Ana səhifə »  Xəbər lenti »  Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Baş Prokurorluqda qeyd edilib
A+   Yenilə  A-
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Baş Prokurorluqda qeyd edilib

Mayın 8-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, qüdrətli Azərbaycan Ordusunun yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Qarabağ zəfərinin əldə olunmasında Heydər Əliyev siyasətinin rolu” mövzusunda tədbir keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Baş Prokurorluğun inzibati binasının foyesində müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək, onun unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən foto-guşəyə baxış olub.

Mərasimdə çıxış edən Baş prokuror Kamran Əliyev görkəmli dövlət xadimi, təcrübəli siyasətçi, ölkəmizi davamlı inkişaf yoluna çıxaran ulu öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açıb, əbədiyaşar liderin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan yüksək nailiyyətləri diqqətə çatdırıb.

Xüsusi qeyd edilib ki, Ümummilli Lider Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi andan daim milli həmrəyliyin qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına müstəsna əhəmiyyət verərək, milli-mənəvi dəyərlərin yaşadılması, qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-strateji məqsədlərə çatmaq üçün hərbi kadr potensialının formalaşdırılması istiqamətində atdığı əməli addımlar müstəqilliyimizin bərpası yolunda mühüm önəmə malik olub.

Azərbaycanın, xüsusən də Qarabağ bölgəsinin inkişafını daim diqqət mərkəzində saxlayan Ulu Öndərin həmin dövrdə və SSRİ kimi fövqəlgücə malik bir dövlətin rəhbərliyində çalışdığı dönəmdə erməni millətçilərinin Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərinin qarşısını qətiyyətlə aldığı qeyd edilib.

Diqqətə çatdırılıb ki, Heydər Əliyevin İttifaqda gündən-günə artan nüfuzunu həzm edə bilməyən və onun fəaliyyətinə qısqanclıqla yanaşan ermənipərəst dairələrin təsiri altında olan sovet rəhbərliyinin antimilli hərəkətlərinə etiraz olaraq Ulu Öndərin vəzifəsindən istefa verməsi regionda siyasi qüvvələr nisbətinin sürətlə dəyişməsinə, xalqımızın ağır və məhrumiyyətli günlərlə, dövlətçiliyimizin itirilməsi təhlükəsi ilə üzbəüz qalmasına şərait yaradıb, son nəticədə erməni separatçıları tərəfindən əzəli torpaqlarımızın işğalına səbəb olub.

Bildirilib ki, 1993-cü ilin yayında xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıdaraq xalqımızı və dövlətimizi böyük təhlükələrdən, vətəndaş müharibəsindən xilas etmiş, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan dahi öndər böyük siyasi uzaqgörənliyi, nadir dövlətçilik zəkası ilə möhtəşəm Zəfərə aparan yolun təməlini qoymağa müvəffəq olub.

Dahi sərkərdə Heydər Əliyevin zamanında səsləndirdiyi bir çağırışı ilə yaranmış qüdrətli Azərbaycan Ordusunun o dövrdə erməni silahlı qüvvələrinin bədnam niyyətlərinin qarşısını almaqla ilk qələbələrini qazanaraq düşməni atəşkəsə məcbur etməsi, qısa müddətdə müasir, mütəşəkkil ordunun yaradılması, Azərbaycanın haqq səsini dünyaya çatdırmaqla yorulmaz fəaliyyəti nəticəsində mötəbər beynəlxalq təşkilatların ölkəmizin ərazi bütövlüyünün tanınmasına dair qəbul etdikləri qərar və qətnamələri hərbi-siyasi qələbəmizi şərtləndirən ən vacib amillərdən olması xüsusi vurğulanıb.

Qeyd edilib ki, Heydər Əliyevin öz xalqına ən böyük xidməti ölkənin davamlı strateji inkişaf konsepsiyasını müəyyənləşdirməklə yanaşı, onu özündən sonra yüksək peşəkarlıqla həyata keçirməyə qadir, səmərəli fəaliyyəti nəticəsində ölkəmizi regionun qabaqcıl dövlətinə çevirib, həyata keçirdiyi sistemli islahatlarla respublikamızın daimi tərəqqisini təmin edən, Ulu Öndərin özü qədər inanıb-güvəndiyi görkəmli siyasi lider İlham Əliyev kimi davamçı hazırlaması olub.

Ümummilli Liderin xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə 44 gündə son qoyulmaqla şanlı tariximizə əbədi həkk olunan möhtəşəm zəfər salnaməsinin yazıldığı diqqətə çatdırılıb.

Tədbirdə Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Elşən Abbasov çıxış edərək Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan ümummilli lider Heydər Əliyevin ölkəmizi böhrandan xilas edərək tərəqqiyə aparan yolun təməlini qoymaqla ərazi bütövlüyünün bərpası istiqamətində döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafında misilsiz xidmətlərini qeyd edib. Bildirilib ki, ulu öndər Heydər Əliyevin müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə Azərbaycan Ordusu qısa müddətdə böyük inkişaf yolu keçərək bölgənin ən güclü qüvvəsinə çevrilib, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilən tədbirlərlə əbədi və əzəli torpaqlarımız düşmən tapdağından azad olunub.

Tədbirə yekun vuran Kamran Əliyev hər bir prokurorluq işçisinin daim Heydər Əliyev ideyalarına sadiq qalaraq onun unudulmaz xatirəsini əziz tutacağına və bütün qüvvələrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətin həyata keçirilməsinə istiqamətləndirəcəyinə əminliyini bildirib.

 
  • Oxunub:  3360  |  
  • Tarix:  08-05-2021  |  
  •    Çap et   |  
Azərbaycan ilə Pakistan arasında sıx tərəfdaşlıq münasibətləri mövcuddur

25 İyun 13:18
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyi, təhlükəsizliyimizin qarantıdır
25 İyun 13:09
Adınıza daşınmaz əmlakın olub-olmaması barədə arayışı heç yerə getmədən ala bilərsiniz
25 İyun 12:43
Suraxanı rayonunda şəhid Cavid Cabarzadənin xatirəsinə inşa edilən bulaq istifadəyə verilib
25 İyun 12:41
YAP Gənclər Birliyi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan birinci “Davamlı İnkişaf Məktəbi” layihəsinin müsahibə mərhələsi başa çatıb
25 İyun 12:39
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində İtaliyanın yeni səfiri ilə görüş keçirilib
25 İyun 12:30
Sahibə Qafarova: Bu il Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü böyük sevinc və qürur hissi ilə qeyd edir
25 İyun 12:29
Tokio Olimpiadasında Azərbaycan komandasının bayraqdarı cüdoçu Rüstəm Orucov olacaq
25 İyun 12:28
Deputat: Koronavirusla bağlı təhlükələri aradan qaldırmaq üçün peyvənd olunmaq zəruridir
25 İyun 12:20
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
25 İyun 12:12
İşğaldan azad olunmuş ərazilərdə Müdafiə Nazirliyinin xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Prezidentin əlavəsi müəyyən edilib – SƏRƏNCAM
25 İyun 11:59
Professor Selma Yel: Şuşa Bəyannaməsinin Qars müqaviləsinin prinsiplərinə uyğunlaşdırılması tarixi nailiyyətdir
25 İyun 11:21
Nazir İnam Kərimov İzmirdə Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisinin açılış mərasimində iştirak edib
25 İyun 10:56
AŞPA-da erməni diasporunun erməni xalqını manipulyasiya etmək cəhdlərindən danışılıb
25 İyun 10:45
Ombudsman FAO-nun Azərbaycandakı nümayəndəsi ilə görüşüb
25 İyun 10:44
Rusiyanın Tatarıstan Respublikasının Prezidenti Türkiyəyə səfər edib
25 İyun 10:40
Dövlət Neft və Sənaye Universiteti ilə “Daşkəsən Dəmir Filiz” MMC təhsil və elmi-texniki sahələrdə əməkdaşlığa başlayır
25 İyun 10:06
Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub
25 İyun 10:05
Türk Şurası turizm nazirlərinin VI iclası keçirilib
25 İyun 09:46
Prezident İlham Əliyevin sərəncamları ilə 76 min 349 hərbi qulluqçu müxtəlif orden və medallarla təltif edilib
25 İyun 09:33
“Vətəndaşlarımız ölkəmizdə tətbiq olunan 4 peyvənddən istədiklərini seçə bilərlər”
25 İyun 09:31
“Göy üzündə göz açan adam” toplusu çap olunub
25 İyun 09:30
Cəmil Həsənlinin antimilli siması
25 İyun 09:29
Ermənistanda seçkisonrası siyasi çəkişmələr davam edir
24 İyun 22:15
Adil Əliyev: Azərbaycan Ordusu təkcə Cənubi Qafqazın deyil, həmçinin dünyanın ən güclü ordularından biridir
24 İyun 21:39
Azərbaycanın xarici işlər naziri səudiyyəli həmkarı ilə görüşüb
24 İyun 21:20
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
24 İyun 20:26
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
24 İyun 19:56
Parlamentin komitə iclasında Mülki Prosessual Məcəllədə dəyişikliklərlə bağlı qanun layihələri müzakirə olunub
24 İyun 19:43
AŞPA-da erməni diasporunun erməni xalqını manipulyasiya etmək cəhdlərindən danışılıb
24 İyun 19:08
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının XII hesabat konfransı keçirilib
24 İyun 17:17
Şuşa Bəyannaməsinin imzalanması hər iki dövlət üçün böyük tarixi əhəmiyyət daşıyır
24 İyun 17:13
Silahlı Qüvvələrin hərbi qulluqçuları “Vətən uğrunda” medalı ilə təltif olunub
24 İyun 17:05
Azərbaycanda birinci mərhələ üzrə vaksin vurduranların ümumi sayı 2 milyonu keçib
24 İyun 16:56
Azərbaycanda son sutkada koronavirusdan həyatını itirən olmayıb
24 İyun 16:52
Türk Şurasının turizm nazirlərinin növbəti görüşü Azərbaycanda keçiriləcək
24 İyun 16:34
Baş katib: Körfəz Ərəb Dövlətləri Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyiblər
24 İyun 16:32
İqtisadi Əməkdaşlıq Təşkilatının energetika nazirlərinin IV iclasında “Bakı Bəyannaməsi” qəbul edilib
24 İyun 16:31
Ordu quruculuğu Vətənə sevgidir, dövlətə və dövlətçiliyə sədaqətdir
24 İyun 16:07
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının XI hesabat konfransı keçirilib
24 İyun 15:48
Bu gün dünya İlham Əliyevin yaratdığı yeni hərb modelini öyrənir
24 İyun 15:30
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Türkiyə Prezidentinə kitab hədiyyə edib
24 İyun 15:24
Deputat Sədaqət Vəliyevanın seçiciləri ilə növbəti görüşü olub
24 İyun 15:09
Deputat Soltan Məmmədov: Yoluxanların sayının azalması nikbinlik üçün əsas yaratsa da arxayınlaşmağa səbəb olmamalıdır
24 İyun 15:07
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib
24 İyun 15:00
Xalq şairi Zəlimxan Yaqubun “Qarabağ şikəstəsi” kitabının onlayn təqdimatı keçirilib
24 İyun 14:52
Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib - SƏRƏNCAM
24 İyun 14:46
Silahlı Qüvvələrin hərbi qulluqçuları “Kəlbəcərin olunmasına görə” medalı ilə təltif edilib
24 İyun 14:32
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının İqtisadi Forumunda təmsil olunub
24 İyun 14:22
Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub
24 İyun 14:10
Prezident İlham Əliyev “Gülüstan” sarayında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
24 İyun 14:06
Tarixə şahidlik etmiş Side antik şəhəri
24 İyun 13:53
Ermənistan hökuməti və erməni icma təşkilatlarının maliyyə qanunsuzluqları haqqında Kolumbiyada videosüjet hazırlanıb
24 İyun 13:52
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında sorğular keçiriləcək
24 İyun 13:43
Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsi istifadəyə verilib
24 İyun 13:37
Sabah Azərbaycanın bəzi yerlərində 43° isti olacaq
24 İyun 13:34
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib
24 İyun 13:33
Qafqaz Müsəlmanları İdarəsi ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında sıx əlaqələr mövcuddur
24 İyun 13:08
Məhərrəm Əliyev: Azərbaycan Ordusu bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq
24 İyun 13:04
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elzar Yusubovun ailəsinə baş çəkiblər
24 İyun 12:59
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri işə qəbul imtahanının gedişini izləyib
24 İyun 12:58
İşğaldan azad edilmiş ərazilərimizdə yerləşən bölmələrdə bayram tədbiri keçirilib
24 İyun 12:55
Pandemiyanın qarşısının alınması üçün Azərbaycan 30-dan çox ölkəyə və 3 beynəlxalq təşkilata yardım göstərib - HESABAT
24 İyun 12:26
Milli Məclisin deputatı Hikmət Babaoğlu və politoloq Nazim Cəfərsoy "Yeni TV"-nin canlı yayımında
24 İyun 12:25
“Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarılıb
24 İyun 12:18
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib - SƏRƏNCAM
24 İyun 12:10
Təhsil Nazirliyi: “e-telebe.edu.az” elektron portalı vasitəsilə 47 minə yaxın tələbə müraciət edib
24 İyun 12:01
Silahlı Qüvvələrin hərbi qulluqçuları “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib
24 İyun 11:56
Azərbaycan Prezidenti Silahlı Qüvvələrin hərbi qulluqçularını “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edib
24 İyun 11:54
Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib
24 İyun 11:35
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib - SƏRƏNCAM

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+22 +26