Ana səhifə »  Xəbər lenti »  Qarabağı yer üzündə ən gözəl guşələrdən birinə çevirmək yolunda Azərbaycanı heç bir maneə dayandıra bilməz
A+   Yenilə  A-
Qarabağı yer üzündə ən gözəl guşələrdən birinə çevirmək yolunda Azərbaycanı heç bir maneə dayandıra bilməz

Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda onlayn müzakirələrdə Vətən müharibəsindən sonra bölgədə yeni reallığın yarandığını diqqətə çatdırdı. Dövlətimizin başçısı regionda yeni perspektivlər və yanaşmaların meydana çıxdığını vurğuladı və bütün bunların Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya mühiti yaratdığını nəzərə çatdırdı. Azərbaycanın sülhə, inkişafa və tərəqqiyə yönələn təşəbbüsləri və bu istiqamətdə atdığı addımlarla yanaşı, Ermənistanın mövcud vəziyyətə sağlam düşüncə ilə yanaşması regionun yeni inkişaf mərhələsinə daxil olmasına əlverişli zəmin yaradar. Əks təqdirdə, 30 il dağıdıcılıqla məşğul olan Ermənistanın hazırda üzləşdiyi böhran daha da dərinləşə, bu ölkə də bundan sonra da illərlə sivilizasiyadan, inkişafdan kənarda qala bilər. Ümumiyyətlə, belə bir fürsəti əldən qaçırmaqla Ermənistanın növbəti faciələrlə üzləşməsi labüddür.

Bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Rəşad Mahmudov AZƏRTAC-a açıqlamasında deyib.

Deputat qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyması, dinc qonşuluq yolunu seçməsi onun indiki tənəzzüldən xilası üçün əsas amildir. Çünki düşmən ölkənin son 30 il ərzində Azərbaycana qarşı faşist mövqeyi tutması onu bir sıra beynəlxalq layihələrdən təcrid edib. Son nəticədə Ermənistan dövlət müstəqilliyini itirmək, vətəndaş müharibəsi təhlükəsi ilə üzləşib. “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə də qeyd edildiyi kimi, Azərbaycan isə ötən illərdə özünün müdrik rəhbərinin yürütdüyü uzaqgörən siyasəti ilə beynəlxalq aləmdə nüfuzunu getdikcə gücləndirib, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirakçıya çevrilib.

Rəşad Mahmudov deyib: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müzakirələrində haqlı olaraq bildirildi ki, Azərbaycan tərəfindən enerjinin Avropaya çatdırılması, tarixi layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması respublikamızın yeni inkişaf mərhələsinə daxil olmasını şərtləndirməklə bərabər, həm də ölkəmizin maliyyə, siyasi və texniki baxımdan nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Müzakirələrdə maraq doğuran digər bir məqam isə Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycan tərəfindən fəal dəstəklənməsi ilə bağlı fikirlərin Nizami Gəncəvi Beynəlxalq platformasından səsləndirilməsi oldu. Bildirildi ki, Asiyanı Avropa ilə birləşdirmək kontekstində sözügedən layihə beynəlxalq gündəliyin mühüm hissəsidir. Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlayıb və təşəbbüs çərçivəsində Asiya və Avropadakı tərəfdaşlarla mühüm bağlantılar yaradıb”.

Deputat əlavə edib ki, Azərbaycan-Çin münasibətlərində konstruktiv əməkdaşlıq hər zaman diqqət mərkəzində olub. İki dövlət arasında siyasət, ticarət, sərmayə qoyuluşu sahələrində çoxsaylı sənədlər imzalanıb. “İpək yolu” layihəsində Azərbaycan üzərinə düşən vəzifələri yüksək səviyyədə reallaşdırıb. Türkiyə və Gürcüstan kimi etibarlı tərəfdaşlarla birlikdə dəmir yolu şəbəkələri birləşdirilib və mövcud əlaqələri daha da gücləndirmək üçün Xəzər dənizində müasir liman inşa edilib. Xatırlatmaq yerinə düşər ki, yükaşırma qabiliyyəti artırıldığı təqdirdə sözügedən liman 25 milyon ton yük qəbul edə bilər. Ölkəmiz, eyni zamanda, Xəzər dənizində ən böyük donanmaya malikdir. Bütün bunlar isə “İpək yolu” layihəsinin səmərəliliyinə müsbət təsir göstərir.

Rəşad Mahmudov açıqlamasında, həmçinin bildirib ki, bu gün işğaldan azad olunan ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə Çin şirkəti də qoşularaq, enerji sektorunda səmərəli fəaliyyət göstərir.

“Azərbaycan son 18 il ərzində beynəlxalq maliyyə institutları ilə fəal əməkdaşlığa mühüm önəm verib. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini gerçəkləşdirən dövrdə bütün əsas beynəlxalq maliyyə institutları tərəfindən ölkəmizin tərəfdaşlıq münasibətinə üstünlük verilib. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Çin tərəfindən təsis olunmuş İnfrastruktur və İnvestisiya Bankı bu məsələni xüsusi diqqətdə saxlayıblar. Bütün aparıcı beynəlxalq maliyyə institutlarının layihədə iştirakı reallaşdırılıb.

Azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma işləri ilə bağlı isə vurğulamaq istərdim ki, hazırda bu torpaqlarda infrastruktur layihələri sürətlə reallaşır. Düşməndən təmizlənən ərazilər cari ilin sonunadək 100 faiz elektrik enerjisi ilə təmin ediləcək. Magistral yolların inşası yüksək səviyyədə gerçəkləşdirilir. Azad olunmuş bütün ərazilər “yaşıl enerji” zonası elan edilib və o torpaqlarda əsasən bərpaolunan enerji mənbələrindən – su, günəş və külək enerjisindən istifadə nəzərdə tutulub. Bir milyondan çox insan üçün evlərin tikilməsi və infrastrukturun yaradılması da diqqətdə saxlanılır. Müzakirələrdə Prezident İlham Əliyevin bildirdiyi kimi, Livan boyda ərazilərdə işlər görülməlidir, bunların böyük hissəsi dağlıq ərazilərdir ki, bu da layihələrin icrasını müəyyən qədər çətinləşdirir. Əlbəttə, bütün bu işlər böyük zəhmət, vaxt və maliyyə tələb edir. Lakin dövlətimiz gücü, qüdrəti ilə qarşıya qoyulan bütün bərpa-quruculuq layihələri yüksək səviyyədə reallaşdıracaq. Bununla bağlı aydın və dəqiq planlaşdırılmış konsepsiya da mövcuddur.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, hazırda bərpa proqramları sürətlə reallaşdırılır, Qarabağ torpaqlarına yeni nəfəs verilir, yeni ruh gətirilir. Bir sözlə, Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirmək yolunda Azərbaycanı heç bir maneə dayandıra bilməz”, - deyə deputat Rəşad Mahmudov bildirib.

 
  • Oxunub:  2310  |  
  • Tarix:  24-05-2021  |  
  •    Çap et   |  
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir

30 İyul 11:52
Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb
30 İyul 11:41
Qarabağ Dirçəliş Fondunun Azərbaycanın xaricdəki səfirləri ilə birgə müzakirə sessiyası keçirilib
30 İyul 11:30
İsrail və Azərbaycan şirkətləri arasında anlaşma memorandumu imzalanıb
30 İyul 11:09
Hikmət Hacıyev: Prezident İlham Əliyevin tapşırığı ilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək
30 İyul 11:08
İdarələrarası Mərkəzin işçi qrup heyətinin işğaldan azad olunan ərazilərə səfəri başlayıb
30 İyul 10:50
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş “Zəfər Salnaməsi” kitabı hazırlanıb
30 İyul 10:35
Səhiyyə nazirinin birinci müavini Reabilitasiya Mərkəzində şəhid ailələrinin övladları ilə görüşüb
30 İyul 09:49
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib
30 İyul 08:58
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir
30 İyul 08:51
Mirsaleh Məmmədov: Qəbul imtahanında rekord bal toplayacağımı gözləmirdim
30 İyul 08:50
Daim halsızlıq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir
30 İyul 08:48
Məğlub Ermənistanda daxili siyasi vəziyyət kifayət qədər gərgindir

30 İyul 08:46
Radikal müxalifət Zəngəzur dəhlizinin yaradılmasından niyə narahatdır?

30 İyul 08:43
Ölkəmizdə gənc nəslin fiziki tərbiyəsi sahəsində davamlı addımlar atılır
29 İyul 21:21
Aİ-nin xüsusi nümayəndəsi sərhəddəki gərginliklə bağlı narahatlığını ifadə edib
29 İyul 20:44
İsrailli iş adamları Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində maraqlıdır
29 İyul 20:28
İstanbulda “Türk Şurası sosial media tədris proqramı” mövzusunda təlim proqramı keçirilir
29 İyul 20:27
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üçüncü tərkibinin fəaliyyətinə dair hesabat iclası keçirilib
29 İyul 20:22
ABŞ-ın Oklahoma ştatının qubernatoru Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olub
29 İyul 20:13
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
29 İyul 20:04
Əsəd Qeysər: Pakistan azad edilmiş ərazilərdə turizmin inkişafına dəstək verməyə hazırdır
29 İyul 17:47
Akademik Rəfael Hüseynov: Nizami Gəncəviyə həsr olunana Bursa konfransı insanların bəşəri dəyərlər ətrafında birləşməsinə böyük töhfədir
29 İyul 17:32
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri və nümayəndə heyətlərinin üzvləri Füzuli rayonunda olublar
29 İyul 17:30
İyulun 29-da Azərbaycanda 84 mindən çox vətəndaşa COVID-19 əleyhinə peyvənd vurdurulub
29 İyul 17:20
Azərbaycanda yeni növ koronavirus infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb
29 İyul 17:05
Səkkiz ayda “Onlayn psixoloji dəstək xidməti”nə 1590 zəng daxil olub
29 İyul 16:59
Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
29 İyul 16:53
Aşqabadda “Dostluq” yatağının Azərbaycan ilə birgə işlənməsinə dair məsələlər müzakirə olunub
29 İyul 16:44
“Qarabağ” səfərdə İsrailin “Aşdod” klubu ilə qarşılaşacaq
29 İyul 16:33
"Bakı Bəyannaməsi tarixi sənəddir"
29 İyul 16:31
Azərbaycanın Bolqarıstandakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib
29 İyul 16:21
Rəşad Mahmudov: Azərbaycan-Türkiyə-Pakistan münasibətləri dostluq qardaşlığa əsaslanır
29 İyul 16:07
Vüqar Rəhimzadə: Bakı Bəyannaməsi dünyaya ünvanlanan bir cox mesajları özündə ehtiva edir
29 İyul 16:02
Politoloq: Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət Azərbaycanın beynəlxalq reytinqini getdikcə artırır
29 İyul 16:01
Şəhid ailələri və qazilərə vahid məkandan xidmət göstərəcək qurumlar üzrə Əlaqələndirmə Komissiyasının ilk iclası keçirilib
29 İyul 15:47
Azərbaycanın turizm imkanlarının İsraildə təşviqi məsələləri müzakirə olunub
29 İyul 15:40
Yol polisi nəqliyyat vasitələrinin arxa şüşələrinə şüarların yazılması ilə bağlı sürücülərə müraciət edib
29 İyul 15:28
Özbəkistanın nəqliyyat naziri “Azərbaycan” gəmi-bərəsində olub
29 İyul 15:12
Müasir dünyada tolerantlığın Azərbaycan modelindən faydalanmaq dövrün tələbinə çevrilib
29 İyul 14:48
Vergi Xidməti: Əksər şadlıq evlərində qonaqlar və işçi heyəti arasında vaksinləşmə səviyyəsi artır
29 İyul 14:19
ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
29 İyul 14:13
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri başlayıb
29 İyul 13:39
Türkiyə və Pakistanın parlament nümayəndə heyətləri Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət ediblər
29 İyul 13:32
III ixtisas qrupu üzrə müsabiqədə ümumi balı 200-dən az olmayan abituriyentlər iştirak edə bilər
29 İyul 13:30
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 49,9 milyon dollar olub
29 İyul 12:38
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Şuşada Cıdır düzündə olublar
29 İyul 12:14
İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyi açılıb
29 İyul 12:10
TBMM-nin sədri: Şuşada gördüyümüz dağıntılar bizi məyus etdi

29 İyul 12:04
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi və Naxçıvan MR Daxili İşlər Nazirliyi birgə məlumat yayıb

29 İyul 11:56
Hava nəqliyyatı ilə müəyyən şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib – Qərar
29 İyul 11:51
Penitensiar xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilib
29 İyul 11:42
Azərbaycan İsraillə iqtisadi münasibətlərin gücləndirilməsi perspektivlərini müzakirə edib
29 İyul 11:29
Azərbaycan və İsrail arasında səmərəli tərəfdaşlıq əlaqələrimizin inkişafı üçün möhkəm zəmin yaradır
29 İyul 11:10
KOBİA İsrailin KOB sahəsində müvafiq qurumları ilə görüşlər keçirib
29 İyul 11:04
ADA Universitetində ikinci “Diplomatiya həftəsi”nin bağlanış mərasimi keçirilib
29 İyul 10:53
Mustafa Şentop: Bakı Bəyannaməsi ölkələrimiz arasında strateji əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaq
29 İyul 10:43
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin Şuşaya səfəri başlayıb
29 İyul 09:52
DİM iyulun 30-dan etibarən onlayn apellyasiya təşkil edəcək
29 İyul 08:49
İşğaldan azad edilmiş ərazilərdə görülən işlər Azərbaycan dövlətinin gücünü nümayiş etdirir
29 İyul 08:41
Yay fəslində uşaqları mövsümi xəstəliklərdən qorumaq üçün nələrə diqqət etmək lazımdır?
29 İyul 08:38
Ermənistan cəmiyyətində ağır mənəvi-psixoloji durum və etinasızlıq hökm sürür
29 İyul 08:37
Gənc nəslin vətənpərvər ruhda yetişməsində ali təhsil müəssisələrinin də rolu böyükdür

29 İyul 08:35
Radikal müxalifət ermənipərəst dairələrin direktivləri əsasında hərəkət edir

29 İyul 08:33
Ermənistan atəşkəsi pozaraq Kəlbəcər rayonu istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub
28 İyul 22:15
Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
28 İyul 21:42
Rusiya Prezidenti Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edib
28 İyul 21:38
Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub
28 İyul 19:35
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin diplomatik fəaliyyət müddəti başa çatır
28 İyul 19:33
Hesablama Palatası Dünya Bankının hesabatında
28 İyul 18:10
Azərbaycanda koronavirus infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA