Ana səhifə »  Xəbər lenti »  Azərbaycan ombudsmanı Ermənistan ombudsmanının regionda sülhə zərbə vuran fəaliyyəti haqqında Mişel Başele və Dunya Miyatoviçə məktub ünvanlayıb
A+   Yenilə  A-
Azərbaycan ombudsmanı Ermənistan ombudsmanının regionda sülhə zərbə vuran fəaliyyəti haqqında Mişel Başele və Dunya Miyatoviçə məktub ünvanlayıb

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistan ombudsmanının regionda sülh quruculuğuna zərbə olan fəaliyyəti haqqında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başele və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçə məktub ünvanlayıb.

AZƏRTAC məktubu təqdim edir:

“Ermənistan ilə Azərbaycan arasında mövcud olmuş münaqişənin başa çatmasına baxmayaraq, Ermənistan hərbi-siyasi hakimiyyətinin təsiri və təzyiqi ilə azərbaycanlılara qarşı aqressiya və dözümsüzlüyü təbliğ edən bəyanat və ifadələrin kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə davamlı olaraq təbliğ olunur. Regionda insan hüquq və azadlıqlarını ciddi təhdid edən bu vəziyyət ölkə ombudsmanı olaraq məni dərindən narahat edir.

Sizin də bildiyiniz kimi, BMT tərəfindən qəbul edilmiş universal prinsiplər olan “Paris Prinsipləri” Milli İnsan Hüquqları İnstitutlarını müstəqil və qərəzsiz fəaliyyət göstərməyə çağırır. Ölkədə fəaliyyət göstərən Milli İnsan Hüquqları İnstitutu olaraq təsisatımız Paris Prinsiplərinin tələblərinə uyğun olaraq, müstəqil şəkildə və hər hansı bir ayrı-seçkiliyə yol vermədən insan hüquq və azadlıqlarını müdafiə etməkdədir.

Biz münaqişə dövründə bir çox faktaraşdırıcı missiyalar həyata keçirmiş, Ermənistan ordusu tərəfindən hərbi hücumlara məruz qalan mülki yaşayış yerlərində araşdırmalar aparmış, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının tələblərinin pozulması faktlarına dair xüsusi hesabatlar hazırlayaraq aidiyyəti beynəlxalq insan hüquqları qurumlarına ünvanlamışıq.

Eyni zamanda, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında hər hansı bir ayrı-seçkiliyə yol vermədən erməni hərbi əsirlərlə rəftar və onların saxlanma şəraiti monitorinq olunmuşdur.

Başçəkmə zamanı hərbi əsirlər ombudsman tərəfindən fərdi qaydada qəbul olunmuş, onlara hüquqları və müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunmuş, Mili Preventiv Qrupun həkim üzvünün iştirakı ilə müayinə olunmuşlar.

Biz çox istərdik ki, Ermənistan ombudsmanı da iki millət arasında nifrət hissini artıran bəyanatlar vermək yerinə Ermənistan hərbi-siyasi hakimiyyətinin azərbaycanlılara qarşı aqressiya və dözümsüzlüyü təbliğ edən çıxış və bəyanatlarını araşdırsın, sülhün bərqərar olmasına öz töhfəsini vermiş olsun.

Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, istər münaqişə dövründə, istərsə də münaqişədən sonra Ermənistan ombudsmanın bu istiqamətdə heç bir fəaliyyətinə rast gəlməmişik, əksinə siyasi məqsədlərə xidmət edən fəaliyyətin şahidi olmuşuq.

Müasir dövrdə post-müharibə dövründə gələcəkdə iki xalq arasında yaranacaq əməkdaşlıq və regionda sabit sülh şəraiti barəsində müzakirələr aparılması gözlənildiyi halda Ermənistan parlamentinin üzvləri və müxtəlif qurum rəhbərləri Azərbaycana və onun vətəndaşlarına qarşı etnik cəhətdən dözümsüzlüyü ifadə edən müxtəlif bəyənatlar səsləndirirlər.

Müharibə dövründə Azərbaycanın Mingəçevir elektrik stansiyasının vurulması ilə bağlı çağırışlar edən deputat Naira Zohrabyan, o cümlədən Azərbaycan Milli Məclisinin deputatı Tural Gəncəliyevi “Twitter” sosial şəbəkəsində təhdid edən Lilit Gyozalyan həmin nifrət siyasətinin davamçılarındandır.

Belə ki, daim azərbaycanlılara qarşı irqi çıxışlar edən Robert Köçəryan 16 yanvar 2003-cü il tarixində Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında çıxışı zamanı azərbaycanlıların və ermənilərin “etnik və genetik baxımdan uyğunsuz olmaları” kimi irqçi fikirlər söyləmiş və Qarabağdakı erməni əhalisinin Azərbaycan dövləti daxilində yaşamasının mümkün olmadığını açıqlamışdı. Bu hadisədən sonra – yanvarın 30-da Strasburqda Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sualına cavab verən R.Köçəryan demişdi: “Bəli, mən əslən Dağlıq Qarabağdanam. Bəli, mən döyüş əməliyyatlarında iştirak etdiyim və bu gün nail olduğumuz nəticələr üçün fəxr edirəm”.

Birinci Qarabağ müharibəsi dövründə şəxsən iştirak etmiş və erməni gənclərlə görüşlərində daim fəxr hissi ilə bu hadisələrdən danışan Ermənistanın sabiq prezidenti Serj Sarkisyan “Xocalıdan qabaq azərbaycanlılar elə fikirləşirdilər ki, onlarla zarafat edirik. Onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik” və “Biz öz missiyamızı yerinə yetirdik Qarabağı düşmənlərdən azad etdik. İndi isə növbə sizindir”. kimi münaqişəni alovlandıran nitqlərdən istifadə edərək gələcək nəsillərə öz nifrət siyasətini təlqin edib.

İnformasiya texnologiyalarının imkanlarından istifadə etməklə qatı şəkildə anti-Azərbaycan siyasətinin aparılması, azərbaycanlılara qarşı nifrət nitqi, Ermənistan cəmiyyətində azərbaycanofobiyanın yaradılması düşmənçiliyin yenidən təşəkkül tapmasına, yeni cinayətlərin törədilməsinə zəmin yaradan amillərdəndir.

Təəssüf hissi ilə qeyd edilməlidir ki, bu kimi siyasət ancaq iki ölkədə deyil, həm də bütün regionda insan hüquqlarına, sülhün və təhlükəsizliyin təmininə təhlükə yaradır.

Beynəlxalq müstəvidə tanınan tarixi torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycan münaqişə səhifəsini birdəfəlik qapatmağa və Ermənistanı bölgədə sülhü və təhlükəsizliyi bərqərar etmək üçün regional əməkdaşlığa qoşulmağa çağırır.

Təəssüf ki, Ermənistanın hərbi-siyasi hakimiyyəti bu əməkdaşlıq çağırışlarına reaksiya verməyərək beynəlxalq miqyasda Azərbaycana qarşı nifrət hissini gücləndirən təbliğat aparmaqda israrlıdır.

Mən insan hüquqları üzrə komissar olaraq, sizə müraciət edərək xahiş edirəm ki, Ermənistan ombudsmanına, fəal vətəndaş cəmiyyəti institutlarına milli ədavəti qızışdıran, iki millət arasında nifrət hissini artıran bəyanatlara artıq son qoymaq, əksinə, insan hüquqlarının etibarlı şəkildə müdafiəsinə xidmət edən, sülh şəraitində birgə yaşayışın yenidən bərpa edilməsinə yönələn fəaliyyət göstərmələri üçün çağırış edəsiniz. Sözsüz ki, bu ancaq Azərbaycan və Ermənistanda deyil, bütün regionda sülh və sabitliyin bərqərar olması, heç bir ayrı-seçkiliyə yol vermədən, bütün insanların hüquqlarının etibarlı müdafiəsi üçün vacib şərtdir”.

 
  • Oxunub:  7860  |  
  • Tarix:  06-05-2021  |  
  •    Çap et   |  
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar

12 İyun 20:36
“Avro-2020”: Türkiyə millisi Bakıya gəlib
12 İyun 20:16
Ermənistanın Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritələrini təqdim etməsi Azərbaycan Prezidentinin qətiyyətli iradəsinin nəticəsidir
12 İyun 20:15
Deputat: Azərbaycanın mülki və hərbçi ermənilərə qarşı humanist davranışı Avropa Məhkəməsi tərəfindən də təqdir olunur
12 İyun 20:14
Şamil Ayrım: Qarabağ Zəfərindən sonra Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub
12 İyun 19:35
Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib
12 İyun 19:03
Prezident İlham Əliyev günəş elektrik stansiyasının tikintisi üçün imzalanmış müqaviləni təsdiqləyib
12 İyun 18:49
XİN: Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib
12 İyun 18:17
Milli Məclisin sədri Azərbaycanda səfərdə olan Böyük Britaniya nümayəndə heyəti ilə görüşüb
12 İyun 18:10
Birləşmiş Krallığın siyasi-ictimai dairələri işğaldan azad olunmuş ərazilərdəki vəziyyət barədə məlumatlandırılıb
12 İyun 17:39
Prezident İlham Əliyev: Azərbaycanın xarici siyasət kursu bütün ölkələrlə əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır
12 İyun 17:26
İyunun 12-də Azərbaycanda koronavirusa qarşı 40 min 844 doza vaksin vurulub
12 İyun 17:25
Prezident İlham Əliyev: Əgər Ermənistan sülh istəyirsə, onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır
12 İyun 17:23
KOBİA beynəlxalq forumda təmsil olunub
12 İyun 17:21
Azərbaycanda koronavirus infeksiyasından daha 204 nəfər müalicə olunaraq sağalıb
12 İyun 17:20
Prezident: 10 noyabr tarixli birgə Bəyanat Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir
12 İyun 17:17
Politoloq: Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanın tələbini rədd edən qərarı hüququn aliliyinə söykənir
12 İyun 16:32
“Zəfərin mübarək Azərbaycan” adlı sərgi açılıb
12 İyun 15:45
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Ankaraya səfəri başa çatıb
12 İyun 15:42
Siyasi ekspert: Avropa Məhkəməsinin Ermənistanın əsassız tələbini rədd etməsi bu qurumun Azərbaycanda hüququn aliliyinə olan etimadın göstəricisidir
12 İyun 15:22
Prezident İlham Əliyev on ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib
12 İyun 13:56
Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
12 İyun 12:36
NTV telekanalının aparıcısı: Beynəlxalq ictimaiyyət haqlı mübarizəsində Azərbaycanın yanında olmalıdır
12 İyun 09:50
Misirli tədqiqatçı azərbaycanlı jurnalistlərin şəhid olması ilə bağlı fikirlərini bölüşüb
12 İyun 09:48
Kraliça II Elizabet “Böyük yeddilik” ölkələrinin liderləri ilə görüşüb
12 İyun 09:43
Qoşqar Təhməzli Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə nazirinin müavini ilə görüşüb
12 İyun 09:41
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar
12 İyun 09:39
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib
12 İyun 09:38
“Sizi tanıyaq” layihəsi çərçivəsində növbəti görüş keçirilib
12 İyun 09:35
COVID-19 xəstəliyinin müalicəsindən sonrakı dövrdə sağlam həyat tərzinə riayət etmək olduqca vacibdir
12 İyun 09:33
Ermənistanda 2008-ci ildə baş vermiş hadisələr təkrarlana bilər
12 İyun 09:30
Əli Kərimlinin Paşinyan sevgisi

11 İyun 21:17
“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

11 İyun 20:47
Bakı Ali Neft Məktəbi YAP-la birgə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirdi
11 İyun 20:04
Nizami Mönsümov: 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür
11 İyun 19:56
YAP Sumqayıt şəhər təşkilatında "Qurtuluşdan – Zəfərə" adlı elmi-praktik konfrans keçirilib
11 İyun 17:46
YAP Nərimanov rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın xilas günü” mövzusunda tədbir keçirilib
11 İyun 17:37
Malik Həsənov: Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir
11 İyun 17:24
“Sağlamlıq Xəmsəsi” layihəsi çərçivəsində Füzuli Rayon Mərkəzi Xəsətxanasında görüş keçirilib
11 İyun 17:21
Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan arasında tammiqyaslı saziş imzalanacaq
11 İyun 17:20
Dövlət Komitəsində Böyük Britaniya və Avstraliyadan olan nümayəndə heyəti ilə görüş keçirilib
11 İyun 17:19
“Avro-2020”: Uels yığması Bakıda İsveçrə ilə oyundan əvvəl son məşqinə çıxıb
11 İyun 17:15
Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
11 İyun 16:58
“The Korea Post” qəzeti Kəlbəcərdə baş vermiş hadisədən yazıb
11 İyun 16:50
Prezident İlham Əliyev: Azərbaycan ilə Rusiya arasında münasibətlərin dinamik və uğurlu inkişafı xüsusi məmnunluq doğurur
11 İyun 16:40
Nazir Vilayət Eyvazov: Əminəm ki, gənc zabitlərimiz xalqa və dövlətə sədaqətlə xidmət edəcəklər
11 İyun 16:33
Rəcəb Tayyib Ərdoğan: Ərazilərin minalanması məsələsinin həllinə lazımi dəstəyi göstərəcəyik
11 İyun 16:32
YAP Qaradağ rayon təşkilatında müşavirə keçirilib
11 İyun 16:27
Əliabbas Salahzadə: Azərbaycan-Türkiyə birliyi dostluq və qardaşlıq nümunəsidir
11 İyun 16:24
Anar Məmmədov: 15 İyun Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
11 İyun 16:22
Bütün təxribat cəhdlərinə baxmayaraq, Azərbaycan öz sərhədlərini bundan sonra da möhkəmləndirəcək
11 İyun 15:50
Prezident İlham Əliyev Kralica II Elizabeti 95 illik yubileyi münasibətilə təbrik edib
11 İyun 15:48
ATƏT Parlament Assambleyası Bürosunun onlayn iclası keçirilib
11 İyun 15:40
Yeni yaradılan hərbi hissələrin modul tipli yerləşmə məntəqəsi ilə tanışlıq üçün mediatur təşkil olunub
11 İyun 15:39
İspaniya Strateji və Beynəlxalq Araşdırmalar Fondu mətbuat nümayəndələrinə qarşı hərbi cinayəti pisləyib
11 İyun 15:24
Abşeronda şəhid Asəf Nəsibovun ailəsinə mənzil verilib
11 İyun 15:23
“TURKUAZ” layihəsi çərçivəsində ölkəmizə daha bir konteyener qatarı gəlib
11 İyun 15:15
AzMİU-nun rektoru Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının medalı ilə təltif olunub
11 İyun 15:07
Kürdəmir, Ağcabədi və Tovuz “ASAN xidmət” mərkəzlərində YAP ərazi ilk partiya təşkilatları yaradılıb
11 İyun 15:02
Tomas Bax: Tokioda Olimpiya Oyunları mütləq keçiriləcək
11 İyun 14:45
Deputat Pərvin Kərimzadə: YAP-AKP münasibətlərinin dinamik şəkildə inkişafı Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir
11 İyun 14:22
Kamran Əliyev prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri ilə görüşüb
11 İyun 14:04
AVRO-2020-nin oyunları ilə əlaqədar Bakı metrosunda könüllülər fəaliyyət göstərəcək
11 İyun 14:03
Deputat: Türkiyə Azərbaycanın Qələbəsindən sonra bölgədə sülhün qorunması prosesində də yaxından iştirak edir
11 İyun 13:57
ADA Universiteti və “PAŞA Həyat” arasında əməkdaşlıq memorandumu imzalanıb
11 İyun 13:48
Sabah hava əsasən yağmursuz olacaq
11 İyun 13:40
Ali Attestasiya Komissiyası 5 elm sahəsi üzrə 7 nəfərə diplom və şəhadətnamələr təqdim edib
11 İyun 13:34
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə başsağlığı veriliblər
11 İyun 13:25
Səhiyyə nazirinin birinci müavini İİV/QİÇS üzrə BMT Baş Assambleyasının iclasında çıxış edib
11 İyun 13:16
Ukraynalı hərbi jurnalist: Mülki şəxslərin mina partlayışı nəticəsində həlak olmasının məsuliyyəti Ermənistan üzərinə düşür
11 İyun 12:26
Onlar bizə əmanət!

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA