Ana səhifə »  Xəbər lenti »  Deputat Pərvin Kərimzadə: YAP-AKP münasibətlərinin dinamik şəkildə inkişafı Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir
A+   Yenilə  A-
Deputat Pərvin Kərimzadə: YAP-AKP münasibətlərinin dinamik şəkildə inkişafı Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir

“Azərbaycan və Türkiyəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bu səbəbdən də münasibətlərimiz dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə əsaslanır. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla inkişaf edir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir.  Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, böyük öndər Mustafa Kamal Atatürkün dediyi kimi, sevincimiz də, kədərimiz də bir olub. Eyni zamanda, Ümummilli Liderimiz Heydər Əliyevin əbədiyyətə qədər yaşayacaq “Biz bir millət, iki dövlətik” kəlamı qardaşlıq şüarı kimi daim iftixarla səslənir. Azərbaycan və Türkiyə arasında əlaqələrin bu  səviyyədə yüksək inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Dövlətlərimizin rəhbərləri cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətlərinin yüksək səviyəsində olması da iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkaşfında başlıca amillərdən biridir. 

Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibə zamanı dost, qardaş Türkiyə Cümhuriyyətinin xalqımıza siyasi və mənəvi dəstəyi Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsində əhəmiyyətli rol oynadı: Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Dövlətimizin başçısının vurğuladığı kimi: “Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq. İkinci Qarabağ müharibəsi bunu bütün dünyaya bir daha göstərdi ki, Türkiyə-Azərbaycan bir yerdədirlər və əziz qardaşımın, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilk saatlardan bizi ruhlandırdı. Çünki müharibənin ilk saatlarından başlayaraq Türkiyə və onun Cümhurbaşqanı bizə mənəvi və siyasi dəstək vermişdir. Bu mənəvi və siyasi dəstək müharibənin son gününə qədər göstərildi”. Əlbəttə, postmüharibə dövründə yaranmış yeni reallıqların fonunda Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması baxımından strateji önəm kəsb edir. Başqa sözlə, iki qardaş ölkənin sıx əməkdaşlığı və birgə təşəbbüsləri regionda çoxşaxəli qarşılıqlı faydalı işbirliyinin dərinləşməsində, strateji inteqrasiyanın daha intensiv xarakter almasında vacib rola malikdir. Bu gün işğaldan azad edilmiş ərazilərimizin bərpasında Türkiyə şirkətləri fəal iştirak edir. Eləcə də, yaxın gələcəkdə reallaşdırılacaq Zəngəzur dəhlizi də Azərbaycanla Türkiyənin regiondakı inkişaf, əməkdaşlıq və təhlükəsizlik məsələlərində  həlledici rolunu gücləndirəcək. Bütövlükdə isə, bütün sahələrdə uğurla inkişaf edən Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üzrə unikal bir nümunəyə çevrilib. Reallıq budur ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil. Yeni mərhələdə də sıx təmaslar və intensiv əlaqələr dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan, ən yüksək zirvədə olan münasibətlərin uğurla davam etdirilməsində xüsusi rol oynayır”.

Pərvin Kərimzadə diqqətə çatdırıb ki, yeni mərhələdə siyasi münasibtlərin inkişafında hər iki ölkənin hakim partiyalarının əlaqələri də mühüm əhəmiyyətə malikdir. Yeni Azərbaycan Partiyası (YAP) ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığın genişləndirilməsi tərəflər üçün olduqca faydalıdır. “Bir neçə gün öncə YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin heyətinin Türkiyəyə səfəri və səfər zamanı keçirilən görüşlər ölkələrimiz və partiyalarımız arasında siyasi münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. YAP ilə AKP arasında əməkdaşlığın perspektivləri ilə bağlı geniş fikir mübadiləsinin aparılması, əməkdaşlığın səmərəliliyini artırmaq üçün koordinasiyanın yaradılması imkanlarının müzakirə olunması, iki partiya arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması və digər bu kimi məqamlar olduqca mühüm əhəmiyyət daşıyır. Bütün bunlar həm də onu göstərir ki, dostluq və qardaşlıq münasibətləri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, YAP-AKP münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edir. Ən əsası, qeyd etdiyimiz kimi, YAP ilə AKP arasında səmərəli münasibətlər hər iki ölkənin əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

 

 
  • Oxunub:  3060  |  
  • Tarix:  11-06-2021  |  
  •    Çap et   |  
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir

30 İyul 09:49
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib
30 İyul 08:58
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir
30 İyul 08:51
Mirsaleh Məmmədov: Qəbul imtahanında rekord bal toplayacağımı gözləmirdim
30 İyul 08:50
Daim halsızlıq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir
30 İyul 08:48
Məğlub Ermənistanda daxili siyasi vəziyyət kifayət qədər gərgindir

30 İyul 08:46
Radikal müxalifət Zəngəzur dəhlizinin yaradılmasından niyə narahatdır?

30 İyul 08:43
Ölkəmizdə gənc nəslin fiziki tərbiyəsi sahəsində davamlı addımlar atılır
29 İyul 21:21
Aİ-nin xüsusi nümayəndəsi sərhəddəki gərginliklə bağlı narahatlığını ifadə edib
29 İyul 20:44
İsrailli iş adamları Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində maraqlıdır
29 İyul 20:28
İstanbulda “Türk Şurası sosial media tədris proqramı” mövzusunda təlim proqramı keçirilir
29 İyul 20:27
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üçüncü tərkibinin fəaliyyətinə dair hesabat iclası keçirilib
29 İyul 20:22
ABŞ-ın Oklahoma ştatının qubernatoru Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olub
29 İyul 20:13
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
29 İyul 20:04
Əsəd Qeysər: Pakistan azad edilmiş ərazilərdə turizmin inkişafına dəstək verməyə hazırdır
29 İyul 17:47
Akademik Rəfael Hüseynov: Nizami Gəncəviyə həsr olunana Bursa konfransı insanların bəşəri dəyərlər ətrafında birləşməsinə böyük töhfədir
29 İyul 17:32
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri və nümayəndə heyətlərinin üzvləri Füzuli rayonunda olublar
29 İyul 17:30
İyulun 29-da Azərbaycanda 84 mindən çox vətəndaşa COVID-19 əleyhinə peyvənd vurdurulub
29 İyul 17:20
Azərbaycanda yeni növ koronavirus infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb
29 İyul 17:05
Səkkiz ayda “Onlayn psixoloji dəstək xidməti”nə 1590 zəng daxil olub
29 İyul 16:59
Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
29 İyul 16:53
Aşqabadda “Dostluq” yatağının Azərbaycan ilə birgə işlənməsinə dair məsələlər müzakirə olunub
29 İyul 16:44
“Qarabağ” səfərdə İsrailin “Aşdod” klubu ilə qarşılaşacaq
29 İyul 16:33
"Bakı Bəyannaməsi tarixi sənəddir"
29 İyul 16:31
Azərbaycanın Bolqarıstandakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib
29 İyul 16:21
Rəşad Mahmudov: Azərbaycan-Türkiyə-Pakistan münasibətləri dostluq qardaşlığa əsaslanır
29 İyul 16:07
Vüqar Rəhimzadə: Bakı Bəyannaməsi dünyaya ünvanlanan bir cox mesajları özündə ehtiva edir
29 İyul 16:02
Politoloq: Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət Azərbaycanın beynəlxalq reytinqini getdikcə artırır
29 İyul 16:01
Şəhid ailələri və qazilərə vahid məkandan xidmət göstərəcək qurumlar üzrə Əlaqələndirmə Komissiyasının ilk iclası keçirilib
29 İyul 15:47
Azərbaycanın turizm imkanlarının İsraildə təşviqi məsələləri müzakirə olunub
29 İyul 15:40
Yol polisi nəqliyyat vasitələrinin arxa şüşələrinə şüarların yazılması ilə bağlı sürücülərə müraciət edib
29 İyul 15:28
Özbəkistanın nəqliyyat naziri “Azərbaycan” gəmi-bərəsində olub
29 İyul 15:12
Müasir dünyada tolerantlığın Azərbaycan modelindən faydalanmaq dövrün tələbinə çevrilib
29 İyul 14:48
Vergi Xidməti: Əksər şadlıq evlərində qonaqlar və işçi heyəti arasında vaksinləşmə səviyyəsi artır
29 İyul 14:19
ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
29 İyul 14:13
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri başlayıb
29 İyul 13:39
Türkiyə və Pakistanın parlament nümayəndə heyətləri Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət ediblər
29 İyul 13:32
III ixtisas qrupu üzrə müsabiqədə ümumi balı 200-dən az olmayan abituriyentlər iştirak edə bilər
29 İyul 13:30
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 49,9 milyon dollar olub
29 İyul 12:38
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Şuşada Cıdır düzündə olublar
29 İyul 12:14
İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyi açılıb
29 İyul 12:10
TBMM-nin sədri: Şuşada gördüyümüz dağıntılar bizi məyus etdi

29 İyul 12:04
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi və Naxçıvan MR Daxili İşlər Nazirliyi birgə məlumat yayıb

29 İyul 11:56
Hava nəqliyyatı ilə müəyyən şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib – Qərar
29 İyul 11:51
Penitensiar xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilib
29 İyul 11:42
Azərbaycan İsraillə iqtisadi münasibətlərin gücləndirilməsi perspektivlərini müzakirə edib
29 İyul 11:29
Azərbaycan və İsrail arasında səmərəli tərəfdaşlıq əlaqələrimizin inkişafı üçün möhkəm zəmin yaradır
29 İyul 11:10
KOBİA İsrailin KOB sahəsində müvafiq qurumları ilə görüşlər keçirib
29 İyul 11:04
ADA Universitetində ikinci “Diplomatiya həftəsi”nin bağlanış mərasimi keçirilib
29 İyul 10:53
Mustafa Şentop: Bakı Bəyannaməsi ölkələrimiz arasında strateji əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaq
29 İyul 10:43
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin Şuşaya səfəri başlayıb
29 İyul 09:52
DİM iyulun 30-dan etibarən onlayn apellyasiya təşkil edəcək
29 İyul 08:49
İşğaldan azad edilmiş ərazilərdə görülən işlər Azərbaycan dövlətinin gücünü nümayiş etdirir
29 İyul 08:41
Yay fəslində uşaqları mövsümi xəstəliklərdən qorumaq üçün nələrə diqqət etmək lazımdır?
29 İyul 08:38
Ermənistan cəmiyyətində ağır mənəvi-psixoloji durum və etinasızlıq hökm sürür
29 İyul 08:37
Gənc nəslin vətənpərvər ruhda yetişməsində ali təhsil müəssisələrinin də rolu böyükdür

29 İyul 08:35
Radikal müxalifət ermənipərəst dairələrin direktivləri əsasında hərəkət edir

29 İyul 08:33
Ermənistan atəşkəsi pozaraq Kəlbəcər rayonu istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub
28 İyul 22:15
Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
28 İyul 21:42
Rusiya Prezidenti Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edib
28 İyul 21:38
Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub
28 İyul 19:35
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin diplomatik fəaliyyət müddəti başa çatır
28 İyul 19:33
Hesablama Palatası Dünya Bankının hesabatında
28 İyul 18:10
Azərbaycanda koronavirus infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb
28 İyul 18:08
Anar Məmmədov: Ermənistanın revanşist qüvvələri müharibədən nəticə çıxarmalıdırlar
28 İyul 18:02
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Moldova nümayəndə heyəti ilə görüş olub
28 İyul 17:58
ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktoru Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
28 İyul 17:27
“Ehtiyat zabit hazırlığı kursu”na qəbul başlayır
28 İyul 17:22
Beynəlxalq münasibətlərdə Azərbaycanın sözü imzası qədər qüvvətlidir
28 İyul 17:20
“YAŞAT” düşərgəsinin ikinci həftəsi davam edir
28 İyul 17:14
Dövlət Miqrasiya Xidmətində bu ilin birinci yarısının yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA