Ana səhifə »  Xəbər lenti »  AHİK-də 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib
A+   Yenilə  A-
AHİK-də 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib

Mayın 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, müstəqilliyi şərtləndirən amillərdən, həmin dövrdə siyasi şəraitdən danışıb.

Sədr bildirib ki, müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda yaranıb: “103 il əvvəl bu, çox böyük tarixi hadisə idi və xalqımızın istedadı, zəhməti, uzaqgörənliyi sayəsində mümkün olub. Azərbaycan Xalq Cümhuriyyətinin iki illik fəaliyyəti dövründə əhəmiyyətli işlər görüldü. Dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, ordu yaradıldı, qadınlara ilk dəfə səsvermə hüququ verildi. Bir sözlə, Azərbaycanın gələcək uğurlu inkişafı üçün möhkəm zəmin yarandı”.

S.Möhbalıyev qeyd edib ki, Cümhuriyyətin tutduğu yol demokratik yol idi, və gördüyü bütün işlər məhz bu prinsiplərə əsaslanırdı: “Cümhuriyyət parlamenti, hökuməti, ordusu, gömrük və hüquq-mühafizə orqanları olan, milli rəmzlərə və dövlət atributlarına malik, vətəndaş haqlarını və hüquqlarını hər şeydən uca tutan demokratik bir respublika idi. XX əsrin əvvəllərində monarxiya, hərbi-feodal rejimlərinin hökm sürdüyü Şərqdə vətəndaş həmrəyliyinə əsaslanan demokratik, dünyəvi, unitar dövlət ilk dəfə Azərbaycanda quruldu”.

S.Möhbalıyev söyləyib ki, Cümhuriyyət dövründə toplanılan tarixi təcrübə, əsasını qoyduğu demokratiya, demokratik dövlət quruculuğu bu gün onun hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikasında uğurla həyata keçirilir və inkişaf etdirilir.

“Azərbaycanda müstəqilliyin qorunub saxlanılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ ümummilli liderimizin 1969-1982-ci illərdə respublikamıza rəhbərliyi dövründə əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, ölkəmizdə qanunçuluğun və hüquq qanunvericiliyinin möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır. Məhz ulu öndərin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi”, – deyə AHİK sədri qeyd edib.

Konfederasiya sədri ulu öndər Heydər Əliyevin Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri olacaq sosial-iqtisadi əsasları, infrastruktur təminatını, milli kadr potensialını formalaşdırdığını bildirib: “Ölkə üçün gərəkli mütəxəssislərin hazırlanması məqsədilə ötən əsrin 70-ci illərində və daha sonralar minlərlə azərbaycanlı gənc məhz Heydər Əliyevin təşəbbüsü əsasında keçmiş SSRİ-nin müxtəlif şəhərlərindəki nüfuzlu ali məktəblərdə təhsil almağa göndərildilər”.

Ulu Öndərin Naxçıvana rəhbərliyi dövrü xatırladan sədr əlavə edib ki, bu dövr ümummilli liderin doğma xalqının dövlət müstəqilliyi uğrunda milli-azadlıq mübarizəsinə rəhbərlik etməsinə meydan açıb: “Qarabağ savaşının çətin, mürəkkəb dövründə o, Naxçıvan əhalisini ətrafında birləşdirərək Azərbaycanın bu qədim diyarının erməni işğalına məruz qalmasının qarşısını aldı. Naxçıvan parlamentində böyük öndərin sədrliyi ilə milli dövlətçilik atributu olan üçrəngli bayrağın Azərbaycan Respublikasının dövlət rəmzi kimi qəbul edilməsi müstəqillik dövrü tariximizin ən şanlı hadisələrindən biridir”.

O bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındı, ictimai siyasi sabitlik təmin edildi: “Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyllərinə son qoydu və ulu öndər H.Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı. Ən əsası 1994-cü il mayın 18-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atıldı. Reallaşdırılan ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi ölkədə əmin amanlıq yarandı, sabitlik bərqərar oldu, azad bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş meydan verildi. 1994-cü il sentyabrın 20-də isə Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycan dünya xəritəsində mövqeyini möhkəmləndirdi”.

Sədr diqqətə çatdırıb ki, Heydər Əliyevin müstəqillik konsepsiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar fonunda xüsusi aktuallıqla səslənir: “Azərbaycan Prezidenti cənab İlham Əliyev ötən 17 ildə cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirməyə çalışmaqla, hər bir fərdin marağına cavab verən çevik və qətiyyətli qərarlar qəbul edib. Azərbaycanın siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə əldə etdiyi yüksək nəticələrin möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik amili ilə şərtləndiyini, həmrəyliyə və vətəndaş sülhünə əsaslandığını xalqımız yüksək qiymətləndirir. Bu gün dövlət başçısı İlham Əliyevin yeritdiyi məqsədyönlü strategiya nəticəsində respublikamızda mövcud olan daxili sabitlik, əmin-amanlıq, milli barışıq mühiti demokratik inkişafın, qanunçuluğa və hüquq qaydalarına, ədalət meyarlarına ciddi şəkildə riayət olunmasının, habelə sürətli iqtisadi tərəqqinin başlıca təminatlarından biridir”.

Çıxışı zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsinə toxunan Konfederasiya sədri bildirib ki, qazandığımız layiqli qələbə bu gün hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, hər kəsdə qürur və fəxarət hissi doğurur: “Azərbaycan Ermənistanın işğalçılıq siyasəti üzündən 30 il müddətində həllini tapmayan münaqişənin qısa müddətdə hərbi-siyasi həllinə nail olaraq beynəlxalq hüquq normalarının və ədalətin bərpasını təmin edib. Azərbaycan döyüş meydanında parlaq qələbə qazanmaqla siyasi meydanda da istəyinə nail olub. 44 günlük müharibədə 5 min kvadratmetrədək ərazisini, 5 rayonunu, 2 şəhər tipli qəsəbəsini, 300-dək kəndini işğaldan azad edən Azərbaycan Ermənistanı hərbi kapitulyasiya barədə sənədi imzalamağa məcbur etdi. Üçtərəfli 10 noyabr sazişinin imzalanması ilə faktiki olaraq Ermənistan-Azərbaycan münaqişəsi artıq tarixə çevrilib”.

Daha sonra tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasının sədri Anar İbrahimov və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərov Azərbaycan Xalq Cümhuruyyətinin tariximizdə yeri və rolundan, əhəmiyyətindən, idarəçilikdə demokratik dəyərlərin bərqərar olmasından, dövlət quruculuğu istiqamətində görülən işlərdən danışıblar.

 
  • Oxunub:  2760  |  
  • Tarix:  26-05-2021  |  
  •    Çap et   |  
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir

30 İyul 09:49
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib
30 İyul 08:58
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir
30 İyul 08:51
Mirsaleh Məmmədov: Qəbul imtahanında rekord bal toplayacağımı gözləmirdim
30 İyul 08:50
Daim halsızlıq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir
30 İyul 08:48
Məğlub Ermənistanda daxili siyasi vəziyyət kifayət qədər gərgindir

30 İyul 08:46
Radikal müxalifət Zəngəzur dəhlizinin yaradılmasından niyə narahatdır?

30 İyul 08:43
Ölkəmizdə gənc nəslin fiziki tərbiyəsi sahəsində davamlı addımlar atılır
29 İyul 21:21
Aİ-nin xüsusi nümayəndəsi sərhəddəki gərginliklə bağlı narahatlığını ifadə edib
29 İyul 20:44
İsrailli iş adamları Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində maraqlıdır
29 İyul 20:28
İstanbulda “Türk Şurası sosial media tədris proqramı” mövzusunda təlim proqramı keçirilir
29 İyul 20:27
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üçüncü tərkibinin fəaliyyətinə dair hesabat iclası keçirilib
29 İyul 20:22
ABŞ-ın Oklahoma ştatının qubernatoru Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olub
29 İyul 20:13
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
29 İyul 20:04
Əsəd Qeysər: Pakistan azad edilmiş ərazilərdə turizmin inkişafına dəstək verməyə hazırdır
29 İyul 17:47
Akademik Rəfael Hüseynov: Nizami Gəncəviyə həsr olunana Bursa konfransı insanların bəşəri dəyərlər ətrafında birləşməsinə böyük töhfədir
29 İyul 17:32
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri və nümayəndə heyətlərinin üzvləri Füzuli rayonunda olublar
29 İyul 17:30
İyulun 29-da Azərbaycanda 84 mindən çox vətəndaşa COVID-19 əleyhinə peyvənd vurdurulub
29 İyul 17:20
Azərbaycanda yeni növ koronavirus infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb
29 İyul 17:05
Səkkiz ayda “Onlayn psixoloji dəstək xidməti”nə 1590 zəng daxil olub
29 İyul 16:59
Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
29 İyul 16:53
Aşqabadda “Dostluq” yatağının Azərbaycan ilə birgə işlənməsinə dair məsələlər müzakirə olunub
29 İyul 16:44
“Qarabağ” səfərdə İsrailin “Aşdod” klubu ilə qarşılaşacaq
29 İyul 16:33
"Bakı Bəyannaməsi tarixi sənəddir"
29 İyul 16:31
Azərbaycanın Bolqarıstandakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib
29 İyul 16:21
Rəşad Mahmudov: Azərbaycan-Türkiyə-Pakistan münasibətləri dostluq qardaşlığa əsaslanır
29 İyul 16:07
Vüqar Rəhimzadə: Bakı Bəyannaməsi dünyaya ünvanlanan bir cox mesajları özündə ehtiva edir
29 İyul 16:02
Politoloq: Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət Azərbaycanın beynəlxalq reytinqini getdikcə artırır
29 İyul 16:01
Şəhid ailələri və qazilərə vahid məkandan xidmət göstərəcək qurumlar üzrə Əlaqələndirmə Komissiyasının ilk iclası keçirilib
29 İyul 15:47
Azərbaycanın turizm imkanlarının İsraildə təşviqi məsələləri müzakirə olunub
29 İyul 15:40
Yol polisi nəqliyyat vasitələrinin arxa şüşələrinə şüarların yazılması ilə bağlı sürücülərə müraciət edib
29 İyul 15:28
Özbəkistanın nəqliyyat naziri “Azərbaycan” gəmi-bərəsində olub
29 İyul 15:12
Müasir dünyada tolerantlığın Azərbaycan modelindən faydalanmaq dövrün tələbinə çevrilib
29 İyul 14:48
Vergi Xidməti: Əksər şadlıq evlərində qonaqlar və işçi heyəti arasında vaksinləşmə səviyyəsi artır
29 İyul 14:19
ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
29 İyul 14:13
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri başlayıb
29 İyul 13:39
Türkiyə və Pakistanın parlament nümayəndə heyətləri Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət ediblər
29 İyul 13:32
III ixtisas qrupu üzrə müsabiqədə ümumi balı 200-dən az olmayan abituriyentlər iştirak edə bilər
29 İyul 13:30
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 49,9 milyon dollar olub
29 İyul 12:38
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Şuşada Cıdır düzündə olublar
29 İyul 12:14
İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyi açılıb
29 İyul 12:10
TBMM-nin sədri: Şuşada gördüyümüz dağıntılar bizi məyus etdi

29 İyul 12:04
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi və Naxçıvan MR Daxili İşlər Nazirliyi birgə məlumat yayıb

29 İyul 11:56
Hava nəqliyyatı ilə müəyyən şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib – Qərar
29 İyul 11:51
Penitensiar xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilib
29 İyul 11:42
Azərbaycan İsraillə iqtisadi münasibətlərin gücləndirilməsi perspektivlərini müzakirə edib
29 İyul 11:29
Azərbaycan və İsrail arasında səmərəli tərəfdaşlıq əlaqələrimizin inkişafı üçün möhkəm zəmin yaradır
29 İyul 11:10
KOBİA İsrailin KOB sahəsində müvafiq qurumları ilə görüşlər keçirib
29 İyul 11:04
ADA Universitetində ikinci “Diplomatiya həftəsi”nin bağlanış mərasimi keçirilib
29 İyul 10:53
Mustafa Şentop: Bakı Bəyannaməsi ölkələrimiz arasında strateji əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaq
29 İyul 10:43
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin Şuşaya səfəri başlayıb
29 İyul 09:52
DİM iyulun 30-dan etibarən onlayn apellyasiya təşkil edəcək
29 İyul 08:49
İşğaldan azad edilmiş ərazilərdə görülən işlər Azərbaycan dövlətinin gücünü nümayiş etdirir
29 İyul 08:41
Yay fəslində uşaqları mövsümi xəstəliklərdən qorumaq üçün nələrə diqqət etmək lazımdır?
29 İyul 08:38
Ermənistan cəmiyyətində ağır mənəvi-psixoloji durum və etinasızlıq hökm sürür
29 İyul 08:37
Gənc nəslin vətənpərvər ruhda yetişməsində ali təhsil müəssisələrinin də rolu böyükdür

29 İyul 08:35
Radikal müxalifət ermənipərəst dairələrin direktivləri əsasında hərəkət edir

29 İyul 08:33
Ermənistan atəşkəsi pozaraq Kəlbəcər rayonu istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub
28 İyul 22:15
Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
28 İyul 21:42
Rusiya Prezidenti Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edib
28 İyul 21:38
Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub
28 İyul 19:35
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin diplomatik fəaliyyət müddəti başa çatır
28 İyul 19:33
Hesablama Palatası Dünya Bankının hesabatında
28 İyul 18:10
Azərbaycanda koronavirus infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb
28 İyul 18:08
Anar Məmmədov: Ermənistanın revanşist qüvvələri müharibədən nəticə çıxarmalıdırlar
28 İyul 18:02
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Moldova nümayəndə heyəti ilə görüş olub
28 İyul 17:58
ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktoru Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
28 İyul 17:27
“Ehtiyat zabit hazırlığı kursu”na qəbul başlayır
28 İyul 17:22
Beynəlxalq münasibətlərdə Azərbaycanın sözü imzası qədər qüvvətlidir
28 İyul 17:20
“YAŞAT” düşərgəsinin ikinci həftəsi davam edir
28 İyul 17:14
Dövlət Miqrasiya Xidmətində bu ilin birinci yarısının yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA