Ana səhifə »  Xəbər lenti »  Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
A+   Yenilə  A-
Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffurinin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, İtaliyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Səfiri salamlayan Prezident İlham Əliyev dedi:

- Xoş gəlmisiniz, cənab səfir və xanım. Sizi görməyə çox şadam. Ümidvaram ki, Azərbaycanda mənalı vaxt keçirəcəksiniz. Siz burada bir neçə il fəaliyyət göstərəcəksiniz. Əminəm, ilk günlərdən siz onun şahidi olacaqsınız ki, xalqlarımız arasında təmaslar artır və Azərbaycan xalqı İtaliyanın dost ölkə olduğunu bilir. Bu, vacibdir. Siz bizim ikitərəfli əlaqələrimizin bütün tarixini, bütün vacib hədəfləri bilirsiniz. Əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlərin imzalanması, əslində, bizim əməkdaşlığın məğzini əks etdirirdi. Bu, tərəfdaşlığımızı çox yüksək səviyyəyə qaldırır. Biz bu çox mühüm siyasi inkişafın praktiki icrasını da görürük. Çünki açıq-aydındır ki, güclü siyasi əlaqələr olmasa, biz müxtəlif sahələrdə artıq belə bir böyük tərəqqiyə nail ola bilməzdik. Beləliklə, siyasi dialoq və güclü siyasi əlaqələr müxtəlif sahələrdə əməkdaşlığın təməlini qoyur və bir çox italyan şirkəti Azərbaycanda aktiv fəaliyyət göstərir, ölkəmiz üçün önəmli layihələri həyata keçirir. Bunlar dəyəri milyardlarla dollar olan böyük həcmli layihələrdir. Gələcəkdə də daha çox fürsət olacaq. Əlbəttə ki, biz enerji əməkdaşlığından başladıq, Azərbaycan neftinin təchizatı İtaliyanı bizim ən böyük ticarət tərəfdaşımız edir. Lakin mən ümid edirəm ki, ticarət dövriyyəmizi artırmaq üçün biz başqa sahələri də tapa biləcəyik.

Sonra, əlbəttə ki, Cənub Qaz Dəhlizinin icrası əməkdaşlığın, uzunmüddətli əməkdaşlığın tamamilə yeni formatını yaratdı. İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir, neftimiz üçün əsas bazardır. Bunlar bizim ikitərəfli əməkdaşlığımızda həqiqətən də mühüm nailiyyətlərdir və Cənub Qaz Dəhlizi həqiqətən də tarixi bir layihədir, tarixi əhəmiyyətə və böyük mürəkkəbliyə malik olan layihədir. Lakin indi düşünürəm ki, bütün bunlara nail olduqdan sonra biz gələcəyə baxmalıyıq və dost ölkələr praktiki əməkdaşlıq üçün yeni sahələr tapmalıdır. Əminəm ki, bu, baş verəcək. Çünki İtaliya şirkətləri azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı işləməyə başlayan ilk xarici şirkətlər sırasındadır. Siz bilirsiniz ki, layihələr - Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən, rəmzi əhəmiyyət kəsb edən, eləcə də iqtisadi inkişaf və infrastruktur layihələri var. Enerji sektorunda, elektrik enerjisi istehsalında artıq İtaliya şirkətləri dağıdılmış su elektrik stansiyalarının yenidən qurulması prosesinə, digər sahələrdə emal və istehsal prosesinə cəlb olunub. Beləliklə, bu, həqiqətən də onu göstərir ki, biz, sadəcə, kağız, sənəd üzərində deyil, reallıqda strateji tərəfdaşıq. Əminəm, siz bizim müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığımızı daha da təşviq etmək üçün Azərbaycanda aktiv fəaliyyət göstərəcəksiniz ki, ikitərəfli əməkdaşlığımız uzunmüddətli, dayanıqlı və uğurlu olsun. Bir daha xoş gəlmisiniz!

X  X  X

İtaliyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri İtaliya Prezidenti Sercio Mattarellanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev İtaliya Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İtaliyanın dövlət başçısına çatdırmağı xahiş etdi.

Azərbaycanla İtaliyanın dost və strateji tərəfdaşlar olduğunu deyən Klaudio Taffuri ölkəmizə səfir təyin edilməsindən məmnunluğunu bildirdi, fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin daha da gücləndirilməsi üçün səylərini əsirgəməyəcini dedi. Səfir Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfərini xüsusilə qeyd edərək ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirdi. Klaudio Taffuri ölkəsinin Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma işlərinə yaxından cəlb olunduğunu vurğuladı, bu fəaliyyətin bundan sonra da fəal surətdə davam edəcəyini diqqətə çatdırdı.

 
  • Oxunub:  2730  |  
  • Tarix:  12-06-2021  |  
  •    Çap et   |  
Azərbaycanda dağ-mədən sənayesinin inkişafı istiqamətində görülən işlər böyük iqtisadi önəm daşıyır

27 İyul 21:57
Numan Kurtulmuş: Gəncədəki dağıntılar insanlıq əleyhinə cinayətlərin qurbanlarının xatirəsinə bir abidədir
27 İyul 21:24
Ombudsman AŞPA nümayəndələrini Ermənistanın cinayətləri barədə məlumatlandırıb
27 İyul 21:19
Dövlət Komitəsində AŞPA nümayəndə heyəti ilə görüş keçirilib
27 İyul 20:53
Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti Gəncədə Ermənistanın müharibə cinayətlərinin izləri ilə tanış olub
27 İyul 20:44
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşü gələn il İslamabadda keçiriləcək
27 İyul 20:41
“İrəli” İctimai Birliyi “Marş irəli” layihəsinə start verib
27 İyul 20:06
Bakı Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
27 İyul 20:00
Deputat: Qələbə və inkişafa yönəlmiş düzgün siyasət bizi vahid məqsədə çatdırdı
27 İyul 19:59
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Oklahoma Ştatının qubernatoru ilə görüşüb
27 İyul 19:49
Azərbaycanın xarici işlər naziri ABŞ-ın Oklahoma ştatının qubernatoru ilə görüşüb
27 İyul 18:57
Sahil Babayev: Azərbaycan-Serbiya əməkdaşlığı genişlənərək iqtisadiyyatın bir sıra sahələrini əhatə edəcək
27 İyul 18:40
Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki mövqeləri atəşə tutulub
27 İyul 18:06
Azərbaycan-Serbiya biznes forumu keçirilib
27 İyul 17:38
Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası təsdiqlənib
27 İyul 17:31
Azərbaycan Prezidenti regionların hər birinin sosial-iqtisadi inkişafını diqqətdə saxlayır
27 İyul 17:26
Pakistan Milli Assambleyasının sədri: Azərbaycan Vətən müharibəsində dünya hərb tarixində tayı-bərabəri olmayan Qələbə qazandı
27 İyul 17:22
Qənirə Paşayeva məşhur fotojurnalist Reza Deqati ilə görüşüb
27 İyul 17:12
Anar Məmmədov: İnkişaf siyasətinin mühüm istiqamətlərindən birini regionların sosial-iqtisadi inkişafı təşkil edir
27 İyul 17:09
Suraxanı rayonunda şəhid Mehdi Fərzullazadə yad edilib
27 İyul 17:07
Azərbaycanın diaspor nümayəndələrinin Şuşaya səfəri başlayıb
27 İyul 16:48
Bol informasiyalarla zəngin olan “Əkinçi”lərin görüşü maraqlı anlarla yadda qaldı
27 İyul 16:41
Milli Məclisin sədri: Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələr zamanın sınağından çıxıb
27 İyul 16:41
Təhsil Nazirliyində dünya səviyyəli yarışlarda yüksək nəticə göstərən idmançılarla görüş keçirilib
27 İyul 16:26
İyulun 27-də Azərbaycanda COVID-19 əleyhinə 68 mindən çox vaksin vurulub
27 İyul 16:20
Mustafa Şentop: Yan-yana dalğalanan bayraqlarımız dostluğumuzu dünyaya bir daha nümayiş etdirdi
27 İyul 16:14
Prezident İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
27 İyul 15:57
Azərbaycan, Türkiyə və Pakistan arasında Bakı Bəyannaməsi imzalanıb
27 İyul 15:56
Bahar Muradova: Gücümüzə söykənərək hədəflərə doğru inamla irəliləyəcəyimizə, uğurlar qazanacağımıza əminəm
27 İyul 15:56
Ayşe Keşir: İki qardaş ölkənin dövlət başçılarının birliyimizi, həmrəyliyimizi qorumaq, möhkəmləndirmək üçün göstərdikləri səylərə qadınlarımızın verəcəyi töhfə əməkdaşlığımızı, birgə fəaliyyətimizi davamlı edəcək
27 İyul 15:41
Azərbaycan, Türkiyə və Pakistan parlament nümayəndə heyətlərinin üçtərəfli formatda birgə görüşü keçirilir
27 İyul 15:32
Prezident İlham Əliyev ABŞ-ın Oklahoma ştatının qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
27 İyul 15:30
Elektron Hökumətin İnkişafı Mərkəzi COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq hazırlayıb
27 İyul 15:15
Azərbaycanda son sutkada 468 nəfər COVID-19-a yoluxub, 123 nəfər sağalıb
27 İyul 14:34
Mustafa Şentop: Türkiyə, Pakistan və Azərbaycan arasında xüsusi birlik, dostluq, qardaşlıq mövcuddur
27 İyul 14:28
YAP Mərkəzi Aparatında AK Parti Qadınlar Birliyinin sədri Ayşe Keşirlə görüş keçirilib
27 İyul 14:27
Türkiyə və Pakistanın parlament sədrləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
27 İyul 14:23
Əliabbas Salahzadə: Azərbaycan-Türkiyə-Pakistan münasibətləri bu gün dünyaya nümunədir
27 İyul 14:20
Əli Əhmədov: Bu gün Azərbaycan və Türkiyə dövlətləri tarixlərinin ən şərəfli dövrünü yaşayır
27 İyul 14:06
Dövlətimizin qüdrəti ən ali mövqeləri belə xeyirimizə dəyişməyə qadirdir
27 İyul 13:31
Azərbaycanın güclənən nüfuzu diplomatik masada növbəti zəfərlərimizi şərtləndirəcək - Naqif Həmzəyev
27 İyul 12:27
Azad edilmiş ərazilərin bərpasında Serbiya investorlarının və şirkətlərinin iştirakı müzakirə olunub
27 İyul 12:27
Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası Gənclər birliklərinin rəhbərlərinin görüşü keçirilib
27 İyul 12:26
Azərbaycanın dünya birliyindəki əlaqələri daha da genişlənir, mövqeyi möhkəmlənir
27 İyul 12:23
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
27 İyul 12:20
“2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı təqdim ediləcək sənəd razılaşdırılıb
27 İyul 12:01
Bahar Muradova: Türkiyə ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir
27 İyul 11:48
Vüsal Qasımlı: Azərbaycanda hər 5 fərdi sahibkardan biri qadındır
27 İyul 11:33
Ötən gün respublika ərazisində 190 toy şənliyinin monitorinqi aparılıb
27 İyul 11:28
DİM: Abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün iyulun 29-dək qeydiyyatdan keçməlidirlər
27 İyul 11:08
Lisey və gimnaziyalara qəbul imtahanında boş qalan yerlərə müraciətlərin qəbulu bu gün yekunlaşır
27 İyul 11:05
“Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nə start verilib
27 İyul 10:50
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
27 İyul 09:03
“Üçüncü doza immuniteti daha da qüvvətləndirmək baxımından önəmli sayılır”
27 İyul 08:58
Postmüharibə dövründə regionların inkişafı sahəsində görülən işlər dövlətin iqtisadi gücünün nəticəsidir
27 İyul 08:57
Razi Nurullayev: Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” imzaladığı Fərman mühüm əhəmiyyət kəsb edir
27 İyul 08:55
Sübut Əsədov: Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə qurumun fəaliyyətinə mühüm töhfələr verib
27 İyul 08:52
Fərəc Quliyev: Diplomatik nümayəndələrin Şuşaya səfəri və erməni vandalizmini öz gözləri ilə görmələri olduqca önəmlidir
27 İyul 08:51
Arzuxan Əlizadə: Ermənilər anlamalıdırlar ki, istənilən təxribatın qarşısı şanlı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq

27 İyul 08:50
Radikal müxalifət milli maraqlara zidd mövqe sərgiləməkdə davam edir

27 İyul 08:49
Ermənistanda seçkisonrası mərhələdə miqrasiya problemi dərinləşəcək
27 İyul 08:46
Ermənistanın terror siyasəti nəticəsində Azərbaycanın ekologiyasına ciddi ziyan dəyib
27 İyul 08:43
Aslan Əzimzadə: Azərbaycanın 2020-ci il üzrə Cənubi Qafqaz ölkələrinin ümumi ÜDM həcmində xüsusi çəkisi 60 faizdir
26 İyul 21:52
Azərbaycanda olan diaspor nümayəndələri ilə görüş keçirilib
26 İyul 21:49
Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşü keçiriləcək
26 İyul 21:45
Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının məruzəçisi ilə görüşüb
26 İyul 21:41
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə Gənclik Vəqfinin nümayəndə heyəti ilə görüşüb
26 İyul 21:20
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
26 İyul 21:05
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti ilə görüşüb
26 İyul 20:12
“İrəli” İctimai Birliyinin yeni loqosu təqdim olunub
26 İyul 19:52
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən müddət ərzində böyük inkişaf yolu keçib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA