Ana səhifə »  Xəbər lenti »  TARİXİ ZƏFƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEV SİYASƏTİNİN TƏNTƏNƏSİ, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN QÜDRƏTİNİN TƏCƏSSÜMÜDÜR!
A+   Yenilə  A-
TARİXİ ZƏFƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEV SİYASƏTİNİN TƏNTƏNƏSİ, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN QÜDRƏTİNİN TƏCƏSSÜMÜDÜR!

Ənənəvi bayram halını almış may ayının 10-da xalqımız hər il müstəqil Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin doğum gününü təntənəli şəkildə qeyd edir. Ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı qarşıdan gələn bu ilki təntənələrini əvvəlkilərdən fərqləndirən odur ki, artıq biz bu bayramı həm də qalib xalq olaraq qeyd edirik.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev müqəddəs ata vəsiyyətini yerinə yetirərək otuz ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad etdi, şanlı Azərbaycan bayrağını vətənimizin qürur simvolu olan Şuşada dalğalandırdı. İndi öz ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycan regionda və dünyada tamamilə yeni geosiyası reallıqlar yaratmış, onun nüfuzu beynəlxalq miqyasda əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Bu yeni reallıqlar şəraitində ümummilli lider Heydər Əliyevin doğum günü xüsusi simvolik məna daşıyır. Ulu öndərin amalı yaratmaq, məqamı qurmaq, məqsədi xalqa xidmət etmək idi. Çünki, bütün ömrünü Azərbaycan idealına həsr etmiş Heydər Əliyev üçün ərazi bütövlüyünün bərpa olunması, Qarabağın düşmən tapdağından azad edilməsi ən müqəddəs amal idi. Bu amalı gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda işğaldan azad edilmiş ərazilərin bərpası və inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdə, Heydər Əliyevin canı qədər sevdiyi doğma Vətəni onun müəyyənləşdirdiyi strateji xətt üzrə öz inkişafının yeni mərhələsinə qədəm qoymaqdadır. Ulu öndər böyük siyasi uzaqgörənliklə bu günləri hələ neçə onillər bundan əvvəl aydın şəkildə görürdü. O, 90-cı illərin əvvəllərində ölkədə olduqca acınacaqlı sosial-siyasi durumun olduğu bir şəraitdə, Qarabağın düşmən tapdağında qaldığı bir vaxtda inam və qətiyyətlə bildirirdi ki, gün gələcək Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Dahi siyasətçi Heydər Əliyevin belə uzaqgörənliyi bir yandan özü tərəfindən ölkənin strateji inkişafı üçün müəyyənləşdirilən siyasi xəttin perspektivinə əminlikdən, digər yandan isə bu siyasi kursun varislərinə inamdan qaynaqlanırdı. Zaman Heydər Əliyevin nə qədər haqlı, müdrik və uzaqgörən olduğunu həmişə olduğu kimi yenə də təsdiq etdi. Heydər Əliyevin siyasi varisi İlham Əliyevin intellektual potensialı, vətənpərvərliyi, genetik əsasa dayanan dönməz iradəsi xalqımızın bu böyük arzusunu reallığa çevirdi.

Bəli, müasir Azərbaycanın sosisal-iqtisadi və ictimai-mədəni həyatının elə sahəsi yoxdur ki, orada Heydər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünməsin. Belə bir deyim var ki, tarixi şəxsiyyətlərin nəhəngliyi zaman keçdikcə daha aydın şəkildə görünməyə başlayır. Çünki, onlar uzaqgörən qərarları ilə öz millətinin gələcəyini müəyyən edərək bir növ zamanı qabaqlamaq missiyasını yerinə yetirilər. Bütün ömrünü xalqının azadlığı və xoşbəxtliyi uğrunda mübarizəyə həsr edən ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri də illər ötdükcə daha aydın şəkildə görünməkdədir. Ölkəmizin bugünkü dinamik və hərtərəfli inkişafını, həyatımızın bütün sahələrində yüksəliş və tərəqqini müşahidə etdikcə Heydər Əliyevin böyüklüyünü və müdrikliyini daha dərindən dərk etmiş oluruq. Xilaskarlıq missiyası ilə Azərbaycan xalqını ən ağır bəlalardan xilas edən, çox mürəkkəb geosiyasi reallıqların hökm sürdüyü bir şəraitdə Azərbaycan dövlətinin parçalanmaq təhlükəsindən qoruyan və bütün çətinliklərə, təzyiq və təhdidlərə sinə gərərək “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır!” – deyən ümummilli lider Heydər Əliyev hər bir azərbaycanlının qəlbində əbədi taxt qura bildi. Özünün hərbi-siyasi, sosial-iqtisadi nəaliyyətləri ilə bu gün bütün dünyanın diqqət mərkəzində olan müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yer tutur.

Müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başlayarkən andiçmə mərasimindəki tarixi çıxışında Heydər Əliyev demişdir: “İşğal, qaçqınların vəziyyəti respublikanın ictimai-siyasi mənəvi vəziyyətini gərginləşdirmişdir. Bizim ən əsas vəzifəmiz respublikanı müharibə vəziyyətindən çıxarmaq, işğal olunmuş torpaqların hamısını geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü, müstəqil respublikanın sərhədlərinin təhlükəsizliyini təmin etmək, yurd-yuvasından didərgin düşmüş soydaşlarımızı öz doğma yerlərinə qaytarmaqdır. Əmin ola bilərsiniz ki, mən bütün səylərimi səfərbər edib Azərbaycan xalqının istəyinə nail olacağam.”

Heydər Əliyevin ümummilli problemimizin həlli üçün göstərdiyi səylər tək diplomatiya ilə məhdudlaşmırdı. Danışıqların aparılması ilə yanaşı ulu öndər Azərbaycan ordusunun formalaşmasına və gücləndirilməsinə xüsusi diqqət yetirirdi. 1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində Azərbaycanda milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddət ərzində vahid komandanlığa tabe olan nizami ordu formalaşdı. Hazırda Azərbaycanın silahlı qüvvələri müasir hərbi texnikayla təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək doyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan qüdrətli ordudur. Bu, həmin ordudur ki, qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Qarabağda zəfər bayrağımızı qaldrıdı. Bəli, ulu öndər Heydər Əliyev yolunun uğurlu davamçısı müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020 - ci ilin sentyabrın 27 - də erməni təxribatlarına qarşı əks - hücum əməliyyatlarına start verilməsi ilə bağlı qərarı cəmi 44 gün ərzində Azərbaycanın ərazi bütövlüyünün təmini ilə nəticələndi. İşğal altındakı ərazilərimiz, rayonlarımız, şəhərlərimiz, kəndlərimiz düşməndən təmizləndi, ölkəmiz yenidən bütövləşdi. Həmin 44 gün ərzində istər döyüş meydanında, istərsə də diplomatik müstəvidə fenomenal zəfərlər qazanan dövlət başçımız bütün dünyaya xalq - hakimiyyət - ordu birliyinin mümkün uğurların əsas təminatçısı olduğunu əməli fəaliyyətlə nümayiş etdirmiş oldu. Dünyanın aparıcı media strukturlarına müsahibələr verən Prezident İlham Əliyev Azərbaycanın haqq səsini beynəlxalq aləmə çatdırdı. Dünya ictimaiyyətinin diqqətini ölkəmizin haqq savaşına yönəltdi. Müzəffər Ali Baş Komandanın illərlə apardığı uğurlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq dəstəyini təmin etdi. Nəticədə isə “Qarabağ Azərbaycandır!” şüarını özünün vahid amalına çevirən xalqımız qalib Ali Baş Komandanın rəhbərliyi ilə 2020 - ci ildə ən böyük qələbəsinə - Qarabağ qələbəsinə imza atmış oldu.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs milli birliyimizin güclənməsini və Vətən müharibəsində mühüm amilə çevirilməsini şərtləndirdi. 44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın müasir tarixinin ən şanlı səhifəsidir. Təbii ki, bu qələbəni şərtləndirən amilləri sadaladığımız zaman bir mühüm məqama - əsası ulu öndərimiz Heydər Əliyev tərəfəindən qoyulan milli birliyimizə, milli həmrəyliyimizə xüsusi önəm verməliyik. Milli - mənəvi dəyərlər Azərbaycan xalqının milli sərvətidir. Bu mənada, xalqımızın sarsılmaz birliyi məhz milli - mənəvi dəyərlərimizə söykənir. 2020 - ci il sentyabrın 27 - də Ali Baş Komandanımızın əmri ilə erməni təxribatlarına qarşı əks-həmlə əməliyyatları başlayan kimi xalqımız bir yumruğa çevrilməyi bacardı. Siyasi mənsubiyyətindən, dini, milli fərqlərindən, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qələbə uğrunda mübarizəyə qoşuldu. Azərbaycanda yaşayan bütün dini konfessiyalar, icmalar, etnik azlıqlar, siyasi partiyalar, qeyri - hökumət təşkilatları dövlətin, ölkə Prezidentinin ətrafında sıx birləşdiyini. Qarabağın azadlığı uğrunda mübarizəni dəstəklədiyini bəyan etdi. Bu, bəlkədə bəşər tarixində görülməmiş bir hadisə idi. Bir xalqın, bir millətin öz haqq savaşı uğrunda “dəmir yumruq” kimi düşmənə qarşı birləşməsi qələbəmizin təminində əhəmiyyətli rol oynadı.

Ölkənin ərazi bütövlüyünün təmin olunmasından sonra milli inkişafın yeni keyfiyyət mərhələsindən danışmaq üçün əsas yarandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad etdikdən sonra həmin ərazilərin də potensialının milli iqtisadi inkişaf dövriyyəsinə cəlb edilməsi sayəsində ölkəmizin sosial - iqtisadi mənzərəsi əhəmiyyətli dərəcədə dəyişəcək. Prezident İlham Əliyev tərəfindən bütün istiqamətdə atılan addımlar həm də Qarabağın işğaldan azad olunmasına hesablanmışdır. Bundan sonrakı mərhələdə isə Qarabağ Azərbaycan dövlətinin və xalqının ən güclü və effektiv inkişaf ruporuna çevriləcək.

Prezident İlham Əliyevin 18 illik rəhbərliyi dövrünə qısaca nəzər salmaq aydın göstərir ki, bu dövr Azərbaycan tarixinin inkişaf, rifah və zəfər dövrüdür. Belə ki, bu dövrdə Azərbaycan dövləti beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində özünün olduqca təsirli rolunu və yerini müəyyənləşdirdi. Prezidentin və ölkəmizin uğurlarının əsasında Ulu Öndər Heydər Əliyev ideyaları dayanır. Bu ideyalara sadiqlik, Heydər Əliyev siyasi kursunun innovativ yanaşma ilə zənginləşdirilərək davam etdirilməsi sayəsində bugünkü uğurlarımıza çatmışıq. Heydər Əliyev kimi milli liderin bütün keyfiyyətlərinə malik olan cənab İlham Əliyev də hər bir azərbaycanlının layiqli lideri və Prezidenti oldu.

Bu yerdə ümummilli lider Heydər Əliyevin tarixi kəlamı yada düşür. “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da çətindir.” Bu çətin və şərəfli missiyanı onun siyasi davamçısı Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyev qətiyyət və ləyaqətlə davam etdirir.

Ruhun şad olsun, ULU ÖNDƏR ! Amalınız, istəyiniz, vəsiyyətiniz yerinə yetirildi.

Məmməd Müsəllimov

Bakı şəhəri, Binəqədi rayon

İcra Şöbəsinin icra məmuru,

I dərəcəli ədliyyə qulluqçusu

 
  • Oxunub:  3180  |  
  • Tarix:  07-05-2021  |  
  •    Çap et   |  
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar

12 İyun 20:36
“Avro-2020”: Türkiyə millisi Bakıya gəlib
12 İyun 20:16
Ermənistanın Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritələrini təqdim etməsi Azərbaycan Prezidentinin qətiyyətli iradəsinin nəticəsidir
12 İyun 20:15
Deputat: Azərbaycanın mülki və hərbçi ermənilərə qarşı humanist davranışı Avropa Məhkəməsi tərəfindən də təqdir olunur
12 İyun 20:14
Şamil Ayrım: Qarabağ Zəfərindən sonra Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub
12 İyun 19:35
Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib
12 İyun 19:03
Prezident İlham Əliyev günəş elektrik stansiyasının tikintisi üçün imzalanmış müqaviləni təsdiqləyib
12 İyun 18:49
XİN: Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib
12 İyun 18:17
Milli Məclisin sədri Azərbaycanda səfərdə olan Böyük Britaniya nümayəndə heyəti ilə görüşüb
12 İyun 18:10
Birləşmiş Krallığın siyasi-ictimai dairələri işğaldan azad olunmuş ərazilərdəki vəziyyət barədə məlumatlandırılıb
12 İyun 17:39
Prezident İlham Əliyev: Azərbaycanın xarici siyasət kursu bütün ölkələrlə əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır
12 İyun 17:26
İyunun 12-də Azərbaycanda koronavirusa qarşı 40 min 844 doza vaksin vurulub
12 İyun 17:25
Prezident İlham Əliyev: Əgər Ermənistan sülh istəyirsə, onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır
12 İyun 17:23
KOBİA beynəlxalq forumda təmsil olunub
12 İyun 17:21
Azərbaycanda koronavirus infeksiyasından daha 204 nəfər müalicə olunaraq sağalıb
12 İyun 17:20
Prezident: 10 noyabr tarixli birgə Bəyanat Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir
12 İyun 17:17
Politoloq: Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanın tələbini rədd edən qərarı hüququn aliliyinə söykənir
12 İyun 16:32
“Zəfərin mübarək Azərbaycan” adlı sərgi açılıb
12 İyun 15:45
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Ankaraya səfəri başa çatıb
12 İyun 15:42
Siyasi ekspert: Avropa Məhkəməsinin Ermənistanın əsassız tələbini rədd etməsi bu qurumun Azərbaycanda hüququn aliliyinə olan etimadın göstəricisidir
12 İyun 15:22
Prezident İlham Əliyev on ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib
12 İyun 13:56
Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
12 İyun 12:36
NTV telekanalının aparıcısı: Beynəlxalq ictimaiyyət haqlı mübarizəsində Azərbaycanın yanında olmalıdır
12 İyun 09:50
Misirli tədqiqatçı azərbaycanlı jurnalistlərin şəhid olması ilə bağlı fikirlərini bölüşüb
12 İyun 09:48
Kraliça II Elizabet “Böyük yeddilik” ölkələrinin liderləri ilə görüşüb
12 İyun 09:43
Qoşqar Təhməzli Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə nazirinin müavini ilə görüşüb
12 İyun 09:41
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar
12 İyun 09:39
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib
12 İyun 09:38
“Sizi tanıyaq” layihəsi çərçivəsində növbəti görüş keçirilib
12 İyun 09:35
COVID-19 xəstəliyinin müalicəsindən sonrakı dövrdə sağlam həyat tərzinə riayət etmək olduqca vacibdir
12 İyun 09:33
Ermənistanda 2008-ci ildə baş vermiş hadisələr təkrarlana bilər
12 İyun 09:30
Əli Kərimlinin Paşinyan sevgisi

11 İyun 21:17
“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

11 İyun 20:47
Bakı Ali Neft Məktəbi YAP-la birgə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirdi
11 İyun 20:04
Nizami Mönsümov: 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür
11 İyun 19:56
YAP Sumqayıt şəhər təşkilatında "Qurtuluşdan – Zəfərə" adlı elmi-praktik konfrans keçirilib
11 İyun 17:46
YAP Nərimanov rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın xilas günü” mövzusunda tədbir keçirilib
11 İyun 17:37
Malik Həsənov: Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir
11 İyun 17:24
“Sağlamlıq Xəmsəsi” layihəsi çərçivəsində Füzuli Rayon Mərkəzi Xəsətxanasında görüş keçirilib
11 İyun 17:21
Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan arasında tammiqyaslı saziş imzalanacaq
11 İyun 17:20
Dövlət Komitəsində Böyük Britaniya və Avstraliyadan olan nümayəndə heyəti ilə görüş keçirilib
11 İyun 17:19
“Avro-2020”: Uels yığması Bakıda İsveçrə ilə oyundan əvvəl son məşqinə çıxıb
11 İyun 17:15
Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
11 İyun 16:58
“The Korea Post” qəzeti Kəlbəcərdə baş vermiş hadisədən yazıb
11 İyun 16:50
Prezident İlham Əliyev: Azərbaycan ilə Rusiya arasında münasibətlərin dinamik və uğurlu inkişafı xüsusi məmnunluq doğurur
11 İyun 16:40
Nazir Vilayət Eyvazov: Əminəm ki, gənc zabitlərimiz xalqa və dövlətə sədaqətlə xidmət edəcəklər
11 İyun 16:33
Rəcəb Tayyib Ərdoğan: Ərazilərin minalanması məsələsinin həllinə lazımi dəstəyi göstərəcəyik
11 İyun 16:32
YAP Qaradağ rayon təşkilatında müşavirə keçirilib
11 İyun 16:27
Əliabbas Salahzadə: Azərbaycan-Türkiyə birliyi dostluq və qardaşlıq nümunəsidir
11 İyun 16:24
Anar Məmmədov: 15 İyun Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
11 İyun 16:22
Bütün təxribat cəhdlərinə baxmayaraq, Azərbaycan öz sərhədlərini bundan sonra da möhkəmləndirəcək
11 İyun 15:50
Prezident İlham Əliyev Kralica II Elizabeti 95 illik yubileyi münasibətilə təbrik edib
11 İyun 15:48
ATƏT Parlament Assambleyası Bürosunun onlayn iclası keçirilib
11 İyun 15:40
Yeni yaradılan hərbi hissələrin modul tipli yerləşmə məntəqəsi ilə tanışlıq üçün mediatur təşkil olunub
11 İyun 15:39
İspaniya Strateji və Beynəlxalq Araşdırmalar Fondu mətbuat nümayəndələrinə qarşı hərbi cinayəti pisləyib
11 İyun 15:24
Abşeronda şəhid Asəf Nəsibovun ailəsinə mənzil verilib
11 İyun 15:23
“TURKUAZ” layihəsi çərçivəsində ölkəmizə daha bir konteyener qatarı gəlib
11 İyun 15:15
AzMİU-nun rektoru Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının medalı ilə təltif olunub
11 İyun 15:07
Kürdəmir, Ağcabədi və Tovuz “ASAN xidmət” mərkəzlərində YAP ərazi ilk partiya təşkilatları yaradılıb
11 İyun 15:02
Tomas Bax: Tokioda Olimpiya Oyunları mütləq keçiriləcək
11 İyun 14:45
Deputat Pərvin Kərimzadə: YAP-AKP münasibətlərinin dinamik şəkildə inkişafı Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir
11 İyun 14:22
Kamran Əliyev prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri ilə görüşüb
11 İyun 14:04
AVRO-2020-nin oyunları ilə əlaqədar Bakı metrosunda könüllülər fəaliyyət göstərəcək
11 İyun 14:03
Deputat: Türkiyə Azərbaycanın Qələbəsindən sonra bölgədə sülhün qorunması prosesində də yaxından iştirak edir
11 İyun 13:57
ADA Universiteti və “PAŞA Həyat” arasında əməkdaşlıq memorandumu imzalanıb
11 İyun 13:48
Sabah hava əsasən yağmursuz olacaq
11 İyun 13:40
Ali Attestasiya Komissiyası 5 elm sahəsi üzrə 7 nəfərə diplom və şəhadətnamələr təqdim edib
11 İyun 13:34
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə başsağlığı veriliblər
11 İyun 13:25
Səhiyyə nazirinin birinci müavini İİV/QİÇS üzrə BMT Baş Assambleyasının iclasında çıxış edib
11 İyun 13:16
Ukraynalı hərbi jurnalist: Mülki şəxslərin mina partlayışı nəticəsində həlak olmasının məsuliyyəti Ermənistan üzərinə düşür
11 İyun 12:26
Onlar bizə əmanət!

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA