Ana səhifə »  Xəbər lenti »  “Həqiqətin onomastikası” kitabının təqdimat mərasimi keçirilib
A+   Yenilə  A-
“Həqiqətin onomastikası” kitabının təqdimat mərasimi keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Həqiqətin onomastikası” kitabının onlayn təqdimat mərasimini keçirib.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kitab indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması faktlarına həsr edilib.

Təqdimat mərasimində ölkəmizdəki milli və dini icmaların rəhbərləri, deputatlar, alimlər və ziyalılar iştirak ediblər.

Tədbirin moderatoru, BBMM-in icraçı direktoru Rəvan Həsənov əsərin yaranma ideyası və hazırlanma prosesi haqqında geniş məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı etdiyi çıxışında indiki Ermənistan Respublikası ərazisindəki coğrafi adların mütləq əksəriyyətinin Azərbaycan mənşəli olması vurğulanmışdı. Bu çıxışdan sonra mövzunun tədqiq və təbliğinə dair Azərbaycanın alim və mütəxəssislərinə verdiyi tövsiyəyə əsasən, Multikulturalizm Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dillər Universitetinin tarixçi alimləri, tarixi toponimlər, dilçilik və xəritəçəkmə üzrə təcrübəli mütəxəssislərinin cəlb olunması ilə “Həqiqətin onomastikası” adlı kitabı hazırlanaraq nəşr edilib.

Tədbirdə çıxış edən BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Azərbaycan həqiqətlərinin üzə çıxarılmasında bu kitabın ciddi bir addım olduğunu vurğulayıb. O qeyd edib ki, kitabı vərəqlədikcə bu dərəcədə aparılan saxtalaşdırmaya insan heyrətlənməyə bilmir. Tarixin saxtalaşdırılması isə dünya tarixində qəbuledilməz siyasi akt kimi qiymətləndirilir. K.Abdullayev çıxışını “Həqiqətin onomastikası” kitabı vicdanımızın, əxlaqımızın kitabıdır” fikri ilə yekunlaşdırıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, yalanların ifşasına həmişə ehtiyac var. Bizim müharibəmiz bitsə də, mübarizəmiz hələ davam edir. Mübarizədə isə bu kimi ciddi faktlara əsaslanan ədəbiyyatların böyük rolu əvəzsizdir. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, eləcə də vaxtilə azərbaycanlıların yaşadığı Ermənistan Respublikası ərazisində dağıdılmış dini və mədəni abidələr mövzusuna da toxunub.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov təqdim edilən kitabı yüksək qiymətləndirərək, beynəlxalq aləmdə bu kimi nəşrlərlə həqiqəti yaymağın əhəmiyyətini vurğulayıb.

Kitabın həmmüəllifləri - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, eləcə də filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov kitabın ərsəyə gəlməsində çəkilən fəaliyyətdən, görülən işlərdən söz açıblar. Qeyd edilib ki, erməni dilində mənbələrdən də geniş istifadə olunan bu kitab 20 illik tədqiqatların nəticəsi kimi ortaya çıxarılıb.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qeyd edib ki, Azərbaycan əsgəri torpaqlarımızı erməni işğalından azad edib, Azərbaycan alimləri isə “Həqiqətin onomastikası” kitabını gerçəkliklərin aynası kimi gələcəyə töhfə ediblər.

Sonra çıxış edən Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev, Azərbaycan Ukrayna Konqresi İctimai Birliyinin sədri Yuriy Osadçenko və digərləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri olan “Həqiqətin onomastikası” kitabını erməni vandalizminin və erməni saxtakarlığının ən bariz nümunələrindən biri kimi qiymətləndirdilər.

Qeyd edək ki, tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinin silinməsi üçün bizə məxsus 1600-ə yaxın toponim, hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunan kitabın yaxın zamanda ingilis və rus dillərində nəşri də nəzərdə tutulur. “Həqiqətin onomastikası” kitabında 737 yaşayış məntəqəsinin, ləğv edilmiş 499 kənd və qəsəbənin, adları dəyişdirilmiş 704 inzibati vahidin, 231 oronimin, 116 hidronimin, 137 yaylaq və qışlağın toponimlərinin tarixi və izahı verilib.

Nəşrin ideya müəllifi BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, müəllifləri - filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, redaksiya heyətinin üzvləri BBMM-in icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikası İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri Ramiz Məmmədov, Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı, Milli Məclisin üzvü, filologiya elmləri doktoru Əziz Ələkbərli, Milli Məclisin üzvü Musa Quliyev, “Geodeziya və Kartoqrafiya” MMC-nin direktor müavini Müqabil Bayramov, tarix üzrə elmlər doktoru Həcər Verdiyeva, filologiya elmləri doktoru Aslan Bayramov, filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyeva, layihəyə məsul BBMM-in təhlilçisi Araz Qurbanovdur.

 
  • Oxunub:  2790  |  
  • Tarix:  09-06-2021  |  
  •    Çap et   |  
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşü gələn il İslamabadda keçiriləcək

28 İyul 22:15
Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
28 İyul 21:42
Rusiya Prezidenti Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edib
28 İyul 21:38
Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub
28 İyul 19:35
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin diplomatik fəaliyyət müddəti başa çatır
28 İyul 19:33
Hesablama Palatası Dünya Bankının hesabatında
28 İyul 18:10
Azərbaycanda koronavirus infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb
28 İyul 18:08
Anar Məmmədov: Ermənistanın revanşist qüvvələri müharibədən nəticə çıxarmalıdırlar
28 İyul 18:02
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Moldova nümayəndə heyəti ilə görüş olub
28 İyul 17:58
ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktoru Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
28 İyul 17:27
“Ehtiyat zabit hazırlığı kursu”na qəbul başlayır
28 İyul 17:22
Beynəlxalq münasibətlərdə Azərbaycanın sözü imzası qədər qüvvətlidir
28 İyul 17:20
“YAŞAT” düşərgəsinin ikinci həftəsi davam edir
28 İyul 17:14
Dövlət Miqrasiya Xidmətində bu ilin birinci yarısının yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib
28 İyul 16:46
Azərbaycana ən çox Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları gəliblər
28 İyul 16:43
Müdafiə naziri ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb
28 İyul 16:33
Özünüməşğulluq proqramına yeni iqtisadi fəaliyyət sahələri əlavə olunub
28 İyul 16:23
Prezident Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisinə10 milyon manat ayırıb
28 İyul 16:07
Gəncədə “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilib
28 İyul 16:02
Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir
28 İyul 15:29
3 saylı “ASAN Kommunal” mərkəzinin açılış mərasimi keçirilib
28 İyul 15:25
Tərtərdə 5 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur
28 İyul 15:18
Azərbaycan Prezidenti keçirdiyi son görüşlərdə regionda yaranmış yeni reallıqlar barədə mühüm açıqlamalar verib
28 İyul 15:03
Bu ilin altı ayında ölkəmizdə müvəqqəti yaşama icazəsi ilə bağlı müraciətlərin sayı artıb
28 İyul 14:53
YAP və AK Parti Gəncədə birgə mətbuat konfransı keçirib
28 İyul 14:52
Dövlət Miqrasiya Xidmətində 2021-ci ilin altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilir
28 İyul 14:43
Casusluqda ittiham olunan ermənilərin cinayət işi üzrə məhkəmə iclası keçirilib
28 İyul 14:26
DİM tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib
28 İyul 14:03
Hikmət Babaoğlu: Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi mühüm tarixi addım kimi səciyyələndirilməlidir
28 İyul 13:48
Malik Həsənov: İmzalanan Bakı Bəyannaməsi, 2022-ci il üçün qəbul olunan qərar hədəflərin təqdimatıdır
28 İyul 13:47
Səbinə Xasayeva: Vahid turizm məkanının yaradılması turistlərin Azərbaycana cəlb edilməsində əhəmiyyətli rol oynayacaq
28 İyul 13:44
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır
28 İyul 13:02
Ombudsman sərhəddə baş verən gərginliklə bağlı bəyanat verib
28 İyul 13:00
Oktyabrda Bakıda “Rebuild Karabakh 2021” sərgisi keçiriləcək
28 İyul 12:36
Zəfər Düşərgəsinin iştirakçıları qazilərimizlə görüşüblər
28 İyul 12:32
ANAMA mütəmadi olaraq maarifləndirici təlimlər keçirir
28 İyul 12:11
Azərbaycanda pandemiya dövründə heç bir layihənin təxirə salınmaması insanların rifahının yaxşılaşdırılmasının dövlətimiz üçün prioritet olduğunu göstərir
28 İyul 12:07
Azərbaycanın xarici işlər naziri Pakistan Milli Assambleyasının sədri ilə görüşüb
28 İyul 12:07
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın ilk iclası keçirilib
28 İyul 11:49
Ceyhun Bayramov: Bakı Bəyannaməsi ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına böyük töhfə verəcək
28 İyul 11:48
Bakı Ali Neft Məktəbində xaricdə təhsillərini davam etdirəcək məzunlarla görüş
28 İyul 11:27
Azərbaycanın Əfqanıstana yeni səfiri təyin olunub
28 İyul 11:05
Azərbaycan neftinin bir bareli 74,38 dollara satılır
28 İyul 11:01
İyulun 28-i Ümumdünya Hepatitlə Mübarizə Günüdür
28 İyul 10:49
XİN: Dövlət sərhədində vəziyyəti gərginləşdirməyin məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir
28 İyul 10:44
Ermənistan tərəfi atəşkəs rejiminin tələblərinə əməl etmir - MN
28 İyul 10:24
Avropa İttifaqı Azərbaycan üçün yaxın tərəfdaşdır
28 İyul 10:18
Mustafa Şəntop: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələri üçün çox əhəmiyyətlidir
28 İyul 10:14
Mustafa Şəntop: Ermənistan törətdiyi təxribatların nəticələrini nəzərə almalıdır
28 İyul 10:07
TBMM-in sədri: Azərbaycan-Türkiyə-Pakistan dostluğu böyük gələcək vəd edir
28 İyul 10:00
Mustafa Şəntop: Əminəm ki, aramızdakı dostluq və qardaşlıq daha da möhkəmlənəcək
28 İyul 09:23
Aztəminatlı gənclər üçün arıçılıq təsərrüfatı yaradılıb
28 İyul 08:58
Qənimət Zahid-Əli Kərimli cütlüyü yenə də erməni təxribatına dəstək verir
28 İyul 08:56
Ermənistanda parlamentə rəhbərlik məsələsində iqtidar və müxalifət arasında qarşıdurma yaranıb
28 İyul 08:54
Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
28 İyul 08:52
Analar övladlarını ən azı 6 aya qədər ana südü ilə qidalandırmalıdırlar
28 İyul 08:48
İnsan hüquq və azadlıqlarının qorunması Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindəndir
27 İyul 21:57
Numan Kurtulmuş: Gəncədəki dağıntılar insanlıq əleyhinə cinayətlərin qurbanlarının xatirəsinə bir abidədir
27 İyul 21:24
Ombudsman AŞPA nümayəndələrini Ermənistanın cinayətləri barədə məlumatlandırıb
27 İyul 21:19
Dövlət Komitəsində AŞPA nümayəndə heyəti ilə görüş keçirilib
27 İyul 20:53
Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti Gəncədə Ermənistanın müharibə cinayətlərinin izləri ilə tanış olub
27 İyul 20:44
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşü gələn il İslamabadda keçiriləcək
27 İyul 20:41
“İrəli” İctimai Birliyi “Marş irəli” layihəsinə start verib
27 İyul 20:06
Bakı Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
27 İyul 20:00
Deputat: Qələbə və inkişafa yönəlmiş düzgün siyasət bizi vahid məqsədə çatdırdı
27 İyul 19:59
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Oklahoma Ştatının qubernatoru ilə görüşüb
27 İyul 19:49
Azərbaycanın xarici işlər naziri ABŞ-ın Oklahoma ştatının qubernatoru ilə görüşüb
27 İyul 18:57
Sahil Babayev: Azərbaycan-Serbiya əməkdaşlığı genişlənərək iqtisadiyyatın bir sıra sahələrini əhatə edəcək
27 İyul 18:40
Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki mövqeləri atəşə tutulub
27 İyul 18:06
Azərbaycan-Serbiya biznes forumu keçirilib
27 İyul 17:38
Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası təsdiqlənib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+24 +26
gecə+20 +22