Ana səhifə »  Xəbər lenti »  Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib
A+   Yenilə  A-
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib

İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 21-ci buraxılışı münasibəti ilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport verib.

Ali Məclisin Sədri kursantları salamlayıb.

Kursantlar orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himnini ifa ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev adına Hərbi Liseyin 21-ci buraxılış mərasiminin Vətən müharibəsində qazandığımız böyük tarixi Qələbə ilə qeyd olunduğunu, Qələbənin qazanılmasında və torpaqlarımızın işğaldan azad edilməsində hərbi liseyin məzunlarının da qəhrəmanlıq göstərərək şəhid olduqlarını bildirib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ali Məclisin Sədri deyib: İkinci Qarabağ müharibəsi bir daha göstərdi ki, o ordu güclüdür ki, onun vətənpərvər və peşəkar şəxsi heyəti vardır. Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsi də ölkəmizin iqtisadi qüdrəti və ordumuzun güclü maddi-texniki təminatı ilə yanaşı, həm də dövlət-xalq-ordu birliyi, əsgər və zabitlərimizin yüksək döyüş qabiliyyəti və vətənpərvərliyi nəticəsində qazanılmışdır. Təbii ki, bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin bəhrələridir. Ulu Öndərimiz ötən əsrin 70-ci illərində Azərbaycanda hərbi təhsil sisteminin və milli hərbçi kadr hazırlığı işinin əsasını qoymuş, müstəqillik qazandıqdan sonra isə bu məsələnin vacibliyini önə çəkərək demişdir: “Əgər Azərbaycanın qüdrətli ordusunu yaratmaq istəyiriksə, bu ordu yalnız və yalnız təcrübəli, bilikli, səriştəli, hərbi təhsilə malik olan zabitlər, hərbi qulluqçular tərəfindən yarana bilər”.

Ali Məclisin Sədri deyib: Dahi şəxsiyyətin müəyyənləşdirdiyi yolun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi qüdrətli Azərbaycan Ordusunu formalaşdırmışdır. Müstəqillik illərində Ümummilli Liderin qəbul etdiyi mühüm tarixi qərarlardan biri də Naxçıvanda hərbi məktəbin yaradılması olmuşdur. Əgər Sovetlər Birliyi dövründə yaradılan hərbi məktəb ölkəmizin gələcək müstəqilliyinə hesablanmışdırsa, 1998-ci ildə Naxçıvanda hərbi məktəbin yaradılması isə müstəqil ordu quruculuğu sahəsində atılan mühüm addım idi. Ötən dövrdə hərbi məktəb ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı ilə böyük inkişaf yolu keçmişdir. Fəxr edirik ki, Heydər Əliyev adına Hərbi Lisey müstəqil dövlətimizin ordu quruculuğu işinə öz layiqli töhfəsini verir. 56 kursantla fəaliyyətə başlayan liseyin 3 mindən artıq məzunu olub. Hazırda onlardan 2 minə yaxını Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edir.

Ali Məclisin Sədri kursantlara müraciətlə deyib: Zabit peşəsi çətin və şərəfli peşədir. Ulu Öndərimiz öyrədirdi ki, hərbi peşə insandan həm fiziki hazırlıq, həm nizam-intizam, həm dövlətə, Vətənə, ölkəyə, doğma torpağa əsl sədaqət, həm də böyük cəfakeşlik, zəhmətsevərlik, mərdlik, qəhrəmanlıq və mətinlik tələb edir. Göründüyü kimi, üzərinizə mühüm vəzifələr düşür. İlk növbədə, vətənpərvər olmalı, hərbi nizamnamənin tələblərini öyrənməli, silah və hərbi texnikandan istifadə vərdişlərinə yiyələnməlisiniz. Bu peşəni seçən hər bir gənc həm də Azərbaycan xalqı və dövləti qarşısında məsuliyyətini dərk etməli, tarixinə və milli-mənəvi dəyərlərinə sahib çıxmalı, ümummilli lider Heydər Əliyev siyasi xəttinə sədaqət ruhunda yetişməlidir. Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə və təminata malikdir. Gələcəkdə müasir hərbi hissələrdə xidmət edəcək, ailələriniz hərtərəfli sosial-məişət şəraiti ilə təmin olunacaqlar. Ona görə də hərtərəfli ali hərbi təhsil almaq, peşəkar zabit kimi yetişmək və göstərilən etimadı doğrultmaq qarşınızda duran əsas vəzifələrdir.

Ali Məclisin Sədri bu yolda kursantlara uğurlar arzulayıb, hərbi liseyin 21-ci buraxılışı münasibəti ilə bütün kursant, zabit və müəllim heyətini, tədbir iştirakçılarını təbrik edib.

Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Məhəmməd Həsənov buraxılış mərasimində iştirakına görə Ali Məclisin Sədrinə liseyin kollektivi adından minnətdarlıq edərək deyib: Bu gün Ulu Öndərimizin müqəddəs adını böyük qürur və ləyaqətlə daşıyan hərbi liseydə ənənəvi buraxılış mərasimidir. Bu dərs ilində tədrisin və təlim-tərbiyənin yüksək keyfiyyətini təmin etmək məqsədilə kursantların fiziki, mənəvi-psixoloji cəhətdən tam hazır olmaları üçün müəllim-zabit heyəti tərəfindən qabaqcıl metodlar tətbiq olunub. Kursantlar il ərzində şəhər və muxtar respublika miqyaslı fənn olimpiadalarında, idman yarışlarında, bədii özfəaliyyət baxış - müsabiqələrində müntəzəm iştirak edərək layiqli yerlər tutublar. Ötən buraxılış mərasimlərinin birində Ali Məclisin Sədri demişdir ki, bu torpaq böyük şücaətlər göstərən generallar, hərbi xadimlər yetirmişdir. Onların keçdiyi yol hər bir gənc üçün vətənpərvərlik nümunəsidir. İnanırıq ki, bu gün Heydər Əliyev adına Hərbi Liseyin müdavimləri olan kursantlar şərəfli zabit adını doğruldacaq, torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanacaqlar. Bu fikirləri özləri üçün əsas tapşırıq-vəzifə kimi qəbul edən məzunlarımız 2020-ci il 27 sentyabrda başlanan və 44 gün davam edən Vətən müharibəsində öz qanları və canları ilə tarix yazıb, orden və medallarla təltif olunublar.

Heydər Əliyev adına Hərbi Liseyin məzunu Tahir Məhərrəmov göstərilən diqqət və qayğıya görə bütün kursantlar adından minnətdarlıq edərək deyib: “Bu gün biz kursantların həyatında çox əlamətdar gündür. Çünki biz Heydər Əliyevin adını daşıyan hərbi liseydən məzun oluruq. Qarşıdakı təhsil illərində də yüksək bilik və hərbi intizamımızla öndə gedəcəyik. Gələcəkdə qalib Azərbaycanımızın hansı guşəsində olmasından asılı olmayaraq, müzəffər ordumuzda layiqincə xidmət edəcək, Ali Baş Komandanın hər bir əmrinə hazır olacağıq”.

Sonra Ali Məclisin Sədri liseyin əlaçı kursantlarına attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.

Kursant Elşad Abdullayev təhsil ocağının rəmzi kötüyünə xatirə birkasını vurub.

Orkestrin müşayiəti ilə “Hərbi lisey marşı” ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin hərbi liseydəki büstü önündə kursantlarla xatirə şəkli çəkdirib, liseydə yeni yaradılmış STEAM kabinəsinə baxıb.

Müəllim Səadət Hüseynli kollektiv adından minnətdarlıq edərək deyib: “Ali Məclis Sədrinin qayğısı ilə liseydə STEAM kabinəsi yaradılıb və müxtəlif avadanlıqlarla təchiz olunub. Kursantlar bu avadanlıqlarla tanış olmaqla 3D modelləşdirmə, mikrobit və arduino ilə işləmə proqramlarına yiyələniblər. Muxtar respublikanın təhsil müəssisələrində, o cümlədən liseyimizdə yeni texnologiyaların tətbiqi yüksəkixtisaslı kadrların hazırlanmasına şərait yaradır. Əmin edirik ki, yaradılan şəraitdən səmərəli istifadə edəcəyik”.

Kursantlar hazırladıqları minaaxtaran qurğu, ağıllı hərbi baza, xətt izləyən və kəşfiyyat robotları, qaz sensoru, elektron tank, su səviyyəsini ölçən qurğuların modellərini Ali Məclisin Sədrinə təqdim ediblər.

Ali Məclisin Sədri deyib: STEAM kabinəsində artıq ilkin nümunələr hazırlanıb. Bu da imkan verəcək ki, gələcəkdə hərbi liseyi bitirən hər bir kursant yeni texnologiyalar barədə məlumatlı olsun və onları idarə etməyi bacarsın. Muxtar respublikada STEAM tədris metodu ilk olaraq pilot layihə kimi tətbiq olundu. Bunun yaxşı nəticəsi və şagirdlərin marağı nəzərə alınaraq sərəncam imzalandı və muxtar respublikanın bütün ümumtəhsil məktəblərində tətbiqinə başlanıldı. Sərəncama əsasən Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılacaqdır. Artıq ümumtəhsil məktəblərindən hərbi liseyə qəbul olunan kursantlar yeni texnologiyalar haqqında məlumatlı olacaqlar. Burada isə tam formalaşdıqdan sonra təhsillərini ali hərbi məktəblərdə davam etdirəcəklər.

Daha sonra müəllimlərlə görüşən Ali Məclisin Sədri deyib: Kollektivin uğurlu fəaliyyətinin nəticəsidir ki, məzunlar Azərbaycan Silahlı Qüvvələrinin sıralarında zabitlər kimi xidmət edirlər. Onların hər bir nailiyyəti müəllimlərin sevincidir. Heydər Əliyev adına Hərbi Liseyin kursantları həmişə nailiyyətləri və qəhrəmanlıqları ilə seçilib. Bütün bunlar böyük zəhmət hesabına əldə olunub. Kursantlar həm müəllimləri, həm də dövlətimiz üçün qürur mənbəyidir.

Ali Məclisin Sədri valideynlərlə də görüşərək vətənpərvər övladlar yetişdirdikləri üçün onlara təşəkkürünü bildirib.

 
  • Oxunub:  2490  |  
  • Tarix:  17-06-2021  |  
  •    Çap et   |  
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir

30 İyul 21:17
Qənirə Paşayeva: Biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir
30 İyul 21:15
Ölkə Prezidentinin hücum diplomatiyası ilə bağlı tapşırıqları ədliyyə orqanlarının diqqət mərkəzindədir
30 İyul 21:14
Bursa Böyükşəhər bələdiyyəsinin sədri: Yanğınlarla mübarizədə Azərbaycanın Türkiyəyə göstərdiyi yardım əsl qardaşlıq nümunəsidir
30 İyul 20:46
Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb
30 İyul 20:41
İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib
30 İyul 20:23
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola salınıb
30 İyul 20:19
Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb
30 İyul 20:03
Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir
30 İyul 19:53
Sahibə Qafarova: Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır
30 İyul 17:36
FHN Akademiyasında şəhid övladları üçün “Açıq qapı günü” keçirilib
30 İyul 17:16
Yaqut Qarayeva: Xəstəxanalarda tullantılar üçün plastik qablardan istifadə olunmalıdır
30 İyul 17:08
Azərbaycanda koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb
30 İyul 17:03
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
30 İyul 16:33
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 94,7 milyon manat qaytarılıb
30 İyul 16:25
Anar Məmmədov: Bakı Bəyannaməsi yeni bir güc mərkəzinin yaradılması istiqamətində atılmış mühüm addımdır
30 İyul 16:24
Azərbaycan İsraildə Ticarət və Turizm Nümayəndəlikləri açıb
30 İyul 16:19
Prezident Rəcəb Tayyib Ərdoğan: 71 yanğından 57-si artıq nəzarət altına alınıb
30 İyul 16:15
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi qruplarının üzvləri Şuşaya səfər ediblər
30 İyul 16:00
ADAU ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb
30 İyul 15:59
Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib
30 İyul 15:46
Hikmət Babaoğlu: Azərbaycan xalqı bütün imkanları ilə türk xalqının yanında olmağa hazırdır
30 İyul 15:39
Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə ediblər
30 İyul 15:38
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti seminar keçirilib
30 İyul 15:30
Birinci vitse-prezident: Türkiyədə baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım
30 İyul 15:09
İsmayıllıda Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb
30 İyul 14:48
Deputat: Əminik ki, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq
30 İyul 14:24
Azərbaycandakı makroiqtisadi sabitlik İsrailin biznes dairələrinin diqqətinə çatdırılıb
30 İyul 14:21
Nizami rayonunda daha bir şəhidin barelyefinin açılış mərasimi olub
30 İyul 14:13
Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurub
30 İyul 14:00
Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb
30 İyul 13:51
Prezident İlham Əliyev: Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir
30 İyul 13:46
Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası əhəmiyyətli rol oynayır
30 İyul 13:39
Azərbaycanın “Tokio-2020”də ilk medalı: Cüdoçu İrina Kindzerska Olimpiadada üçüncü yeri tutub
30 İyul 13:38
Politoloq: “Bir millət, iki dövlət” deyərək sevincində də, kədərində də Türkiyənin yanındayıq
30 İyul 13:05
Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır
30 İyul 13:03
AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib
30 İyul 12:59
Azad edilmiş ərazilərimizin bərpası istiqamətində İsrailin maliyyə naziri ilə bir sıra layihələr müzakirə olunub
30 İyul 12:55
Peyvəndləmə pandemiya ilə mübarizənin ən effektiv yoludur
30 İyul 12:53
İyulun 29-da Bakıda havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub
30 İyul 12:49
Baş verən yanğınlar nəticəsində Antalyada indiyədək 2300 tikili zərər görüb
30 İyul 12:38
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
30 İyul 12:23
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
30 İyul 12:18
Paytaxt üzrə birinci sinfə qəbulla bağlı 44 min 975 elektron müraciət daxil olub
30 İyul 11:52
Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb
30 İyul 11:41
Qarabağ Dirçəliş Fondunun Azərbaycanın xaricdəki səfirləri ilə birgə müzakirə sessiyası keçirilib
30 İyul 11:30
İsrail və Azərbaycan şirkətləri arasında anlaşma memorandumu imzalanıb
30 İyul 11:09
Hikmət Hacıyev: Prezident İlham Əliyevin tapşırığı ilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək
30 İyul 11:08
İdarələrarası Mərkəzin işçi qrup heyətinin işğaldan azad olunan ərazilərə səfəri başlayıb
30 İyul 10:50
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş “Zəfər Salnaməsi” kitabı hazırlanıb
30 İyul 10:35
Səhiyyə nazirinin birinci müavini Reabilitasiya Mərkəzində şəhid ailələrinin övladları ilə görüşüb
30 İyul 09:49
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib
30 İyul 08:58
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir
30 İyul 08:51
Mirsaleh Məmmədov: Qəbul imtahanında rekord bal toplayacağımı gözləmirdim
30 İyul 08:50
Daim halsızlıq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir
30 İyul 08:48
Məğlub Ermənistanda daxili siyasi vəziyyət kifayət qədər gərgindir

30 İyul 08:46
Radikal müxalifət Zəngəzur dəhlizinin yaradılmasından niyə narahatdır?

30 İyul 08:43
Ölkəmizdə gənc nəslin fiziki tərbiyəsi sahəsində davamlı addımlar atılır
29 İyul 21:21
Aİ-nin xüsusi nümayəndəsi sərhəddəki gərginliklə bağlı narahatlığını ifadə edib
29 İyul 20:44
İsrailli iş adamları Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində maraqlıdır
29 İyul 20:28
İstanbulda “Türk Şurası sosial media tədris proqramı” mövzusunda təlim proqramı keçirilir
29 İyul 20:27
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üçüncü tərkibinin fəaliyyətinə dair hesabat iclası keçirilib
29 İyul 20:22
ABŞ-ın Oklahoma ştatının qubernatoru Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olub
29 İyul 20:13
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
29 İyul 20:04
Əsəd Qeysər: Pakistan azad edilmiş ərazilərdə turizmin inkişafına dəstək verməyə hazırdır
29 İyul 17:47
Akademik Rəfael Hüseynov: Nizami Gəncəviyə həsr olunana Bursa konfransı insanların bəşəri dəyərlər ətrafında birləşməsinə böyük töhfədir
29 İyul 17:32
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri və nümayəndə heyətlərinin üzvləri Füzuli rayonunda olublar
29 İyul 17:30
İyulun 29-da Azərbaycanda 84 mindən çox vətəndaşa COVID-19 əleyhinə peyvənd vurdurulub
29 İyul 17:20
Azərbaycanda yeni növ koronavirus infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb
29 İyul 17:05
Səkkiz ayda “Onlayn psixoloji dəstək xidməti”nə 1590 zəng daxil olub
29 İyul 16:59
Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA