Ana səhifə »  Xəbər lenti »  YAP Veteranlar Şurası Ümummilli Liderə həsr olunmuş “Xalqa bəxş edilmiş ömür” mövzusunda videokonfrans keçirib
A+   Yenilə  A-
YAP Veteranlar Şurası Ümummilli Liderə həsr olunmuş “Xalqa bəxş edilmiş ömür” mövzusunda videokonfrans keçirib

Mayın 7-də Yeni Azərbaycan Partiyasının Veteranlar Şurası ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Xalqa bəxş edilmiş ömür” mövzusunda videokonfrans keçirib.

Videokonfransda çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, ümummilli liderimiz Heydər Əliyev xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlər göstərib. Ulu Öndərimizin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövr respublikamızın inkişaf və tərəqqi illəri kimi səciyyələndirilir. A.Rəhimzadə qeyd edib ki, Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlişi ərəfəsində respublikamız çox ciddi problemlərlə üz-üzə idi. Amma dahi şəxsiyyət  Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda bütün sahələr inkişaf etməyə başladı. Bir sıra mühüm qərarlar qəbul edildi və atılan inamlı addımlar  nəticəsində Azərbaycan keçmiş SSRİ-nin aqrar respublikasından sənaye-aqrar respublikasına çevrildi, yeni sənaye müəssisələri yaradıldı. Nəticədə Azərbaycan keçmiş İttifaq respublikaları arasında ön sıralara çıxdı.

Arif Rəhimzadə diqqətə çatdırıb ki, həmin dövrdə də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları mövcud  idi. Amma ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayandan  sonra ermənilərin bu iddialarının qarşısını qətiyyətlə aldı.

YAP Veteranlar Şurasının sədri qeyd edib ki, Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə, ilk növbədə, Azərbaycan parçalanmaqdan, bir dövlət kimi məhv olmaqdan xilas edildi. Heydər Əliyev dühası, Ümummilli Liderin çox böyük nüfuzu və insanları Öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başının üstünü almış təhlükələr aradan qaldırıldı, ölkəmiz inkişaf yoluna çıxdı.

Arif Rəhimzadə söyləyib ki, ulu öndər Heydər Əliyevin irsi zəngin xəzinədir və bu irs dərindən öyrənilməlidir. Onun sözlərinə görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin ideyalarını uğurla həyata keçirir: “2003-cü ildə cənab İlham Əliyev xalqın böyük etimadı əsasında Azərbaycan Prezidenti seçildikdən sonra ölkənin inkişafında yeni mərhələ başlandı. Bu gün ölkəmiz dünyada böyük nüfuz sahibidir, Azərbaycan heç kimdən asılı olmadan müstəqil siyasət həyata keçirir. Bu gün dövlətimizin təhlükəsizliyi tam təmin olunub, müstəqilliyimiz qorunur, Azərbaycan bütün sahələrdə, o cümlədən dünya birliyinin layiqli üzvü kimi beynəlxalq müstəvidə möhtəşəm uğurlar qazanır. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bununla da Azərbaycanın inkişafının yeni mərhələsi başlandı.”

Videokonfransda çıxış edən YAP Veteranlar Şurasının üzvü Əli Həsənov bildirib ki, Heydər Əliyev elə bir düha, elə bir dahi şəxsiyyətdir ki, haqqında nə qədər yazılsa da, Onun zəngin həyat və fəaliyyətini tam əhatə etmək mümkün deyil: “Heydər Əliyev həmişə xalqına arxalanıb və ondan güc alıb. Onun dediyi “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” sözləri həyatda həmişə təsdiqini tapıb. Respublikamızın  keçmişinə nəzər salsaq, görərik ki, Ulu Öndər Ona qədər respublikanı idarə edənlər içərisində bütün varlığı və milliliyi ilə xalqının bu gününə və gələcəyinə xidmət edən, azərbaycançılıq ideyasını ön plana çəkən  yeganə rəhbər olub. Yalnız ulu öndər Heydər Əliyev 1969-cu ildə ölkəmizə rəhbərlik etdikdən sonra  milli kadrlara yol açıb”.

Əli Həsənovun sözlərinə görə, milli birlik və həmrəylik, ictimai-siyasi sabitlik, müasir dünyanın tələblərinə uyğun iqtisadi inkişaf həmişə Ulu Öndərin dövlət idarəçiliyində prioritet istiqamətlər olub: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çox çətin sınaqlarla, təhlükələrlə üz-üzə qalmışdı. Belə bir dövrdə xalq vəziyyətdən çıxış yolunu məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı.  Belə bir mürəkkəb dövrdə erməni təcavüzkarlığına  qarşı mübarizə aparmaq, ictimai-siyasi sabitliyi bərpa etmək,  iqtisadi islahatlar həyata keçirmək, ölkə iqtisadiyyatını inkişaf etdirmək, qaçqın və məcburi köçkünlərə qayğı göstərmək, beynəlxalq aləmdə Azərbaycanı tanıtmaq və onun dünyada layiqli yerini müəyyənləşdirmək, ölkəmizə inam yaratmaq - bütün bunlar Azərbaycanın qarşısında duran mühüm vəzifələr idi. Ümummilli Lider müdrikliyi, sarsılmaz iradəsi və zəngin dövlətçilik təcrübəsi ilə  bu vəzifələrin öhdəsindən şərəflə gəldi, Azərbaycanı məhv olmaqdan xilas edərək inkişaf yoluna çıxardı. Heydər Əliyev xalqın və dövlətin xilaskarı oldu. Məhz Onun müəyyənləşdirdiyi siyasət ölkəmizin uğurlarının əsasını təşkil edir.”

Bu gün Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirdiyini deyən Əli Həsənov bildirib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın   rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizin ən parlaq səhifəsidir. Bu Zəfərlə Azərbaycan dünyaya öz gücünü və qüdrətini nümayiş etdirdi.

 YAP Veteranlar Şurasının üzvü, Əməkdar jurnalist Tahir Məmmədov çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr edib. Onun sözlərinə görə, Heydər Əliyevin zəngin irsi bugünkü uğurlarımızı şərtləndirən əsas amillərdəndir. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin araşdırılması nəticəsində yaradılan yeni əsərlər müasir siyasi elmdə əhəmiyyətli yer tutur.

T.Məmmədov qeyd edib ki, Azərbaycan dövlətinin müstəqiliyinin möhkəmləndirilməsində və inkişafının təmin edilməsində  müstəsna xidmətləri olan Heydər Əliyevin zəngin və təkrarolunmaz siyasi, elmi-fəlsəfi irsinin araşdırılması, öyrənilməsi, geniş və hərtərəfli tədqiqi sahəsində böyük işlər aparılır. Bütün bunlar Heydər Əliyev irsinin gələcək nəsillərə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Tahir Məmmədov deyib ki, xalqımızın qalib və müzəffər oğlu - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti Ulu Öndərin misilsiz xidmətlərinin uğurlu davamıdır.

YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova da çıxışında ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. O, ölkəmizdə uğurlu dövlət qadın siyasətinin əsasının Ulu Öndər tərəfindən qoyulduğunu deyib.

Azərbaycanda qadınların hüquqlarının qorunmasının, onların ictimai fəallığının təşkili məsələsinin xalqımızın ümummilli lideri Heydər Əliyevin hər zaman diqqət mərkəzində olduğunu qeyd edən Sədaqət Qəhrəmanova vurğulayıb: “Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində qadınlara göstərilən diqqət və qayğının artdığının şahidi olmuşuq. Məhz Onun ölkəmizə rəhbərliyi dövründə Azərbaycan qadınları cəmiyyət həyatının müxtəlif sahələrində öz sözlərini deyə biliblər. Azərbaycan qadını da hər zaman Ümummilli Liderin siyasətini dəstəkləyib.”

 S.Qəhrəmanova  diqqətə çatdırıb ki, Heydər Əliyev ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyini, qayğısını hər zaman hiss edirlər.

Çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib ki, Azərbaycan gəncliyinin uğurlarının təməlində Ulu Öndər tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti dayanır. Ümummilli lider Heydər Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” fikrinin nəticəsi olaraq Azərbaycan gəncliyi öz dövrünün yeniliklərini öyrənərək yetişib. Bu gənclik dövlətinə və millətinə sadiqlik, vətənpərvərlik kimi ali milli dəyərləri mənimsəyərək formalaşıb.

Bəxtiyar İslamov qeyd edib ki, bu gün gənclərimiz Prezident İlham Əliyevin böyük qayğısı ilə əhatə olunublar. Hazırda Azərbaycan gəncliyi böyük bir vəzifənin daşıyıcısıdır. Bu vəzifə peşəsindən, təhsilindən, mövqeyindən asılı olmayaraq Azərbaycanın gələcəyi, daha sürətlə inkişafı və müstəqilliyinin qorunması üçün var gücü ilə çalışmaqdır.

 
  • Oxunub:  4530  |  
  • Tarix:  07-05-2021  |  
  •    Çap et   |  
Azərbaycan ilə Pakistan arasında sıx tərəfdaşlıq münasibətləri mövcuddur

25 İyun 13:18
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyi, təhlükəsizliyimizin qarantıdır
25 İyun 13:09
Adınıza daşınmaz əmlakın olub-olmaması barədə arayışı heç yerə getmədən ala bilərsiniz
25 İyun 12:43
Suraxanı rayonunda şəhid Cavid Cabarzadənin xatirəsinə inşa edilən bulaq istifadəyə verilib
25 İyun 12:41
YAP Gənclər Birliyi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan birinci “Davamlı İnkişaf Məktəbi” layihəsinin müsahibə mərhələsi başa çatıb
25 İyun 12:39
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində İtaliyanın yeni səfiri ilə görüş keçirilib
25 İyun 12:30
Sahibə Qafarova: Bu il Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü böyük sevinc və qürur hissi ilə qeyd edir
25 İyun 12:29
Tokio Olimpiadasında Azərbaycan komandasının bayraqdarı cüdoçu Rüstəm Orucov olacaq
25 İyun 12:28
Deputat: Koronavirusla bağlı təhlükələri aradan qaldırmaq üçün peyvənd olunmaq zəruridir
25 İyun 12:20
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
25 İyun 12:12
İşğaldan azad olunmuş ərazilərdə Müdafiə Nazirliyinin xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Prezidentin əlavəsi müəyyən edilib – SƏRƏNCAM
25 İyun 11:59
Professor Selma Yel: Şuşa Bəyannaməsinin Qars müqaviləsinin prinsiplərinə uyğunlaşdırılması tarixi nailiyyətdir
25 İyun 11:21
Nazir İnam Kərimov İzmirdə Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisinin açılış mərasimində iştirak edib
25 İyun 10:56
AŞPA-da erməni diasporunun erməni xalqını manipulyasiya etmək cəhdlərindən danışılıb
25 İyun 10:45
Ombudsman FAO-nun Azərbaycandakı nümayəndəsi ilə görüşüb
25 İyun 10:44
Rusiyanın Tatarıstan Respublikasının Prezidenti Türkiyəyə səfər edib
25 İyun 10:40
Dövlət Neft və Sənaye Universiteti ilə “Daşkəsən Dəmir Filiz” MMC təhsil və elmi-texniki sahələrdə əməkdaşlığa başlayır
25 İyun 10:06
Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub
25 İyun 10:05
Türk Şurası turizm nazirlərinin VI iclası keçirilib
25 İyun 09:46
Prezident İlham Əliyevin sərəncamları ilə 76 min 349 hərbi qulluqçu müxtəlif orden və medallarla təltif edilib
25 İyun 09:33
“Vətəndaşlarımız ölkəmizdə tətbiq olunan 4 peyvənddən istədiklərini seçə bilərlər”
25 İyun 09:31
“Göy üzündə göz açan adam” toplusu çap olunub
25 İyun 09:30
Cəmil Həsənlinin antimilli siması
25 İyun 09:29
Ermənistanda seçkisonrası siyasi çəkişmələr davam edir
24 İyun 22:15
Adil Əliyev: Azərbaycan Ordusu təkcə Cənubi Qafqazın deyil, həmçinin dünyanın ən güclü ordularından biridir
24 İyun 21:39
Azərbaycanın xarici işlər naziri səudiyyəli həmkarı ilə görüşüb
24 İyun 21:20
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
24 İyun 20:26
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
24 İyun 19:56
Parlamentin komitə iclasında Mülki Prosessual Məcəllədə dəyişikliklərlə bağlı qanun layihələri müzakirə olunub
24 İyun 19:43
AŞPA-da erməni diasporunun erməni xalqını manipulyasiya etmək cəhdlərindən danışılıb
24 İyun 19:08
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının XII hesabat konfransı keçirilib
24 İyun 17:17
Şuşa Bəyannaməsinin imzalanması hər iki dövlət üçün böyük tarixi əhəmiyyət daşıyır
24 İyun 17:13
Silahlı Qüvvələrin hərbi qulluqçuları “Vətən uğrunda” medalı ilə təltif olunub
24 İyun 17:05
Azərbaycanda birinci mərhələ üzrə vaksin vurduranların ümumi sayı 2 milyonu keçib
24 İyun 16:56
Azərbaycanda son sutkada koronavirusdan həyatını itirən olmayıb
24 İyun 16:52
Türk Şurasının turizm nazirlərinin növbəti görüşü Azərbaycanda keçiriləcək
24 İyun 16:34
Baş katib: Körfəz Ərəb Dövlətləri Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyiblər
24 İyun 16:32
İqtisadi Əməkdaşlıq Təşkilatının energetika nazirlərinin IV iclasında “Bakı Bəyannaməsi” qəbul edilib
24 İyun 16:31
Ordu quruculuğu Vətənə sevgidir, dövlətə və dövlətçiliyə sədaqətdir
24 İyun 16:07
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının XI hesabat konfransı keçirilib
24 İyun 15:48
Bu gün dünya İlham Əliyevin yaratdığı yeni hərb modelini öyrənir
24 İyun 15:30
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Türkiyə Prezidentinə kitab hədiyyə edib
24 İyun 15:24
Deputat Sədaqət Vəliyevanın seçiciləri ilə növbəti görüşü olub
24 İyun 15:09
Deputat Soltan Məmmədov: Yoluxanların sayının azalması nikbinlik üçün əsas yaratsa da arxayınlaşmağa səbəb olmamalıdır
24 İyun 15:07
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib
24 İyun 15:00
Xalq şairi Zəlimxan Yaqubun “Qarabağ şikəstəsi” kitabının onlayn təqdimatı keçirilib
24 İyun 14:52
Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib - SƏRƏNCAM
24 İyun 14:46
Silahlı Qüvvələrin hərbi qulluqçuları “Kəlbəcərin olunmasına görə” medalı ilə təltif edilib
24 İyun 14:32
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının İqtisadi Forumunda təmsil olunub
24 İyun 14:22
Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub
24 İyun 14:10
Prezident İlham Əliyev “Gülüstan” sarayında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
24 İyun 14:06
Tarixə şahidlik etmiş Side antik şəhəri
24 İyun 13:53
Ermənistan hökuməti və erməni icma təşkilatlarının maliyyə qanunsuzluqları haqqında Kolumbiyada videosüjet hazırlanıb
24 İyun 13:52
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında sorğular keçiriləcək
24 İyun 13:43
Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsi istifadəyə verilib
24 İyun 13:37
Sabah Azərbaycanın bəzi yerlərində 43° isti olacaq
24 İyun 13:34
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib
24 İyun 13:33
Qafqaz Müsəlmanları İdarəsi ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında sıx əlaqələr mövcuddur
24 İyun 13:08
Məhərrəm Əliyev: Azərbaycan Ordusu bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq
24 İyun 13:04
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elzar Yusubovun ailəsinə baş çəkiblər
24 İyun 12:59
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri işə qəbul imtahanının gedişini izləyib
24 İyun 12:58
İşğaldan azad edilmiş ərazilərimizdə yerləşən bölmələrdə bayram tədbiri keçirilib
24 İyun 12:55
Pandemiyanın qarşısının alınması üçün Azərbaycan 30-dan çox ölkəyə və 3 beynəlxalq təşkilata yardım göstərib - HESABAT
24 İyun 12:26
Milli Məclisin deputatı Hikmət Babaoğlu və politoloq Nazim Cəfərsoy "Yeni TV"-nin canlı yayımında
24 İyun 12:25
“Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarılıb
24 İyun 12:18
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib - SƏRƏNCAM
24 İyun 12:10
Təhsil Nazirliyi: “e-telebe.edu.az” elektron portalı vasitəsilə 47 minə yaxın tələbə müraciət edib
24 İyun 12:01
Silahlı Qüvvələrin hərbi qulluqçuları “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib
24 İyun 11:56
Azərbaycan Prezidenti Silahlı Qüvvələrin hərbi qulluqçularını “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edib
24 İyun 11:54
Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib
24 İyun 11:35
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib - SƏRƏNCAM

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+22 +26