Ana səhifə »  Xəbər lenti »  Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi şəhərin milli kimliyini özünə qaytardı
A+   Yenilə  A-
Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi şəhərin milli kimliyini özünə qaytardı

Bu gün Şuşa şəhərinin erməni təcavüzkarları tərəfindən işğalından 29 il keçir. Lakin bu il əvvəlki illərdən fərqli olaraq Şuşanın tezliklə yağı düşməndən azad edilməsini arzu etmirik. Düz 6 ay bundan əvvəl, 2020-ci il noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşa şəhərinin düşmən işğalından azad edildiyini elan etdi. Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz uğurlu əks-hücum əməliyyatı ilə düşməni döyüş meydanında ağır məğlubiyyətə düçar etdi. Əzəli və əbədi torpaqlarımızın 30 ilə yaxın davam edən işğaldan sonra düşmən tapdağından azad edilməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Aparılan hərbi əməliyyatlar istər seçilmiş taktikaya, istərsə də hərbi qulluqçularımızın göstərdiyi şücaətə görə dünyanı lərzəyə saldı. Xüsusilə də qəhrəman oğullarımızın çətin və sıldırımlı qayalardan, dağlardan aşaraq Şuşa şəhərini işğaldan azad etməsi müharibənin taleyində misilsiz rol oynadı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.

A.Əliyev bildirib ki, Şuşa şəhərinin işğaldan azad edilməsi ilə şanlı tariximizə daha bir parlaq hadisə daxil oldu və tarixi ədalət bərpa edildi. Dövlətimizin başçısının “Şuşa bizimdir! Qarabağ bizimdir!” deyərək xalqımızı təbrik etməsi heç zaman unudulmayacaq.

Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı olmaqla yanaşı, tariximizdə çox böyük və xüsusi əhəmiyyəti olan bir şəhərdir. Çünki Şuşa şəhəri xalqımızın zəngin mədəniyyətini, memarlığını dünyaya tanıtdırmışdır. Hələ ümummilli lider Heydər Əliyev tərəfindən 1977-ci ildə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” Qərar qəbul edilərək Şuşa şəhərində olan tarixi abidələrin qorunması, mədəniyyət və incəsənət xadimlərinin, habelə görkəmli şəxslərin abidələrinin abadlaşdırılması təmin edilmişdi. Bu cür gözəl şəhər, təəssüflər olsun ki, Erməni vandalizminin qurbanı olmuş, erməni barbarları şəhərdə olan 170-dən çox memarlıq abidəsi sayılan yaşayış binasını, mədəniyyət və tarixi abidələri, təhsil müəssisələrini, muzeyləri dağıtmış, məbədgah və məscidləri təhqir etmişlər.

Milli Məclis sədrinin müavini bildirib ki, işğaldan azad olunduqdan sonra dövlətimizin başçısının göstərişinə əsasən, işğal altında olan bütün ərazilərə vurulmuş ziyanla bərabər, Şuşaya dəymiş ziyan da hesablanmış, şəhərdə çox böyük sürətlə abadlıq-quruculuq işlərinə başlanmış, hazırda da uğurla davam etdirilir. Şuşa şəhərində aparılan abadlıq-quruculuq işlərini sürətlə davam etdirmək məqsədilə şəhərə dövlətimizin başçısının ilk xüsusi nümayəndəsi təyin edilmişdir.

Dünən Prezident İlham Əliyevin Şuşanın mədəniyyət paytaxtı elan edilməsi barədə Sərəncam imzalaması heç də təsadüfi deyildi. Çünki son 29 il ərzində ermənilər hər il 8 may tarixini xüsusi təntənə ilə qeyd edir və Şuşanı 1992-ci il mayın 8-də işğal etməklə öyünürdülər. Düşmənlərimiz müxtəlif ölkələrdə lobbiçilik fəaliyyəti ilə məşğul olaraq, işğala beynəlxalq dəstək qazandırmaq məqsədilə Şuşanın tarixini təhrif edərək onu “Şuşi” kimi təqdim etməyə cəhd göstərirdilər.

Lakin bu gün onlar Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı olaraq qəbul etməyə və qarşılamağa məcburdurlar. Tarixi ədalət bərpa olundu, Şuşa işğaldan azad edildi, 1989-cu ildə Cıdır düzündə keçirilmiş və Şuşanın rəmzi olan “Xarıbülbül” musiqi festivalı 32 ildən sonra ilk dəfə Heydər Əliyev Fondu tərəfindən yenidən Şuşada təşkil olunacaq.

“Əminik ki, doğma əllərdə olan Şuşa şəhərində bütün mədəni abidələr bərpa edilməklə, yeni binalar, evlər tikilməklə tezliklə bu şəhər dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir, - deyə A.Əliyev vurğulayıb.

 
  • Oxunub:  2460  |  
  • Tarix:  08-05-2021  |  
  •    Çap et   |  
Azərbaycan ilə Pakistan arasında sıx tərəfdaşlıq münasibətləri mövcuddur

25 İyun 13:18
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyi, təhlükəsizliyimizin qarantıdır
25 İyun 13:09
Adınıza daşınmaz əmlakın olub-olmaması barədə arayışı heç yerə getmədən ala bilərsiniz
25 İyun 12:43
Suraxanı rayonunda şəhid Cavid Cabarzadənin xatirəsinə inşa edilən bulaq istifadəyə verilib
25 İyun 12:41
YAP Gənclər Birliyi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan birinci “Davamlı İnkişaf Məktəbi” layihəsinin müsahibə mərhələsi başa çatıb
25 İyun 12:39
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində İtaliyanın yeni səfiri ilə görüş keçirilib
25 İyun 12:30
Sahibə Qafarova: Bu il Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü böyük sevinc və qürur hissi ilə qeyd edir
25 İyun 12:29
Tokio Olimpiadasında Azərbaycan komandasının bayraqdarı cüdoçu Rüstəm Orucov olacaq
25 İyun 12:28
Deputat: Koronavirusla bağlı təhlükələri aradan qaldırmaq üçün peyvənd olunmaq zəruridir
25 İyun 12:20
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
25 İyun 12:12
İşğaldan azad olunmuş ərazilərdə Müdafiə Nazirliyinin xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Prezidentin əlavəsi müəyyən edilib – SƏRƏNCAM
25 İyun 11:59
Professor Selma Yel: Şuşa Bəyannaməsinin Qars müqaviləsinin prinsiplərinə uyğunlaşdırılması tarixi nailiyyətdir
25 İyun 11:21
Nazir İnam Kərimov İzmirdə Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisinin açılış mərasimində iştirak edib
25 İyun 10:56
AŞPA-da erməni diasporunun erməni xalqını manipulyasiya etmək cəhdlərindən danışılıb
25 İyun 10:45
Ombudsman FAO-nun Azərbaycandakı nümayəndəsi ilə görüşüb
25 İyun 10:44
Rusiyanın Tatarıstan Respublikasının Prezidenti Türkiyəyə səfər edib
25 İyun 10:40
Dövlət Neft və Sənaye Universiteti ilə “Daşkəsən Dəmir Filiz” MMC təhsil və elmi-texniki sahələrdə əməkdaşlığa başlayır
25 İyun 10:06
Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub
25 İyun 10:05
Türk Şurası turizm nazirlərinin VI iclası keçirilib
25 İyun 09:46
Prezident İlham Əliyevin sərəncamları ilə 76 min 349 hərbi qulluqçu müxtəlif orden və medallarla təltif edilib
25 İyun 09:33
“Vətəndaşlarımız ölkəmizdə tətbiq olunan 4 peyvənddən istədiklərini seçə bilərlər”
25 İyun 09:31
“Göy üzündə göz açan adam” toplusu çap olunub
25 İyun 09:30
Cəmil Həsənlinin antimilli siması
25 İyun 09:29
Ermənistanda seçkisonrası siyasi çəkişmələr davam edir
24 İyun 22:15
Adil Əliyev: Azərbaycan Ordusu təkcə Cənubi Qafqazın deyil, həmçinin dünyanın ən güclü ordularından biridir
24 İyun 21:39
Azərbaycanın xarici işlər naziri səudiyyəli həmkarı ilə görüşüb
24 İyun 21:20
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
24 İyun 20:26
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
24 İyun 19:56
Parlamentin komitə iclasında Mülki Prosessual Məcəllədə dəyişikliklərlə bağlı qanun layihələri müzakirə olunub
24 İyun 19:43
AŞPA-da erməni diasporunun erməni xalqını manipulyasiya etmək cəhdlərindən danışılıb
24 İyun 19:08
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının XII hesabat konfransı keçirilib
24 İyun 17:17
Şuşa Bəyannaməsinin imzalanması hər iki dövlət üçün böyük tarixi əhəmiyyət daşıyır
24 İyun 17:13
Silahlı Qüvvələrin hərbi qulluqçuları “Vətən uğrunda” medalı ilə təltif olunub
24 İyun 17:05
Azərbaycanda birinci mərhələ üzrə vaksin vurduranların ümumi sayı 2 milyonu keçib
24 İyun 16:56
Azərbaycanda son sutkada koronavirusdan həyatını itirən olmayıb
24 İyun 16:52
Türk Şurasının turizm nazirlərinin növbəti görüşü Azərbaycanda keçiriləcək
24 İyun 16:34
Baş katib: Körfəz Ərəb Dövlətləri Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyiblər
24 İyun 16:32
İqtisadi Əməkdaşlıq Təşkilatının energetika nazirlərinin IV iclasında “Bakı Bəyannaməsi” qəbul edilib
24 İyun 16:31
Ordu quruculuğu Vətənə sevgidir, dövlətə və dövlətçiliyə sədaqətdir
24 İyun 16:07
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının XI hesabat konfransı keçirilib
24 İyun 15:48
Bu gün dünya İlham Əliyevin yaratdığı yeni hərb modelini öyrənir
24 İyun 15:30
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Türkiyə Prezidentinə kitab hədiyyə edib
24 İyun 15:24
Deputat Sədaqət Vəliyevanın seçiciləri ilə növbəti görüşü olub
24 İyun 15:09
Deputat Soltan Məmmədov: Yoluxanların sayının azalması nikbinlik üçün əsas yaratsa da arxayınlaşmağa səbəb olmamalıdır
24 İyun 15:07
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib
24 İyun 15:00
Xalq şairi Zəlimxan Yaqubun “Qarabağ şikəstəsi” kitabının onlayn təqdimatı keçirilib
24 İyun 14:52
Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib - SƏRƏNCAM
24 İyun 14:46
Silahlı Qüvvələrin hərbi qulluqçuları “Kəlbəcərin olunmasına görə” medalı ilə təltif edilib
24 İyun 14:32
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının İqtisadi Forumunda təmsil olunub
24 İyun 14:22
Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub
24 İyun 14:10
Prezident İlham Əliyev “Gülüstan” sarayında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
24 İyun 14:06
Tarixə şahidlik etmiş Side antik şəhəri
24 İyun 13:53
Ermənistan hökuməti və erməni icma təşkilatlarının maliyyə qanunsuzluqları haqqında Kolumbiyada videosüjet hazırlanıb
24 İyun 13:52
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında sorğular keçiriləcək
24 İyun 13:43
Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsi istifadəyə verilib
24 İyun 13:37
Sabah Azərbaycanın bəzi yerlərində 43° isti olacaq
24 İyun 13:34
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib
24 İyun 13:33
Qafqaz Müsəlmanları İdarəsi ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında sıx əlaqələr mövcuddur
24 İyun 13:08
Məhərrəm Əliyev: Azərbaycan Ordusu bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq
24 İyun 13:04
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elzar Yusubovun ailəsinə baş çəkiblər
24 İyun 12:59
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri işə qəbul imtahanının gedişini izləyib
24 İyun 12:58
İşğaldan azad edilmiş ərazilərimizdə yerləşən bölmələrdə bayram tədbiri keçirilib
24 İyun 12:55
Pandemiyanın qarşısının alınması üçün Azərbaycan 30-dan çox ölkəyə və 3 beynəlxalq təşkilata yardım göstərib - HESABAT
24 İyun 12:26
Milli Məclisin deputatı Hikmət Babaoğlu və politoloq Nazim Cəfərsoy "Yeni TV"-nin canlı yayımında
24 İyun 12:25
“Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarılıb
24 İyun 12:18
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib - SƏRƏNCAM
24 İyun 12:10
Təhsil Nazirliyi: “e-telebe.edu.az” elektron portalı vasitəsilə 47 minə yaxın tələbə müraciət edib
24 İyun 12:01
Silahlı Qüvvələrin hərbi qulluqçuları “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib
24 İyun 11:56
Azərbaycan Prezidenti Silahlı Qüvvələrin hərbi qulluqçularını “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edib
24 İyun 11:54
Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib
24 İyun 11:35
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib - SƏRƏNCAM

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+22 +26