Ana səhifə »  Xəbər lenti »  Prezident İlham Əliyev: Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim

Fikirlərimi Ulu Öndər Heydər Əliyevin tarixi müraciətində vurğuladığı kəlamı və bu dahi şəxsiyyətin siyasi varisi, layiqli davamçısı, Prezident İlham Əliyevin ifadəsi ilə başlamaq istərdim: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

* * *

"Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim...".

* * *

Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü

Bəli, məhz bu kəlamların istər siyasi, istərsə də mənəvi əhəmiyyətini təhlil edərkən bir daha aydın olur ki, Heydər Əliyev nə qədər müdrik, uzaqgörən və nəhəng strateq olub. Onun bu ölçüyəgəlməz məziyyətləri isə bilavasitə Azərbaycan dövlətinin, Azərbaycan xalqının parlaq gələcəyinə hesablanmış böyük fədakarlıq nümunəsidir. Əgər bu gün Azərbaycan xalqı, hər bir vətənsevər yeniyetmə, gənc, orta və yaşlı nəsil nümayəndələri Ümummilli Lider Heydər Əliyevi xatrlayırsa, anırsa, demək ki, bu günün güclü, qüdrətli və ən nəhayət, qalib ölkəsinin təməlinin məhz Onun – böyük dövlət xadiminin tərəfindən qoyulduğunu minnətdarlıq hissi ilə dərk edir. Çünki Heydər Əliyev amalının əbədiyaşar siyasət olduğunu bilir, bu siyasətin Ulu Öndər tərəfindən layiqli siyasi varisinə ötürüldüyünü xatırlayır, xalqın isə tarixi bəyanata birmənalı dəstək göstərdiyini qürurla anırıq. Bu, həm də bir mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümüdür ki, hər xalqa, hər millətə nəsib olmur.

Eyni zamanda, əgər Azərbaycan qalibiyyət, tərəqqi, inkişaf yolunu tutubsa, zəfərlərə imza atıbsa, regional gücdən beynəlxalq aləmə dinamik sıçrayış edibsə, bütün bunların təməlində Ulu Öndər Heydər Əliyev ideologiyası və bu ideologiyanı yaşadan, inkişaf etdirən Prezident, Müzəffər Ali Baş Komandan, Böyük Sərkərdə – İlham Əliyev faktoru və onun da əsasında dövlət-xalq sarsılmazlığının vəhdəti dayanmaqdadır. Əbəs deyil ki, biz İlham Əliyev reallığı barədə fikir bildirərkən Onu Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi də vurğulayırıq. Bu iki ayrılmaz və danılmaz məfhum mütərəqqi Liderlik gerçəkliyini bütün çalarları ilə əks etidrməkdədir. Yəni bizlər İlham Əliyevin fəaliyyəti istiqamətindəki faktiki gerçəkliklərə sistemli olaraq nəzər salsaq, bir çox enişli-yoxuşlu keçidlərin, mərhələlərin şahidlərinə çevirlmiş olarıq. Bu ifadə İlham Əliyevin üzərinə düşən və ardıcıllığı ilə seçilən missiyanın mühüm xarakterlərinin ilk göstəricilərindəndir.

Prezident İlham Əliyevin 2003-cü ildə verdiyi vədlər: yerinə yetirilən Lider sözü!

Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı İlham Əliyevin hələ 2003-cü ildə ölkə başçısı kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi varisliyin layiqli davamının siqnalı idi. Onun Ümummilli Lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm hadisə olaraq dəyərləndirilir.

Yəqin ki, bir çoxlarınız zaman-zaman, ölkəmizin taleyüklü məsələləri ilə bağlı müxtəlif diskussiya və müzakirələr zamanı bu ifadəni tez-tez işlətmisiniz, yaxud eşitmisiniz – "Əgər Heydər Əliyev olmasa idi, indi nə müstəqil Azərbaycan, nə də dövlətçiliyimiz olmayacaqdı". Biz xoşbəxt xalqıq ki, bizim Ulu Öndərimiz olub və bu gün Onun davamçısı Prezident İlham Əliyev Heydər Əliyev ideologiyasının əbədiyaşarlığını qoruyub-saxlayır, inkişaf etdirir. Təbii ki, bu belədir və belə olmasa idi indi hətta bu məqalədəki ifadələrimizi belə ictimai diqqətə çatdıra bilməzdik. Bax, bu təhlilin də mühüm və incə nüansları sözügedən gerçəkliyi üzə çıxarır, ehtiva edir. Heydər Əliyev ideologiyası və bu ideologiyanın yaşadılması Azərbaycan xalqının ən böyük xoşbəxtçiliyidir!

Və əbəs deyil ki, Prezident İlham Əliyev Azərbaycanda alternativsiz lider, Cənubi Qafqaz regionunda isə böyük siyasi və dövlət xadimi olaraq tanınmaqdadır. Bu mənada, Ulu Öndər Heydər Əliyevin 2003-ci ildəki prezident seçkiləri ərəfəsində irəli sürdüyü daha bir fikrini diqqətə çatdırmaq yerinə düşərdi. O, cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən deyirdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir".

Ümumiyyətlə, bu ifadələr İlham Əliyevin bütövlükdə xarakter cizgilərini, Onun imkan və potensialını, böyük qabiliyyət və bacarığını ifadə edirdi. Yeni dövrün görkəmli siyasətçisi və dövlət xadimi kimi Prezident İlham Əliyev üçün böyük siyasətdə, beynəlxalq münasibətlərdə, ölkədaxili məsələlərin həllində, dövlət idarəçiliyində Heydər Əliyevin siyasi təlimi möhkəm təməl, ən etibarlı bünövrədir. Bu gün İlham Əliyev hakimiyyəti möhkəm, sarsılmaz dövlətçilik ucalığı üzərində dayanmaqdadır. O cümlədən qlobal dünyamızda baş verən hadisələrə və proseslərə tarixi baxışla bir sırada dünyanın hazırkı reallıqlarının və yeni dövlətçilik təfəkkürünün işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq, əsaslı qərarlar qəbul etmək birmənalı olaraq cənab İlham Əliyevin dövlət xadimi olaraq həm də dövləti idarəetməsinin əhəmiyyətli əsasını təşkil edir.

Artıq 18-ci ilə qədəm qoyan müasir dövlətçilik siyasətinin əsasında Heydər Əliyev irsi və İlham Əliyev imzası dayanır!

Azərbaycan regionun lider dövləti olaraq strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə dünya birliyinin vacib partnyoruna çevrilib. Sosial-iqtisadi, ictimai-siyasi və humanitar, təhsil, səhiyyə, enerji təhlükəsizliyi, regional təhlükəsizlik, qlobal tərəqqi və s. çoxşaxəli sahələri əhatə edən bir çox Dövlət proqramları uğurla həyata keçirildi, ölkədə vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsas dayaqları daha da möhkəmləndi. Beləliklə, artıq 18-ci ilə qədəm qoyan müasir dövlətçilik siyasətinin əsasında Heydər Əliyev irsi və İlham Əliyev imzası dayanır!

Daha bir xüsusi məqamı qeyd etmək yerinə düşərdi. Belə ki, Prezident İlham Əliyevin neftdən gələn gəlirlərin insan kapitalına çevrilməsi ideyası və bu fenomenal ideyanın bu gün çox məharətlə reallaşdırılması faktı Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirən mühüm siyasi gedişlərdən biridir. O strategiya ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev qətiyyəti ilə müəyyən olunmuşdu. Etiraf edilməlidir ki, əgər bu strategiya müəyyən edilməsəydi, indi hər şey tamamilə başqa cür mövcud olacaqdı.

Nəticədə isə qarşıya qoyulan bütün məqsədlərə çatmaq üçün Prezident İlham Əliyevin daxili siyasətində regionların sosial-iqtisadi inkişafı mühüm yer tuturdu və bu istiqamətdə də görülən işlər Onun alternativsiz dövlət xadimi olaraq bütün uğurlarını səciyyələndirməkdədir – neft siyasətindən ölkənin inkişafı mərhələlərinə qədər gedən çətin bir yol. Heç şübhəsiz ki, qeyd edilən strateji məqsədlərin həyata keçirilməsinə yönəldilmiş sosial-iqtisadi siyasətin ana xəttini əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil edirdi ki, artıq bu yolun da mühüm hissəsi keçilib, qarşıda isə daha nəhəng işlər dayanmaqdadır.

Qarşıda Azərbaycan xalqının, dövlətinin bir nömrəli problemi qalmaqdaydı...

Lakin növbəti bir əhəmiyyətli məqam xarici siyasətin qurulması və uğurla davam etdirilməsi ilə bağlıdır. Sirr deyil ki, Azərbaycanın düzgün və tarazlaşdırılmış xarici siyasət aparması respublikamızla həm qonşu dövlətlər, həm də dünyanın bütün ölkələri arasında mehriban dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaradıb. Məhz bunun nəticəsində transmilli iqtisadi layihələr uğurla həyata keçirilir, milli mənafelərimiz beynəlxalq aləmdə uğurla qorunur və ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil olunur.

Hələ illər öncə İlham Əliyev dövlət xadimi olaraq Azərbaycanın Ermənistanın işğalçılıq syatəsi ilə barışmayacağını bəyan edir, torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmayacağını vurğulayır, haqq və ədalət səsimizi çoxsaylı beynəlxalq sammit və konfranslarda ucaldırdı. Əgər bu gün beynəlxalq aləmin mühüm hissəsi özünü Azərbaycanın yanında gördüyünü qeyd edirsə, bunun kökündə düzgün xarici siyasətin dayanması şəksizdir. Daha dəqiq desək, məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan dünya birliyinin layiqli üzvünə və regionun liderinə çevrilib və bunun daha geniş izahı məqalənin aşağı hissələrindədir. Qarşıda isə Azərbaycan xalqının, dövlətinin bir nömrəli problemi qalmaqdaydı və bu problemin kökündən həll olunması vacibliyi özünü daha çox göstərməyə başlamışdı.

Ali Baş Komandan: Qalib Sərkərdə strategiyasının əməli sübutu – qalibiyyətə aparan möhtəşəm yol

Qeyd etdiyimiz kimi, Azərbaycanın digər sahələrdə əldə etdiyi uğur və qələbələri ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, həm də Ordumuzun güclənməsinə, peşəkar ordular sırasında yer almasına geniş şərait yaradırdı. Bu xüsusda Ordu quruculuğu prosesinin aparılmasında da Prezident İlham Əliyevin Ali Baş Komandan olaraq bilavasitə iştirakı öz labüdlüyünü qoruyub-saxlamaqda idi. Ermənistanın işğalçılıq siyasəti, torpaqlarımızı sülh yolu ilə təhvil vermək istəməməsi isə həmin labüdlüyü daha da artırdı. Nəticədə, düşmənin silahlı təxribatlarına birdəfəlik cavabın verilməsinin zamanı çatdı. Bu qalibiyyətə qədər gedən hərbi yol da asan başa gəlməmişdi. Azərbaycanın hərbi sənaye potensialının artırılması, ildən-ilə çoxsaylı və irimiqyaslı hərbi təlimlərin həyata keçirilməsi, silah-sursat, hərbi texnika, təchizat və avadanlıqların ən müasir standartlar səviyyəsinə çatdırılması, dost və qardaş ölkə – Türkiyə ilə strateji bağların möhkəmləndirilməsi, dünyanın hərbi potensialı güclü olan ölkələri ilə sıx əlaqələrin qurulması, bunun ardınca isə dəstəyin əldə edilməsi, habelə milli ruhun, döyüş ruhunun anbaan artırılması – qeyd edilən hər bir məqamın arxasında nə qədər nəhəng siyasətin, müdrikliyin dayandığını ortaya qoymaqdadır. Cənab Ali Baş Komandan bilirdi ki, düşmən sakit dayanmayacaq və onun məhv edilməsi üçün hər an hazır olmaq zamanın tələbinə, çağırışına çevirlmişdi. Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaqdı və bu tarix – işğaldan azadolunma tarixinin başlanğıc nöqtəsi 2020-ci il 27 sentyabr tarixinə təsadüf etdi.

Bu mənadan da çıxış edərək bildirək ki, cənab İlham Əliyevin həyata keçirdiyi son dərəcə müdrik, uzaqgörən, balanslaşdırılmış siyasəti nəticəsində işğalçı Ermənistanın, mənfur düşmənin bu illər ərzində sinsi-sinsi həyata keçirdiyi təcavüzkar, məkrli planları alt-üst oldu. Bu baxımdan İlham Əliyevin Qalib Sərkərdəlik fenomeni də həmin tarixdən başladı. Prezident İlham Əliyev hələ Rusiyada dünyanın maliyyə və siyasi elitasının, beyin mərkəzlərinin toplaşdığı tədbirdə "Qarabağ Azərbaycandır və nida işarəsi" deyəndə işğalçı Ermənistana və beynəlxalq aləmə mesajını vermişdi. Hər zaman verdiyi vədə sadiq qalan dövlət başçımız bu dəfə də vədinə əməl etdi, düşmən caynağından azad edilən torpaqlarımıza Qalib, Müzəffər və Böyük Sərkərdə kimi qədəm qoydu.

ATA vəsiyyətinin və OĞUL vədinin yerinə yetirilməsi gerçəkliyi!

Bu xüsusda, bəzi mühüm nüanslara diqqət ayırmaq istərdim. 44 günlük zəfər yürüşündə döyüşlərin aparılması, taktikaların və strategiyaların müəyyən edilməsi, ordu birləşmələrinin hərəkət trayektoriyaları, əməliyyatların hazırlanması və s. tərtibli planlar birbaşa Ali Baş Komandan cənab İlham Əliyevin nəzarəti ilə işlənilir və həyata keçirilirdi. O, Ordunun başında dayanan Sərkərdə olaraq düşmənə vurulan ağır, sarsıdıcı zərbələrin hər birində mühüm missiyasını həyata keçirməklə yanaşı, həm də diplomatik fəaliyyətini davam etdirdi, o cümlədən dünyanın aparıcı nüfuzlu media qurumlarına Azərbaycanın apardığı haqq-ədalət işini çatdırdı. Bütün bu kimi ağır, məsuliyyətli işlərin, siyasətin öhdəsindən isə yalnız qətiyyətli, dəmiriradəli Lider, böyük strateq gələ bilərdi.

Söz yox ki, qələbəyə doğru atılan addımların hər birindən sonra növbəti atılacaq addımlar, qərarlar da düşünülürdü və bunların hər birinin yükü Böyük Sərkərdənin – Ali Baş Komandan cənab İlham Əliyevin möhkəm çiyinlərində dayanırdı.

Biz, tarixi qələbəmizdən sonra Onun azad olunmuş ərazilərimizə səfərlərini xatırlaya və orada verdiyi bəyanatlarını da vurğulaya bilərik. Cənab İlham Əliyev "Mən bura Ordum ilə gəlmişəm" ifadəsini bəyan etməsi ilə düşmənə mesaj verdi ki, artıq güclü, qüdrətli Azərbaycan Ordusunun qarşıını heç bir cəhdlə almaq mümkün deyil. 30 il boyunca dağıdılmış, viran qoyulmuş, talan edilmiş ərazilərimizin qısa müddətdə bərpası üçün də mühüm qərarlar verən cənab Ali Baş Komandan dünyaya onu da mesaj olaraq çatdırdı ki, Azərbaycan xalqı və dövləti bütün çətinliklərdən, sınaqlardan qalib çıxmaq əzmindədir.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza səfərləri əslində, Ali Baş Komandanımızın bir neçə il əvvəl səsləndirdiyi və yuxarıda vurğuladığımız "Qarabağ Azərbaycandır!" bəyanatının möhtəşəm nidası oldu.

Müzəffər Sərkərdəmiz işğaldan azad edilən doğma torpaqlarımıza bu haqq nidasının rəsmiləşdirilməsinin xoş müjdəsini verdi. Müzəffər Liderliyin ali təcəssümü: Ata vəsiyyətini yerinə yetirən qürurlu Övlad!

Prezident İlham Əliyev xalqımızın ən böyük arzularını gerçəkləşdirən Şəxsiyyət, eyni zamanda, Müzəffər Lider kimi adını da əbədi olaraq tarixə yazdı. O, son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Məhz bu tarixi həqiqətləri incələdikdən sonra vurğulaya bilərik ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ardıcıl və uğurlu siyasəti nəticəsində dövlətçilik ənənələrimiz yenidən dirçəldi və inkişaf etməyə başladı, eyni zamanda, bu gün Azərbaycan dövləti İlham Əliyevin Liderliyi sayəsində dünyada qalibiyyət və zəfərlər yazan, öz gücü ilə ərazi bütövlüyünü bərpa edən qüdrətli ölkə olaraq tanınmaqdadır. Cənab İlham Əliyev sübut etdi ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan, torpaqlarını işğaldan azad etmək uğrunda mübarizədən saxlaya bilməz. Bu dövrdə İlham Əliyev çox təzyiqlərlə üzləşdi. Lakin dövlətimizin rəhbəri onların hamısına qətiyyətlə, cəsarətlə sinə gərdi. O, siyasi peşəkarlıqla Azərbaycana qarşı beynəlxalq miqyasda diplomatik cəbhənin formalaşmasının qarşısını aldı. Və bütün bunların fonunda Qarabağ cəbhəsində Azərbaycan Ermənistanı yürütdüyü 30 illik işğalçılıq, talançılıq, barbarlıq, terrorçuluq siyasətinə görə əməli şəkildə cəzalandırdı. Xüsusilə Şuşamızın işğaldan azad olunması münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edən cənab İlham Əliyev həm də ata vəsiyyətini yerinə yetirdiyini qürurla, şərəflə vurğuladı ki, Onun həmin ifadələrini məqalənin əvvəlində qeyd etmişəm. Bu, həm də belə bir qənaətə gələn həqiqətdir ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev işağl altındakı torpaqlarımızın, xüsusilə də Şuşamızın azad olunmasında siyasi varisi cənab İlham Əliyevin möhtəşəm yer alacağını görürdü. Uzaqgörən və Əbədi Liderimizin Şuşa vəsiyyəti də onun azad olunmasından sonra xalqımıza çatdırıldı. Həqiqətən də, bu böyük, nəhəng bir tarixi hadisə oldu və bu hadisənin canlı şahidləri olaraq bizlər nə qədər şərəfli tarixi dövrü yaşamağımızdan hədsiz qürur hissi duymaqdayıq. Bu hiss ölçüyəgəlməz dərəcədə nəhəngdir.

Dövlətçilik tariximizlə yanaşı, həm də dünyanın yeni tarixinə yazılan bu qalibiyyət simvolunda xalqımızın iki övladının – Ulu Öndər Heydər Əliyevin və Böyük Sərkərdə, Prezident İlham Əliyevin adlarının qızıl hərflərlə həkk olunması isə artıq danılmaz bir gerçəklikdir – ATA vəsiyyətinin və OĞUL vədinin yerinə yetirilməsi gerçəkliyi!

Bəhruz QULİYEV

"SƏS" qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru

 
  • Oxunub:  2550  |  
  • Tarix:  08-05-2021  |  
  •    Çap et   |  
Azərbaycan ilə Pakistan arasında sıx tərəfdaşlıq münasibətləri mövcuddur

25 İyun 13:18
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyi, təhlükəsizliyimizin qarantıdır
25 İyun 13:09
Adınıza daşınmaz əmlakın olub-olmaması barədə arayışı heç yerə getmədən ala bilərsiniz
25 İyun 12:43
Suraxanı rayonunda şəhid Cavid Cabarzadənin xatirəsinə inşa edilən bulaq istifadəyə verilib
25 İyun 12:41
YAP Gənclər Birliyi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan birinci “Davamlı İnkişaf Məktəbi” layihəsinin müsahibə mərhələsi başa çatıb
25 İyun 12:39
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində İtaliyanın yeni səfiri ilə görüş keçirilib
25 İyun 12:30
Sahibə Qafarova: Bu il Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü böyük sevinc və qürur hissi ilə qeyd edir
25 İyun 12:29
Tokio Olimpiadasında Azərbaycan komandasının bayraqdarı cüdoçu Rüstəm Orucov olacaq
25 İyun 12:28
Deputat: Koronavirusla bağlı təhlükələri aradan qaldırmaq üçün peyvənd olunmaq zəruridir
25 İyun 12:20
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
25 İyun 12:12
İşğaldan azad olunmuş ərazilərdə Müdafiə Nazirliyinin xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Prezidentin əlavəsi müəyyən edilib – SƏRƏNCAM
25 İyun 11:59
Professor Selma Yel: Şuşa Bəyannaməsinin Qars müqaviləsinin prinsiplərinə uyğunlaşdırılması tarixi nailiyyətdir
25 İyun 11:21
Nazir İnam Kərimov İzmirdə Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisinin açılış mərasimində iştirak edib
25 İyun 10:56
AŞPA-da erməni diasporunun erməni xalqını manipulyasiya etmək cəhdlərindən danışılıb
25 İyun 10:45
Ombudsman FAO-nun Azərbaycandakı nümayəndəsi ilə görüşüb
25 İyun 10:44
Rusiyanın Tatarıstan Respublikasının Prezidenti Türkiyəyə səfər edib
25 İyun 10:40
Dövlət Neft və Sənaye Universiteti ilə “Daşkəsən Dəmir Filiz” MMC təhsil və elmi-texniki sahələrdə əməkdaşlığa başlayır
25 İyun 10:06
Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub
25 İyun 10:05
Türk Şurası turizm nazirlərinin VI iclası keçirilib
25 İyun 09:46
Prezident İlham Əliyevin sərəncamları ilə 76 min 349 hərbi qulluqçu müxtəlif orden və medallarla təltif edilib
25 İyun 09:33
“Vətəndaşlarımız ölkəmizdə tətbiq olunan 4 peyvənddən istədiklərini seçə bilərlər”
25 İyun 09:31
“Göy üzündə göz açan adam” toplusu çap olunub
25 İyun 09:30
Cəmil Həsənlinin antimilli siması
25 İyun 09:29
Ermənistanda seçkisonrası siyasi çəkişmələr davam edir
24 İyun 22:15
Adil Əliyev: Azərbaycan Ordusu təkcə Cənubi Qafqazın deyil, həmçinin dünyanın ən güclü ordularından biridir
24 İyun 21:39
Azərbaycanın xarici işlər naziri səudiyyəli həmkarı ilə görüşüb
24 İyun 21:20
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
24 İyun 20:26
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
24 İyun 19:56
Parlamentin komitə iclasında Mülki Prosessual Məcəllədə dəyişikliklərlə bağlı qanun layihələri müzakirə olunub
24 İyun 19:43
AŞPA-da erməni diasporunun erməni xalqını manipulyasiya etmək cəhdlərindən danışılıb
24 İyun 19:08
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının XII hesabat konfransı keçirilib
24 İyun 17:17
Şuşa Bəyannaməsinin imzalanması hər iki dövlət üçün böyük tarixi əhəmiyyət daşıyır
24 İyun 17:13
Silahlı Qüvvələrin hərbi qulluqçuları “Vətən uğrunda” medalı ilə təltif olunub
24 İyun 17:05
Azərbaycanda birinci mərhələ üzrə vaksin vurduranların ümumi sayı 2 milyonu keçib
24 İyun 16:56
Azərbaycanda son sutkada koronavirusdan həyatını itirən olmayıb
24 İyun 16:52
Türk Şurasının turizm nazirlərinin növbəti görüşü Azərbaycanda keçiriləcək
24 İyun 16:34
Baş katib: Körfəz Ərəb Dövlətləri Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyiblər
24 İyun 16:32
İqtisadi Əməkdaşlıq Təşkilatının energetika nazirlərinin IV iclasında “Bakı Bəyannaməsi” qəbul edilib
24 İyun 16:31
Ordu quruculuğu Vətənə sevgidir, dövlətə və dövlətçiliyə sədaqətdir
24 İyun 16:07
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının XI hesabat konfransı keçirilib
24 İyun 15:48
Bu gün dünya İlham Əliyevin yaratdığı yeni hərb modelini öyrənir
24 İyun 15:30
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Türkiyə Prezidentinə kitab hədiyyə edib
24 İyun 15:24
Deputat Sədaqət Vəliyevanın seçiciləri ilə növbəti görüşü olub
24 İyun 15:09
Deputat Soltan Məmmədov: Yoluxanların sayının azalması nikbinlik üçün əsas yaratsa da arxayınlaşmağa səbəb olmamalıdır
24 İyun 15:07
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib
24 İyun 15:00
Xalq şairi Zəlimxan Yaqubun “Qarabağ şikəstəsi” kitabının onlayn təqdimatı keçirilib
24 İyun 14:52
Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib - SƏRƏNCAM
24 İyun 14:46
Silahlı Qüvvələrin hərbi qulluqçuları “Kəlbəcərin olunmasına görə” medalı ilə təltif edilib
24 İyun 14:32
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının İqtisadi Forumunda təmsil olunub
24 İyun 14:22
Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub
24 İyun 14:10
Prezident İlham Əliyev “Gülüstan” sarayında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
24 İyun 14:06
Tarixə şahidlik etmiş Side antik şəhəri
24 İyun 13:53
Ermənistan hökuməti və erməni icma təşkilatlarının maliyyə qanunsuzluqları haqqında Kolumbiyada videosüjet hazırlanıb
24 İyun 13:52
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında sorğular keçiriləcək
24 İyun 13:43
Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsi istifadəyə verilib
24 İyun 13:37
Sabah Azərbaycanın bəzi yerlərində 43° isti olacaq
24 İyun 13:34
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib
24 İyun 13:33
Qafqaz Müsəlmanları İdarəsi ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında sıx əlaqələr mövcuddur
24 İyun 13:08
Məhərrəm Əliyev: Azərbaycan Ordusu bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq
24 İyun 13:04
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elzar Yusubovun ailəsinə baş çəkiblər
24 İyun 12:59
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri işə qəbul imtahanının gedişini izləyib
24 İyun 12:58
İşğaldan azad edilmiş ərazilərimizdə yerləşən bölmələrdə bayram tədbiri keçirilib
24 İyun 12:55
Pandemiyanın qarşısının alınması üçün Azərbaycan 30-dan çox ölkəyə və 3 beynəlxalq təşkilata yardım göstərib - HESABAT
24 İyun 12:26
Milli Məclisin deputatı Hikmət Babaoğlu və politoloq Nazim Cəfərsoy "Yeni TV"-nin canlı yayımında
24 İyun 12:25
“Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarılıb
24 İyun 12:18
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib - SƏRƏNCAM
24 İyun 12:10
Təhsil Nazirliyi: “e-telebe.edu.az” elektron portalı vasitəsilə 47 minə yaxın tələbə müraciət edib
24 İyun 12:01
Silahlı Qüvvələrin hərbi qulluqçuları “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib
24 İyun 11:56
Azərbaycan Prezidenti Silahlı Qüvvələrin hərbi qulluqçularını “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edib
24 İyun 11:54
Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib
24 İyun 11:35
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib - SƏRƏNCAM

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+22 +26