Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Laçın bu gün azaddır və 18 may tarixini artıq Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi qeyd edir

Laçın bu gün azaddır və 18 may tarixini artıq Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi qeyd edir

18.05.2021 [11:07]

Azərbaycan xalqı ötən 29 il ərzində hər il 18 may tarixini Laçın rayonunun işğalı günü kimi qeyd edərdi. Lakin bu il tam fərqlidir. Laçın bu gün azaddır və 18 may tarixini Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi qeyd edir. Bu gün biz Laçınla bağlı xatirələrimizi deyil, işğaldan azad olunmuş rayonun perspektiv inkişaf planlarından danışırıq.

AZƏRTAC xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq imzalanmış 10 noyabr Bəyanatına uyğun olaraq, dekabrın 1-də Laçın rayonu erməni işğalından azad edilib. 2020-ci ildə Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının Güləbird, Səfiyan, Türklər kəndlərini də işğalçılardan təmizləmişdi. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atdı. Beləliklə, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları Birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Ağdam və Kəlbəcər rayonları kimi, Laçını da Azərbaycana təhvil verməli oldu. Beləliklə, Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesi başa çatdı.

1992-ci ildə AXC-Müsavat cütlüyünün Bakıda vəzifə davasında iştirak etdiyi dövrdə ön cəbhənin müdafiəsiz qaldığını xatırladan deputat deyib: “Məhz bu hərc-mərcliyin, özbaşınalığın, anarxiyanın nəticəsində erməni quldurları Azərbaycanın son dərəcə strateji əhəmiyyətli Şuşa və Laçın rayonlarını işğal etməyə nail oldular. Buna görə də, Şuşanın təhvil verilməsi, Laçının müdafiəsinin lazımi səviyyədə təşkil edilməməsi bilavasitə AXC-Müsavat cütlüyünün, o vaxt həmin partiyaların rəhbərliyinin və onların üzvlərinin cinayəti idi. Xain AXC-Müsavat cütlüyü 1992-ci ildə Şuşanın və Laçının işğalından sonra hakimiyyətə gəldiyi də faktdır. Elə bu səbəbdən də Şuşanın və Laçının işğal olunması AXC-Müsavat cütlüyünün gənc müstəqil Azərbaycan dövlətinə qarşı etdiyi satqınlıq, xəyanət və cinayət idi”.

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin praqmatik və rasional siyasəti nəticəsində Laçının bir şəhid vermədən qaytarılması, rayonun işğaldan azad olunması tarixi hadisədir”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Ağdam və Kəlbəcər kimi, Laçın rayonu da bir güllə atmadan, bir şəhid vermədən işğalçılardan təmizləndi, azad olundu. “Azərbaycan hökumətinin qarşısında duran mühüm vəzifələrdən biri həmin ərazilərə qayıdışı təmin etməkdir. Artıq bu istiqamətdə işlərə başlanılıb, azad olunmuş ərazilərdə bərpa, tikinti işləri görülməkdədir. Heç şübhə yoxdur ki, azad olunmuş rayonların sakinləri qısa zamanda doğma yurd-yuvalarına qayıdacaqlar”, - deyə o qeyd edib.

Paylaş:
Baxılıb: 234 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30