Ana səhifə »  Xəbər lenti »  Ev əvəzinə minalar
A+   Yenilə  A-
Ev əvəzinə minalar

“Ev əvəzinə minalar. Azərbaycanlılar Qarabağa qayıdacaqlarmı?”. RİA Novosti Agentliyinin müxbiri, Azərbaycanın işğaldan azad edilmiş regionlarında olmuş Qaliyyə İbrahimovanın reportajı bu başlıqla dərc edilib.
AZƏRTAC həmin materialı öz oxucularına təqdim edir.
* * *
“Yoldan bir addım da kənara çıxmayın! Hər yer minalanıb. Yalnız iz salınmış cığırlarla gedin. Füzuli şəhərinin girəcəyində nəzarət-buraxılış məntəqəsində hərbçilər jurnalistlərlə çox ciddi rəftar edirlər.
Maşınımız aşağı sürətlə şəhərə daxil olur. Yarım il əvvəl burada döyüşlər gedirdi. Füzuli haqqında yalnız xatirələr qalıb. İndi burada yalnız minalanmış sahələr var. Otuz il əvvəl bu yerləri tərk etmiş Sevinc adlı azərbaycanlı xanım deyir: “Bütün gəncliyim köçkün həyatı kimi keçib”. Uşaqlıqda onun ən yaxşı rəfiqəsi Ramella adlı erməni qızı olub.
Ehtiyatlı olun: minalar!
Qara adlı sürücü bizi Füzuliyə aparır. Hey deyinir ki, yollar bərbad gündədir. Qara çox narazıdır. O deyir: “Belə getsə benzin çatmayacaq. Əlavə yanacaq doldurmaq lazım gələcək”. Təxminən 10 kilometr gəlmişik, amma şəhər hələ də görünmür. Ətrafda meyvə ağacları, qırmızı və sarı rəngli lalələr, yam-yaşıl dağlar görünür. Bəzi yerlərdə dağıdılmış divarların qalıqları diqqəti cəlb edir. Jurnalistləri müşayiət edən bələdçi və politoloq Nicat Hacıyev deyir: “Füzuli kabus şəhərə çevrilib. Bizim hərbçilər Azərbaycan bayrağını sancmaq üçün bircə salamat bina tapmayıblar. Bayrağı hərbi hissənin salamat qalmış bir tikilisi üzərində sancmalı olublar”.
Yolun kənarlarında üçbucaq şəkilli qırmızı rəngli nişanlarda insan kəllələri şəkli və “Ehtiyatlı olun, minalar!” yazıları var. Təbii mənzərə bu qədər cəlbedici olduğu halda ətrafda qoyulmuş belə nişanlar yersiz görünür. İnanmaq çətindir ki, bu gözəlliyin arxasında təhlükəli tələlər var. Qarabağ müharibələri dövründə ermənilər bu ərazini xaotik şəkildə minalayıblar.
Növbəti nəzarət-buraxılış məntəqəsinə yaxınlaşdıq. Buradakı hərbçi bizə xəbərdarlıq etdi: “İkinci Qarabağ müharibəsindən sonra iyirmiyə yaxın mülki şəxs minaya düşüb partlayıb. Rusiyalı sülhməramlılar arasında da həlak olanlar var. Erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə vermirlər. Zarafat deyil! Bircə addım sağa və ya sola atsanız...”.
Çala-çuxurlu döngədə sürücü kəskin hərəkətlə əyləci basdı. Mavi rəngli uniformalı iki nəfər yolu kəsmişdi. Onların sifəti görünmürdü. Əllərində mina axtaran qurğu var idi. “İstehkamçılardır!” - deyə sürücü qışqırır, amma yoluna davam edir.
Kənardan baxanda düşünmək olar ki, burada Çernobıl qəzası haqqında film çəkilir, əyinlərində qoruyucu kostyumlar olan adamlar isə qəza nəticələrini aradan qaldıranlardır. Yolun kənarında tankların paslanmış qalıqları, qırılmış elektrik xətləri, tank əleyhinə “kirpilər” - bütün bunlar çox cansıxıcı təsir bağışlayır. Bələdçimiz deyir: “Bunlar ermənilərin hərbi texnikasıdır. Döyüş meydanında qalıb”.
Təhlükəsizlik buferi
Füzulinin mərkəzinə çatmağa iki kilometr qalıb. Bələdçimiz sovet dövründə bu şəhərin nələrlə məşğul olmasından danışır: kənd təsərrüfatı, heyvandarlıq. Rayonun əsas sərvəti isə Füzuli üzümü olub.
Sürücü söhbətə qarışır. O, sovet dövrünü yaxşı xatırlayır: “Ağdam portveyni bütün İttifaqda məşhur idi, amma çoxları bilmir ki, bu şərab Füzuli üzümündən çəkilirdi. Qonşu Ağdamın məşhurlaşması, Füzulinin isə yaddan çıxarılması yeni sakinlərə toxunurdu. Azərbaycanın cənubundan ən dadlı meyvələr Moskvaya göndərilirdi”.
Birinci Qarabağ müharibəsindən sonra, 1993-cü ildə erməni tərəfi Füzulini və Azərbaycan Sovet Sosialist Respublikasının daha altı rayonunu Dağlıq Qarabağın qondarma təhlükəsizlik zolağına daxil etmişdi. Bakı bu əraziləri işğal olunmuş hesab edirdi. Keçən il payızda Azərbaycan bu əraziləri döyüş yolu ilə özünə qaytardı.
Şuşanı mühasirəyə almalı
“Bura Füzulinin mərkəzidir. Gəlib çatmışıq”, - bələdçi yorğun halda deyir. Beş saat yol gəlmiş jurnalistlər maşından çıxıb ətrafa baxırlar. Şəhərdən əsər-əlamət qalmayıb. Çala-çuxur yollar, minalar barədə xəbərdarlıq edən üçbucaq şəkilli qırmızı lövhələr. Lakin burada böyük tikinti işləri gedir.
Çınqıl və qumla dolu, yükünü özü boşaldan maşınlar bir-bir yaxınlaşır, fəhlələr həmin maşınlarda gətirilən materialları dərhal bölüşdürürlər. Traktorlar yolu hamarlayır.
Traktorçu Anar deyir: “Zəfər yolu” çəkirik. Bu yol Füzuli və Şuşa şəhərlərini birləşdirəcək. Yolun uzunluğu 48 kilometrdir. Bir hissənin eni 29 metr, hərəkət zolaqlarının sayı 6, qalan hissənin eni 21 metr, hərəkət zolaqlarının sayı 4 olacaq”.
Bələdçimiz bu məlumatı dəqiqləşdirir: “Oktyabr ayında Azərbaycan ordusu Qarabağın cənubundan hücuma keçdi. Döyüşçülərimiz dağ kəndlərindən keçərək Şuşaya çıxdılar. Yeni yol Füzulidən və Hadrutdan keçəcək. Qoşunlarımız burada cığırlarla irəliləyiblər”.
Ərazidə ölçü işləri aparan Nurlan adlı inşaatçı-mühəndis söhbətə qoşulur: “Şuşa Dağlıq Qarabağın tərkib hissəsidir. Bu şəhəri Azərbaycanın digər rayonları ilə bağlayan Hadrut-Qırmızı Bazar yolu hazırda Rusiyalı sülhməramlıların nəzarətindədir. Oraya getmək üçün icazə almaq lazımdır. Yeni magistral Azərbaycan üçün alternativ yol açacaq”.
Füzulidə beynəlxalq hava limanı da tikilməsi nəzərdə tutulur.
Dağ iqlim kurortu olan həmişə turistləri cəlb edirdi. İndi bu şəhər Azərbaycanın mədəni paytaxtı elan edilib. Lakin dağlıq relyefə görə Şuşada aeroport tikilməsi mürəkkəb işdir. Şuşaya ən yaxın rayon Füzulidir. Turistlər təyyarə ilə Füzuliyə gələndən sonra təzə yolla qısa müddətdə Şuşaya çatacaqlar.
Jurnalistlərdən biri tikinti meydançasından kənara çıxmağa hazırlaşanda ona yenə xəbərdarlıq edildi: “Qayıdın, oraya getmək olmaz! Ora minalanıb!” Bu xəbərdarlıqdan sonra hamı reallığa qayıtdı. İstehkamçılar ərazini təmizləməyincə orada təsadüfən minaya düşüb partlamaq qorxusu qalır.
Evə gedən uzun yol
“Teatr, kitabxana, park. Evimiz haradasa buralarda olmalıdır. Məktəbin qarşısında Füzulinin heykəli vardı, heykəlin arxasında isə bizim evimiz, həyətimiz və üzümlüyümüz”. Bizimlə eyni maşında gəlmiş qadın gərgin vəziyyətdə ətrafa baxır, sanki nə isə axtarır.
Bələdçimiz deyir: “Bu qadın Sevinc Turabovadır. Birinci Qarabağ müharibəsinə qədər Füzulidə yaşayıb. Oraya jurnalistlərin aparıldığını biləndə onu da götürməyimizi xahiş edib. Qrupdan geri qalmayacağına söz verib. Ehtiyatlı olun, minalar!”.
Bu dəfə qadın özü jurnalistlərə müraciət edir: “Heç olmasa evimizin yerini tapaydım. Düşünürdüm ki, uçurulmuş divarları qalıb, amma heç nə yoxdur. Eh, nə deyim... Amma hər halda şadam ki, uzun illərdən sonra ilk dəfə buraya gəldim”.
Füzuli uğrunda döyüşlər gedəndə Azərbaycanda ciddi karantin rejimi qüvvədə idi. Lakin Qələbə xəbəri yayılanda evdə oturmaq mümkün deyildi: Sevincin həmyerliləri bu uğuru qeyd etmək üçün şəhərə çıxdılar. Ertəsi gün o özü kiçik vətənindəki evi üçün ərzaq məhsulları, təsərrüfat malları, bəzi mebel əşyaları almaq məqsədilə mağazaya getdi. Əri onu fikrindən daşındırırdı. O başa düşürdü ki, köçkünlər dərhal buraya qayıda bilməyəcəklər. Sevinc isə sözündən dönmürdü: “Ətrafdakılar məni ağılsız hesab edirdi. Füzulidə hərbçilər hələ yerində idi, mən isə pəncərə pərdələri və qab-qacaq seçirdim”.
“Siyasətçilərə inanır və gözləyirdik”
Birinci Qarabağ müharibəsi dövründə Füzuli uğrunda döyüşlər Sevincin yadındadır. Hər şey qəflətən baş verdi. Adamlar özləri ilə heç nə götürmədən çıxıb gedirdilər. Sevincin atası həyat yoldaşını və uşaqları köhnə “Moskviç” maşınına yerləşdirib şəhərdən çıxdı. Qonşuların evlərinin necə dağıdıldığını Sevinc öz gözü ilə gördü. Onların ailəsi bir təhər şəhərdən çıxdı və dərhal şəhərə hücum başlandı.
“RİA Novosti”nin müsahibi fikirli halda deyir: “1993-cü il avqustun 24-də mənim 20 yaşım tamam oldu. O vaxt Füzulini artıq bombalamışdılar. Bir sözlə, bütün gənclik illərim müharibə və köçkün həyatı barədə xatirələrdən ibarətdir”.
Qohumları onların ailəsinə sığınacaq verdilər. İki ildən sonra Bakıya köçdülər. Paytaxtda da işləri asan deyildi. Tikintisi başa çatmamış bir binada işıqsız, susuz, istiliyi olmayan bir mənzildə məskunlaşdılar. Lakin tezliklə Füzuliyə qayıdacaqlarına şübhə etmirdilər.
Sevinc deyir: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun iclaslarını televizorda tez-tez göstərirdilər. Siyasətçilər vəd edir, biz də onlara inanırdıq. Heç kəsin ağlına da gəlməzdi ki, təqribən 30 il gözləməli olacağıq”.
İllər keçirdi. Bu müddətdə Sevincin bir oğlu, sonra bir qızı dünyaya gəlib. Onlar elə həmin şəraitsiz evdə yaşayırdılar. Sonra Bakıda onlara mənzil verdilər. Uşaqlardan haralı olduqlarını soruşanda “Füzulidənik” deyə cavab verirlər.
Sevincin anası artıq kiçik vətənlərini görməyəcək, bir neçə il bundan əvvəl vəfat edib. Sevinc deyir: “Amma atam sağdır, onun “Moskviç” maşını da saz vəziyyətdədir. Elə həmin maşında geri qayıtmağa hazırlaşır”.
“Cücələri xilas etməli”
Neçə illərdir ki, Sevinc Dağlıq Qarabağ uğrunda müharibənin mənasını dərk etməyə çalışır. Özü etiraf edir: “Bunu anlamaq ağlasığmaz dərəcədə çətindir”.
Doğrudan da onilliklər boyu Qafqazda yanaşı yaşamış azərbaycanlıları və erməniləri müharibəyə sövq edən nə olub? - Sevinc bunu başa düşə bilmir. O deyir: “Uşaqlıq illərimi xatırlayanda ermənilərin və azərbaycanlıların şən toy məclisləri yadıma düşür. Ramella Xaçaturyan mənim ən yaxşı rəfiqəm idi. Biz birlikdə dərs oxuyur, həyətdə bir yerdə oynayırdıq. Valideynlərimiz də mehriban idilər. Onun atası bizim evdə həmişə hörmətli qonaq kimi qarşılanırdı. Heç kəs dostları və qonşuları millətlərə bölmürdü”.
Ötən əsrin 80-ci illərində Sevinc valideynləri ilə birlikdə Ermənistanın kurort şəhəri Cermukda istirahət edib. Sevinc o dövrü xatırlayaraq deyir: “Oranın gözəl təbiəti var. Şəlalələr inanılmaz dərəcədə gözəldir. Lakin ən başlıcası səmimi və həssas yerli sakinlər. Əgər o vaxt xalqlar arasında düşmənçilik olsaydı biz ora gedərdikmi?”.
Müsahibimiz etiraf edir ki, iki Qarabağ müharibəsindən sonra ermənilərlə azərbaycanlılar arasında uçurum yaranıb. Lakin sonra əlavə edir ki, xalqlar təmas nöqtələri axtarmalı olacaqlar: “Hamı müharibələrdən yorulub, təngə gəlib. Yetər!”
Sevinc yaxşı başa düşür: Füzuli ərazisi minalardan təmizlənməyincə adamlar oraya qayıda bilməyəcəklər. Lakin nikbindir: “Füzulidə təzədən tikilmiş evimizdə hökmən toyuq hini olacaq. Birinci Qarabağ müharibəsi dövründə bu mənim ən böyük arzumdur. Biz qaçanda xatırlamışdım ki, toyuq hininin qapısını açıq qoymağı unutmuşam. Orada balaca sarı cücələr var idi. Atama yalvardım ki qayıdaq, lakin artıq gec idi”.
Sevinc tez-tez yuxuda görür ki, bu cücələrin qapısını açıb sərbəst buraxır. O, sonda fikirli halda deyir: “İstənilən halda həmişəlik Füzuliyə qayıdacağam”.

 
  • Oxunub:  2220  |  
  • Tarix:  17-05-2021  |  
  •    Çap et   |  
Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir

15 İyun 22:02
Şuşa Bəyannaməsinin imzalanması, Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata bəyanatları qardaş ölkə KİV-lərinin diqqət mərkəzində olub
15 İyun 20:44
Professor Fırat Purtaş: Bu gün imzalanan Şuşa Bəyannaməsi Böyük Zəfərin davamıdır
15 İyun 20:43
Azərbaycan yalnız deyil! Qoy bunu bütün dünya bilsin!
15 İyun 19:38
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında yeni mərhələ başlayır
15 İyun 17:51
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
15 İyun 17:10
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb
15 İyun 16:28
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü
15 İyun 15:39
Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
15 İyun 15:08
Müasir Azərbaycan hər birimizin qürur mənbəyidir
15 İyun 15:04
Deputat: Azərbaycan dövlətinin qazandığı nailiyyətlər məhz Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir
15 İyun 14:10
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşılayıb
15 İyun 14:07
Səlcuq Bayraqdar Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib
15 İyun 13:43
Bu günün reallığı sübut edir ki, Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir
15 İyun 11:50
Milli qurtuluşdan başlanan və tarixi qələbəyə aparan yol
15 İyun 11:46
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
15 İyun 11:43
15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb
15 İyun 10:15
Milli Məclisin deputatı Ağalar Vəliyev: Qazandığımız uğurlar Ulu Öndər Heydər Əliyevin möhtəşəm qayıdışı ilə bağlıdır
15 İyun 08:45
Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir
15 İyun 08:42
Azərbaycan və Türkiyə Vətən müharibəsində qazanılan böyük Qələbənin sevincini birlikdə yaşayırlar
15 İyun 08:24
QURTULUŞ TƏNTƏNƏSİ, YAXUD İSTİQLAL SİYASƏTİNƏ DAVAM MİSSİYASI
15 İyun 08:20
Tərəvəzçiliyin inkişafı istiqamətində atılan addımlar mühüm nəticələr verir
15 İyun 08:05
Ermənistanda yeni siyasi kataklizmlər gözlənilir
15 İyun 08:05
Ölkəmizdə koronavirus pandemiyasına qarşı sistemli mübarizə tədbirləri müsbət nəticə verir
15 İyun 07:51
Ankarada Yunus Əmrənin 700 illiyinə həsr olunmuş mərasim keçirilib
15 İyun 07:49
Prezident İlham Əliyevin Tvitterdəki səhifəsində Milli Qurtuluş Günü ilə bağlı paylaşım edilib
15 İyun 07:46
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
14 İyun 21:10
Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton ilə telefon danışığı olub
14 İyun 21:02
Brüsseldə Türkiyə və ABŞ prezidentləri arasında görüş keçirilib
14 İyun 21:01
Milli Qurtuluş Günü ədliyyə orqanlarında qeyd olunub
14 İyun 21:00
Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində əməkdaşlığı genişləndirir
14 İyun 20:53
Azərbaycan ilə Monqolustan arasında çoxtərəfli formatlarda əməkdaşlıq uğurla həyata keçirilir
14 İyun 20:49
Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır
14 İyun 20:40
YAP Göyçay rayon təşkilatı “Tarixi qələbəyə gedən yol qurtuluşdan başlayır” adlı videokonfrans keçirib
14 İyun 20:34
YAP Bərdə rayon təşkilatında “Qurtuluşdan qələbəyə” adlı təqdimat mərasimi keçirilib
14 İyun 20:28
YAP Şəmkir rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14 İyun 20:14
Mingəçevirdə “Ümummilli Lider Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir” mövzusunda videokonfrans keçirilib
14 İyun 20:11
Bakı Slavyan Universitetində tədbir: Əsrə bərabər gün
14 İyun 20:09
“Xilaskarlıq missiyası”
14 İyun 19:05
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
14 İyun 18:56
Binəqədi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan-zəfərə” mövzusunda tədbir keçirilib
14 İyun 18:50
Fəxrəddin Vəliyev: Ulu Öndər Heydər Əliyevin adı tariximizə böyük xilaskar kimi düşüb
14 İyun 18:46
Ağdaşda “Qurtuluşdan başlanan yol” adlı konfrans keçirilib
14 İyun 17:49
Adil Əliyev: Milli Qurtuluş Günü ölkəmizin parçalanmasının qarşısının alınmasının başlanğıc tarixidir
14 İyun 17:46
YAP Gəncə şəhər təşkilatında Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib
14 İyun 17:40
BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni layihələrlə xeyli genişlənib
14 İyun 17:34
Milli Məclis deputatları Moskva şəhərinə səfər edəcəklər
14 İyun 17:33
YAP Hacıqabul rayon təşkilatı "Azərbaycanın tarixi qələbəsi Heydər Əliyev siyasətinin uğurudur" mövzusunda videokonfrans keçirib
14 İyun 17:32
Səfir: Norveç bölgədə sülhün və sabitliyin tərəfdarıdır
14 İyun 17:28
Gədəbəydə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
14 İyun 17:22
YAP Qaradağ rayon təşkilatı Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirib
14 İyun 17:20
Pərvin Kərimzadə: Milli Qurtuluş Günü dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb
14 İyun 17:18
Şahin İsmayılov: Ölkəmiz qlobal proseslərə kifayət qədər böyük töhvələr verir
14 İyun 17:15
Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub
14 İyun 17:09
Azərbaycan və Qazaxıstan parlamentlərarası dostluq qruplarının onlayn görüşü keçirilib
14 İyun 16:54
Umayra Tağıyeva: Təbiət istifadəçilərini təbiəti, ətraf mühiti tullantılarla çirkləndirməməyə çağırıram
14 İyun 15:57
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib
14 İyun 15:56
“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başlayıb
14 İyun 15:51
YAP Qubadlı rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə videoformatda tədbir keçirib
14 İyun 15:31
Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib
14 İyun 15:24
Yevlaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
14 İyun 15:13
Təhsil naziri “Son zəng” tədbirində iştirak edib
14 İyun 15:02
Təhsil İnstitutu Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq edəcək
14 İyun 14:59
YAP Sumqayıt şəhər təşkilatında şəhid Kərim Əhmədəliyevin xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
14 İyun 14:54
YAP Cəbrayıl rayon təşkilatı Milli Qurtuluş Günü münasibətilə videokonfrans keçirib
14 İyun 14:52
“Azərbaycanla qürur duyuruq”
14 İyun 14:43
Təhsil nazirinin müavini: 2020-2021-ci tədris ili uğurlarla yadda qaldı
14 İyun 14:27
Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi təsis ediləcək
14 İyun 14:25
Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş jurnalistlər və yerli icra hakimiyyətinin nümayəndəsi təltif edilib - SƏRƏNCAM
14 İyun 14:21
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib
14 İyun 14:20
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA