Ana səhifə »  Xəbər lenti »  Heydər Əliyev və milli-tarixi yaddaşımızın reallıqları
A+   Yenilə  A-
Heydər Əliyev və milli-tarixi yaddaşımızın reallıqları

Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır.
Ümummilli Lider Heydər Əliyev

 

Azərbaycan xalqının müasir dövlətçilik tarixinin formalaşmasında və inkişafında böyük dövlət xadimi Heydər Əliyevin rolu və xidmətləri ölçüyəgəlməzdir. Ümummilli Lider bəşəri dəyərlər zəminində xalqın müstəqillik məfkurəsini reallığa çevirməklə müasir dövlətçilik sistemimizin mükəmməl siyasi-ideoloji, iqtisadi və mənəvi dayaqlar sistemini yaratmışdır. Bu böyük şəxsiyyət bütöv bir tarixi mərhələnin yaradıcısı və nadir ictimai-siyasi fenomen idi.
Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi xalqımızın yaddaşına möhtəşəm tərəqqiyə dönüş anı, şərəfli bir tarixin başlanğıc günü kimi həkk olunmuşdur. Təəssüflə qeyd etmək lazımdır ki, zəngin təbii sərvətlərinə, elmi-texniki potensialına baxmayaraq, ittifaq hökumətinin ögey münasibəti üzündən Azərbaycan ötən əsrin 60-cı illərində sosial-iqtisadi inkişaf parametrlərinə görə müttəfiq respublikalar arasında sonuncu yerlərdən birini tuturdu. Ölkənin sosial-iqtisadi tənəzzülü xalqın mənəvi-psixoloji durumuna da mənfi təsir göstərirdi. Azərbaycanı düşmüş olduğu ağır vəziyyətdən çıxarmaq üçün kompleks proqramların həyata keçirilməsi günün əsas tələbinə çevrilmişdi.
1969-1982-ci illərdə ölkənin sosial-iqtisadi göstəricilərinin təhlili göstərir ki, zəngin təcrübəyə, nadir istedada malik Heydər Əliyevin rəhbərliyi altında respublikada istehsalın həcmi və məhsuldarlıq sürətlə yüksəlmiş, böyük nailiyyətlər qazanılmışdır. O illərdə elmi-texniki tərəqqi sahəsində ciddi irəliləyiş baş vermiş, yeni və müasir istehsal sahələri yaradılmış, əhalinin sosial-rifahının yaxşılaşdırılması istiqamətində önəmli tədbirlər həyata keçirilmişdir.
Ulu Öndərin fədakar əməyi və xüsusi təşkilatçılıq qabiliyyəti sayəsində Azərbaycan iqtisadi inkişaf dinamikasına görə digər müttəfiq respublikaları ötərək ön sıraya keçmişdir. Heydər Əliyev Kremldəki yüksək nüfuzundan istifadə edərək respublikanın xalq təsərrüfatının inkişafını təmin etmək üçün Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin mühüm qərarlarının qəbul edilməsinə nail olmuşdur.
Tarix öz yaddaşında hakimiyyət əldə etmək, fərdi ambisiyalarına yetmək üçün çalışanları deyil, xalqın azadlığı, dövlətin müstəqilliyi, ölkənin tərəqqisi uğrunda mübarizə aparan siyasi xadimləri saxlayır. Ulu Öndər Heydər Əliyev də Öz xalqının, Vətəninin müqəddəratının həll olunduğu çox çətin mübarizələrdən, ağır sınaqlardan şərəflə çıxmış, Öz adını Corc Vaşinqton, Mustafa Kamal Atatürk, general Şar de Qoll, Konrad Adenauer kimi dünya tarixinə qızıl hərflərlə həkk etmişdir. Geniş dünyagörüşü, unikal təfəkkürü, dəmir məntiq, böyük əməksevərlik, obyektivlik, xalqına sonsuz məhəbbət Onun fenomenal şəxsiyyətini xarakterizə edən əsas keyfiyyətlər idi. Yaşadığı dövrdə baş verən hadisələrin, proseslərin zaman keçdikcə nə ilə nəticələnəcəyini yaxşı dərk edən Heydər Əliyev gələcək müstəqil dövlətin iqtisadi, sosial bazasının, kadr potensialının yaradılmasına da uzaqgörənliklə qayğı göstərir, əlverişli zəmin formalaşdırırdı. Xalqımızın böyük oğlu istisnasız olaraq Öz həyatını Azərbaycana həsr etmişdi. Böyük bir inamla deyə bilərik ki, Azərbaycanın müstəqil dövlət quruculuğuna hesablanmış şərəfli yol Ulu Öndərin ölkəmizə birinci rəhbərliyi dövründən başlamışdır.
Bu həqiqəti biz 1991-ci ildən sonra daha aydın dərk etməyə başladıq. SSRİ dağılandan sonra Azərbaycana həmin dövrdən böyük bir infrastruktur miras qalmışdı. Başqa sözlə, Azərbaycan keçmiş ittifaqda özünü müstəqil olaraq dolandıra biləcək üç respublikadan biri idi.
Azərbaycan öz müstəqilliyini 1991-ci il oktyabrın 18-də elan etsə də, o vaxtlar ölkədə hakimiyyətdə olan Mütəllibov güruhunun, daha sonra AXC-”Müsavat” cütlüyünün fərasətsiz idarəçiliyi üzündən yaranmış dərin siyasi, iqtisadi və hərbi böhran nəticəsində Azərbaycan dövlətçiliyi itirilmək təhlükəsi ilə üzləşmişdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev mürəkkəb və ziddiyyətlərlə dolu olan tarixi prosesləri düzgün qiymətləndirərək, geosiyasi dəyişikliklərin gedişini xalqın maraqları çərçivəsinə yönəltdi, praqmatik və rasional tədbirlər həyata keçirdi. Qısa müddətdə ölkədə sabitlik bərpa olundu, cəbhədə Ermənistanın hərbi təcavüzünün qarşısı alındı, atəşkəs əldə edildi, irimiqyaslı islahatlara başlanıldı, milli və etnik zəmində qarşıdurma aradan qaldırıldı.
1993-cü ilin oktyabrında Azərbaycanda ilk demokratik, azad və ədalətli prezident seçkiləri keçirildi. Bu seçkinin keçirilməsi üçün tam demokratik şərait yaradılması, seçicilərin böyük mütəşəkkillik və fəallıqla səsvermə prosesində iştirak etməsi ölkədə sabitliyin davamlı xarakter almasına müsbət təsir göstərdi.
1994-cü il mayın 12-də Ermənistanla atəşkəs haqqında razılaşma imzalanması düşmənin və onun xarici havadarlarının planlarını alt-üst etdi. Böyük dövlət xadimi Heydər Əliyev atəşkəsə nail olmaqla müharibənin Azərbaycana gətirəcəyi faciələrin, məhrumiyyətlərin, təxribatların, ağır itkilərin, sosial-psixoloji gərginliyin qarşısını aldı və ölkənin gələcək inkişafı üçün zaman qazandı.
İctimai-siyasi müstəvidə sabitləşmə dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkədə demokratik, hüquqi dövlət quruculuğunun genişləndirilməsi üçün real zəmin yaratdı. Ulu Öndər ölkənin milli inkişaf strategiyasını müəyyənləşdirərək demokratik, hüquqi dövlət quruculuğu istiqamətində mühüm və zəruri addımlar atmağa başladı.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda hüquqi dövlət quruculuğunun etibarlı qanunvericilik bazasının yaradılmasına xüsusi önəm verirdi. Lakin totalitar sovet rejimindən miras qalan hüquq sistemi insan hüquq və azadlıqlarının müdafiəsinə, qanunun aliliyinin təmin olunmasına, demokratik, azad vətəndaş cəmiyyətinin qurulmasına imkan vermirdi. Bu səbəbdən də mütərəqqi və demokratik dəyərlərə əsaslanan yeni qanunvericilik bazasının yaradılması, müasir dünya standartlarına cavab verən hüquq və məhkəmə sisteminin qurulması zəruri idi. Ölkənin siyasi həyatında hər bir fərdin iştirakını təmin etmək üçün demokratiya, humanizm, insan hüquqları, siyasi və iqtisadi azadlıqlar kimi fundamental bəşəri dəyərlərə geniş meydan verilməsi mühüm vəzifəyə çevrilmişdi. Demokratik cəmiyyətlərdə olduğu kimi, hakimiyyətin obyektləri və subyektləri xalqın simasında cəmləşməli idi.
Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq 1995-ci il noyabrın 12-də referendum yolu ilə demokratik dəyərləri özündə ehtiva edən Azərbaycan Konstitusiyası qəbul olundu. Heydər Əliyevin Sədrliyi ilə Dövlət Konstitusiya Komissiyası tərəfindən hazırlanmış Əsas Qanun Azərbaycanda hüquqi dövlət və azad vətəndaş cəmiyyəti quruculuğu, hakimiyyətin demokratik meyarlar əsasında bölgüsü, qanunun aliliyinin, insan hüquqlarının qorunması, söz, fikir, mətbuat azadlığının, siyasi plüralizm və çoxpartiyalılığın, demokratik seçki və bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması üçün real şərait yaratdı. Ulu Öndər Konstitusiyanın qəbulunun dövlət quruculuğu baxımından əhəmiyyətini çox yüksək dəyərləndirərək demişdir: “Əminəm ki, Azərbaycanın ilk demokratik Konstitusiyası xalqımızın demokratiya, milli dövlətçilik yolu ilə getməsini təmin edəcək və gələcək nəsillərə sivilizasiyalı, yüksəksəviyyəli, dünya demokratiyasında özünəməxsus yer tutan müstəqil Azərbaycan dövləti miras qoyacağıq”.
Azərbaycanın beynəlxalq və regional təşkilatlarda təmsil olunmasına, dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu faydalı əməkdaşlıq əlaqələri, tərəfdaşlıq münasibətləri qurulmasına xüsusi önəm verən Heydər Əliyev enerji amilini xarici siyasətin mühüm təsir mexanizminə çevirməklə ölkəmizin təhlükəsizliyini dünyanın təhlükəsizlik sistemi ilə qırılmaz tellərlə əlaqələndirirdi. Çünki ölkənin müstəqilliyini möhkəmləndirmək, ərazi bütövlüyünü təmin etmək, iqtisadiyyatımızın dünya iqtisadi sisteminə inteqrasiyasına nail olmaq üçün, hər şeydən əvvəl, Azərbaycanın beynəlxalq təhlükəsizlik sistemində yerini müəyyənləşdirmək və bütün mövcud imkanlardan istifadə etməklə mövqeyimizi möhkəmləndirmək lazım idi.
Bizim neft strategiyamızda zəngin neft və qaz ehtiyatlarının genişmiqyaslı istismarına xarici investisiyaların cəlb edilməsi, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında xarici neft şirkətləri ilə bağlanmış “Əsrin müqaviləsi” mühüm yer tutur. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış bu müqavilədən sonra həyata keçirilməyə başlayan neft strategiyası sayəsində dünya dövlətlərinin Azərbaycana marağı daha da artdı, ölkəmizin beynəlxalq mövqeləri möhkəmləndi, iqtisadi əlaqələrimiz genişləndi. Neft strategiyasının reallaşdırıldığı ilk illərdə Bakı-Novorossiysk, Bakı-Supsa boru kəmərləri yenidən quruldu, daha sonra yeni neft və qaz ixrac kəmərləri inşa olundu. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərlərinin istifadəyə verilməsi sayəsində neftin və qazın ixracının artması Azərbaycanın yeni neft strategiyasının böyük uğuru və qələbəsi kimi dəyərləndirilməlidir.
Azərbaycana daxil olan böyük neft gəlirlərinin toplanması və şəffaflıq şəraitində səmərəli istifadəsinin təmin edilməsi məqsədilə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1999-cu ildə Dövlət Neft Fondu yaradıldı. Bununla da neft sərvətlərinin nəsillər arasında ədalətli bölgüsünə, ölkədə mühüm investisiya, o cümlədən infrastruktur və regional layihələrin maliyyələşdirilməsinə əlverişli şərait və aşkarlıq mühiti yarandı.
İlkin hesablamalara görə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neft ehtiyatları 511 milyon ton müəyyən edilmiş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə, bu rəqəm 1 milyard 72 milyon tona yüksəlmişdir. Yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları təşkil edirdi. Bu müqavilə dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dan çox sazişin imzalanmasına yol açdı.
“Əsrin müqaviləsi” karbohidrogen ehtiyatlarının miqdarına və qoyulan sərmayələrin həcminə görə dünya miqyasında ən iri sazişlər siyahısına daxildir. Bu müqavilənin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən Ümummilli Lider Heydər Əliyev demişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq bir ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq”.
Sonrakı hadisələr Heydər Əliyevin nə qədər uzaqgörən şəxsiyyət və müdrik dövlət xadimi olduğunu bir daha təsdiqlədi. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafına 64 milyard ABŞ dolları həcmində sərmayə qoyuldu. Bu sərmayənin 57,6 milyard dolları dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına sərf olundu. 1997-ci ildə “Çıraq” yatağından neft hasilatına başlandı. 1999-cu ildə isə Azərbaycanın mənfəət nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına yola salındı.
Azərbaycan dünya bazarında artıq təkcə neftin və qazın ixracatçısı kimi deyil, həm də neft və neft-kimya sənayesi məhsullarının istehsalçısı kimi layiqli yer tutur. Bu məhsulların istehsalına ötən əsrin 70-80-ci illərində Ulu Öndərin rəhbərliyi və təşkilatçılığı ilə yaradılmış mövcud emal və neft-kimya müəssisələri imkan yaratmışdır.
“Əsrin müqaviləsi”nin imzalandığı dövrün iqtisadi-siyasi mənzərəsini, reallıqlarını incəliklərinə qədər bilən, bu prosesdə fəal iştirak edən, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan cənab İlham Əliyev bu müqavilənin ölkəmizin həyatında rolunu və önəmini yüksək dəyərləndirmişdir: “Əsrin müqaviləsi”nin Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat, demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz, demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı bölgədə birmənalı qarşılanmırdı. “Əsrin müqaviləsi”nin imzalanması böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola bilmişik”.
2017-ci il sentyabrın 14-də Bakıda “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin işlənməsi və hasilatın pay bölgüsü haqqında yenidən tərtib olunmuş Saziş imzalandı və yataqların işlənməsi müddəti 2050-ci ilə qədər uzadıldı. Yeni Sazişdə Azərbaycana çatacaq mənfəət neftinin həcmi 75 faiz nəzərdə tutulur.
Ümummilli Lider Heydər Əliyev böyük dövlətlərin, müxtəlif qruplaşmaların təsir və təzyiqlərinə baxmadan müstəqil və ardıcıl siyasət yeritməkdə Azərbaycanın geosiyasi müstəvidə strateji maraqlarının təmin olunmasına çalışır, eyni zamanda, tarixi şəraitə uyğun olaraq, xarici siyasət kursunu dəyişən geosiyasi mühitdə gələcək strateji müttəfiqləri müəyyənləşdirirdi. Xarici siyasətin ardıcıl və sistemli aparılması Azərbaycan diplomatiyasının uğurlarını getdikcə artırır, çoxtərəfli və ikitərəfli formatda əməkdaşlıq imkanlarını genişləndirirdi.
Ulu Öndər Heydər Əliyev yaxşı bilirdi ki, müasir dünyada demokratikləşmə xəttini müdafiə etməyən, yaxud insan və vətəndaş hüquq və azadlıqlarına dəyər verməyən dövlətin ciddi nüfuz qazanmasından, geniş coğrafi məkanda cərəyan edən hadisələrə, proseslərə təsiretmə imkanlarından bəhs etmək mümkün deyildir. Bu səbəbdən də Azərbaycan dünyanın fövqəlgüc mərkəzlərinin regiondakı maraqlarını optimal çərçivədə uzlaşdırmaqla ayrı-ayrı dövlətlərlə bərabərhüquqlu tərəfdaşa çevrilmək yolunu tutur, beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıq əlaqələri qurur, milli mənafelərimizi yüksək səviyyədə müdafiə edirdi.
Ümummilli Lider bu reallıqdan çıxış edərək BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İKT, MDB, GUAM, QİƏT, İƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə böyük diqqət yetirir, əzmkarlıq nümayiş etdirirdi.
Dünyanın aparıcı dövlətlərinin təcrübəsi göstərir ki, müasir dövrdə beynəlxalq birliyə inteqrasiya etmədən, dünya ölkələri arasında layiqli yer tutmadan milli maraqların təmin olunması qeyri-mümkündür. Buna görə də Ulu Öndər Azərbaycanın etibarlı tərəfdaş imici qazanmasına böyük səy göstərir, strateji tərəfdaşlarımızın sayının artmasına çalışır, qlobal güc mərkəzləri ilə əlaqələrin genişləndirilməsini mühüm vəzifə kimi ön plana çəkirdi. Ölkəmizin geosiyasi cəhətdən olduqca həssas bölgədə yerləşməsi dünya nizamını müəyyənləşdirən böyük dövlətlərin Azərbaycandakı maraqlarının məharətlə tarazlaşdırılmasını tələb edirdi. Sürətlə dəyişən qlobal proseslər nəzərə alınmadan hadisələrin dərin qatlarına nüfuz etmək, düşüncəni nəticələrdən səbəblərin dərk olunmasına istiqamətləndirmək müşkül işə çevrilərdi. Müstəqillik qazanmış gənc ölkədə tarixin sınağına çəkiləcək dövlətçiliyin möhkəmləndirilməsi, onun müasir dünyada tüğyan edən siyasi təlatümlərdən qorunması, radikal transformasiyalar fonunda respublikanın sosial-iqtisadi qüdrət sahibi olmasını təmin etmək vəzifəsi Heydər Əliyevin Liderlik missiyasının əzəmətini daha da artırırdı.
Tarixi dönüş məqamında xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər müxtəlif istiqamətlərdən daxili və xarici təzyiqlərlə, işğal və müharibə faktorları ilə üzləşsə də, ruhdan düşmür, insani qüvvə xaricində olan bir fədakarlıqla mübarizə aparırdı.
Heydər Əliyevi realist, praqmatik lider kimi səciyyələndirən mənəvi-siyasi, elmi-intellektual keyfiyyətlərin zənginliyi Ona ağılın və intellektin gücü ilə taleyüklü məqamlarda istisnasız olaraq düzgün qərar qəbul etmək qabiliyyəti vermişdi. Ulu Öndərin möhtəşəm tarixi qayıdışını zəruri edən nəzəri-ideoloji əsaslar da məhz güclü şəxsiyyət, həqiqi lider imicinə dayaqlanırdı.
Cənubi Qafqaz regionunda sabitləşdirici rol oynayan, demokratik dəyərlərin həyatın bütün sahələrində bərqərar olmasına xüsusi önəm verən Azərbaycan dövləti Avropa ilə Asiyanı daha sıx bağlayan nəhəng iqtisadi layihələrin təşəbbüsçüsü və təşkilatçısı kimi artıq böyük uğurlar qazanıb. Ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən qlobal məsələlərin həllinə təsir gücünə malik olan böyük dövlətlərin diqqətini cəlb etmək, onlarla strateji tərəfdaşlıq əlaqələri yaratmaq xarici siyasətimizin ciddi uğuru kimi dəyərləndirilməlidir. ABŞ və Avropa dövlətlərinin Cənubi Qafqaz, Xəzər hövzəsi, Mərkəzi Asiya ilə bağlı çox mühüm layihələrində Azərbaycan əlaqələndirici, etibarlı tərəfdaş imici qazanıb.
Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, demokratik institutların inkişafına dəstək, iqtisadi əməkdaşlıq, sərmayələrin təşviqi kimi proseslərdə çərçivə bazası rolunu oynadı.
Şərq Tərəfdaşlığı və Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçılarının, Avropa Komissiyası və Avropa İttifaqı Şurasının rəhbərlərinin, Avropa Parlamentinin, Aİ-nin digər strukturlarının yüksək vəzifəli rəsmilərinin iştirakı ilə keçirilən Riqa Zirvə görüşündən sonra Avropa İttifaqı - Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Azərbaycan dövlətinin israrlı mövqeyi nəticəsində Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəzləyəcək yeni ikitərəfli sazişin hazırlanmasına razılıq verildi və bununla da Avropa İttifaqı ilə Azərbaycan arasında bərabərhüquqlu əməkdaşlığın möhkəm təməli qoyuldu.
Azərbaycan xalqı xoşbəxtdir ki, Ulu Öndərin əsasını qoyduğu müstəqil dövlətə bu gün Onun layiqli siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev rəhbərlik edir, Onun ideyalarını qətiyyətlə, yaradıcılıqla həyata keçirir. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk deyirdi ki, tarix yazmaq, tarix yaratmaq kimi çətin və məsuliyyətli vəzifədir. Xoşbəxtik ki, Uca Tanrı bizə ideya və əməlləri ilə təkcə dünənin, bu günün deyil, həm də sabahın tarixini yazan, yaradan iki böyük siyasi lider bəxş edib. Onların ən böyük güc mənbəyi mənsub olduqları xalqın dəstəyi, ən güclü silahları zəka və intellektdir.
Ulu Öndər Heydər Əliyev və cənab İlham Əliyev yeni tipli dövlət xadimi obrazının parlaq rəmzləri kimi xalqın passionar enerjisini, ölkənin bütün potensialını rasional idarəetmə yolu ilə vahid məcraya yönəldərək milli dövlətçilik maraqlarımızı, arzularımızı gerçəkləşdirdilər, həm tarix yazdılar, həm də tarix yaratdılar. Çağdaş tariximizin böyük bir mərhələsi zaman və məkan hüdudlarına sığmayan bu nəhəng siyasi liderlərin, fenomen şəxsiyyətlərin - Ümummilli Lider Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır.
Dünyanın siyasi elitasının cəmləşdiyi nüfuzlu forumlarda, siyasi diskussiyalarda onların məntiqinə, siyasi düşüncəsinə, yüksək intellektinə, qeyri-adi yaddaşına, müdrikliyinə həmişə heyran qalmışlar. Bütün bunlar tarixə çevrilən həqiqətlərdir.
Prezident İlham Əliyevin fəaliyyətinin təhlili göstərir ki, O, Ulu Öndərin ideyalarını XXI əsrin çağırışlarına, baş verən qlobal proseslərin, zamanın ruhuna uyğun olaraq, yaradıcılıqla inkişaf etdirən böyük dövlət xadimidir. Dövlət başçısının özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, torpaqlarımızın işğaldan azad olunması istiqamətində göstərdiyi rəşadət və əzmkarlıq Ona böyük xalq məhəbbəti qazandırmışdır.
Sentyabrın 27-də başlayan Vətən müharibəsi noyabrın 10-da Qələbə ilə başa çatdı. Qəhrəman Azərbaycan Ordusu 44 gün davam edən hərbi əməliyyatlar zamanı Ermənistan ordusunun məğlubedilməzliyi haqqında mifləri darmadağın etdi, döyüş cəbhəsində böyük zəfərə imza atdı. Düşmənin ağ bayraq qaldırmaqdan, kapitulyasiya aktına imza atmaqdan başqa yolu qalmadı. Ermənistanın müdafiə naziri David Tonoyanın Qələbəmizin möhtəşəmliyinə dəlalət edən etirafına diqqət yetirək: “Biz çox böyük bir qüvvəyə - super silahlı Azərbaycan Ordusuna qarşı vuruşmuşuq. Məndən “siz niyə silahlanmadınız?” - deyə soruşa bilərsiniz. Biz də silahlı idik, ancaq kəmiyyət və resurslar baxımından imkanlar qeyri-mütənasib idi”.
Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev, Vladimir Putin və Ermənistanın baş naziri hərbi əməliyyatların dayandırılması haqqında Bəyanat imzaladılar. Bəyanat imzalandıqdan sonra Prezident İlham Əliyev xalqımıza müraciət etdi: “Biz qalib gəldik. Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaqdır”.
BMT-nin, nüfuzlu beynəlxalq təşkilatların qətnamələrinin kağız üzərində qalmasına, havadarlarının işğalçı Ermənistanı daim silahlandırmasına, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə və imitasiyalarına baxmayaraq geosiyasi mübarizə prosesində zaman Azərbaycanın xeyrinə işləyirdi. Diplomatik-siyasi mübarizə müstəvisində reallığı təhlil edən Ulu Öndər Heydər Əliyev deyirdi ki, diplomatiya döyüş meydanı deyil, burada siyasətçilər təvazökarlıq, səbir, iradə və əzm göstərməklə istədiklərinə nail olurlar. Müdrik kəlamdır. Zaman yetişdi və Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin polad iradəsi, sarsılmaz qətiyyəti, müzəffər Ordumuzun qüdrəti, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın monolit birliyi sayəsində Azərbaycan misilsiz bir Zəfər qazandı.
Həsən HƏSƏNOV
“Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist,
YAP Təftiş Komissiyasının üzvü

 
  • Oxunub:  4170  |  
  • Tarix:  07-05-2021  |  
  •    Çap et   |  
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar

12 İyun 20:36
“Avro-2020”: Türkiyə millisi Bakıya gəlib
12 İyun 20:16
Ermənistanın Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritələrini təqdim etməsi Azərbaycan Prezidentinin qətiyyətli iradəsinin nəticəsidir
12 İyun 20:15
Deputat: Azərbaycanın mülki və hərbçi ermənilərə qarşı humanist davranışı Avropa Məhkəməsi tərəfindən də təqdir olunur
12 İyun 20:14
Şamil Ayrım: Qarabağ Zəfərindən sonra Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub
12 İyun 19:35
Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib
12 İyun 19:03
Prezident İlham Əliyev günəş elektrik stansiyasının tikintisi üçün imzalanmış müqaviləni təsdiqləyib
12 İyun 18:49
XİN: Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib
12 İyun 18:17
Milli Məclisin sədri Azərbaycanda səfərdə olan Böyük Britaniya nümayəndə heyəti ilə görüşüb
12 İyun 18:10
Birləşmiş Krallığın siyasi-ictimai dairələri işğaldan azad olunmuş ərazilərdəki vəziyyət barədə məlumatlandırılıb
12 İyun 17:39
Prezident İlham Əliyev: Azərbaycanın xarici siyasət kursu bütün ölkələrlə əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır
12 İyun 17:26
İyunun 12-də Azərbaycanda koronavirusa qarşı 40 min 844 doza vaksin vurulub
12 İyun 17:25
Prezident İlham Əliyev: Əgər Ermənistan sülh istəyirsə, onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır
12 İyun 17:23
KOBİA beynəlxalq forumda təmsil olunub
12 İyun 17:21
Azərbaycanda koronavirus infeksiyasından daha 204 nəfər müalicə olunaraq sağalıb
12 İyun 17:20
Prezident: 10 noyabr tarixli birgə Bəyanat Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir
12 İyun 17:17
Politoloq: Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanın tələbini rədd edən qərarı hüququn aliliyinə söykənir
12 İyun 16:32
“Zəfərin mübarək Azərbaycan” adlı sərgi açılıb
12 İyun 15:45
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Ankaraya səfəri başa çatıb
12 İyun 15:42
Siyasi ekspert: Avropa Məhkəməsinin Ermənistanın əsassız tələbini rədd etməsi bu qurumun Azərbaycanda hüququn aliliyinə olan etimadın göstəricisidir
12 İyun 15:22
Prezident İlham Əliyev on ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib
12 İyun 13:56
Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
12 İyun 12:36
NTV telekanalının aparıcısı: Beynəlxalq ictimaiyyət haqlı mübarizəsində Azərbaycanın yanında olmalıdır
12 İyun 09:50
Misirli tədqiqatçı azərbaycanlı jurnalistlərin şəhid olması ilə bağlı fikirlərini bölüşüb
12 İyun 09:48
Kraliça II Elizabet “Böyük yeddilik” ölkələrinin liderləri ilə görüşüb
12 İyun 09:43
Qoşqar Təhməzli Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə nazirinin müavini ilə görüşüb
12 İyun 09:41
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar
12 İyun 09:39
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib
12 İyun 09:38
“Sizi tanıyaq” layihəsi çərçivəsində növbəti görüş keçirilib
12 İyun 09:35
COVID-19 xəstəliyinin müalicəsindən sonrakı dövrdə sağlam həyat tərzinə riayət etmək olduqca vacibdir
12 İyun 09:33
Ermənistanda 2008-ci ildə baş vermiş hadisələr təkrarlana bilər
12 İyun 09:30
Əli Kərimlinin Paşinyan sevgisi

11 İyun 21:17
“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

11 İyun 20:47
Bakı Ali Neft Məktəbi YAP-la birgə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirdi
11 İyun 20:04
Nizami Mönsümov: 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür
11 İyun 19:56
YAP Sumqayıt şəhər təşkilatında "Qurtuluşdan – Zəfərə" adlı elmi-praktik konfrans keçirilib
11 İyun 17:46
YAP Nərimanov rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın xilas günü” mövzusunda tədbir keçirilib
11 İyun 17:37
Malik Həsənov: Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir
11 İyun 17:24
“Sağlamlıq Xəmsəsi” layihəsi çərçivəsində Füzuli Rayon Mərkəzi Xəsətxanasında görüş keçirilib
11 İyun 17:21
Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan arasında tammiqyaslı saziş imzalanacaq
11 İyun 17:20
Dövlət Komitəsində Böyük Britaniya və Avstraliyadan olan nümayəndə heyəti ilə görüş keçirilib
11 İyun 17:19
“Avro-2020”: Uels yığması Bakıda İsveçrə ilə oyundan əvvəl son məşqinə çıxıb
11 İyun 17:15
Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
11 İyun 16:58
“The Korea Post” qəzeti Kəlbəcərdə baş vermiş hadisədən yazıb
11 İyun 16:50
Prezident İlham Əliyev: Azərbaycan ilə Rusiya arasında münasibətlərin dinamik və uğurlu inkişafı xüsusi məmnunluq doğurur
11 İyun 16:40
Nazir Vilayət Eyvazov: Əminəm ki, gənc zabitlərimiz xalqa və dövlətə sədaqətlə xidmət edəcəklər
11 İyun 16:33
Rəcəb Tayyib Ərdoğan: Ərazilərin minalanması məsələsinin həllinə lazımi dəstəyi göstərəcəyik
11 İyun 16:32
YAP Qaradağ rayon təşkilatında müşavirə keçirilib
11 İyun 16:27
Əliabbas Salahzadə: Azərbaycan-Türkiyə birliyi dostluq və qardaşlıq nümunəsidir
11 İyun 16:24
Anar Məmmədov: 15 İyun Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
11 İyun 16:22
Bütün təxribat cəhdlərinə baxmayaraq, Azərbaycan öz sərhədlərini bundan sonra da möhkəmləndirəcək
11 İyun 15:50
Prezident İlham Əliyev Kralica II Elizabeti 95 illik yubileyi münasibətilə təbrik edib
11 İyun 15:48
ATƏT Parlament Assambleyası Bürosunun onlayn iclası keçirilib
11 İyun 15:40
Yeni yaradılan hərbi hissələrin modul tipli yerləşmə məntəqəsi ilə tanışlıq üçün mediatur təşkil olunub
11 İyun 15:39
İspaniya Strateji və Beynəlxalq Araşdırmalar Fondu mətbuat nümayəndələrinə qarşı hərbi cinayəti pisləyib
11 İyun 15:24
Abşeronda şəhid Asəf Nəsibovun ailəsinə mənzil verilib
11 İyun 15:23
“TURKUAZ” layihəsi çərçivəsində ölkəmizə daha bir konteyener qatarı gəlib
11 İyun 15:15
AzMİU-nun rektoru Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının medalı ilə təltif olunub
11 İyun 15:07
Kürdəmir, Ağcabədi və Tovuz “ASAN xidmət” mərkəzlərində YAP ərazi ilk partiya təşkilatları yaradılıb
11 İyun 15:02
Tomas Bax: Tokioda Olimpiya Oyunları mütləq keçiriləcək
11 İyun 14:45
Deputat Pərvin Kərimzadə: YAP-AKP münasibətlərinin dinamik şəkildə inkişafı Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir
11 İyun 14:22
Kamran Əliyev prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri ilə görüşüb
11 İyun 14:04
AVRO-2020-nin oyunları ilə əlaqədar Bakı metrosunda könüllülər fəaliyyət göstərəcək
11 İyun 14:03
Deputat: Türkiyə Azərbaycanın Qələbəsindən sonra bölgədə sülhün qorunması prosesində də yaxından iştirak edir
11 İyun 13:57
ADA Universiteti və “PAŞA Həyat” arasında əməkdaşlıq memorandumu imzalanıb
11 İyun 13:48
Sabah hava əsasən yağmursuz olacaq
11 İyun 13:40
Ali Attestasiya Komissiyası 5 elm sahəsi üzrə 7 nəfərə diplom və şəhadətnamələr təqdim edib
11 İyun 13:34
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə başsağlığı veriliblər
11 İyun 13:25
Səhiyyə nazirinin birinci müavini İİV/QİÇS üzrə BMT Baş Assambleyasının iclasında çıxış edib
11 İyun 13:16
Ukraynalı hərbi jurnalist: Mülki şəxslərin mina partlayışı nəticəsində həlak olmasının məsuliyyəti Ermənistan üzərinə düşür
11 İyun 12:26
Onlar bizə əmanət!

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA