danışıb. Ötən ilin noyabrında Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfər tarixi yazaraq ərazi bütövlüyümüzü təmin edən Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən M.Talıblı daxili və xarici siyasətimizdəki nailiyyətlərə diqqət çəkib. Vurğulayıb ki, bu tarixi proseslərdə milli-mənəvi dəyərlərimizin, multikultural ənənələrimizin də mühüm rolu olub. O, Dövlət Komitəsinin kollektivinin ideoloji sahədə yüksək peşəkarlıqla çalışaraq ölkəmizdə formalaşan nümunəvi dövlət-din münasibətlərinin daha da inkişafında səy və bacarıqlarını əsirgəməyəcəyinə əminliyini ifadə edib.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini, müfti Salman Musayev əvvəlcə QMİ-nin sədri Allahşükür Paşazadənin Dövlət Komitəsinə ünvanladığı təbrik məktubunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun icra olunması, dövrün tələblərinə uyğun əlavə və düzəlişlər edilməsi üçün təkliflər verilməsi, dövlətin din siyasətinin həyata keçirilməsi, din xadimləri ilə dövlət arasında əlaqələndirici rol oynaması baxımından Komitənin fəaliyyəti təqdirəlayiqdir. Fəaliyyət göstərdiyi ötən dövr ərzində DQİDK xaricdən Azərbaycana yönələn təhdidlərin, zərərli dini fikirlərin təbliğatının qarşısının alınmasında, dini maarifləndirmə və təbliğat işləri apararaq radikal dini cərəyanların təsirlərinin neytrallaşdırılmasında mühüm rol oynayıb. Dövlət-din münasibətlərinin tənzimlənməsində mühüm nailiyyətlər əldə etmiş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təcrübəsi digər ölkələr tərəfindən də öyrənilir.

Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov qeyd edib ki, ulu öndər Heydər Əliyevin din sahəsində atdığı ən böyük addımlardan biri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədəki dini durumda gərginlik müşahidə olunurdu, istər İslam, istər qeyri-İslam radikal dini qrupların fəaliyyəti ölkədəki dini duruma mənfi təsir göstərirdi. Məhz bu səbəblərdən din sahəsinə yeni yanaşmalar tələb olunurdu. MDB məkanında ilk dəfə Azərbaycanda Ulu Öndərin Fərmanı ilə belə bir qurum yaradıldı və dini fəaliyyət sahəsində bir sıra islahatlar həyata keçirildi. Qısa müddət ərzində dini durumda sabitlik müşahidə edildi. Din sahəsində aparılan maarifləndirmə işləri, ölkə miqyasında keçirilən çoxsaylı tədbirlər öz bəhrəsini verir. Bu gün Azərbaycanda Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu fəaliyyət göstərir. Bütün bunların nəticəsində dövlətin din siyasəti uğurla həyata keçirilir, Qafqaz Müsəlmanları İdarəsi və digər dini qurumlarla birgə faydalı əməkdaşlıq əsasında qarşılıqlı münasibətlər çox yüksək səviyyədə özünü göstərir. Biz Vətən müharibəsi dövründə də bunun şahidi olduq. Ermənistan müharibənin dini müstəvidə aparıldığını iddia etməyə çalışsa da, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların dövlətimizlə həmrəylik nümayiş etdirməsi, bir yumruq kimi birləşməsi ermənilərin bütün cəhdlərini boşa çıxardı.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə kollektivi təbrik edərək, Komitənin genişspektrli fəaliyyətinə uğurlar arzulayıb. Rəhbərlik etdiyi qurumla Dövlət Komitəsinin birgə əməkdaşlığına toxunan Rəvan Həsənov ölkə daxili və xaricində iki qurum tərəfindən həyata keçirilən layihələrin önəmindən danışıb. Tolerant, multikultural dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində bundan sonra da qarşılıqlı əlaqələrin uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

DQİDK yanında İctimai Şuranın sədri Sevinc Alızadə dövlətin din sahəsində həyata keçirdiyi müdrik siyasətlə Komitə ilə əməkdaşlıq dövründə daha yaxından tanış olmaq imkanı əldə etdiyini vurğulayıb. Keçirilən görüşlər zamanı müxtəlif dini konfessiyalar arasındakı nümunəvi əməkdaşlıq və dostluq münasibətlərinin, onların fəaliyyəti üçün yaradılan şəraitin şahidi olduğunu qeyd edən natiq Dövlət Komitəsinin əməkdaşlarına sözügedən istiqamətdəki fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxış edərək, 70 illik sovet hakimiyyəti dövründən sonra ulu öndər Heydər Əliyevin 2001-ci ildə imzaladığı Fərmanla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının ölkədə dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin, tarixən mövcud multikultural və tolerant mühitin inkişafı baxımından mühüm qərar olduğunu bildirib. O qeyd edib ki, Komitə yaradıldığı gündən bölgələrdə radikalizmə, fanatizmə qarşı, eyni zamanda multikultural və tolerant dəyərlərin aşılanması yönündə müxtəlif tədbirlər həyata keçirir. Rektor vurğulayıb ki, Komitənin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun və Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına, multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə göstərdiyi qayğının bariz nümunəsidir.

Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Melih Yevdayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi protoiyerey Elnur Əfəndiyev, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumunun təmsilçisi Yozef Marek, “Azərbaycan Bibliya Cəmiyyəti”nin xristian dini icmasının sədri Rasim Xəlilov ulu öndər Heydər Əliyevin layiqli davamçısı, 44 günlük Vətən müharibəsinin qalib sərkərdəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın dini sahəyə göstərdiyi diqqət və qayğı barədə danışıblar. Eyni zamanda, ötən dövr ərzində Dövlət Komitəsinin dini konfessiyalarla qarşılıqlı əməkdaşlığın inkişafı, dini qurumların fəaliyyətinin dəstəklənməsi istiqamətindəki uğurlu fəaliyyətinə, habelə dini icmaları narahat edən məsələlərin dərindən öyrənilməsi, dini durumdakı neqativ halların aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlərə diqqət çəkiblər.

Çıxışlardan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 20 illiyi münasibətilə yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında təşkil edilən “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusundakı yazı müsabiqəsinin qalibləri elan olunub.

Sonda videokonfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

 
  • Oxunub:  2670  |  
  • Tarix:  21-06-2021  |  
  •    Çap et   |  
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir

30 İyul 10:50
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş “Zəfər Salnaməsi” kitabı hazırlanıb
30 İyul 10:35
Səhiyyə nazirinin birinci müavini Reabilitasiya Mərkəzində şəhid ailələrinin övladları ilə görüşüb
30 İyul 09:49
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib
30 İyul 08:58
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir
30 İyul 08:51
Mirsaleh Məmmədov: Qəbul imtahanında rekord bal toplayacağımı gözləmirdim
30 İyul 08:50
Daim halsızlıq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir
30 İyul 08:48
Məğlub Ermənistanda daxili siyasi vəziyyət kifayət qədər gərgindir

30 İyul 08:46
Radikal müxalifət Zəngəzur dəhlizinin yaradılmasından niyə narahatdır?

30 İyul 08:43
Ölkəmizdə gənc nəslin fiziki tərbiyəsi sahəsində davamlı addımlar atılır
29 İyul 21:21
Aİ-nin xüsusi nümayəndəsi sərhəddəki gərginliklə bağlı narahatlığını ifadə edib
29 İyul 20:44
İsrailli iş adamları Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində maraqlıdır
29 İyul 20:28
İstanbulda “Türk Şurası sosial media tədris proqramı” mövzusunda təlim proqramı keçirilir
29 İyul 20:27
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üçüncü tərkibinin fəaliyyətinə dair hesabat iclası keçirilib
29 İyul 20:22
ABŞ-ın Oklahoma ştatının qubernatoru Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olub
29 İyul 20:13
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
29 İyul 20:04
Əsəd Qeysər: Pakistan azad edilmiş ərazilərdə turizmin inkişafına dəstək verməyə hazırdır
29 İyul 17:47
Akademik Rəfael Hüseynov: Nizami Gəncəviyə həsr olunana Bursa konfransı insanların bəşəri dəyərlər ətrafında birləşməsinə böyük töhfədir
29 İyul 17:32
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri və nümayəndə heyətlərinin üzvləri Füzuli rayonunda olublar
29 İyul 17:30
İyulun 29-da Azərbaycanda 84 mindən çox vətəndaşa COVID-19 əleyhinə peyvənd vurdurulub
29 İyul 17:20
Azərbaycanda yeni növ koronavirus infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb
29 İyul 17:05
Səkkiz ayda “Onlayn psixoloji dəstək xidməti”nə 1590 zəng daxil olub
29 İyul 16:59
Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
29 İyul 16:53
Aşqabadda “Dostluq” yatağının Azərbaycan ilə birgə işlənməsinə dair məsələlər müzakirə olunub
29 İyul 16:44
“Qarabağ” səfərdə İsrailin “Aşdod” klubu ilə qarşılaşacaq
29 İyul 16:33
"Bakı Bəyannaməsi tarixi sənəddir"
29 İyul 16:31
Azərbaycanın Bolqarıstandakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib
29 İyul 16:21
Rəşad Mahmudov: Azərbaycan-Türkiyə-Pakistan münasibətləri dostluq qardaşlığa əsaslanır
29 İyul 16:07
Vüqar Rəhimzadə: Bakı Bəyannaməsi dünyaya ünvanlanan bir cox mesajları özündə ehtiva edir
29 İyul 16:02
Politoloq: Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət Azərbaycanın beynəlxalq reytinqini getdikcə artırır
29 İyul 16:01
Şəhid ailələri və qazilərə vahid məkandan xidmət göstərəcək qurumlar üzrə Əlaqələndirmə Komissiyasının ilk iclası keçirilib
29 İyul 15:47
Azərbaycanın turizm imkanlarının İsraildə təşviqi məsələləri müzakirə olunub
29 İyul 15:40
Yol polisi nəqliyyat vasitələrinin arxa şüşələrinə şüarların yazılması ilə bağlı sürücülərə müraciət edib
29 İyul 15:28
Özbəkistanın nəqliyyat naziri “Azərbaycan” gəmi-bərəsində olub
29 İyul 15:12
Müasir dünyada tolerantlığın Azərbaycan modelindən faydalanmaq dövrün tələbinə çevrilib
29 İyul 14:48
Vergi Xidməti: Əksər şadlıq evlərində qonaqlar və işçi heyəti arasında vaksinləşmə səviyyəsi artır
29 İyul 14:19
ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
29 İyul 14:13
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri başlayıb
29 İyul 13:39
Türkiyə və Pakistanın parlament nümayəndə heyətləri Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət ediblər
29 İyul 13:32
III ixtisas qrupu üzrə müsabiqədə ümumi balı 200-dən az olmayan abituriyentlər iştirak edə bilər
29 İyul 13:30
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 49,9 milyon dollar olub
29 İyul 12:38
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Şuşada Cıdır düzündə olublar
29 İyul 12:14
İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyi açılıb
29 İyul 12:10
TBMM-nin sədri: Şuşada gördüyümüz dağıntılar bizi məyus etdi

29 İyul 12:04
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi və Naxçıvan MR Daxili İşlər Nazirliyi birgə məlumat yayıb

29 İyul 11:56
Hava nəqliyyatı ilə müəyyən şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib – Qərar
29 İyul 11:51
Penitensiar xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilib
29 İyul 11:42
Azərbaycan İsraillə iqtisadi münasibətlərin gücləndirilməsi perspektivlərini müzakirə edib
29 İyul 11:29
Azərbaycan və İsrail arasında səmərəli tərəfdaşlıq əlaqələrimizin inkişafı üçün möhkəm zəmin yaradır
29 İyul 11:10
KOBİA İsrailin KOB sahəsində müvafiq qurumları ilə görüşlər keçirib
29 İyul 11:04
ADA Universitetində ikinci “Diplomatiya həftəsi”nin bağlanış mərasimi keçirilib
29 İyul 10:53
Mustafa Şentop: Bakı Bəyannaməsi ölkələrimiz arasında strateji əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaq
29 İyul 10:43
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin Şuşaya səfəri başlayıb
29 İyul 09:52
DİM iyulun 30-dan etibarən onlayn apellyasiya təşkil edəcək
29 İyul 08:49
İşğaldan azad edilmiş ərazilərdə görülən işlər Azərbaycan dövlətinin gücünü nümayiş etdirir
29 İyul 08:41
Yay fəslində uşaqları mövsümi xəstəliklərdən qorumaq üçün nələrə diqqət etmək lazımdır?
29 İyul 08:38
Ermənistan cəmiyyətində ağır mənəvi-psixoloji durum və etinasızlıq hökm sürür
29 İyul 08:37
Gənc nəslin vətənpərvər ruhda yetişməsində ali təhsil müəssisələrinin də rolu böyükdür

29 İyul 08:35
Radikal müxalifət ermənipərəst dairələrin direktivləri əsasında hərəkət edir

29 İyul 08:33
Ermənistan atəşkəsi pozaraq Kəlbəcər rayonu istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub
28 İyul 22:15
Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
28 İyul 21:42
Rusiya Prezidenti Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edib
28 İyul 21:38
Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub
28 İyul 19:35
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin diplomatik fəaliyyət müddəti başa çatır
28 İyul 19:33
Hesablama Palatası Dünya Bankının hesabatında
28 İyul 18:10
Azərbaycanda koronavirus infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb
28 İyul 18:08
Anar Məmmədov: Ermənistanın revanşist qüvvələri müharibədən nəticə çıxarmalıdırlar
28 İyul 18:02
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Moldova nümayəndə heyəti ilə görüş olub
28 İyul 17:58
ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktoru Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
28 İyul 17:27
“Ehtiyat zabit hazırlığı kursu”na qəbul başlayır
28 İyul 17:22
Beynəlxalq münasibətlərdə Azərbaycanın sözü imzası qədər qüvvətlidir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA