Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gülnar Məmmədova: İlk dəfə Naxçıvanda təşkil edilən Azərbaycan çempionatının qalibi olmaq qürurvericidir

Gülnar Məmmədova: İlk dəfə Naxçıvanda təşkil edilən Azərbaycan çempionatının qalibi olmaq qürurvericidir

01.06.2021 [12:26]

Naxçıvanda keçirilən Azərbaycan çempionatında güclü şahmatçılar çox idi. Hətta, 6-7 nəfərin çempion olma şansı var idi. Sevinirəm ki, mənim üçün oyunlar yaxşı keçdi və qalib oldum.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının qalibi, beynəlxalq qrossmeyster Gülnar Məmmədova deyib.

7-8-ci tura qədər həmkarı Zeynəb Məmmədyarova ilə birinci-ikinci yerləri bölüşdüklərini söyləyən qalib şahmatçı yarışın əvvəlindən sonuna kimi yaxşı nəticə göstərdiyini qeyd edib: “İkimizdən birimizin çempion olacağını düşünürdüm. Yaxşı oynamaqla yanaşı, şansım da gətirdi və çempion oldum. Qazandığım bu qələbə mənim üçün ikiqat sevinclidir. Çünki qadınlar arasında Azərbaycan çempionu olmaqla yanaşı, Dünya Kubokuna da vəsiqə qazandım”.

Gülnar Məmmədova bildirib ki, Dünya Kuboku əslində keçən ilin sentyabr ayında 64 nəfərin iştirakı ilə keçirilməli olsa da, sonradan yarışın vaxtı bu ilin mart ayına, hazırda isə iyul ayına təyin olunub. O deyib: “İştirakçıların sayını atırdılar, hər ölkənin şahmat federasiyasına bir yer verdilər. Belə oldu ki, Azərbaycan çempionatı keçirildi və Dünya Kubokunda iştirak etmək mənə qismət oldu. Yarışa qatılacaq iştirakçılar bir ildir ki, hazırlaşırlar. İndi mən də gecə-gündüz hazırlaşmalıyam ki, uğurlu nəticə əldə edəm”.

Əslən Azərbaycanın Şirvan bölgəsindən olan Gülnar Məmmədova şahmat oynamağa 6 yaşından başladığını, müəlliminin isə anası olduğunu deyib. Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında şahmatın tədrisi ilə məşğul olan çempion artıq 10 ildir Naxçıvanda keçirilən şahmat yarışlarına qatıldığını da qeyd edib.

“Pandemiya ilə əlaqədar olaraq bir müddət idi ki, ancaq onlayn şahmat oynayırdım”, - deyən Gülnar Məmmədova Naxçıvanda təşkil olunan Azərbaycan çempionatının onun üçün hərtərəfli fürsətlər yaratdığını vurğulayıb: “Naxçıvanda keçirilən turnirlər hər il çox yüksək səviyyədə təşkil olunur. Bu il də elə oldu. İdmançılara hərtərəfli qayğı və diqqət göstərildi. Naxçıvan mənə düşərli olan, uğur gətirən bir diyardır. Burada iştirak etdiyim yarışların əksəriyyətindən mükafatla qayıtmışam. Bu dəfə isə Azərbaycan çempionu oldum. İlk dəfə Naxçıvan şəhərində təşkil edilən qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının qalibi olmaq qürurvericidir. Yarışın təşkilində əməyi keçən hər kəsə minnətdaram. Onu da deyim ki, bu dəfə ilk dəfə naxçıvanlı şahmatçılarla oynadım. Deyə bilərəm ki, onlar güclü idilər, mənə çətinliklər yaşatdılar. Bu isə Naxçıvanda şahmatın inkişaf etdiyini göstərir”.

Paylaş:
Baxılıb: 219 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30