Ana səhifə »  Xəbər lenti »  Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib
A+   Yenilə  A-
Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib

Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev deyib: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.

Muxtar respublikanın iqlim şəraiti alternativ və bərpaolunan enerjidən istifadə üçün geniş imkanlar açır. Müasir energetika infrastrukturunun yaradılması və enerji təhlükəsizliyinin təmin olunmasında bu amil əsas götürülür, külək, günəş elektrik stansiyaları tikilərək istifadəyə verilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 18-də Culfa rayonunda yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verərək deyib ki, 2019-cu il avqustun 26-da Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə Çin Xalq Respublikası Ticarət Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına mobil elektrik stansiyalarının verilməsi haqqında imzalanmış müqaviləyə əsasən Naxçıvan Muxtar Respublikasına 2 dəst 200 kilovat gücündə “İSUZU” markalı dizel generator maşını, 410 dəst 2 kilovat gücündə mobil günəş elektrik stansiyası, 410 dəst günəş su qızdırıcısı, 6 dəst 10 kilovatlıq Külək-Günəş Hibrid Elektrik Stansiyası qurğusu verilib. Naxçıvan Dövlət Universitetində elektroenergetika ixtisası üzrə təhsil alan tələbələrin biliklərinin təcrübə ilə daha dərindən mənimsəmələri, yeni texnologiyalarla yerində tanış olmaları üçün Universitet şəhərciyində 1 ədəd 10 kilovat gücündə “Külək-Günəş Hibrid Elektrik Enerjisi Mənbəyi” və 1 dəst günəş su qızdırıcısı quraşdırılıb. Digər 5 dəst külək turbinlərinin və günəş panellərinin təyinatları dəyişdirilərək Culfa rayonunun Gülüstan kəndi yaxınlığında 3,3 hektar ayrılmış əkinə yararsız ərazidə komplektləşdirilərək 1,1 meqavatlıq yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası tikilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Külək-Günəş Hibrid Elektrik Stansiyasının istifadəyə verilməsi münasibətilə istehlakçıları təbrik edib, stansiyanın qurulmasında əməyi olanlara təşəkkür edərək deyib: Muxtar respublikanın ərazisində ilk dəfə olaraq Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilir. Hər bir ölkənin inkişafının əsas göstəricisi enerji təhlükəsizliyinin təmin olunmasıdır. Bu gün muxtar respublikanın inkişafının əsas hərəkətverici qüvvəsi elektrik enerjisinə olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsidir. Enerji harada varsa, orada inkişaf var, həyat var. Hazırda muxtar respublikada elektrik enerjisinə olan tələbatın 50 faizdən çoxu bərpaolunan enerji mənbələri hesabına ödənilir. Bu da imkan verir ki, həm əhalinin, həm də sənayenin və iqtisadiyyatın digər sahələrinin enerji təminatı davamlı olsun. Həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin ucuz qiymətə elektrik enerjisi istehsal etməsi imkan verəcək ki, gələcəkdə elektroenergetika sahəsi daha da inkişaf etdirilsin. Culfa rayonunun ərazisi həm küləkli, həm də günəşlidir. Sınaq məqsədilə yaradılan elektrik stansiyası gələcəkdə növbəti külək elektrik stansiyalarının qurulması üçün əsas verəcəkdir.

Ali Məclisin Sədri deyib: Yeni elektrik stansiyası Culfa rayonunda enerji tələbatının 10 faizdən çoxunu ödəyəcəkdir. Gələcəkdə yeni stansiyalar qurulduqdan sonra isə rayona kənardan enerji daşınmasına ehtiyac qalmayacaqdır. Stansiyada yeni iş yerləri də açılmışdır ki, bu da yeni mütəxəssislərin yetişməsinə, gələcəkdə digər stansiyaların yerli mütəxəssislər tərəfindən idarə olunmasına imkan verəcəkdir.

“Külək-Günəş Hibrid Elektrik stansiyaları ucuz enerji istehsalı deməkdir. Muxtar respublikanın günəş və külək potensialından səmərəli istifadə olunarsa, elektrik enerjisinə olan tələbat tamamilə bərpaolunan enerji hesabına təmin ediləcəkdir”, - deyən Ali Məclisin Sədri Çin Xalq Respublikası tərəfindən qrant layihəsi olaraq muxtar respublikaya verilən və alınan əlavə avadanlıqlar hesabına 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyası qurulduğunu qeyd edib, Çin dövlətinə və Çinin Azərbaycandakı səfirliyinə hörmət və ehtiramını bildirib.

Sonra stansiyaya baxış olub. Bildirilib ki, stansiyanın layihələndirilməsi və qurulması Energetika Xidmətinin mütəxəssisləri, tikinti-quraşdırma işləri isə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən qısa müddətdə və yüksək keyfiyyətlə aparılıb. Burada hər birinin gücü 280 vatt olan 3520 müasir alüminium çərçivəli günəş paneli, 50 kilovatt gücü olan 20 invertor, 11 ədəd 10 kilovatt gücü olan invertor-controller, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları quraşdırılıb. Daxilində 10/0,4 kilovoltluq transformator, 10 kilovoltluq qapalı paylayıcı və 0,4 kilovoltluq paylayıcı və idarəetmə otaqları inşa edilib. Alçaq və yüksəkgərginlikli, eləcə də rabitə, müşahidə və idarəetmə sistemləri üçün kabel xətləri çəkilib, ərazi çəpərlənib, stansiya 10 kV-luq “6-saylı şəhər” hava elektrik verilişi xəttinə qoşulub. Burada il ərzində 1,6 milyon kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulub. Külək potensialını ətraflı araşdırmaq üçün daha 7 ədəd 10 kilovatlıq külək turbini sifariş olunub gətirilib və 6-sı quraşdırılıb. Ümumilikdə, stansiyada 11 külək turbini quraşdırılıb.

Ali Məclisin Sədri yeni qurulacaq Culfa yarımstansiyasının layihəsinə baxıb, işlərə başlanılması barədə tapşırıq verib.

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev yaradılan şəraitə görə rayon sakinləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

X X X

Həmin gün Ali Məclisin Sədri Culfa rayonunun Yaycı kəndinin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı layihənin hazırlanması barədə tapşırıq verib.

 
  • Oxunub:  2970  |  
  • Tarix:  18-06-2021  |  
  •    Çap et   |  
Azərbaycanda dağ-mədən sənayesinin inkişafı istiqamətində görülən işlər böyük iqtisadi önəm daşıyır

24 İyul 20:14
Deputat: Azərbaycan Avropa İttifaqının enerji təminatının yeganə alternativ mənbəyi kimi çıxış edir
24 İyul 20:10
Adil Əliyev: Son altı ayın sosial-iqtisadi göstəricilərinə baxarkən kifayət qədər müsbət məqamları görmək mümkündür
24 İyul 20:05
Deputat: Azərbaycanla Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeləri üst-üstə düşür
24 İyul 17:11
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Müraciət
24 İyul 12:37
Deputat: Qeyri-neft sektorundakı inkişaf iqtisadi fəaliyyətin dayanıqlılığı baxımından yeni imkanlar yaradır
24 İyul 12:35
Nazir Anar Kərimov məşhur fotojurnalist Reza Deqati ilə görüşüb
24 İyul 06:45
Azərbaycanda dağ-mədən sənayesinin inkişafı istiqamətində görülən işlər böyük iqtisadi önəm daşıyır
24 İyul 06:40
Azərbaycan Respublikasının VI çağırış Milli Məclisi ölkəmizdə siyasi konfiqurasiyanın və demokratik təcrübənin yeni nümunəsi kimi
24 İyul 06:13
Azərbaycanın beynəlxalq həmrəyliyin gücləndirilməsinə xidmət edən təşəbbüsləri dünya miqyasında yüksək dəyərləndirilir
24 İyul 06:10
Uşaqlarda adenoid: nələri bilmək və hansı tədbirləri görmək lazımdır?

24 İyul 06:08
Radikal müxalifətin Azərbaycan dövlətinə qarşı qara piar kampaniyası iflasa məhkumdur

24 İyul 06:06
Paşinyan iqtidarı yeni uğursuzluqlarla üzləşə bilər
23 İyul 18:49
Həsən Bəy Zərdabinin zəngin irsinin qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə mühüm layihələr həyata keçirilir
23 İyul 17:55
Zəngəzur dəhlizinin açılması regionun gələcək inkişafı üçün mühüm amildir
23 İyul 17:42
Azərbaycan-Avropa İttifaqı əlaqələri uğurla inkişaf edir
23 İyul 17:27
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
23 İyul 17:26
Azərbaycanla Avropa İttifaqının uzun illərə söykənən əlaqələri uğurla davam etdirilməkdədir
23 İyul 17:10
Yeni Qanuna əsasən, 6 ay ərzində şəxsə təkrar əlillik təyin edildikdə, əvvəlki əlillik müddəti bitdiyi vaxtdan rəsmiləşəcək
23 İyul 17:09
Ölkəmiz Avropa İtiifaqı ilə münasibətlərini yeni keyfiyyət müstəvisinə qaldırmaqdadır
23 İyul 16:58
AZPROMO-nun Nizamnaməsi və Strukturu təsdiqlənib – Fərman
23 İyul 16:42
Suraxanı rayonunda şəhid Mürsəl Kazımlının ailəsi ziyarət edilib
23 İyul 16:40
“Nizami Gəncəvi: təbiətə sevginin ədəbi ifadəsi” mövzusunda konfrans təşkil olunub
23 İyul 16:38
Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır
23 İyul 16:37
Anar Məmmədov: Azərbaycanla Avropa İttifaqının münasibətlərində yeni bir səhifə açılıb
23 İyul 16:32
İlin birinci yarısında 267 şəxs barəsində 155 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
23 İyul 16:26
Uşaq Reabilitasiya Mərkəzində son nəsil reabilitasiya trenajoru - robotlaşdırılmış lokomat kompleksi istifadəyə verilib
23 İyul 16:07
Olimpiya Oyunlarının təntənəli açılış mərasimində Azərbaycan milli komandasının keçidi olub
23 İyul 16:05
Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb - SƏRƏNCAM
23 İyul 16:04
Mariana Vasileva: Olimpiya Oyunları idmançılar üçün ən vacib yarışdır
23 İyul 15:54
Gündüz Bayramov: Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycana böyük iqtisadi dividendlər qazandıracaq
23 İyul 15:50
Dövlət Sosial Müdafiə Fonduna işə qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə
23 İyul 15:27
Prezident Naftalan şəhərində avtomobil yollarının əsaslı təmirinə 3 milyon manat ayırıb
23 İyul 15:23
Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməllərinə dair 68 cinayət işi üzrə istintaq aparılıb
23 İyul 15:17
Energetika naziri Türkiyə səfiri ilə görüşüb
23 İyul 15:12
“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir
23 İyul 15:03
Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmirinə 3 milyon manat ayrılıb - SƏRƏNCAM
23 İyul 14:54
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Gənclər üçün çeşidli imkanların yaradılması və iştirakçılığın artırılması istiqamətində dövlət siyasəti” mövzusunda seminar keçirilib
23 İyul 14:34
“Mən müharibədə yaralananları, ölənləri deyil, müharibə dəhşətlərinin əks olunduğu gözləri çəkirəm”
23 İyul 14:33
Vətəndaşlardan hədə-qorxu ilə pul almaqda təqsirləndirilən şəxslər barəsində cinayət işi başlanıb
23 İyul 14:26
Mikayıl Cabbarov: Azərbaycan və Rusiya yeni əməkdaşlıq layihələri həyata keçirəcək
23 İyul 14:08
UNEC rektoru: Yeni dərs ili və gözləntilər
23 İyul 13:23
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək
23 İyul 13:17
Deputat: Nəhəng nəqliyyat, infrastruktur layihələri Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının strateji əhəmiyyətindən xəbər verir
23 İyul 13:10
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib
23 İyul 12:28
Heydər Əliyev Mərkəzində yeni sərgi: “Nizaminin süjet və obrazları”
23 İyul 12:26
Səməd Qurbanov: Azərbaycanla Rusiya şirkətlərinin əlaqələrinin daha da genişləndirilməsi vacibdir
23 İyul 12:19
Deputat: Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyur
23 İyul 12:13
Rusiyanın iqtisadi inkişaf nazirinin müavini: Moskva görüşündə ölkələrimizin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi bir daha nəzərdən keçirilib
23 İyul 11:55
Fransa Milli Assambleyasının nümayəndə heyəti Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar
23 İyul 11:44
Rəşad Nəbiyev: Kommunikasiyanın açılması region ölkələrinin iqtisadi cəhətdən daha sürətlə inkişafında mühüm rol oynayacaq
23 İyul 11:42
Mikayıl Cabbarov: Rusiya şirkətləri ilə əməkdaşlıq bizim maraqlarımız çərçivəsindədir
23 İyul 11:26
Azərbaycan neftinin bir bareli 73,03 dollara satılır
23 İyul 11:14
Jerom Lamber: Qarabağ müharibəsinin əsas səbəblərindən biri Minsk qrupunun diplomatik uğursuzluğudur
23 İyul 11:09
Kənd təsərrüfatı məhsullarının istehsalı 5,6 faiz artıb
23 İyul 11:05
Ali məktəblərə qəbul olmaq üçün 12 mindən çox subbakalavr ərizəsini təsdiqlədib
23 İyul 09:51
Sevinc Fətəliyeva: Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
23 İyul 09:27
Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında yeni mərhələ başlayıb
23 İyul 09:14
Rusiya Azərbaycanla ikitərəfli əlaqələrin inkişafında maraqlıdır
23 İyul 09:11
Yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarından ən effektivi vaksinasiyadır
23 İyul 09:09
Ermənistanda istefalar davam edir
23 İyul 09:08
Antimilli şurada təmsil olunan xəyanətkarlar köhnə mərəzlərindən əl çəkmirlər
23 İyul 09:06
Azərbaycanda medianın inkişafı dövlətin diqqət mərkəzindədir
22 İyul 22:08
Prezident İlham Əliyev: Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir
22 İyul 22:05
Prezident İlham Əliyev: Biz həm müharibə dövründə, həm postmüharibə dövründə istədiyimizə nail olmuşuq və nail oluruq
22 İyul 21:58
Prezident İlham Əliyev: Mənim cənab Putinlə çox yaxın əlaqələrim var, biz bir-birinə inanan siyasətçilərik
22 İyul 21:30
Şəhid jurnalist Məhərrəm İbrahimovun Milli Mətbuat Günü münasibətilə təltif olunduğu medal ailəsinə təqdim edilib
22 İyul 21:26
YAP Gənclər Birliyinin fəal üzvləri Bakı Dövlət Universitetində olublar
22 İyul 21:18
Prezident İlham Əliyev: Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər
22 İyul 21:16
Yevlaxda Milli Mətbuat Günü qeyd edilib
22 İyul 20:55
Azərbaycan Tacikistana humanitar yardım kimi 40 min doza “AstraZanesa” vaksini göndərib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA