Ana səhifə »  Xəbər lenti »  Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Cəlilabad rayonunda keçirilən tədbirdə hər kəs “Təki Vətən sağ olsun!” deyib
A+   Yenilə  A-
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Cəlilabad rayonunda keçirilən tədbirdə hər kəs “Təki Vətən sağ olsun!” deyib

Cəlilabad vaxtilə respublikamızın qabaqcıl kənd təsərrüfatı rayonlarından biri olub. Cəlilabad üzümçülərinin, taxılçılarının şanı-şöhrəti el-obaya yayılıb. Yaşlı nəsil “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülən, səsləri Kremlin Qurultaylar sarayından, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisindən gələn, o vaxtın ən yüksək orden və medalları ilə təltif olunan zəhmətkeşləri və dəfələrlə rayona səfər edən, onların xidmətlərini həmişə yüksək qiymətləndirən ulu öndər Heydər Əliyevi çox yaxşı xatırlayırlar.

Məkan eyni məkan olsa da, indi zaman başqa zamandır. Artıq Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Azərbaycan öz torpaqlarının sahibidir, öz taleyini özü həll edir. Tarix isə tarixdir və bu tarixdən heç nəyi silmək olmaz. Heç nə yaddan çıxmır, heç kim unudulmur. İstər əmək, istərsə də döyüş cəbhələrində olsun, qəhrəmanlıq qəhrəmanla ölmür, onun ömrü əbədidir. Bu gün də Cəlilabad rayonunun gəncləri hərbi peşə seçimində, Silahlı Qüvvələrdə Vətənə xidmətdə, eləcə də Vətən uğrunda döyüşlərdə fərqlənməyə çalışır, hərb tariximizə parlaq səhifələr yazırlar.

Qəhrəmanlıq, Vətənə, torpağa bağlılıq bütün xalqımızın, həmçinin cəlilabadlıların qanındadır. Xalq şairi Məmməd Arazın dediyi kimi,

Bizi qandan qan çıxarıb həmişə,

Bizi qandan qurtaracaq yenə qan.

“Dəmir yumruq” əməliyyatı ilə başlanan 44 günlük Vətən müharibəsində xalqımızın həmrəyliyi, dövlətimizin iqtisadi gücü, Ordumuzun rəşadəti, Müzəffər Ali Baş Komandanımızın polad iradəsi, qətiyyəti sayəsində, o cümlədən şəhidlərimizin, qazilərimizin Vətən torpağına çilənən müqəddəs qanları hesabına tarixi Qələbə qazandıq. Təcavüzkar Ermənistan üzərində Zəfər çalaraq əzəli torpaqlarımızı işğaldan azad etdik, respublikamızın ərazi bütövlüyünün bərpasına nail olduq. Təsdiq etdik ki, həqiqətən də torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur.

Azərbaycan Ordusunun yaradılmasının 103-cü ildönümünü bu il həm xalqımız, həm də ordumuzun şəxsi heyəti ilk dəfə qalib ölkənin vətəndaşı, qalib ordunun döyüşçüsü kimi qarşılayır. Vətənimizin hər yerində olduğu kimi, Cəlilabad rayonunda da unudulmaz şəhidlərimizin xatirəsinə, Vətən əsgərlərinin şərəfinə silsilə tədbirlər həyata keçirilir. Şəhidlər ehtiramla yad edilir, Vətən əsgərinə isə vətənə sədaqətli xidmətdə bundan sonra da böyük uğurlar arzulanır.

AZƏRTAC xəbər verir ki, Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutan “Vətən müharibəsi şəhidləri” adlı kitabın təqdimat mərasimində fəxr edici anlar yaşanıb. Hər bir tədbir iştirakçısının qürurla dediyi “Təki Vətən sağ olsun!” nidaları Vətən uğrunda canından, qanından keçən, xatirələrdə, ürəklərdə əbədi yaşayan şəhidlərimizə böyük ehtiramın, həmçinin vətənimizə, müstəqil dövlətimizə, Müzəffər Ali Baş Komandanımıza sədaqətin ifadəsi kimi səslənib.

Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayaraq deyib: “Bir neçə gündən sonra Azərbaycan Ordusunun yaradılmasının 103-cü ildönümüdür. Dövlətimizin təhlükəsizliyinin təminatçısı olan ordumuzun şəxsi heyəti yüz il ərzində ilk dəfə olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş ərazilərimizi güc yolu ilə azad edərək öz peşə bayramını böyük ruh yüksəkliyi ilə qarşılayır. Buna görə də, ilk növbədə, şəhidlərimizə minnətdarıq, onları tərbiyə edən valideynlərə minnətdarıq. Qazilərimizə və bu gün sərhədlərimizin keşiyində ayıq-sayıq dayanan igid oğullarımıza, onların arxasında dağ kimi möhkəm dayanan xalqımıza minnətdarıq. Azərbaycan Ordusu 1918-ci ildə yaradılan ordunun varisidir və varislik ənənələrinə həmişə sadiqdir. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Cümhuriyyət ordusunun qısa tarixi - qəhrəmanlıq tarixidir, xalqa və Vətənə sədaqətli xidmətin ən gözəl nümunəsidir. Zaman keçdikcə Azərbaycan dövlətçiliyinin keşiyində dayanan Azərbaycan oğulları bu şərəfli tarixə söykənəcək və ondan dönə-dönə öyrənəcəklər.

Yüz il bundan öncə də Azərbaycan əsgəri Vətən torpaqlarını canı, qanı ilə qoruyurdu, bu gün də. Yüz il öncə də Vətən uğrunda savaşlarda şəhidlər verirdik, bu gün də. Yüz il öncə də Azərbaycan gəncinin döyüş ruhu, vətənpərvərlik hissi yüksək idi, bu gün də. Dünən də şəhid ata-anaları başını dik tutaraq “Təki Vətən sağ olsun!” deyirdi, bu gün də. Qələbə qurbansız, Vətən şəhidsiz olmaz. Bizi qələbədən-qələbəyə, daha nurlu gələcəyə aparan da məhz şəhidlərimizin müqəddəs ruhlarıdır və Vətən onların xidmətlərini bundan sonra da heç vaxt unutmayacaq, adları tarixdə əbədi yaşayacaqdır. Şair Davud Nəsibin bir şeirində deyildiyi kimi:

Torpaqdan ucalıb yarananları,

Vətən zirvələrə qaldıracaqdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Cəlilabad rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vüsal Həsənov məlumat verib ki, Vətən müharibəsində ən çox şəhid verən bölgələrdən biri də Cəlilabad rayonudur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Sərəncamından dərhal sonra şöbənin həyətində iynə atsaydın yerə düşməzdi. Əli silah tutan hər kəs cəbhəyə can atır, valideynlər övladlarını böyük ruh yüksəkliyi ilə müharibəyə yola salır, ümumiyyətlə, bütün rayon qaynayırdı. Hər şəhid gələndə bütün millət əllərində bayraqlar üzərinə dövlət bayrağı sərilmiş şəhid cənazələrini alqışlarla qarşılayır, böyük qələbəliklə son mənzilə yola salırdı. Heç kim ruhdan düşmür, hətta şəhid valideynləri övladları döyüşdə olanlara “Təki Vətən sağ olsun!”, “Qələbə qurbansız olmaz!” deyə təsəlli verirdilər. Hamını bir məqsəd, bir amal birləşdirirdi: “Təki torpaqlarımız tezliklə işğalçılardan azad edilsin”.

Vətən müharibəsində şəhid olmuş sevimli şagirdini yada salaraq kövrələn Adıgözəl Ağaverdi oğlunun çıxışı bütün tədbir iştirakçılarına qürurverici anlar yaşadıb. O “Təki Vətən sağ olsun!” deyərək çıxışını şeirlə tamamlayıb:

Ürəyində Vətən varsa,

Güc olacaq qollarında.

Hara getsən, hara varsan,

Şam yanacaq yollarında.

Hər iki oğlu Vətən müharibəsində çətin və şərəfli döyüş yolu keçən İsabala İsayev deyib: “Mənim hər iki oğlum xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı idi. Təbrizim Füzuli rayonunun yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda döyüşdə şəhid oldu, Pərvizim isə yaralanmasına baxmayaraq yenidən döyüşə qayıtdı. Meşələrdən, dağlardan, qayalıqlardan keçərək düz qəlbimizin paytaxtı Şuşa şəhərinədək döyüşüb şəhid qardaşının və digər şəhid silahdaşlarının intiqamını artıqlaması ilə aldı. Pərvizim bu gün də Şuşada Azərbaycan Ordusunun sıralarında xidmətini layiqincə davam etdirir. Əgər lazım olarsa, mən də istənilən vaxt oğlumla bir səngərdə vuruşmağa hazıram. Bu Vətən bizim Vətəndir və biz hər birimiz də bu Vətənin əsgəriyik. Təki Vətən sağ olsun!”

Xüsusi əməliyyat taborunun zabiti olan şəhid kapitan Rəşad Abdullayevin atası Arif Abdullayevin çıxışı qısa olub: “Oğlum Vətən müharibəsində hərbi əməliyyata kapitan kimi getdi. Şəhid olaraq “Vətən Müharibəsi Qəhrəmanı” kimi qayıtdı. Başımızı el içində uca elədi. Təki Vətən sağ olsun! Oğul düşmən çəpəri deyilmi?!”

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Məhərrəm Əliyev Füzulidən Daşaltıya qədər ağır və şərəfli döyüş yolu keçib. Sanitar-təlimatçı kimi atəşlər altında onlarla yaralıya ilk tibbi yardım göstərib, onları təxliyə edərək ölümün caynağından qurtarıb. Aldığı xəsarətlərdən nitqində qüsurlar yaransa da, əsasına söykənərək səhnəyə çıxıb, döyüş xatirələrini söyləyib və o da qürurla “Təki Vətən sağ olsun!” deyib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunələrinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş kapitan Qəzənfər Bağırlının çıxışı alqışlarla qarışlanıb. O deyib: “Müzəffər Ali Baş Komandanımızın mənə verdiyi bu yüksək fəxri ad hər bir şəhidimizə, qazimizə, hər bir Vətən müharibəsi iştirakçısına verilən mükafat və göstərilən diqqətin təzahürüdür. Hər bir döyüşçü qəhrəmanın “Qızıl Ulduz”unun zərrəsidir. Unutmayaq ki, ulduzlar heç vaxt sönmür. Mən sönməz ulduzların, onların valideynlərinin qarşısında baş əyir, şəhid analarının əllərindən öpürəm. Təki Vətən sağ olsun!”

Şəhid baş leytenant Elçin Ağayevin atası Zakir kişi çıxış edərək “Mənim oğlum da zabitlik peşəsini özü seçmişdi. Müharibənin ilk günündən döyüşlərdə fərqləndi. Qarabağın mirvarisi olan Şuşanı azad görmək istəyirdi. Nə etməli ki, Şuşanı görmək oğluma qismət olmadı. O da qanlı döyüşlərdə şəhid oldu. Mən oğlumla fəxr edirəm. O, ölməyib. Bu günlərdə qızı dünyaya gəldi. Adını Şuşa qoymuşuq. Şuşamızın adı bundan sonra həm də şəhid qızının, şəhid nəvəmin adında yaşayacaq. Təki Vətən sağ olsun!” deyib və tədbir iştirakçılarını iyulun 7-də oğlunun iştirakı olmadan keçirəcəyi ad günü tədbirinə dəvət edib.

Motoatıcı bölük komandiri baş leytenant Bayram Babaşov iki qardaşı ilə Vətən müharibəsinin ilk günlərindən döyüşlərə yollanıb. Qardaşları ali hərbi təhsil almasalar belə, onlar da talelərini Vətənə xidmətə həsr edib, müddətli həqiqi hərbi xidmətlərini başa vurduqdan sonra xüsusi təyinatlı kurs keçib və Azərbaycan Ordusunda xidmətlərini davam etdiriblər.

Hər üç qardaş Murovdağ istiqamətində döyüşlərə qatılıb. Böyük qardaş baş leytenant B.Babaşov şəhid olub, Nurlan ağır yaralanaraq qolunu itirib, Vüqar isə yaralandıqdan sonra bir müddət hərbi hospitalda müalicə olunub və bu gün də hərbi xidmətdədir.

Tədbirdə iştirak edən şəhid zabit Babaşovun qardaşları başlarını dik tutaraq “Təki Vətən sağ olsun!” deyib və hər kəsi hər an Ali Baş Komandanın əmrlərinə hazır olmağa səsləyiblər.

Müharibənin ən ağır günlərində arxa cəbhədə Qələbə naminə səylərini əsirgəməyən, daim şəhid ailələrinin yanında olan, onların qayğı və problemlərinin həlli üçün əllərindən gələni əsirgəməyən rayon icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəsmiləri də çıxış edərək şəhidlərimizin xatirəsinə ehtiramlarını bildirib, xalqımıza Qələbə sevinci yaşadan Müzəffər Ali Baş Komandana, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib və onlar da qürurla “Vətən sağ olsun!” deyiblər.

Şəhid ailələrinə və tədbir iştirakçılarına polkovnik A. Qurbaninin “Vətən müharibəsi şəhidləri” silsiləsindən Azərbaycan Ordusunun şəhid zabit və gizirlərinə həsr etdiyi xatirə kitabları hədiyyə edilib.

Tədbir Davud Nəsibin aşağıdakı misralarının səslənməsi ilə başa çatıb:

Gəlin torpaq haqda danışmayaq çox,

Torpaq nə sənindir, nə də mənimdir.

Torpaq sinəsində gəzənlərin yox,

Onu ürəyində gəzdirənindir.

Sonda layihənin müəllifi polkovnik Abdulla Qurbani böyük iftixar hissi ilə deyib: “Bu gün şəhidlərimizin sayəsində həm torpağımızın sinəsində gəzir, həm də onu ürəyimizdə gəzdiririk. Təki Vətən sağ olsun!”

 
  • Oxunub:  2550  |  
  • Tarix:  20-06-2021  |  
  •    Çap et   |  
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir

30 İyul 11:52
Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb
30 İyul 11:41
Qarabağ Dirçəliş Fondunun Azərbaycanın xaricdəki səfirləri ilə birgə müzakirə sessiyası keçirilib
30 İyul 11:30
İsrail və Azərbaycan şirkətləri arasında anlaşma memorandumu imzalanıb
30 İyul 11:09
Hikmət Hacıyev: Prezident İlham Əliyevin tapşırığı ilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək
30 İyul 11:08
İdarələrarası Mərkəzin işçi qrup heyətinin işğaldan azad olunan ərazilərə səfəri başlayıb
30 İyul 10:50
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş “Zəfər Salnaməsi” kitabı hazırlanıb
30 İyul 10:35
Səhiyyə nazirinin birinci müavini Reabilitasiya Mərkəzində şəhid ailələrinin övladları ilə görüşüb
30 İyul 09:49
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib
30 İyul 08:58
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir
30 İyul 08:51
Mirsaleh Məmmədov: Qəbul imtahanında rekord bal toplayacağımı gözləmirdim
30 İyul 08:50
Daim halsızlıq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir
30 İyul 08:48
Məğlub Ermənistanda daxili siyasi vəziyyət kifayət qədər gərgindir

30 İyul 08:46
Radikal müxalifət Zəngəzur dəhlizinin yaradılmasından niyə narahatdır?

30 İyul 08:43
Ölkəmizdə gənc nəslin fiziki tərbiyəsi sahəsində davamlı addımlar atılır
29 İyul 21:21
Aİ-nin xüsusi nümayəndəsi sərhəddəki gərginliklə bağlı narahatlığını ifadə edib
29 İyul 20:44
İsrailli iş adamları Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində maraqlıdır
29 İyul 20:28
İstanbulda “Türk Şurası sosial media tədris proqramı” mövzusunda təlim proqramı keçirilir
29 İyul 20:27
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üçüncü tərkibinin fəaliyyətinə dair hesabat iclası keçirilib
29 İyul 20:22
ABŞ-ın Oklahoma ştatının qubernatoru Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olub
29 İyul 20:13
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
29 İyul 20:04
Əsəd Qeysər: Pakistan azad edilmiş ərazilərdə turizmin inkişafına dəstək verməyə hazırdır
29 İyul 17:47
Akademik Rəfael Hüseynov: Nizami Gəncəviyə həsr olunana Bursa konfransı insanların bəşəri dəyərlər ətrafında birləşməsinə böyük töhfədir
29 İyul 17:32
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri və nümayəndə heyətlərinin üzvləri Füzuli rayonunda olublar
29 İyul 17:30
İyulun 29-da Azərbaycanda 84 mindən çox vətəndaşa COVID-19 əleyhinə peyvənd vurdurulub
29 İyul 17:20
Azərbaycanda yeni növ koronavirus infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb
29 İyul 17:05
Səkkiz ayda “Onlayn psixoloji dəstək xidməti”nə 1590 zəng daxil olub
29 İyul 16:59
Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
29 İyul 16:53
Aşqabadda “Dostluq” yatağının Azərbaycan ilə birgə işlənməsinə dair məsələlər müzakirə olunub
29 İyul 16:44
“Qarabağ” səfərdə İsrailin “Aşdod” klubu ilə qarşılaşacaq
29 İyul 16:33
"Bakı Bəyannaməsi tarixi sənəddir"
29 İyul 16:31
Azərbaycanın Bolqarıstandakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib
29 İyul 16:21
Rəşad Mahmudov: Azərbaycan-Türkiyə-Pakistan münasibətləri dostluq qardaşlığa əsaslanır
29 İyul 16:07
Vüqar Rəhimzadə: Bakı Bəyannaməsi dünyaya ünvanlanan bir cox mesajları özündə ehtiva edir
29 İyul 16:02
Politoloq: Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət Azərbaycanın beynəlxalq reytinqini getdikcə artırır
29 İyul 16:01
Şəhid ailələri və qazilərə vahid məkandan xidmət göstərəcək qurumlar üzrə Əlaqələndirmə Komissiyasının ilk iclası keçirilib
29 İyul 15:47
Azərbaycanın turizm imkanlarının İsraildə təşviqi məsələləri müzakirə olunub
29 İyul 15:40
Yol polisi nəqliyyat vasitələrinin arxa şüşələrinə şüarların yazılması ilə bağlı sürücülərə müraciət edib
29 İyul 15:28
Özbəkistanın nəqliyyat naziri “Azərbaycan” gəmi-bərəsində olub
29 İyul 15:12
Müasir dünyada tolerantlığın Azərbaycan modelindən faydalanmaq dövrün tələbinə çevrilib
29 İyul 14:48
Vergi Xidməti: Əksər şadlıq evlərində qonaqlar və işçi heyəti arasında vaksinləşmə səviyyəsi artır
29 İyul 14:19
ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
29 İyul 14:13
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri başlayıb
29 İyul 13:39
Türkiyə və Pakistanın parlament nümayəndə heyətləri Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət ediblər
29 İyul 13:32
III ixtisas qrupu üzrə müsabiqədə ümumi balı 200-dən az olmayan abituriyentlər iştirak edə bilər
29 İyul 13:30
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 49,9 milyon dollar olub
29 İyul 12:38
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Şuşada Cıdır düzündə olublar
29 İyul 12:14
İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyi açılıb
29 İyul 12:10
TBMM-nin sədri: Şuşada gördüyümüz dağıntılar bizi məyus etdi

29 İyul 12:04
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi və Naxçıvan MR Daxili İşlər Nazirliyi birgə məlumat yayıb

29 İyul 11:56
Hava nəqliyyatı ilə müəyyən şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib – Qərar
29 İyul 11:51
Penitensiar xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilib
29 İyul 11:42
Azərbaycan İsraillə iqtisadi münasibətlərin gücləndirilməsi perspektivlərini müzakirə edib
29 İyul 11:29
Azərbaycan və İsrail arasında səmərəli tərəfdaşlıq əlaqələrimizin inkişafı üçün möhkəm zəmin yaradır
29 İyul 11:10
KOBİA İsrailin KOB sahəsində müvafiq qurumları ilə görüşlər keçirib
29 İyul 11:04
ADA Universitetində ikinci “Diplomatiya həftəsi”nin bağlanış mərasimi keçirilib
29 İyul 10:53
Mustafa Şentop: Bakı Bəyannaməsi ölkələrimiz arasında strateji əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaq
29 İyul 10:43
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin Şuşaya səfəri başlayıb
29 İyul 09:52
DİM iyulun 30-dan etibarən onlayn apellyasiya təşkil edəcək
29 İyul 08:49
İşğaldan azad edilmiş ərazilərdə görülən işlər Azərbaycan dövlətinin gücünü nümayiş etdirir
29 İyul 08:41
Yay fəslində uşaqları mövsümi xəstəliklərdən qorumaq üçün nələrə diqqət etmək lazımdır?
29 İyul 08:38
Ermənistan cəmiyyətində ağır mənəvi-psixoloji durum və etinasızlıq hökm sürür
29 İyul 08:37
Gənc nəslin vətənpərvər ruhda yetişməsində ali təhsil müəssisələrinin də rolu böyükdür

29 İyul 08:35
Radikal müxalifət ermənipərəst dairələrin direktivləri əsasında hərəkət edir

29 İyul 08:33
Ermənistan atəşkəsi pozaraq Kəlbəcər rayonu istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub
28 İyul 22:15
Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
28 İyul 21:42
Rusiya Prezidenti Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edib
28 İyul 21:38
Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub
28 İyul 19:35
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin diplomatik fəaliyyət müddəti başa çatır
28 İyul 19:33
Hesablama Palatası Dünya Bankının hesabatında
28 İyul 18:10
Azərbaycanda koronavirus infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA