Ana səhifə »  Xəbər lenti »  Fəxrəddin Vəliyev: Ulu Öndər Heydər Əliyevin adı tariximizə böyük xilaskar kimi düşüb
A+   Yenilə  A-
Fəxrəddin Vəliyev: Ulu Öndər Heydər Əliyevin adı tariximizə böyük xilaskar kimi düşüb

“Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev deyib.

F.Vəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.Azərbaycanda getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü bayramı olunması münasibətilə Şəmkirlilərin müraciəti olmuş və bu müraciəti Şəmkirlilərin adinda şəxsən mən özüm hazırlamışam. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi.Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir. Ulu Öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı.Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

 
  • Oxunub:  2490  |  
  • Tarix:  14-06-2021  |  
  •    Çap et   |  
Azərbaycanda dağ-mədən sənayesinin inkişafı istiqamətində görülən işlər böyük iqtisadi önəm daşıyır

24 İyul 20:14
Deputat: Azərbaycan Avropa İttifaqının enerji təminatının yeganə alternativ mənbəyi kimi çıxış edir
24 İyul 20:10
Adil Əliyev: Son altı ayın sosial-iqtisadi göstəricilərinə baxarkən kifayət qədər müsbət məqamları görmək mümkündür
24 İyul 20:05
Deputat: Azərbaycanla Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeləri üst-üstə düşür
24 İyul 17:11
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Müraciət
24 İyul 12:37
Deputat: Qeyri-neft sektorundakı inkişaf iqtisadi fəaliyyətin dayanıqlılığı baxımından yeni imkanlar yaradır
24 İyul 12:35
Nazir Anar Kərimov məşhur fotojurnalist Reza Deqati ilə görüşüb
24 İyul 06:45
Azərbaycanda dağ-mədən sənayesinin inkişafı istiqamətində görülən işlər böyük iqtisadi önəm daşıyır
24 İyul 06:40
Azərbaycan Respublikasının VI çağırış Milli Məclisi ölkəmizdə siyasi konfiqurasiyanın və demokratik təcrübənin yeni nümunəsi kimi
24 İyul 06:13
Azərbaycanın beynəlxalq həmrəyliyin gücləndirilməsinə xidmət edən təşəbbüsləri dünya miqyasında yüksək dəyərləndirilir
24 İyul 06:10
Uşaqlarda adenoid: nələri bilmək və hansı tədbirləri görmək lazımdır?

24 İyul 06:08
Radikal müxalifətin Azərbaycan dövlətinə qarşı qara piar kampaniyası iflasa məhkumdur

24 İyul 06:06
Paşinyan iqtidarı yeni uğursuzluqlarla üzləşə bilər
23 İyul 18:49
Həsən Bəy Zərdabinin zəngin irsinin qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə mühüm layihələr həyata keçirilir
23 İyul 17:55
Zəngəzur dəhlizinin açılması regionun gələcək inkişafı üçün mühüm amildir
23 İyul 17:42
Azərbaycan-Avropa İttifaqı əlaqələri uğurla inkişaf edir
23 İyul 17:27
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
23 İyul 17:26
Azərbaycanla Avropa İttifaqının uzun illərə söykənən əlaqələri uğurla davam etdirilməkdədir
23 İyul 17:10
Yeni Qanuna əsasən, 6 ay ərzində şəxsə təkrar əlillik təyin edildikdə, əvvəlki əlillik müddəti bitdiyi vaxtdan rəsmiləşəcək
23 İyul 17:09
Ölkəmiz Avropa İtiifaqı ilə münasibətlərini yeni keyfiyyət müstəvisinə qaldırmaqdadır
23 İyul 16:58
AZPROMO-nun Nizamnaməsi və Strukturu təsdiqlənib – Fərman
23 İyul 16:42
Suraxanı rayonunda şəhid Mürsəl Kazımlının ailəsi ziyarət edilib
23 İyul 16:40
“Nizami Gəncəvi: təbiətə sevginin ədəbi ifadəsi” mövzusunda konfrans təşkil olunub
23 İyul 16:38
Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır
23 İyul 16:37
Anar Məmmədov: Azərbaycanla Avropa İttifaqının münasibətlərində yeni bir səhifə açılıb
23 İyul 16:32
İlin birinci yarısında 267 şəxs barəsində 155 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
23 İyul 16:26
Uşaq Reabilitasiya Mərkəzində son nəsil reabilitasiya trenajoru - robotlaşdırılmış lokomat kompleksi istifadəyə verilib
23 İyul 16:07
Olimpiya Oyunlarının təntənəli açılış mərasimində Azərbaycan milli komandasının keçidi olub
23 İyul 16:05
Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb - SƏRƏNCAM
23 İyul 16:04
Mariana Vasileva: Olimpiya Oyunları idmançılar üçün ən vacib yarışdır
23 İyul 15:54
Gündüz Bayramov: Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycana böyük iqtisadi dividendlər qazandıracaq
23 İyul 15:50
Dövlət Sosial Müdafiə Fonduna işə qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə
23 İyul 15:27
Prezident Naftalan şəhərində avtomobil yollarının əsaslı təmirinə 3 milyon manat ayırıb
23 İyul 15:23
Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməllərinə dair 68 cinayət işi üzrə istintaq aparılıb
23 İyul 15:17
Energetika naziri Türkiyə səfiri ilə görüşüb
23 İyul 15:12
“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir
23 İyul 15:03
Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmirinə 3 milyon manat ayrılıb - SƏRƏNCAM
23 İyul 14:54
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Gənclər üçün çeşidli imkanların yaradılması və iştirakçılığın artırılması istiqamətində dövlət siyasəti” mövzusunda seminar keçirilib
23 İyul 14:34
“Mən müharibədə yaralananları, ölənləri deyil, müharibə dəhşətlərinin əks olunduğu gözləri çəkirəm”
23 İyul 14:33
Vətəndaşlardan hədə-qorxu ilə pul almaqda təqsirləndirilən şəxslər barəsində cinayət işi başlanıb
23 İyul 14:26
Mikayıl Cabbarov: Azərbaycan və Rusiya yeni əməkdaşlıq layihələri həyata keçirəcək
23 İyul 14:08
UNEC rektoru: Yeni dərs ili və gözləntilər
23 İyul 13:23
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək
23 İyul 13:17
Deputat: Nəhəng nəqliyyat, infrastruktur layihələri Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının strateji əhəmiyyətindən xəbər verir
23 İyul 13:10
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib
23 İyul 12:28
Heydər Əliyev Mərkəzində yeni sərgi: “Nizaminin süjet və obrazları”
23 İyul 12:26
Səməd Qurbanov: Azərbaycanla Rusiya şirkətlərinin əlaqələrinin daha da genişləndirilməsi vacibdir
23 İyul 12:19
Deputat: Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyur
23 İyul 12:13
Rusiyanın iqtisadi inkişaf nazirinin müavini: Moskva görüşündə ölkələrimizin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi bir daha nəzərdən keçirilib
23 İyul 11:55
Fransa Milli Assambleyasının nümayəndə heyəti Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar
23 İyul 11:44
Rəşad Nəbiyev: Kommunikasiyanın açılması region ölkələrinin iqtisadi cəhətdən daha sürətlə inkişafında mühüm rol oynayacaq
23 İyul 11:42
Mikayıl Cabbarov: Rusiya şirkətləri ilə əməkdaşlıq bizim maraqlarımız çərçivəsindədir
23 İyul 11:26
Azərbaycan neftinin bir bareli 73,03 dollara satılır
23 İyul 11:14
Jerom Lamber: Qarabağ müharibəsinin əsas səbəblərindən biri Minsk qrupunun diplomatik uğursuzluğudur
23 İyul 11:09
Kənd təsərrüfatı məhsullarının istehsalı 5,6 faiz artıb
23 İyul 11:05
Ali məktəblərə qəbul olmaq üçün 12 mindən çox subbakalavr ərizəsini təsdiqlədib
23 İyul 09:51
Sevinc Fətəliyeva: Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
23 İyul 09:27
Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında yeni mərhələ başlayıb
23 İyul 09:14
Rusiya Azərbaycanla ikitərəfli əlaqələrin inkişafında maraqlıdır
23 İyul 09:11
Yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarından ən effektivi vaksinasiyadır
23 İyul 09:09
Ermənistanda istefalar davam edir
23 İyul 09:08
Antimilli şurada təmsil olunan xəyanətkarlar köhnə mərəzlərindən əl çəkmirlər
23 İyul 09:06
Azərbaycanda medianın inkişafı dövlətin diqqət mərkəzindədir
22 İyul 22:08
Prezident İlham Əliyev: Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir
22 İyul 22:05
Prezident İlham Əliyev: Biz həm müharibə dövründə, həm postmüharibə dövründə istədiyimizə nail olmuşuq və nail oluruq
22 İyul 21:58
Prezident İlham Əliyev: Mənim cənab Putinlə çox yaxın əlaqələrim var, biz bir-birinə inanan siyasətçilərik
22 İyul 21:30
Şəhid jurnalist Məhərrəm İbrahimovun Milli Mətbuat Günü münasibətilə təltif olunduğu medal ailəsinə təqdim edilib
22 İyul 21:26
YAP Gənclər Birliyinin fəal üzvləri Bakı Dövlət Universitetində olublar
22 İyul 21:18
Prezident İlham Əliyev: Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər
22 İyul 21:16
Yevlaxda Milli Mətbuat Günü qeyd edilib
22 İyul 20:55
Azərbaycan Tacikistana humanitar yardım kimi 40 min doza “AstraZanesa” vaksini göndərib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA