Ana səhifə »  Xəbər lenti »  Azərbaycanda uşaqların savadlı və vətənpərvər şəxsiyyət kimi böyümələri üçün hər cür şərait yaradılıb
A+   Yenilə  A-
Azərbaycanda uşaqların savadlı və vətənpərvər şəxsiyyət kimi böyümələri üçün hər cür şərait yaradılıb
YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova www.yap.org.az saytına müsahibə verib:

- Bahar xanım, uşaq hüquqlarının qorunması istiqamətində hansı tədbirlər həyata keçirilir?

Bildiyiniz kimi uşaqların sağlamlığının qorunması, keyfiyyətli təhsil alması, onların sağlam ailə mühitində böyüyüb tərbiyə olunması, cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşması dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Azərbaycanda həmişə uşaqlara məhəbbətlə yanaşılır,  savadlı və vətənpərvər şəxsiyyət kimi böyümələri üçün hər cür şərait yaradılır.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan hələ 1992-ci ildə çətinliklərlə çarpışdığı bir dönəmdə BMT-nin "Uşaq hüquqları haqqında Konvensiyası"nı ratifikasiya etmişdir ki, bu Konvensiya dövlətimizin qəbul etdiyi ən əhəmiyyətli beynəlxalq sənədlər siyahısındadır. Bu Konvensiyanı ratifikasiya etməklə, dövlətimiz bütün uşaqların, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların qayğısına qalmaqda qərarlı olduğunu sübut etmişdir.

Ulu öndər Heydər Əliyevin uşaqlara sevgi və qayğı dolu münasibət göstərdiyi, həssas yanaşdığı hər kəsə bəlli idi. Təsadüfi deyil ki, uşaq hüquqları ilə bağlı yaranan məsələləri tənzimləmək və bu hüquqların müdafiəsini təmin etmək məqsədilə Ulu öndər tərəfindən 19 may 1998-ci ildə “Uşaq hüquqları” haqqında Qanun qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlarla bağlı dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir, ailə, cəmiyyət və uşaq münasibətlərinin əsas istiqamətlərini tənzimləyir.  

Eyni zamanda Azərbaycan BMT-nin "Uşaq hüquqları haqqında Konvensiya”nın iki əlavə protokoluna, eləcə də “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında”, “Uşaqların kənd təsərrüfatında işə buraxılmasının minimum yaşı haqqında”, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair”, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına (Lanzarotte Konvensiyası) və digər Konvensiyalara da qoşulmuşdur. Dövlət tərəfindən ratifikasiya edilmiş sənədlərə əsasən daxili qanunvericilikdə mühüm islahatlar aparılmış və  aparılmaqdadır.

Hazırda “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək, uşaqların bütün sahələrdə imkanlarının daha da genişləndirilməsi, hüquqlarının müdafiəsi üçün müvafiq sənədlər hazırlanır. Mən xüsusilə keçən il bu sahədə həyata keçirilən tədbirlər barədə danışmaq istərdim. Əminliklə deyə bilərik ki, 2020-ci il Dövlət Komitəsi üçün çox məhsuldar bir il kimi qiymətləndirilə bilər. Belə ki, keçən il Dövlət Komitəsi tərəfindən “2018-2030-cu illər üçün Azərbaycan Respublikasının “Milli Uşaq Strategiyası” layihəsi,  Milli Fəaliyyət Planı tərtib edilmiş və iyunun 2-də Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə təsdiq edilmişdir. Eyni zamanda tərəfimizdən hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun da eyni ildə qüvvəyə mindi. Bundan əlavə “Uşaq Məcəlləsi” layihəsi hazırlanmışdır ki, hazırda sənəd aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir.

Bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biri kimi BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Komitənin təşəbbüsü, Kapital Bankın dəstəyi ilə “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində “Valideyn-internet təhlükəsizliyi və nəzarət” proqramını (“Kidsafe”) qeyd etmək olar. Proqram təminatı uşaqların internet məkanda müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələr və sorğular haqqında məlumatlandırılmasına xidmət edir.

Bundan əlavə, Komitənin regionlarda fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi icmada risk qrupuna aid olan ailələrə, qadın və uşaqlara dəstək göstərir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə yönəldirlər.

- Bu gün Azərbaycanda və dünyanın bir çox ölkəsində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Hazırda bununla bağlı Komitə tərəfindən hansı tədbirlər keçirilir?

- Bu gün uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda iştirakçılığının artırılması aktual məsələlərdəndir. Qeyd etmək istərdim ki, uşaqların hüquqlarının müdafiəsi ilə bağlı Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlər yalnız bu günlə məhdudlaşmır. Dövlət Komitəsi il ərzində bu istiqamətində müxtəlif  layihələr reallaşdırır. Bunlara Uşaq Forumları və Uşaq Səfirlər Məclisinin adını xüsusi vurğulamaq istərdim. Komitənin layihəsi kimi yaradılan Uşaq Səfirlər Məclisi uşaqların hərtərəfli inkişafı, elmi-mədəni biliklərə yiyələnməsi, liderlik keyfiyyətlərinin formalaşdırılması üçün stimul olmuşdur. Komitə tərəfindən mütəmadi olaraq uşaq səfirlərin Azərbaycanın tanınmış ziyalıları, elm adamları, ictimai həyatın müxtəlif sahələrində uğur qazanmış tanınmış simaları ilə görüşləri təşkil edilir, müxtəlif konfranslarda müzakirələrə qatılaraq sərbəst şəkildə fikirlərini söyləmələrinə şərait yaradılır. Səfir uşaqlar çox fəallıq nümayiş etdirir, hər hansı tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış edir, təşkilatçılıq prosesində yaxından iştirak edirlər ki, bu da özlüyündə uşaqlara şəxsi keyfiyyətlərinin inkişaf etdirilməsində, təcrübə toplamalarında üstünlüklər qazandırır.

Bundan əlavə bu istiqamətdə 2009, 2011, 2014 və 2017-ci illərdə Dövlət Komitəsi ilə UNİCEF-in birgə təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Ümumrespublika Uşaq Forumları keçirilib. Qeyd etməliyəm ki, cari ilin noyabr ayında Dövlət Komitəsinin UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun keçirilməsi planlaşdırılır və bu gün, yəni iyunun 1-i  Forumun işinə start vermək məqsədilə “Mənim səsim-mənim hüquqlarım” adlı tədbir keçirilir. Dəyirmi masada respublikanın hər rayonunu təmsil edən, il ərzində fəallığı ilə seçilən, dövlət uşaq müəssisələrində yaşayan, habelə qeyri-millətlərdən olan uşaqlar karantin rejiminin qaydalarına uyğun olaraq bir qismi onlayn və bir qismi də əyani formatda iştirak edəcək, müxtəlif mövzularda məruzələri, təqdimatları olacaqdır.

Bahar xanım, Ermənistanın təcavüzü nəticəsində hüquqları pozulan vətəndaşlar, xüsusilə uşaqlarla bağlı fikirlərinizi bölüşməyinizi istərdik

- İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığımız haqlı mübarizədə döyüş meydanında qəhrəman Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən Ermənistan hərbi siyasi rəhbərliyi hərbi təxribatlara əl atdı, dinc  Azərbaycan əhalisini hədəfə alaraq onların sıx məskunlaşdığı əraziləri qadağan olunmuş silahlarla atəşə tutdu.

Ermənistan tərəfindən Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Mingəçevir, Xızı, Abşeron, Qəbələ, Kürdəmir və Siyəzən rayonlarına edilən hücumlar zamanı mülki əhaliyə qarşı terror aktları törədilmişdir ki, bu da insan hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bu hərbi təcavüz nəticəsində yaralanan və qətlə yetirilən mülki əhali arasında xüsusilə qadın və uşaqların məqsədyönlü şəkildə hədəfə alınması erməni vandalizmini bir daha dünya ictimaiyyətinə nümayiş etdirdi. Terror hadisələri zamanı 12 uşaq, 27 qadın olmaqla 100 nəfər mülki vətəndaş həlak olmuş, 50 uşaq və 101 qadın olmaqla 416 nəfər yaralanmışdır. Terror nəticəsində bütün bir ailənin məhv edilməsi, eyni zamanda bu hadisələr nəticəsində uşaqların hər iki valideynini itirməsi ermənilər tərəfindən tarixən  törədilən qətliamların və insanlığa sığmayan antihumanist əməllərin bu gün də davam etdirilməsinin təzahürüdür. İnsanlar yatarkən gecə vaxtı baş verən mərmi və raket partlayışları, artilleriya atəşləri dinc əhalidə, xüsusilə də dünyanı hələ yeni-yeni dərk etməyə başlayan uşaqlarda psixoloji narahatlıqların yaşanmasına səbəb olmuşdur.

Bütün bu cinayətləri törətməklə yanaşı Ermənistan tərəfi həm də uşaqları Ermənistan ordusuna cəlb etməklə də BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və “Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair” Fakültativ Protokolunun, “Müharibə zamanı mülki əhalinin müdafiəsi” haqqında Cenevrə Konvensiyasının, BMT-nin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının, BMT-nin "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasının müddəalarını kobud şəkildə pozaraq beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığını bir daha nümayiş etdirmişdir.

Bu proseslərin baş verdiyi bir zamanda Ermənistanın terror cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Azərbaycan hökumətinin beynəlxalq təşkilatlara ünvanlandığı müraciətlər, eyni zamanda Dövlət Komitəsinin qadın və uşaqların müharibədə hədəf seçilməsinin qəbuledilməz olduğunu vurğulayan bir sıra bəyanatları yayıldı, o cümlədən, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə mətbuat konfransları keçirildi Təəssüflər olsun ki, bir sıra dünya dövlətləri və beynəlxalq təşkilatlar susqunluq nümayiş etdirdilər.

Beynəlxalq aləmin  erməni terrorizminə göz yumması, uşaq və qadınların qətlinə biganə qalması bəşəriyyətə, insanlığa, demokratiyaya, ilk növbədə insan hüquq və azadlıqlarına qarşı ən böyük hörmətsizlikdir. Bütün bu yaşananlara baxmayaraq, insanların dünyada haqq-ədalətin bərqərar olacağına inamını itirdiyi bir vaxtda Azərbaycan öz gücü hesabına qələbə çaldı və tarixi ədaləti bərpa etdiyini dünyaya nümayiş etdirdi. Biz bu 44 gündə xalqın hər bir nümayəndəsinin “Qarabağ Azərbaycandır!” şüarı altında müqəddəs savaşa qalxan igid Azərbaycan oğullarından ibarət Ordumuza, onun Ali Baş Komandanına dəstək verdiyinə şahid olduq və tariximizin ən parlaq səhifəsini yazdıq.

Bu gün ölkədə gedən nəhəng quruculuq işlərinin davamında ölkəmizdə çiçəklənmə, inkişaf və sülh dolu günlərin yaşanacağı, işğaldan azad olunan hər bir qarış torpağımızda xoşbəxt Azərbaycan ailələrinin yaşayacağı, evlərdən xoşbəxt uşaq sədalarının, gülüşlərinin gələcəyi, günahsız insanların, qadın, uşaq, qoca demədən qanına qəltan edildiyi uçurulmuş şəhərlərimizdə əmin-amanlığın bərqərar olacağı günlər uzaq deyil. Bu gün hər birimizin yalnız bir qayəsi, istəyi var: sülh və əmin-amanlıq mühitində bütün uşaqların, o cümlədən xalqımızın hər bir fərdinin xoşbəxt, sağlam və bərabər imkanlar daxilində yaşaması.

 
  • Oxunub:  3300  |  
  • Tarix:  01-06-2021  |  
  •    Çap et   |  
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşü gələn il İslamabadda keçiriləcək

28 İyul 22:15
Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
28 İyul 21:42
Rusiya Prezidenti Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edib
28 İyul 21:38
Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub
28 İyul 19:35
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin diplomatik fəaliyyət müddəti başa çatır
28 İyul 19:33
Hesablama Palatası Dünya Bankının hesabatında
28 İyul 18:10
Azərbaycanda koronavirus infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb
28 İyul 18:08
Anar Məmmədov: Ermənistanın revanşist qüvvələri müharibədən nəticə çıxarmalıdırlar
28 İyul 18:02
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Moldova nümayəndə heyəti ilə görüş olub
28 İyul 17:58
ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktoru Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
28 İyul 17:27
“Ehtiyat zabit hazırlığı kursu”na qəbul başlayır
28 İyul 17:22
Beynəlxalq münasibətlərdə Azərbaycanın sözü imzası qədər qüvvətlidir
28 İyul 17:20
“YAŞAT” düşərgəsinin ikinci həftəsi davam edir
28 İyul 17:14
Dövlət Miqrasiya Xidmətində bu ilin birinci yarısının yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib
28 İyul 16:46
Azərbaycana ən çox Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları gəliblər
28 İyul 16:43
Müdafiə naziri ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb
28 İyul 16:33
Özünüməşğulluq proqramına yeni iqtisadi fəaliyyət sahələri əlavə olunub
28 İyul 16:23
Prezident Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisinə10 milyon manat ayırıb
28 İyul 16:07
Gəncədə “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilib
28 İyul 16:02
Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir
28 İyul 15:29
3 saylı “ASAN Kommunal” mərkəzinin açılış mərasimi keçirilib
28 İyul 15:25
Tərtərdə 5 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur
28 İyul 15:18
Azərbaycan Prezidenti keçirdiyi son görüşlərdə regionda yaranmış yeni reallıqlar barədə mühüm açıqlamalar verib
28 İyul 15:03
Bu ilin altı ayında ölkəmizdə müvəqqəti yaşama icazəsi ilə bağlı müraciətlərin sayı artıb
28 İyul 14:53
YAP və AK Parti Gəncədə birgə mətbuat konfransı keçirib
28 İyul 14:52
Dövlət Miqrasiya Xidmətində 2021-ci ilin altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilir
28 İyul 14:43
Casusluqda ittiham olunan ermənilərin cinayət işi üzrə məhkəmə iclası keçirilib
28 İyul 14:26
DİM tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib
28 İyul 14:03
Hikmət Babaoğlu: Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi mühüm tarixi addım kimi səciyyələndirilməlidir
28 İyul 13:48
Malik Həsənov: İmzalanan Bakı Bəyannaməsi, 2022-ci il üçün qəbul olunan qərar hədəflərin təqdimatıdır
28 İyul 13:47
Səbinə Xasayeva: Vahid turizm məkanının yaradılması turistlərin Azərbaycana cəlb edilməsində əhəmiyyətli rol oynayacaq
28 İyul 13:44
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır
28 İyul 13:02
Ombudsman sərhəddə baş verən gərginliklə bağlı bəyanat verib
28 İyul 13:00
Oktyabrda Bakıda “Rebuild Karabakh 2021” sərgisi keçiriləcək
28 İyul 12:36
Zəfər Düşərgəsinin iştirakçıları qazilərimizlə görüşüblər
28 İyul 12:32
ANAMA mütəmadi olaraq maarifləndirici təlimlər keçirir
28 İyul 12:11
Azərbaycanda pandemiya dövründə heç bir layihənin təxirə salınmaması insanların rifahının yaxşılaşdırılmasının dövlətimiz üçün prioritet olduğunu göstərir
28 İyul 12:07
Azərbaycanın xarici işlər naziri Pakistan Milli Assambleyasının sədri ilə görüşüb
28 İyul 12:07
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın ilk iclası keçirilib
28 İyul 11:49
Ceyhun Bayramov: Bakı Bəyannaməsi ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına böyük töhfə verəcək
28 İyul 11:48
Bakı Ali Neft Məktəbində xaricdə təhsillərini davam etdirəcək məzunlarla görüş
28 İyul 11:27
Azərbaycanın Əfqanıstana yeni səfiri təyin olunub
28 İyul 11:05
Azərbaycan neftinin bir bareli 74,38 dollara satılır
28 İyul 11:01
İyulun 28-i Ümumdünya Hepatitlə Mübarizə Günüdür
28 İyul 10:49
XİN: Dövlət sərhədində vəziyyəti gərginləşdirməyin məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir
28 İyul 10:44
Ermənistan tərəfi atəşkəs rejiminin tələblərinə əməl etmir - MN
28 İyul 10:24
Avropa İttifaqı Azərbaycan üçün yaxın tərəfdaşdır
28 İyul 10:18
Mustafa Şəntop: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələri üçün çox əhəmiyyətlidir
28 İyul 10:14
Mustafa Şəntop: Ermənistan törətdiyi təxribatların nəticələrini nəzərə almalıdır
28 İyul 10:07
TBMM-in sədri: Azərbaycan-Türkiyə-Pakistan dostluğu böyük gələcək vəd edir
28 İyul 10:00
Mustafa Şəntop: Əminəm ki, aramızdakı dostluq və qardaşlıq daha da möhkəmlənəcək
28 İyul 09:23
Aztəminatlı gənclər üçün arıçılıq təsərrüfatı yaradılıb
28 İyul 08:58
Qənimət Zahid-Əli Kərimli cütlüyü yenə də erməni təxribatına dəstək verir
28 İyul 08:56
Ermənistanda parlamentə rəhbərlik məsələsində iqtidar və müxalifət arasında qarşıdurma yaranıb
28 İyul 08:54
Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
28 İyul 08:52
Analar övladlarını ən azı 6 aya qədər ana südü ilə qidalandırmalıdırlar
28 İyul 08:48
İnsan hüquq və azadlıqlarının qorunması Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindəndir
27 İyul 21:57
Numan Kurtulmuş: Gəncədəki dağıntılar insanlıq əleyhinə cinayətlərin qurbanlarının xatirəsinə bir abidədir
27 İyul 21:24
Ombudsman AŞPA nümayəndələrini Ermənistanın cinayətləri barədə məlumatlandırıb
27 İyul 21:19
Dövlət Komitəsində AŞPA nümayəndə heyəti ilə görüş keçirilib
27 İyul 20:53
Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti Gəncədə Ermənistanın müharibə cinayətlərinin izləri ilə tanış olub
27 İyul 20:44
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşü gələn il İslamabadda keçiriləcək
27 İyul 20:41
“İrəli” İctimai Birliyi “Marş irəli” layihəsinə start verib
27 İyul 20:06
Bakı Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
27 İyul 20:00
Deputat: Qələbə və inkişafa yönəlmiş düzgün siyasət bizi vahid məqsədə çatdırdı
27 İyul 19:59
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Oklahoma Ştatının qubernatoru ilə görüşüb
27 İyul 19:49
Azərbaycanın xarici işlər naziri ABŞ-ın Oklahoma ştatının qubernatoru ilə görüşüb
27 İyul 18:57
Sahil Babayev: Azərbaycan-Serbiya əməkdaşlığı genişlənərək iqtisadiyyatın bir sıra sahələrini əhatə edəcək
27 İyul 18:40
Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki mövqeləri atəşə tutulub
27 İyul 18:06
Azərbaycan-Serbiya biznes forumu keçirilib
27 İyul 17:38
Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası təsdiqlənib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA