Ana səhifə »  Xəbər lenti »  Raket və Artilleriya Qoşunlarının hərbi hissəsində “Dəmir yumruq yerindədir!” mövzusunda tədbir keçirilib
A+   Yenilə  A-
Raket və Artilleriya Qoşunlarının hərbi hissəsində “Dəmir yumruq yerindədir!” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Raket və Artilleriya Qoşunlarının döyüşən hərbi hissələrindən birində “Dəmir yumruq yerindədir!” devizi altında tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistanın təxribatlarının qarşısını almaq və uzun illərdir işğal altında qalan tarixi torpaqlarımızı azad etmək məqsədilə Azərbaycanın “Dəmir yumruq” əməliyyatı ilə başladığı Vətən müharibəsi təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə son qoyularaq kapitulyasiyası, tam məğlubiyyəti ilə başa çatdı.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız və Ordumuz Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi ədaləti bərpa etdi. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, qalib ölkənin vətəndaşıdır. Hər bir hərbi qulluqçu isə qalib Ordunun əsgəri olmaqdan böyük qürur duyur.

Zəfər günündən altı aya yaxın vaxt keçməsinə baxmayaraq, düşmən yenə hiyləgər və məkrli niyyətlərindən əl çəkmir, biabırçı məğlubiyyəti ilə barışmaq istəmir, bölgədə mövcud reallıqlardan nəticə çıxarmır.

Raket və Artilleriya Qoşunlarının döyüşən hərbi hissələrindən birində “Dəmir yumruq yerindədir!” devizi altında keçirilən tədbirdə bu barədə daha ətraflı danışılıb. Ermənistanın təcavüzkar, işğalçı, terrorçu, dağıdıcı bəzi revanşist qüvvələrinə ismarış ünvanlanıb ki, təxribatlar törətməkdənsə, sovet ideologiyasının tarixi Azərbaycan torpaqlarında yaratdığı ölkənizi bürümüş hərbi, siyasi, iqtisadi, mənəvi böhrandan xilas olmaq üçün yollar arayın, məzlum erməni xalqının gələcəyini düşünün. Əks təqdirdə Azərbaycanın atacağı addımlar daha ciddi, daha kəskin olacaq.

Tədbir başlamazdan əvvəl hərbi hissənin həyətində şəhidlərin xatirəsinə inşa edilmiş abidə ziyarət olunub, Birinci və İkinci Qarabağ müharibəsinin şəhidləri ehtiramla yad edilib.

“Qələbə marşı”nın sədaları altında Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətlə bəyan etdiyi kəlamlar səsləndirilib: “Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, “Dəmir yumruq” yerindədir... Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşından heç vaxt silinməsin və silinməyəcək. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidir, dəmir yumruq yerindədir!”.

Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani tədbirdə çıxış edərək son vaxtlar dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribatlara, düşmənin diversiya qruplarının fəallaşmasına kəskin etirazını bildirib. Azərbaycan əsgərinin peşəkarlığı, mübarizliyi ilə onların qarşısının vaxtında, itkisiz alındığını qeyd edərək hər kəsi ayıq-sayıq olmağa, ehtiyatı əldən verməməyə, döyüş hazırlığını daim yüksəltməyə çağırıb.

“Digər qoşunlarla yanaşı, Raket və Artilleriya Qoşunlarının şəxsi heyəti də ölkəmizin müstəqilliyinin, təhlükəsizliyinin keşiyində ayıq-sayıqlığını heç vaxt itirmir və istənilən döyüş tapşırığının öhdəsindən layiqincə gəlməyə hazırdır. Artilleriyaçılarımız Vətən müharibəsində Qələbənin qazanılması naminə öz sözlərini deyib və müharibənin ilk günündən düşmən üzərinə endirdiyi kütləvi atəş zərbələri ilə onların dərinlikdə yerləşən bölmələrini canlı qüvvə və texnika baxımından böyük itkilərə məruz qoyaraq şok təsiri yaradıb, hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini sıradan çıxararaq havada üstünlüyümüzü təmin edib. Düşmənin ön xətdə və dərinlikdə yerləşən komanda və idarəetmə məntəqələrinə dağıdıcı zərbələr vuraraq onların idarəetmə sisteminin fəaliyyətini pozub”, - deyə polkovnik A.Qurbani artilleriyaçılarımızın böyük Zəfərin qazanılmasında müstəsna xidmətləri olduğunu bildirib.

Qeyd edilib ki, müharibənin birinci günü artilleriya bölmələri tərəfindən 500-ə yaxın hədəflər məhv edilib, müasir döyüş taktikasına uyğun olaraq xüsusi təyinatlı qüvvələr, motoatıcı bölmələr və pilotsuz uçuş aparatları ilə qarşılıqlı əlaqədə düşmənin hərbi obyektləri, taktiki əhəmiyyətli yol qovşaqlarını birləşdirən körpüləri, xeyli sayda canlı qüvvəsi, atəş vasitələri və hərbi texnikası aşkar edilərək vaxtında və dəqiq yerinə yetirilən atəşlərlə məhv edilib və bununla da özü haqqında miflər uyduran Ermənistan silahlı qüvvələrinin müqavimətlərinin qarşısı alınıb.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti qəhrəman artilleriyaçıları “Topçular marşı” və “Müzəffər Ordumuz” mahnıları ilə salamlayıb, onların Qələbə sevincinə şərik olub.

Respublikamızın ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, “Qarabağ” ordeni və 5 döyüş medalı ilə təltif olunan hərbi qulluqçu Ümidvar Quliyev bildirib ki, Vətən müharibəsi dövründə təkcə Raket və Artilleriya Qoşunları tərəfindən düşmənin 380-dən çox artilleriya vasitəsi məhv edilib.

Şuşanın işğaldan azad olunmasına və Qələbəyə aparan çətin ərazilərdən, düşmənin gözləmədiyi istiqamətlərdən, keçilməsinə böyük peşəkarlıq tələb olunan dağ-meşə yollarından uğurla keçən özüyeriyən və reaktiv qurğularımız fasiləsiz, dəqiq və sərrast atəş tapşırıqları ilə hücum edən bölmələrimizin atəş dəstəyini məharətlə təmin edib, artilleriya batareyalarının tətbiqi isə bu istiqamətlərdə hərbi əməliyyatların uğurla nəticələnməsinə səbəb olub.

Zabit Ü.Quliyev vurğulayıb ki, uzunmənzilli raket sistemlərinin dəqiq atışları ilə düşmənin əməliyyat planları tamamilə pozulub. Artilleriyaçılar dünən olduğu kimi bu gün də, gələcəkdə də öz xidməti vəzifələrini şərəflə, vicdanla yerinə yetirməyə hazırdırlar. Dostlarımız da, düşmənlərimiz də birdəfəlik bilməlidirlər ki, Raket və Artilleriya Qoşunlarının da dəmir yumruğu yerindədir! Lazım olan vaxtda düşmənə dağıdıcı və sarsıdıcı zərbələr vurmağa qadirdir!

Hərbi qulluqçulardan “Qarabağ” ordeni ilə təltif olunmuş Pərviz İbrahimov və Şamxal Səlimovun cəbhə xatirələri də tədbir iştirakçılarında böyük maraq oyadıb.

Döyüşdə xüsusilə fərqlənən əsgər və zabitlərə “Vətən müharibəsi şəhidləri” kitabının nüsxələri hədiyyə edilib, Vətənimizi, Müzəffər Ali Baş Komandanı, rəşadətli Azərbaycan Ordusunu, Qələbəni tərənnüm edən mahnı və şeirlər səsləndirilib.

Tədbir aparıcının “Cəngi” musiqisinin sədaları altında söylədiyi şeirlə başa çatıb:

- Düşmən unutmasın bu son savaşı,

Aldığı yaralar çox dərindədir.

Qəzəbi kükrəyər Azərbaycanın,

Dəmir yumruq yenə öz yerindədir

Yumruqlarını düyərək bir ağızdan “Dəmir yumruq yerindədir!” deyən igid artilleriyaçıların gur səsi ətrafa yayılaraq düşmənə meydan oxuyub.

 
  • Oxunub:  2010  |  
  • Tarix:  10-06-2021  |  
  •    Çap et   |  
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir

18 İyun 14:57
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada xorvatiyalı həmkarı ilə görüşüb
18 İyun 14:39
“Israel HaYom” nəşri: İsraillilər Odlar Yurduna səyahətin maraqlı olacağına əmin ola bilərlər
18 İyun 14:17
Fövqəladə hallar naziri Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb
18 İyun 14:10
Anar Məmmədov: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin birliyinin və həmrəyliyinin rəmzidir
18 İyun 14:03
Nüvədi kəndinin sakinləri doğma torpaqlara qayıtmaq hüququnun təmin olunması üçün dünya birliyinə müraciət ediblər
18 İyun 13:59
Antalyada Azərbaycanın xarici işlər naziri ilə Moldovanın Qaqauziya Muxtar Ərazisinin rəhbəri arasında görüş keçirilib
18 İyun 13:51
Ali təhsil müəssisələrində karyera mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi məsələsi müzakirə olunub
18 İyun 12:54
Azərbaycanın xarici işlər naziri Antalyada BMT-nin Baş katibinin köməkçisi ilə görüşüb
18 İyun 12:40
Təhsil tələbə krediti əcnəbi tələbələrə şamil edilməyəcək
18 İyun 12:35
Deputat: Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır
18 İyun 12:27
Leyla Abdullayeva: Beynəlxalq insan hüquqları təşkilatlarını üçtərəfli Bəyanatın həyata keçirilməsini dəstəkləməyə çağırırıq
18 İyun 12:14
“ASAN xidmət”lə Asiya İnkişaf Bankı arasında əlaqələr genişləndirilir
18 İyun 12:13
Azərbaycan ilə Türkiyə arasında gənclərlə iş və idman sahələrində əməkdaşlıq genişləndirilir
18 İyun 12:03
Tələbə krediti 2 qrupa bölünəcək
18 İyun 11:53
Təhsil naziri: Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi illik təhsil haqqından çox olmayacaq
18 İyun 11:51
Müstəqilliyimizin əbədiləşdiyi gün
18 İyun 11:44
Pakistanlı ekspert: Şuşa Bəyannaməsi regional əməkdaşlığın genişləndirilməsi baxımından ən yaxşı təşəbbüsüdür
18 İyun 11:42
Xarici ölkənin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs məsuliyyətə cəlb olunub
18 İyun 11:30
Tələbə təhsil krediti verilərkən tələbənin topladığı bal nəzərə alınacaq
18 İyun 11:28
Şuşa Bəyannaməsi ölkəmizdəki siyasi birliyi daha da möhkəmləndirəcək
18 İyun 11:26
Tələbə təhsil krediti öz hesabına təhsil alan tələbələrə şamil olunacaq
18 İyun 11:22
“Avro-2020”: İngiltərə yığması Şotlandiyaya, Xorvatiya isə Çexiya millisinə qarşı
18 İyun 11:09
Yanvar-aprel ayları ərzində Azərbaycanda 15 minə yaxın cütlük nikaha daxil olub
18 İyun 10:46
Azərbaycanla Rusiya arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib
18 İyun 10:43
Milli Kitabxanada “18 İyun – Milli İnsan Hüquqları Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub
18 İyun 10:38
Müşfiq Məmmədli: Bütün uğurlar cənab Prezidentimizin apardığı qətiyyətli və milli maraqlara söykənən siyasətin nəticəsidir
18 İyun 10:08
Bakı və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq
18 İyun 09:11
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir
18 İyun 09:06
İşğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu müxtəlif istiqamətləri əhatə edir
18 İyun 09:00
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür
18 İyun 08:59
Növbəti milli birlik nümunəsi
18 İyun 08:57
Aztəminatlı gənclər üçün arıçılıq təsərrüfatları yaradılacaq
18 İyun 08:55
Baş infeksionist: Azərbaycanda COVID-19-la əlaqədar sanitar-epidemioloji vəziyyət yaxşıdır
18 İyun 08:54
İyunun 21-də Ermənistanda vətəndaş müharibəsi başlaya bilər
18 İyun 08:50
Radikal müxalifətin növbəti xəyanəti
17 İyun 20:53
Azərbaycanla Türkiyənin insan resursları sahəsində əməkdaşlığı müzakirə olunub
17 İyun 20:41
Rusiya XİN Azərbaycan və Ermənistan sərhədində delimitasiya işlərinə başlamağın vacibliyini bildirib
17 İyun 20:24
Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib
17 İyun 19:43
Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib
17 İyun 19:05
“Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin qalibləri mükafatlandırılıb
17 İyun 19:05
Antalyada Cənub-Şərqi Avropa Ölkələri Əməkdaşlıq Prosesi Sammiti keçirilib
17 İyun 18:58
Azərbaycanın müdafiə naziri Latviyanın NATO-nun Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü ilə görüşüb
17 İyun 18:08
Səbinə Xasayeva: Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir
17 İyun 17:55
Bugünkü müstəqil və qüdrətli Azərbaycan Ümumilli Lider Heydər Əliyevin əsəridir
17 İyun 17:25
Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 992 min 847 nəfərdir
17 İyun 17:16
Azərbaycanda koronavirusdan ölüm halı qeydə alınmayıb
17 İyun 17:00
Məzahir Bayramov: Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir
17 İyun 16:57
Türkiyə həmişə dost və qardaş Azərbaycanın yanındadır
17 İyun 16:50
Prezidentlərin dostluğu və qardaşlığı Türkiyə-Azərbaycan qardaşlığının simvoluna çevrilib
17 İyun 16:46
Fəsli Nəbiyev: “Avro-2020” futbol yarışlarının Azərbaycanda keçirilməsi, uzun illər ölkəmizdə aparılan idman siyasətinin növbəti uğurlu təzahürüdür
17 İyun 16:41
YAP Göygöl rayon təşkilatı "Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın yeni bir dönəmi başlayır" mövzusunda tədbir keçirib
17 İyun 16:38
Azərbaycanın və Pakistanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
17 İyun 16:28
Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalının məbləği açıqlanıb
17 İyun 16:25
Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır
17 İyun 16:22
Azərbaycanla Böyük Britaniya arasında gömrük əməkdaşlığı sahəsində müzakirələr aparılıb
17 İyun 16:18
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib
17 İyun 16:13
Təhsil Tələbə Krediti Fondunun vəzifələri müəyyənləşib
17 İyun 16:05
Təhsil Tələbə Krediti Fondu müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edəcək
17 İyun 15:59
Azərbaycanın bugünkü uğurları Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin davam etdirilməsinin nəticəsidir
17 İyun 15:57
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
17 İyun 15:28
May ayı ərzində 59 şəhər və rayonun əhalisinə 1 milyon 200 mindən çox tibbi xidmət göstərilib
17 İyun 15:26
Azərbaycan atletləri Olimpiadaya 30, Paralimpiadaya isə 18 lisenziya qazanıblar
17 İyun 15:10
Antalya Diplomatiya Forumuna hazırlıqlar başa çatıb
17 İyun 14:53
ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə magistr proqramına sənəd qəbulu davam edir
17 İyun 14:51
Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradıldı - FƏRMAN
17 İyun 14:34
Azərbaycanın xarici işlər naziri Türkiyəyə səfərə yola düşüb
17 İyun 14:03
AZAL-da qadın pilotlar fəaliyyətə başlayıblar
17 İyun 13:49
İspaniya ilə investisiya və ixrac sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
17 İyun 13:40
Pərvin Kərimzadə: Şuşa Bəyannaməsi bölgədə sülh, sabitlik və firavanlıq üçün güclü bir çağırışdır
17 İyun 13:38
Azərbaycan və BMT arasında İstiqamətləndirici Komitənin ilk iclası keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+27 +30
gecə+22 +25