Ana səhifə »  Xəbər lenti »  Pərvin Kərimzadə: Heydər Əliyev yolu Azərbaycanı yeni zəfərlərə aparacaq
A+   Yenilə  A-
Pərvin Kərimzadə: Heydər Əliyev yolu Azərbaycanı yeni zəfərlərə aparacaq

“Milli liderlik və siyasi liderlik keyfiyyətləri dünya tarixində bir dövlət xadimində birləşməsi nadir hallarda rast gəlinir. Məhz bu iki keyfiyyəti özündə cəmləşdirən şəxslər xalqın ümumilli liderinə çevrilir. Heydər Əliyev Azərbaycan xalqının həm siyasi lideri oldu, həm də milli lideri. Zaman-zaman yeniləşən nəsillər ümummilli liderin ömür yoluna müraciət edəcək, zəngin irsini araşdıracaq, öyrənəcək, liderlik məktəbindən dərs alacaqlar”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildiirb ki, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri misilsizdir. Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatının elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın. Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin hazırlayan böyük dövlət xadimi 1969-1982-ci illərdə milli ruhun və azərbaycançılığın sovet ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını almaqla onun dirçəldilməsi istiqamətində mühüm işlər gördü. Ulu Öndər Heydər Əliyev ümumbəşəri xüsusiyyətləri özündə cəmləşdirərək milli lider, qüdrətli dövlət xadimi, xilaskar kimi bu gün mövcud olan müstəqil Azərbaycan dövlətinin təməlini qoydu. Ulu öndər dünyaya gəlişi ilə Tanrının Ona verdiyi xilaskarlıq missiyasını ləyaqətlə, şərəflə, böyük qətiyyətlə yerinə yetirdi, xalqın sabaha inamını bərpa etdi. Heydər Əliyev Azərbaycan dövlətinin haqq səsini bütün dünyaya çatdırdı, müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratdı, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirdi, adını qızıl hərflərlə bəşəriyyət tarixinə yazdırdı. Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, milli-mənəvi yüksəliş, azərbaycançılıq ideyalarının bərqərar olması, gələcək inkişaf üçün güclü və möhkəm əsasların yaradılması Ulu öndərin zəngin təcrübəyə, parlaq zəkaya, ali liderlik qabiliyyətinə, yüksək siyasi idarəçiliyə əsaslanan siyasətin həyata keçirilməsi nəticəsində mümkün oldu. Azərbaycanın inkişafı, müstəqilliyi və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, ona arxa və dayaq olan Ümummilli lider Heydər Əliyevin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinin şanlı səhifəsi yazıldı.

 Millət vəkilinin sözlərinə görə, Ümummilli Liderin ölkə rəhbərliyinə tarixi qayıdışından sonra Azərbaycanda dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başladı. Həmin qarışıq dövrdə dahi şəxsiyyət Heydər Əliyevin yüksək idarəçilik məharəti, siyasi uzaqgörənlik və sarsılmaz qətiyyəti vətəndaş müharibəsinin qarşısını aldı. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində də dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başladı. Ölkədə ordu quruculuğu, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi ilə yanaşı, işğal edilmiş torpaqlarımızı azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə qadir güclü nizami ordu təməli qoyuldu. Ulu öndərin gərgin əməyi nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, bu gün Ulu öndərin memarı və qurucusu olduğu müstəqil Azərbaycan Respublikasının dövlət müstəqilliyi etibarlı əllərdədir. Dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini dövlət başçısı İlham Əliyev uğurla davam etdirir. 2003-cü ildən ötən dövrdə Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib, ölkəmizin dünya dövlətləri arasında nüfuzu artıb. Azərbaycanın qütblər arasında tranzit ölkəyə çevrilməsi bu qədim diyarda siyasi düşüncələrin, elmi fikirlərin, mədəniyyətlərin, dini baxışların dialoqunun baş tutmasını şərtləndirib. Azərbaycanın sürətli inkişaf dövrü məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə gəlişi ilə başlayıb və bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin ötən illər ərzində həyata keçirdiyi uğurlu siyasətin bariz nəticəsi Azərbaycanın 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevrilməsi və ərazi bütövlüyümüzün birmənalı təsdiqi ilə özünü ifadə edir. İllərdir torpaqlarının 20 faizi düşmən tapdağı altında qalan Azərbaycan “Qarabağ Azərbaycandır!” reallığını cəmi 44 gün ərzində tarixə şərəflə həkk etdirdi. Müzəffər Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatları keçirərək işğal olunmuş ərazilərimizdən yağı düşməni qovdu, işğalçı Ermənistan hakimiyyətinə layiq olduğu yeri göstərdi. Bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Eyni zamanda, Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi ölkə başçısı İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. Bu qələbə son əsrlərin ən böyük qalibiyyəti, münaqişənin birdəfəlik bitməsi, Qarabağla yanaşı, Naxçıvanla kommunikasiyaların bərpası, dünya azərbaycanlılarının bir yumruq kimi birləşməsi ilə tarixə yazıldı.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, işğalçı Ermənistan hakimiyyətinin təslimçilik aktını imzalaması Azərbaycan xalqının zəfər dastanını yazdı. Zəfərimizin bir parçası olan Şuşanın azad edilməsi müzəffər Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünya hərb salnaməsində xüsusi yer tutmasına haqq qazandırdı. Xan qızı Natavanın, dahi Üzeyirin, bənzəri olmayan, əsrarəngiz səsli Xan Şuşinskinin vətəni olan Şuşanın azad olunması böyük qələbəyə gedən yol oldu.

Əlbəttə ki, qazanılan hər bir uğurumuzun, o cümlədən möhtəşəm Qarabağ Zəfərimizin kökündə, əsasında Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt dayanır. Şübhəsiz ki, Heydər Əliyev yolu bundan sonra da Azərbaycanı yeni-yeni zəfərlərə aparacaq!!!

 
  • Oxunub:  2580  |  
  • Tarix:  10-05-2021  |  
  •    Çap et   |  
Azərbaycan ilə Pakistan arasında sıx tərəfdaşlıq münasibətləri mövcuddur

25 İyun 14:17
Azərbaycan Qarabağ müharibəsi əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirib
25 İyun 14:12
Prezident İlham Əliyev Rumıniyanın, Avstriyanın, Litvanın xarici işlər nazirlərini və Avropa İttifaqının nümayəndə heyətini qəbul edib
25 İyun 13:56
Azərbaycan Texniki Universitetində “Gələcəyin mühəndisi-2” olimpiadasının qalibləri mükafatlandırılıb
25 İyun 13:48
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
25 İyun 13:18
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyi, təhlükəsizliyimizin qarantıdır
25 İyun 13:09
Adınıza daşınmaz əmlakın olub-olmaması barədə arayışı heç yerə getmədən ala bilərsiniz
25 İyun 12:43
Suraxanı rayonunda şəhid Cavid Cabarzadənin xatirəsinə inşa edilən bulaq istifadəyə verilib
25 İyun 12:41
YAP Gənclər Birliyi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan birinci “Davamlı İnkişaf Məktəbi” layihəsinin müsahibə mərhələsi başa çatıb
25 İyun 12:39
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində İtaliyanın yeni səfiri ilə görüş keçirilib
25 İyun 12:30
Sahibə Qafarova: Bu il Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü böyük sevinc və qürur hissi ilə qeyd edir
25 İyun 12:29
Tokio Olimpiadasında Azərbaycan komandasının bayraqdarı cüdoçu Rüstəm Orucov olacaq
25 İyun 12:28
Deputat: Koronavirusla bağlı təhlükələri aradan qaldırmaq üçün peyvənd olunmaq zəruridir
25 İyun 12:20
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
25 İyun 12:12
İşğaldan azad olunmuş ərazilərdə Müdafiə Nazirliyinin xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Prezidentin əlavəsi müəyyən edilib – SƏRƏNCAM
25 İyun 11:59
Professor Selma Yel: Şuşa Bəyannaməsinin Qars müqaviləsinin prinsiplərinə uyğunlaşdırılması tarixi nailiyyətdir
25 İyun 11:21
Nazir İnam Kərimov İzmirdə Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisinin açılış mərasimində iştirak edib
25 İyun 10:56
AŞPA-da erməni diasporunun erməni xalqını manipulyasiya etmək cəhdlərindən danışılıb
25 İyun 10:45
Ombudsman FAO-nun Azərbaycandakı nümayəndəsi ilə görüşüb
25 İyun 10:44
Rusiyanın Tatarıstan Respublikasının Prezidenti Türkiyəyə səfər edib
25 İyun 10:40
Dövlət Neft və Sənaye Universiteti ilə “Daşkəsən Dəmir Filiz” MMC təhsil və elmi-texniki sahələrdə əməkdaşlığa başlayır
25 İyun 10:06
Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub
25 İyun 10:05
Türk Şurası turizm nazirlərinin VI iclası keçirilib
25 İyun 09:46
Prezident İlham Əliyevin sərəncamları ilə 76 min 349 hərbi qulluqçu müxtəlif orden və medallarla təltif edilib
25 İyun 09:33
“Vətəndaşlarımız ölkəmizdə tətbiq olunan 4 peyvənddən istədiklərini seçə bilərlər”
25 İyun 09:31
“Göy üzündə göz açan adam” toplusu çap olunub
25 İyun 09:30
Cəmil Həsənlinin antimilli siması
25 İyun 09:29
Ermənistanda seçkisonrası siyasi çəkişmələr davam edir
24 İyun 22:15
Adil Əliyev: Azərbaycan Ordusu təkcə Cənubi Qafqazın deyil, həmçinin dünyanın ən güclü ordularından biridir
24 İyun 21:39
Azərbaycanın xarici işlər naziri səudiyyəli həmkarı ilə görüşüb
24 İyun 21:20
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
24 İyun 20:26
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
24 İyun 19:56
Parlamentin komitə iclasında Mülki Prosessual Məcəllədə dəyişikliklərlə bağlı qanun layihələri müzakirə olunub
24 İyun 19:43
AŞPA-da erməni diasporunun erməni xalqını manipulyasiya etmək cəhdlərindən danışılıb
24 İyun 19:08
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının XII hesabat konfransı keçirilib
24 İyun 17:17
Şuşa Bəyannaməsinin imzalanması hər iki dövlət üçün böyük tarixi əhəmiyyət daşıyır
24 İyun 17:13
Silahlı Qüvvələrin hərbi qulluqçuları “Vətən uğrunda” medalı ilə təltif olunub
24 İyun 17:05
Azərbaycanda birinci mərhələ üzrə vaksin vurduranların ümumi sayı 2 milyonu keçib
24 İyun 16:56
Azərbaycanda son sutkada koronavirusdan həyatını itirən olmayıb
24 İyun 16:52
Türk Şurasının turizm nazirlərinin növbəti görüşü Azərbaycanda keçiriləcək
24 İyun 16:34
Baş katib: Körfəz Ərəb Dövlətləri Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyiblər
24 İyun 16:32
İqtisadi Əməkdaşlıq Təşkilatının energetika nazirlərinin IV iclasında “Bakı Bəyannaməsi” qəbul edilib
24 İyun 16:31
Ordu quruculuğu Vətənə sevgidir, dövlətə və dövlətçiliyə sədaqətdir
24 İyun 16:07
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının XI hesabat konfransı keçirilib
24 İyun 15:48
Bu gün dünya İlham Əliyevin yaratdığı yeni hərb modelini öyrənir
24 İyun 15:30
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Türkiyə Prezidentinə kitab hədiyyə edib
24 İyun 15:24
Deputat Sədaqət Vəliyevanın seçiciləri ilə növbəti görüşü olub
24 İyun 15:09
Deputat Soltan Məmmədov: Yoluxanların sayının azalması nikbinlik üçün əsas yaratsa da arxayınlaşmağa səbəb olmamalıdır
24 İyun 15:07
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib
24 İyun 15:00
Xalq şairi Zəlimxan Yaqubun “Qarabağ şikəstəsi” kitabının onlayn təqdimatı keçirilib
24 İyun 14:52
Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib - SƏRƏNCAM
24 İyun 14:46
Silahlı Qüvvələrin hərbi qulluqçuları “Kəlbəcərin olunmasına görə” medalı ilə təltif edilib
24 İyun 14:32
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının İqtisadi Forumunda təmsil olunub
24 İyun 14:22
Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub
24 İyun 14:10
Prezident İlham Əliyev “Gülüstan” sarayında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
24 İyun 14:06
Tarixə şahidlik etmiş Side antik şəhəri
24 İyun 13:53
Ermənistan hökuməti və erməni icma təşkilatlarının maliyyə qanunsuzluqları haqqında Kolumbiyada videosüjet hazırlanıb
24 İyun 13:52
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında sorğular keçiriləcək
24 İyun 13:43
Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsi istifadəyə verilib
24 İyun 13:37
Sabah Azərbaycanın bəzi yerlərində 43° isti olacaq
24 İyun 13:34
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib
24 İyun 13:33
Qafqaz Müsəlmanları İdarəsi ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında sıx əlaqələr mövcuddur
24 İyun 13:08
Məhərrəm Əliyev: Azərbaycan Ordusu bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq
24 İyun 13:04
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elzar Yusubovun ailəsinə baş çəkiblər
24 İyun 12:59
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri işə qəbul imtahanının gedişini izləyib
24 İyun 12:58
İşğaldan azad edilmiş ərazilərimizdə yerləşən bölmələrdə bayram tədbiri keçirilib
24 İyun 12:55
Pandemiyanın qarşısının alınması üçün Azərbaycan 30-dan çox ölkəyə və 3 beynəlxalq təşkilata yardım göstərib - HESABAT
24 İyun 12:26
Milli Məclisin deputatı Hikmət Babaoğlu və politoloq Nazim Cəfərsoy "Yeni TV"-nin canlı yayımında
24 İyun 12:25
“Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarılıb
24 İyun 12:18
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib - SƏRƏNCAM
24 İyun 12:10
Təhsil Nazirliyi: “e-telebe.edu.az” elektron portalı vasitəsilə 47 minə yaxın tələbə müraciət edib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+22 +26