Ana səhifə »  Xəbər lenti »  QURTULUŞ TƏNTƏNƏSİ, YAXUD İSTİQLAL SİYASƏTİNƏ DAVAM MİSSİYASI
A+   Yenilə  A-
QURTULUŞ TƏNTƏNƏSİ, YAXUD İSTİQLAL SİYASƏTİNƏ DAVAM MİSSİYASI

ELNARƏ AKİMOVA

YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, dosent

1987-ci il... Heydər Əliyev Moskvada Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdi. Təbii ki, milli məfkurə xəttini meyara çevirən siyasət yürütdüyünə görə. Heydər Əliyevdən bəhs edən şeir-poemalarda, şair gündəliklərindəki qeydlərdə belə bu məqama dair münasibətlərin yer aldığını görürük.

Məsələn, Xalq şairi Zəlimxan Yaqub “Kremldə keçən ömür” şeirində Heydər Əliyevin keçdiyi yola nəzər salır, həmin vaxt Onu hakim dairədən uzaqlaşdırmaq niyyətində Azərbaycanı parçalamaq, sındırmaq, təkləmək amilinin olması fikrini önə çəkirdi:

“Vəzifədən getməlidir” -

Fikir aydın, qərar qəti,

Bax beləcə ayaq açdı

Addım-addım üstümüzə

Qarabağın xəyanəti.

Boş sualın nə yeri var,

Niyə getdi, nəyə getdi?

Hər gedənlə can əridi,

Ürək getdi, bədən getdi!

O, getməklə əlimizdən

Parça-parça Vətən getdi!

Akademik İsa Həbibbəyli yazır: “Heydər Əliyev keçmiş sovet rejimi dövründə bütün çətinliklərə baxmayaraq, ölkəmizdə milli istiqlal düşüncəsinin əsaslarını formalaşdırmaq kimi məsuliyyətli və şərəfli bir vəzifəni böyük bacarıqla həyata keçirmişdir. İndi Azərbaycan Respublikasının keçən əsrin 70-80-ci illərində baş verən əsas siyasi-iqtisadi, elmi-mədəni hadisələri yenidən təhlil edilərkən görünən və görünməyən bütün proseslərin alt qatında, fəlsəfəsində, mahiyyətində millilik amilinin, müstəqillik düşüncəsinin, milli dövlətçilik təfəkkürünün varlığını, mövcudluğunu çox aydınlıqla görmək olar”.

Bəli, sovet dövründə ədəbiyyatın uzun illərin mənəvi təmassızlığından sonra özünə qayıtması məhz Heydər Əliyevin hakimiyyəti zamanı baş verdi. Bu mərhələ milli özünüdərk, milli mənlik şüurunun dirçəldilməsi üçün addımların atıldığı illər kimi tariximizə düşdü. Bu dövr yaddaşın dövriyyəsinə qatdığı şəxsiyyətlərin yaradıcılığı ilə ümumi amal, ideya əsasını təşkil edən şüur intibahı, təfəkkür oyanışı, milli tərəqqi kimi ali duyğuları özündə əks etdirir.

Bu mənada, Heydər Əliyevin siyasətini istiqlal sözü ilə bir müstəviyə qoyub elə eyni müstəvidə “İstiqlal ədəbiyyatı” deyilən bir təsnifatı dövriyyəyə gətirmək mümkündür. Daha sonra isə milli müstəqillik kimi tarixi nailiyyətimizi. Önəmli faktdır ki, 1992-ci ildə təsis olunmuş “İstiqlal” ordeni 1995-ci ildə Heydər Əliyevin Sərəncamı ilə ilk dəfə olaraq Azərbaycanın üç böyük şairinə - Xəlil Rza Ulutürkə (ölümündən sonra), Məmməd Araza və Bəxtiyar Vahabzadəyə verildi.

Heydər Əliyev “İstiqlal” ordenini Bəxtiyar Vahabzadəyə, Məmməd Araza təqdim etməkdə haqlıydı. Eləcə də Xəlil Rza Ulutürkə münasibətdə... X.R.Ulutürkün milli duyğularla süslənmiş poeziyasını təhlil etmək bir başqa mövzudu, amma bu anda onun Heydər Əliyevlə bağlı apardığı mücadilənin bəzi həssas məqamlarına varmağa ehtiyac olduğunu düşünürəm.

1987-ci ilin oktyabrı idi.

Azərbaycan tarixinin yeni dövrü də oktyabrdan başlanırdı. Qarabağ müharibəsinə, torpaqlarımızın işğalına rəvac verən sovet imperatoru Qorbaçovun apardığı siyasətə etiraz əlaməti olaraq məhz 1987-ci ilin oktyabrında, həmin ayın 21-də Heydər Əliyev tutduğu vəzifələrdən istefa verdi.

Məhz bundan sonra Aqanbekyan “Hümanite”yə o məlum müsahibəsini verdi (17 noyabr 1987)...

Daha sonra Dağlıq Qarabağ Muxtar Vilayəti özünün Ermənistana verilməsi barədə qərar qəbul etdi (20 fevral 1988)...

Əskəranda ilk şəhidlərin: Əli və Bəxtiyarın günahsız qanı axıdıldı (22 fevral 1988)...

Heydər Əliyev Siyasi Bürodan getdi və bundan sonra imperiyada siyasi şoular dövrü başlandı. “Literaturnaya qazeta”nın sentyabr ayında dərc etdiyi “Gurultulu alqışlar” məqaləsi (hədyanı!) yenə də məhz 1988-ci ilin 9 oktyabrında “Kommunist” qəzetində şərəfsizcəsinə təkrar edildi....

Ümummilli Lider hələ iqtidara gəlməmişdi. Heydər Əliyev Naxçıvanda işləyirdi və Bakıda - Azərbaycanın hakim dairələrində Ona qarşı əks-təbliğatlar aparılırdı. Ölkə anarxiyanın girdabındaydı. Həmin çətin günlərdə Xəlil Rza Ulutürk meydanlarda mitinqlər keçirib Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün çağırışlar edir, israrlı tələblər irəli sürürdü. Ulutürk Əliyevin müdafiəsinə qalxdığına görə istər partokratlar, istərsə də naşı demokratlar tərəfindən qınaqlara məruz qalırdı. Onu hər nə yolla olursa-olsun susdurmağa çalışırdılar. Bu, indi adi görünə bilər. Amma o dövr üçün qeyri-adi hərəkət idi ki, məhz həmin günlərdə, “Aydınlıq” qəzetinin 12 iyun 1992-ci il tarixli nömrəsində Azər Turan “Ya zəfər, ya ölüm yaz bayrağına!” adlı essesində yazırdı: “Fitrətən kədərli bir zamana gəlib çatdıq.... Naşad millət gəmimiz müasiri olduğumuz zamanın qanlı sularında yelkənsiz və kapitansız üzür. Və bu gün meydanlarda Xəlil Rza Ulutürk gəmiyə kapitanlıq üçün Heydər Əliyevi səsləyirsə öz cəsarətli əməli ilə o, Şəhriyarın: “Dağa dağlar dayaq oldu” - kəlamını yenidən qüvvəyə mindirir və düz hədəfə vurur. İstiqlala böyüyünün üzünə sən böyüksən deməyi bacaran millət layiqdir”.

Həmin yazıdan az sonra yenə elə həmin “Aydınlıq” qəzetində Xalq yazıçısı Elçinin Heydər Əliyev barədə “Dünya axirət əkini” (28 iyul 1992) məqaləsi çap olunur. Əlbəttə, o zaman belə yazılarla çıxış etmək müəllifindən böyük cəsarət tələb edirdi. Bəxtiyar Vahabzadənin 1991-ci ildə parlamentdə Heydər Əliyevi müdafiə edən məşhur çıxışını da həmin cəsarət nümunələri sırasında anmaq olar. 1990-cı illərin əvvəllərində Bəxtiyar Vahabzadə siyasi görüşlərini Türkiyə və Türk dünyası ilə Azərbaycan arasında mötəbər körpülərin qurulmasında müstəsna xidmətləri olan alman əsilli müsəlman, türkoloq-şərqşünas Hans Əhməd Şmide ilə bölüşürdü: “Bu anda bütün ümidimiz Heydər Əliyevədir... O, çox böyük bir siyasətçi və dövlət adamıdır. Azərbaycanda baş verən daxili çəkişmələr və daxili ziddiyyətlər ölkənin xaricindən idarə olunur. Bu işlərdən yalnız Heydər Əliyev baş aça bilər. O, hər şeyi gözəl bilir. Mən Onu həm məclisdə, həm də mətbuatda dəstəkləyirəm. Sonumuzun nə olacağını bilmirəm. Amma onu bilirəm ki, son ümidimiz odur”. Bunu Vahabzadə Şmideyə yazırdı.

Azərbaycan Yazıçılarının 1991-ci ilin mart ayında keçirilən IX qurultayına Anar Heydər Əliyevi fəxri qonaq olaraq dəvət etdi. Altı ildən sonra Ulu Öndər Heydər Əliyev həmin hadisəyə görə Azərbaycan yazıçılarına təşəkkür edərkən, Onun minnətdarlıq duyğusu ilə söylədiyi sözlərə Anar Azərbaycan yazıçılarının adından belə bir qarşılıq verdi: “Sizi o qurultaya dəvət etməsəydik, gərək özümüzə hörmət etməyəydik və şəxsən mən gərək özümə hörmət etməyəydim. Hesab edirəm ki, Azərbaycan yazıçılarının 99 faizi - mən də onlardan biri, - yəni böyük əksəriyyəti Sizə etibarsız olmayıblar”.

... 1980-ci illərin sonlarından etibarən ölkə əvvəlcə yenidənqurma adı ilə göstərilən bir absurdun tamaşaçısı olmaq məcburiyyətini yaşadı, ardınca bu ümidlərin də fiaskoya uğraması prosesi başladı. Hakimiyyət insanı oyuncağa çevirir, siyasi hərc-mərclik içində çabalayan respublikanın müqəddəratı müəyyən maraqların, mənafelərin güdazına verilirdi. Xalq həm daxili oyunların, həm də xarici siyasətin vintciyi, təkərciyi olmaq haqqından imtina etmək səviyyəsinə yetmişdi artıq. Öz haqqının sahibi olmaq zamanı çatmışdı. Nəhayət, 1991-ci ilin oktyabrında Azərbaycanda milli müstəqillik elan olundu. Amma bu o qədər də asan başa gəlmədi. Bunun üçün millət 1990-cı ilin 20 yanvarında sınaq imtahanı verdi.

Ümumən, XX əsrin sonlarında Azərbaycanda baş verən proseslərə - xaos və kataklik olaylara, müharibə və savaşlara, siyasi çəkişmələr və oyunlara, terror hadisələri və Xocalı soyqırımına yalnız lokal bir cəmiyyətin problemi kimi yanaşılmır, bu böhran həddi dünya səviyyəsində gedən xaos dalğasının təzahürü olaraq qavranılırdı.

Dünyanın bir tərəfində milli-etnik münasibət gərginləşir (1989-cu ildə Fərqanədə Ahısqa türklərinə qarşı törədilən cinayətlər və onların küll halında köçürülməsi, 1990-cı ilin iyun ayında Qırğızıstanda qırğız-özbək qarşıdurmasının yaranması, Krımda Krım tatarları ilə ruslar arasındakı qarşıdurmalar, Moldovada Dnestryanı Moldova Respublikası məsələsinin ortaya atılması), digərində ərazi iddiaları baş qaldırır (80-ci illərin sonlarında Ermənistanın Dağlıq Qarabağ və Naxçıvanla bağlı ərazi iddiaları qaldırması), başqa bir tərəfdə milli azadlıq (Cənubi Osetiya və Abxaziya arasında, Şimali Osetiyada, Çeçenistanda... azadlıq və torpaq uğrunda gedən mübarizə), demokratiya uğrunda mübarizə (18 mart 1990-cı ildə kapitalist rejiminin hökm sürdüyü AFR ilə sosialist yönlü ADR-in birləşməsi, 21 noyabr 1991-i ildə Makedoniyanın Yuqoslaviyanın tərkibindən çıxmağa müvəffəq olması, eləcə də 1988-1989-cu illərdə Polşada, Çexoslovakiyada, Macarıstanda demokratiya tələbləri ilə keçirilən mitinqlər, tətillər) kəskinləşirdi. Azərbaycan insanı üçün lokal olaraq yaşadığı hadisələrin miqyası da hüdudsuz, yetərincə miqyaslı idi. Dövlət müstəqilliyini elan etmiş Azərbaycan Respublikası, eyni zamanda, yalnız Qarabağ probleminin məngənəsində var-gəl etmir, ölkə miqyasında qabaran başqa olayları dəf etməyə çalışırdı: 1993-cü ilə qədər aparılan hakimiyyət çəkişmələri, siyasət oyunları, ölkədə yaranan hərc-mərclik, Gəncə hadisələrinin vətəndaş müharibəsi səviyyəsinə çatması obyektiv mənzərəni təfərrüatı ilə anlamağa kifayət edir.

Keçid dövrünün ədəbiyyatı da böyük bir imperiyanın çökümündən sonra gerçəkləşən mədəni-mənəvi deqradasiyanın nəticəsi kimi “pərvəriş” tapırdı. Mədəniyyət və ənənəvi dəyərlər gözdən salınır, neçə onilliyin ədəbiyyatı nihilist yanaşmaların güdazına verilir, profanlaşma artır, elmin surroqatla əvəzlənməsi prosesi başlanırdı. Azərbaycan xalqı da özgürlüyünü yaşayan xalq olaraq həm keçid dövrünün, həm də dünya səviyyəsində mövcud xaotik mərhələnin yükünü və ağrısını daşımağa məcbur edilmişdi. Yeni liderin gəlişinə, xalqın nicat yerinə çevrilməsinə ehtiyac vardı, zəmanə öz qəhrəmanını gözləməkdə idi. Poeziya “Allahım, mənə bir ağsaqqal yetir” (Zəlimxan Yaqub) nidası ilə çağırışlar etməyə başlamışdı artıq:

 

Allahım, mənə bir ağsaqqal yetir,

Ona söylənəsi ağrım-acım var.

Oğul deyə-deyə sızlayan anam,

Qardaş deyə-deyə yanan bacım var.

 

Allahım, mənə bir ağsaqqal yetir,

İstər yerdən çıxart, özün bilərsən.

İstər göydən endir, özün bilərsən.

Məsləhət sənindir, özün bilərsən.

 

Ədəbiyyat çıxılmazlıq, xaos qarşısında nə edəcəyini bilmir, ümidini yenə də Allahdan gözləyirdi:

Üzmüşəm əlimi yerdəkilərdən,

İla

hi, göylərdən bir kişi göndər

Xalq şairi Zəlimxan Yaqubun poeziyasında Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi, bu dövrdəki fəaliyyəti silsilə şəkildə bir neçə poemanın və şeirin poetik təcəssüm predmeti olmuşdur. Onun “Xalqın ehtiyacı var” poemasını da 1990-cı illərin əvvəllərində ölkədəki kataklik dalğa doğurmuşdur. Şair müzəffər başçının, prosesləri düzgün axara yönəldə biləcək komandanın varlığına ehtiyac duyurdu və mövcud situasiyadan qurtuluşu bunda görürdü:

Bizə ağsaqqal gərək,

Yurdu yada verməsin.

Bizə ağsaqqal gərək,

Xalqı bada verməsin.

Biz döyüşə gedəndə,

O, bizə səngər olsun.

Buyruğuna, əmrinə,

Ellər səfərbər olsun.

Güvəndiyi həqiqət,

Dayağı bəşər olsun.

Nəhayət, 1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdışından sonra ölkədə siyasi qarşıdurma aradan qalxdı, cəbhədə atəşkəs elan olundu, bütün sahələrdə sabitlik hökm sürməyə başladı. Ölkə həyatındakı bu sabitlik, proseslərin müsbətə doğru dəyişməsi ədəbiyyata təsirsiz ötüşmədi. Bu mənada, 1993-cü ilə qədər ədəbiyyatda hakim olan ovqatla 1993-cü ildən sonrakı ovqat arasında kəskin fərq var. Bu ovqat dəyişimi ədəbiyyatın müraciət etdiyi mövzularda yox, onlara münasibətdə təzahür etmişdir. Məsələn, 1990-cı illərin ortalarına qədər poeziya daha çox çılğın, əsəbi notlar üzərində gəzişir, pafos, çağırış, üsyan ruhu daha öndə qərarlaşırdı. 1990-cı illərin ortalarından başlayaraq poeziyada daha təmkinli şair ədası, loyal yanaşma güclənir. Bu, Heydər Əliyevin sayəsində getdikcə səngiyən müharibə alovunun, aradan qalxan siyasi hərc-mərcliyin nəticəsi idi ki, bədii fikirdə də proseslərə daha üstün baxışı şərtləndirmişdi.

Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə gəlməsi şairlərin gözlədiyi, umduğu nicatın gerçəkləşdiyi məqam idi. Bu qurtuluşa yeni bir əsər - “Qurtuluş dastanı” həsr etdi Zəlimxan Yaqub.

 

Qoy səsi guruldasın bu gün altı qitədə,

Odur məndən ötəri ATƏT də, BMT də!

Gəlib, o kişi gəlib!

Xalqın xeyrinə sarı,

                        çarxın gərdişi gəlib!

Millətinə, xalqına birləş deyir,

                                       qalx deyir!

Öz haqqına güvənir,

                 haqq danışır, haqq deyir.

Əlli milyona çatmış

                     Azərbaycan dünyası,

“Qurtuluş nəğməsi”ni

                       oxuyur bir himn kimi,

Bir səslə, bir avazla

              “Heydər” deyir, “xalq” deyir.

Şairin, sənətkarın v

əzifəsi də budur əslində: millətin dəyərlərini ona anlatmaq, nəsillərlə əsillər arasında vəhdətə nail olmaq, total siyasi stressdən qurtulub ahəngə aparan yolu tapmaqda xalqa xidmət göstərmək. O, “Sən qalib gələcəksən” nidası ilə Heydər Əliyevin bütün çətinlikləri dəf edəcəyinə inam hissi aşılayırdı.

 

İstiqlalın yolunda zülm,

                               zillət də çəksən,

İstiqlala çatmağa xeyli

                            həsrət də çəksən,

Sən qalib gələcəksən!

 

Xalq şairi Cabir Novruz 1990-1995-ci illər arasında Heydər Əliyevə həsr olunmuş “İxtiyarım olsa idi” poemasını yazmışdır. Poema bütünlükdə iyirmi fəsildən ibarətdir. Müstəqilliyin ilk dönəminin acı mənzərəsi, 1990-cı illərin əvvəllərində xalqın üzləşdiyi gərgin olaylar, yaşadığı total stress və həyəcan, dramatik məqamlar poemada əksini tapmışdır. Poemanın ön sözündə şair yazır: “Niyə xalqın çətin günündə Vəlimiz bir yana, Əlimiz bir yana çəkib? Niyə mənsəbi, tamahı, vəzifəni, mənəmmənəmçiliyi, şəxsi mənfəəti hər şeydən, hətta vəzifədən də yüksək tutmuşuq? Niyə xalqa xidməti, millətə xidməti özümüzə, arvadımıza, uşağımıza xidmət kimi başa düşmüşük? Bəzilərimiz vəzifə, ad-san yolunda hətta vətəni, torpağı, milləti satıb, bu gün də belələri içimizdə az deyil. Ona görə də məkrli düşmənlərimiz həmişə bizi bölüb parçalayır. Bu gün də yağı bu xasiyyətimizdən istifadə edir, bizi yenidən kəsir şaqqalayır. Yetər, bu qədər parçalanmaq, bölünmək, az qala öz varlığını itirmək”.

Poema-müraciət formasında yazılan əsərdə müəllif Azərbaycanın tarixinə, şanlı keşmişinə müraciət üstündə köklənərək xalqın milli-mənəvi və əxlaqi dəyərlərinin deqradasiyaya uğraması hallarına etiraz edir, sabaha doğru inkişafda milli ədəbi, fəlsəfi və əxlaqi qütbləri nişan verən ünvan arayır və onu Ümumilli Liderin simasında tapırdı. Sonrakı fəsillərdən Heydər Əliyevin xilaskar obrazı poemada görünməyə başlayır. Şair Onun gəlişi ilə hərc-mərcliyin bitdiyini təsvir edir, şəhid məzarlarına, anaların göz yaşlarına son qoyulduğunu yazır. Bunu millətin, xalqın son şansı kimi dəyərləndirir:

Şükürlər olsun Allaha,

Bəxt bizlərə sarı gəldi

Salamat çıxdıq sabaha,

Elin havadarı gəldi.

Bu, tarixdir, həqiqətdir

Bu bər-bəzəkli söz deyil,

Bunu soruşun millətdən,

O, daha doğru düz deyər.

Bu, tarixdir, həqiqətdir,

Gəlişi gözəl söz deyil

Daha yazıq anaların

Saçı vaxtsız ağarmadı.

Daha şəhid məzarları,

Sürət ilə çoxalmadı.

Azərbaycanın həmin dönəmdəki durumunu qəmxanəyə bənzədən Cabir Novruz Heydər Əliyevin Kremldəki savaşlarını, millət, Vətən naminə gördüyü işləri önə çəkir, “Prezident olmağa nə var, Heydər Əliyev ol görüm”, - deyərək kiçik millətdən böyük, miqyaslı, dünyanın qəbul etdiyi dövlətə çevrilməyimizi Onun adı ilə bağlayır. Heydər Əliyev türk ruhu və mənəviyyatının, onun tərəqqi və mədəni-tarixi bütövlüyünün zəmini, özülü kimi təqdim olunur.

Bu torpağa Onun qədər,

Xidmətçi olmayıb bəlkə...

Bu milləti Onun qədər,

Ərzdə tanıdan olmayıb,

Məmləkətdə Onun qədər,

Qurub yaradan olmayıb.

Heydər Əliyev deyəndə

Bu kiçik millət böyüyür.

Heydər Əliyev deyəndə

Doğma məmləkət böyüyür.

Rəfiq Zəka Xəndanın 1993-cü ildə yazdığı “Heydər baba” poemasında da aktual vurğu türklük ruhu, onun mübarizə və qalibiyyətlə dolu dünəni, yaddaşın oyaqlığı məsələsidir. Bu prizmadan 1990-cı illərin təlatümlərlə zəngin durumuna üsyan edən şair vətəndaş yanğısı ilə baş verənlərin poetik ümumiləşdirməsini yaradır, nicatı Heydər Əliyev kimi millət, xalq sevdalısının dönüşündə arayırdı. Poema Heydər Əliyevin hakimiyyətə yenidən qayıtdığı bir dövrdə qələmə alınıb. Burada Böyük Liderin obrazı qurtuluş, xilaskarlıq simvolu kimi təqdim olunur. Şair ulusun keçdiyi yolu, tarixi keçmişini sıralayır, ölkədəki gərginlik və xaosdan sabitliyə dönüşü Heydər Əliyev dühasında tapır:

Ağlayan türkümüzü duymaya

                                Türk lazımdır,

 Bax bu günlər ölümə

                     dalmış olan millətimə.

Millətin rəmzi olan bir

                              Atatürk lazımdır,

Ana yurdda atasız qalmış

                                 olan millətimə.

 Atamız, atamız sevgili

                            Heydər babadır,

Uzun illər ulusun nisgili

                              Heydər babadır.

 

Bəli, milli-mənəvi həyatımızda hökm sürmüş xaos və anarxiyadan sonra Dahi işinə ehtiyacın növbəsi gəlmişdi və zamanın sükanını kosmik ahəngə xidməti ilə seçilənlərin öhdəsinə verməyin vaxtı idi.

Xilaskarlıq missiyası. Dövrün qarışıqlığı - ölkədə hökm sürən siyasi hərc-mərclik, sosial böhran, kükrəyən emosiyalar, xalqın fiaskoya uğrayan ümidləri və ardınca Heydər Əliyevin hakimiyyətə gəlişi. Bu yalnız hakimiyyətə qayıdış deyildi. Bir zaman görülən işlərin, bütün senzura və stereotiplərin üstündən adlanıb meydana qoyulan əməllərin bütövləşməsi, yenidən dövriyyəyə gətirilib tamamlanma şansı idi.

Heydər Əliyevin hakimiyyətə qayıdışı poeziyada böyük coşqu, sevgi ilə tərənnüm predmetinə çevrildi. Xalq şairi Məmməd Araz yazırdı: “Prezidentin müdrikliyi ondaydı ki, O, özünü itirmədi, gecikmədi; xalqın sərvaxtlığı ondaydı ki, o, qəfildən ayağa qalxdı və çevikliyini saxladı. Yoxsa Azərbaycan dövləti, milli müstəqilliyimiz, gələcəyimiz darmadağın ola bilərdi”.

Mirvarid Dilbazi “Qurtardın bölümdən Azərbaycanı” şeirində Heydər Əliyevin Azərbaycana, hakimiyyətə qayıdışını alqışlayır, bunu Vətən və millət miqyasında fədailik adlandırırdı. Bütün hallarda Xilaskar obrazı Heydər Əliyevin adı ilə yanaşı idi:

 

Başın göyə dayaqdır,

Ayağın yerə.

Gərib dağ sinəni sərt zərbələrə

Çiyinlərin üstə vətən torpağı,

Torpaqdan güc aldın “Antey”sayağı,

Qoymadın tökülsün sən qardaş qanı.

Qurtardın bölümdən Azərbaycanı!

Mirvarid Dilbazinin Heydər Əliyevə ünvanladığı daha bir şeiri də var. 1998-ci ildə “İstiqlal” ordeni alan zaman: “Mütəfəkkir oğlumuz, bu çətin günlərimizdə, ağır işlərinizdə, vaxtınızın dəqiqələrlə ölçüldüyü bir məqamda Sizin elmimizə, ədəbiyyatımıza, incəsənətimizə, tarixi şəxsiyyətlərimizə belə böyük diqqətlə yanaşmağınız adi iş deyildir. Bu, Sizin milli vüqarınızın nəticəsidir”, - deyərək Prezidentə yazdığı yeni şeirini səsləndirmişdir:

 

Dünya şöhrətli mərdim,

Sən yüklənib vətən dərdin,

Qaçqınını, köçkününü,

Qəsbkardan küskününü

Görmək üçün şən, bəxtiyar,

Dolaşırsan ölkə-ölkə, diyar-diyar.

Nə qış bilirsən, nə də bahar,

Üzündəki yorğunluğa işıq saçır

Geniş alnındakı vüqar,

Qəlbindəki sülh inamı.

 

Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra yazılan şeirlər daha çox tərənnüm üstündədir. Bu şeirlərdə Heydər Əliyev və xalq, Heydər Əliyev və dövlətçilik kimi ali məqamlar daim ön plandadır, keçmişimiz, türkün yaratdığı şanlı tarix sıralanır, müəyyən imzalarda, adlarda, şəxsiyyətlərin simasında durulur, sonucunu, məntiqi davamını Ümummilli Liderdə tapır. Musa Urudun “Haqqın var yaşamağa” (1993) şeirində olduğu kimi:

 

Yeddi dağın dalından qırıb

                                    tilsimi gəldin,

Ayaz vurmuş torpağa

                       ilk bahar kimi gəldin,

Sən bu elin ruhuna

                         xilaskar kimi gəldin,

Haqqın var yaşamağa,

                          Heydər Əlirza oğlu!

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı, millətin ən ağır məqamda onun yanında olması, bütün sahələrdə hakim olan sabitlik poetik təcəssüm predmeti kimi müraciət olunan mövzular idi. Heydər Əliyevin obrazı xilaskar statusunda daha çox Atatürklə eyni poetik müstəvidə tərənnüm predmetinə çevrilirdi. Bu tərənnümə Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, Ramiz Duyğun, Elxan Qaraxanlı və başqa şairlərin şeir və poemalarında rast gəlirik. “Əbədiyyət dastanı”nın “Ata Heydər - Atatürk” bölümündə Zəlimxan Yaqub yazır:

O, qorxmadı, çəkinmədi,

Qüvvət aldı bu millətdən,

Özünə bir heykəl qoydu qətiyyətdən.

Ən müqəddəs arzularla,

Gözü dolu, qəlbi dolu,

Ürəklərə qovuşdurdu,

Atatürkdən gələn yolu.

Yüz əlləşsin, yüz vuruşsun,

Tapa bilməz xata türkü,

Onu min il qoruyacaq,

Azərbaycan torpağının

Heydər adlı Atatürkü!!!

Heydər Əliyev və Atatürk şəxsiyyətinin millətin qürur ünvanları kimi koloritli duyumla inikasını X.R.Ulutürkün yazdığı “Heydər dədə - Atatürk” şeiri də uğurla sərgiləyir. Şeirdə həm iki doğma dövlətin ortaq dəyərləri, mənəviyyat mərkəzi kimi müstəsnalığı diqqət çəkir, həm də iki türk dövlət başçısının, qurucu liderlərin tərənnümü önəm daşıyır. “Şeir yeni zəmanənin, təzə dünyanın doğuşunda xalqla şəxsiyyət, sənətkarla xalq arasında tamlıq, vəhdət təşkil edir. Bu baxımdan X.R.Ulutürk “Dədə Heydər - Atatürk” şeirini yazmış, dünya sivilizasiyasında elit şəxsiyyət olan Heydər Əliyevin xarakterini, tarixi xidmətlərini poetikləşdirmişdir” (Əlizadə Əsgərli).

 

Azadlıq Allahı tək əyləşib öz yerində,

Yerin-göyün nuru var

                    peyğəmbər gözlərində.

Sadəliyi nur saçır, əzəməti dərində.

Gedir, polad çiynində Kəpəz,

                         Qoşqar boyda yük.

Dədə Heydər - Atatürk.

 

Azərbaycan, Türkiyə...

                   Daş qala - qoşa səngər,

Bütün qasırğalara birləşməklə

                                         sinə gər.

Bu birlik qarşısında düşmən

                           tük salacaq, tük...

Qucur iki sahili Dədə Heydər -

                                          Atatürk.

Xəlil Rza Ulutürkün Heydər Əliyevə sevgisi, sədaqəti, Onu siyasi Lider olaraq dəyərləndirmək əzmi sona qədər öz sabitliyini qorudu. Bu sevginin əzəmətinə sağlığında şairin özü, dünyasını dəyişəndən sonra isə “Gündəliyi” şahidlik etdi: “Heydər Əlirza oğlunun gücü və dünya miqyaslı nüfuzunun səbəbi nədədir? Mən deyərdim ki, öz xalqına alovlu məhəbbətində, coşqun təşkilatçılıq istedadında, mərdanəlik və prinsipiallığında, yurd mənafeyini tapdalayanlara güzəştə getməməsində, parlaq zəkasından doğan sərrast natiqlik hünərində, ruscanın, türkcənin və Azərbaycan türkcəsinin bütün incəliklərini və gözəlliklərini nümayış etdirə bilməsində, qurub yaratmaq təşnəliyində, bəşəri tərəqqinin ən çevik vasitələrini arayıb tapmasında”. Bu qeydlər Xəlil Rzanın “Gündəliyi”ndə yazdığı 1993-cü il 2 may tarixli qeydlərindəndir.

Heydər Əliyev üçün siyasi materiyanın sərhədləri “istiqlal siyasəti”nin çərçivəsindən kənar başa düşülmürdü və Ümumilli Lider hakimiyyətdə olduğu zaman kəsimləri buna ən bariz nümunədir.

*  *  *

“Zaman keçir, hər şey durulur və Heydər Əliyevin 40 illik siyasi fəaliyyəti bu gün müstəqillik təntənəsini yaşayan Azərbaycanımızın əsasını təşkil edir. Biz desək də, deməsək də Azərbaycanda inkişaf etmiş, böyümüş, artmış, tikilmiş, yenidən qurulmuş hər nə varsa Onun adıyla bağlıdır! Bunu danmaqsa, mümkün deyil... Bu tarixdir!” (Mövlud Süleymanlı). Heydər Əliyevə həsr olunan bütün mətnlərdə eyni obrazla qarşılaşırıq: xilaskar, mətin, dahi insan, millət və xalq fədaisi, bütün varlığı ilə dövlətinə bağlı olan şəxsiyyət və s. Bu obrazı Heydər Əliyev Özü Öz ömür bioqrafiyası ilə yaratmışdır. Ona görə hansı rakursdan yanaşılsa, hansı səviyyədə bədii təcəssümün predmetinə çevrilsə belə, sonda gözlərimiz önündə böyük əqidə və amal daşıyıcısı olan eyni obraz canlanır. Tərcümeyi-halını məsləkinin ifadəsinə çevirmiş Heydər Əliyev obrazı... Bu obraz Onun bütün fəaliyyətini istiqlal siyasətinin modeli statusunda təqdim etməyə imkan verir. 1993-cü ildə millətinə yaşatdığı qurtuluş təntənəsi də ruhunda və əməlində diri qalan “istiqlal siyasəti”nin davamı idi. Bu davam öz mövcudluğunu Onun layiqli varisi İlham Əliyevin şəxsində, siyasi fəaliyyətində qoruyaraq əvəzsiz uğur və zəfərlərin qaynağına çevrilməkdədir: “Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək yeni, modern Azərbaycan dövləti qurmuşdur. Ümummilli Lider Azərbaycanı parçalanmaq, dağılmaq, siyasi xəritədən silinmək təhlükəsindən xilas edib davamlı inkişaf yoluna çıxarmışdısa, İlham Əliyev Azərbaycanı qüdrətli bir dövlətə çevirməyi, dövlətin bütün resurslarını ərazi bütövlüyümüzün bərpası üçün səfərbər edib böyük uğurlar əldə etməyi bacardı” (Ədalət Vəliyev). Eləcə də Birinci vitse-prezident kimi fəaliyyəti daim qürur rəmzinə çevrilən Mehriban Əliyevanın həyata keçirdiyi mədəni və sosial layihələr bu gün yaşayan idealın hüdudlarını və hüdudsuzluğunu görməyə imkan yaradır.

Ulu Öndər Heydər Əliyevin istiqlal siyasəti böyük gələcəyə ünvanlanmış, uzaqgörən və hədəfləri olan dövlətçilik təliminin ana xətti, prioritet istiqaməti idi. Yeni tarixi epoxanın reallıqları və əldə edilən nəticələr də bu parametrlərə istinadən var olmaqda, gerçəkləşməkdə və davam tapmaqdadır.

 
  • Oxunub:  7320  |  
  • Tarix:  15-06-2021  |  
  •    Çap et   |  
Azərbaycanda dağ-mədən sənayesinin inkişafı istiqamətində görülən işlər böyük iqtisadi önəm daşıyır

27 İyul 21:57
Numan Kurtulmuş: Gəncədəki dağıntılar insanlıq əleyhinə cinayətlərin qurbanlarının xatirəsinə bir abidədir
27 İyul 21:24
Ombudsman AŞPA nümayəndələrini Ermənistanın cinayətləri barədə məlumatlandırıb
27 İyul 21:19
Dövlət Komitəsində AŞPA nümayəndə heyəti ilə görüş keçirilib
27 İyul 20:53
Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti Gəncədə Ermənistanın müharibə cinayətlərinin izləri ilə tanış olub
27 İyul 20:44
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşü gələn il İslamabadda keçiriləcək
27 İyul 20:41
“İrəli” İctimai Birliyi “Marş irəli” layihəsinə start verib
27 İyul 20:06
Bakı Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
27 İyul 20:00
Deputat: Qələbə və inkişafa yönəlmiş düzgün siyasət bizi vahid məqsədə çatdırdı
27 İyul 19:59
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Oklahoma Ştatının qubernatoru ilə görüşüb
27 İyul 19:49
Azərbaycanın xarici işlər naziri ABŞ-ın Oklahoma ştatının qubernatoru ilə görüşüb
27 İyul 18:57
Sahil Babayev: Azərbaycan-Serbiya əməkdaşlığı genişlənərək iqtisadiyyatın bir sıra sahələrini əhatə edəcək
27 İyul 18:40
Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki mövqeləri atəşə tutulub
27 İyul 18:06
Azərbaycan-Serbiya biznes forumu keçirilib
27 İyul 17:38
Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası təsdiqlənib
27 İyul 17:31
Azərbaycan Prezidenti regionların hər birinin sosial-iqtisadi inkişafını diqqətdə saxlayır
27 İyul 17:26
Pakistan Milli Assambleyasının sədri: Azərbaycan Vətən müharibəsində dünya hərb tarixində tayı-bərabəri olmayan Qələbə qazandı
27 İyul 17:22
Qənirə Paşayeva məşhur fotojurnalist Reza Deqati ilə görüşüb
27 İyul 17:12
Anar Məmmədov: İnkişaf siyasətinin mühüm istiqamətlərindən birini regionların sosial-iqtisadi inkişafı təşkil edir
27 İyul 17:09
Suraxanı rayonunda şəhid Mehdi Fərzullazadə yad edilib
27 İyul 17:07
Azərbaycanın diaspor nümayəndələrinin Şuşaya səfəri başlayıb
27 İyul 16:48
Bol informasiyalarla zəngin olan “Əkinçi”lərin görüşü maraqlı anlarla yadda qaldı
27 İyul 16:41
Milli Məclisin sədri: Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələr zamanın sınağından çıxıb
27 İyul 16:41
Təhsil Nazirliyində dünya səviyyəli yarışlarda yüksək nəticə göstərən idmançılarla görüş keçirilib
27 İyul 16:26
İyulun 27-də Azərbaycanda COVID-19 əleyhinə 68 mindən çox vaksin vurulub
27 İyul 16:20
Mustafa Şentop: Yan-yana dalğalanan bayraqlarımız dostluğumuzu dünyaya bir daha nümayiş etdirdi
27 İyul 16:14
Prezident İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
27 İyul 15:57
Azərbaycan, Türkiyə və Pakistan arasında Bakı Bəyannaməsi imzalanıb
27 İyul 15:56
Bahar Muradova: Gücümüzə söykənərək hədəflərə doğru inamla irəliləyəcəyimizə, uğurlar qazanacağımıza əminəm
27 İyul 15:56
Ayşe Keşir: İki qardaş ölkənin dövlət başçılarının birliyimizi, həmrəyliyimizi qorumaq, möhkəmləndirmək üçün göstərdikləri səylərə qadınlarımızın verəcəyi töhfə əməkdaşlığımızı, birgə fəaliyyətimizi davamlı edəcək
27 İyul 15:41
Azərbaycan, Türkiyə və Pakistan parlament nümayəndə heyətlərinin üçtərəfli formatda birgə görüşü keçirilir
27 İyul 15:32
Prezident İlham Əliyev ABŞ-ın Oklahoma ştatının qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
27 İyul 15:30
Elektron Hökumətin İnkişafı Mərkəzi COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq hazırlayıb
27 İyul 15:15
Azərbaycanda son sutkada 468 nəfər COVID-19-a yoluxub, 123 nəfər sağalıb
27 İyul 14:34
Mustafa Şentop: Türkiyə, Pakistan və Azərbaycan arasında xüsusi birlik, dostluq, qardaşlıq mövcuddur
27 İyul 14:28
YAP Mərkəzi Aparatında AK Parti Qadınlar Birliyinin sədri Ayşe Keşirlə görüş keçirilib
27 İyul 14:27
Türkiyə və Pakistanın parlament sədrləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
27 İyul 14:23
Əliabbas Salahzadə: Azərbaycan-Türkiyə-Pakistan münasibətləri bu gün dünyaya nümunədir
27 İyul 14:20
Əli Əhmədov: Bu gün Azərbaycan və Türkiyə dövlətləri tarixlərinin ən şərəfli dövrünü yaşayır
27 İyul 14:06
Dövlətimizin qüdrəti ən ali mövqeləri belə xeyirimizə dəyişməyə qadirdir
27 İyul 13:31
Azərbaycanın güclənən nüfuzu diplomatik masada növbəti zəfərlərimizi şərtləndirəcək - Naqif Həmzəyev
27 İyul 12:27
Azad edilmiş ərazilərin bərpasında Serbiya investorlarının və şirkətlərinin iştirakı müzakirə olunub
27 İyul 12:27
Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası Gənclər birliklərinin rəhbərlərinin görüşü keçirilib
27 İyul 12:26
Azərbaycanın dünya birliyindəki əlaqələri daha da genişlənir, mövqeyi möhkəmlənir
27 İyul 12:23
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
27 İyul 12:20
“2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı təqdim ediləcək sənəd razılaşdırılıb
27 İyul 12:01
Bahar Muradova: Türkiyə ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir
27 İyul 11:48
Vüsal Qasımlı: Azərbaycanda hər 5 fərdi sahibkardan biri qadındır
27 İyul 11:33
Ötən gün respublika ərazisində 190 toy şənliyinin monitorinqi aparılıb
27 İyul 11:28
DİM: Abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün iyulun 29-dək qeydiyyatdan keçməlidirlər
27 İyul 11:08
Lisey və gimnaziyalara qəbul imtahanında boş qalan yerlərə müraciətlərin qəbulu bu gün yekunlaşır
27 İyul 11:05
“Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nə start verilib
27 İyul 10:50
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
27 İyul 09:03
“Üçüncü doza immuniteti daha da qüvvətləndirmək baxımından önəmli sayılır”
27 İyul 08:58
Postmüharibə dövründə regionların inkişafı sahəsində görülən işlər dövlətin iqtisadi gücünün nəticəsidir
27 İyul 08:57
Razi Nurullayev: Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” imzaladığı Fərman mühüm əhəmiyyət kəsb edir
27 İyul 08:55
Sübut Əsədov: Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə qurumun fəaliyyətinə mühüm töhfələr verib
27 İyul 08:52
Fərəc Quliyev: Diplomatik nümayəndələrin Şuşaya səfəri və erməni vandalizmini öz gözləri ilə görmələri olduqca önəmlidir
27 İyul 08:51
Arzuxan Əlizadə: Ermənilər anlamalıdırlar ki, istənilən təxribatın qarşısı şanlı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq

27 İyul 08:50
Radikal müxalifət milli maraqlara zidd mövqe sərgiləməkdə davam edir

27 İyul 08:49
Ermənistanda seçkisonrası mərhələdə miqrasiya problemi dərinləşəcək
27 İyul 08:46
Ermənistanın terror siyasəti nəticəsində Azərbaycanın ekologiyasına ciddi ziyan dəyib
27 İyul 08:43
Aslan Əzimzadə: Azərbaycanın 2020-ci il üzrə Cənubi Qafqaz ölkələrinin ümumi ÜDM həcmində xüsusi çəkisi 60 faizdir
26 İyul 21:52
Azərbaycanda olan diaspor nümayəndələri ilə görüş keçirilib
26 İyul 21:49
Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşü keçiriləcək
26 İyul 21:45
Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının məruzəçisi ilə görüşüb
26 İyul 21:41
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə Gənclik Vəqfinin nümayəndə heyəti ilə görüşüb
26 İyul 21:20
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
26 İyul 21:05
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti ilə görüşüb
26 İyul 20:12
“İrəli” İctimai Birliyinin yeni loqosu təqdim olunub
26 İyul 19:52
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən müddət ərzində böyük inkişaf yolu keçib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA