Ana səhifə »  Xəbər lenti »  Yüz gənc hüquqşünas prokurorluq orqanlarında qulluğa qəbul edilib
A+   Yenilə  A-
Yüz gənc hüquqşünas prokurorluq orqanlarında qulluğa qəbul edilib

Müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş əməkdaşların mayın 6-da Baş Prokurorluqda təntənəli andiçmə mərasimi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirələrini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.

Sonra Şəhidlər xiyabanına gələn gənc hüquqşünaslar Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, qazilərimizə şəfa dilənib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev diqqətə çatdırıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli prokurorluq orqanlarının ölkənin hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının qorunmasında çox əhəmiyyəti olan, konstitusion statuslu, yüksək dünya standartlarına və müasir beynəlxalq tələblərə uyğun sivil təsisat kimi formalaşması ümummilli lider Heydər Əliyevin müəyyənləşdirilərək həyata keçirdiyi hüquqi dövlət quruculuğu konsepsiyasının gerçəkləşdirilməsi sayəsində mümkün olub.

Baş prokuror vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə prokurorluğun fəaliyyətinə xüsusi maddə həsr edilərək, onun yeri məhkəmə hakimiyyəti sistemində müəyyən edilməklə statusu, təşkili əsasları və fəaliyyət prinsipləri, səlahiyyətləri və vəzifələri təsbit edilib. Daha sonra - 1999-cu ildə “Prokurorluq haqqında” Azərbaycan Respublikasının qanununun qəbul olunması ilə prokurorluq sovet dövrünün məqsəd, vəzifə və funksiyalarından azad edilib, onun fəaliyyətinin demokratik prinsip, forma və metodları müəyyənləşdirilib, sistemi və təşkili, kadr təminatı və işçilərin sosial müdafiəsi müasir beynəlxalq standartlara uyğun tənzimlənib.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiqlənmiş “Prokurorluğa işə qəbul olunmaq uçun namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr yolu ilə qulluğa qəbul olunmuş gənc hüquqşünasların Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun əhəmiyyətli hissəsini təşkil etməsi, onların tutduqları vəzifələrdə səmərəli fəaliyyəti, həmin gənclərin bir çoxunun rəhbər və yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilməsi ölkə həyatının bütün sahələrində gənclərin daha mühüm vəzifələrə təyin edilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişlərinin icrasının nəticələridir.

Xüsusi vurğulanıb ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilmiş siyasət nəticəsində uzun illərdən sonra ölkəmiz ərazi bütövlüyünü bərpa edərək inkişafının yeni mərhələsinə qədəm qoyub. Qırx dörd günlük haqq savaşında qazanılan möhtəşəm qələbə dövlətimizin başçısının yenilməz qətiyyətini, ordumuzun qüdrətini və xalqımızın milli birliyini bir daha bütün dünyaya nümayiş etdirib.

Baş prokuror bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda gəncliyin inkişaf yoluna işıq salmaqla gənclərin dövlət idarəçiliyində, bir sözlə, ictimai həyatın bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçirilən mütəmadi tədbirlər gənclərin təhsil, ailə, məişət, məşğulluq məsələlərinin həllində mühüm rol oynayaraq gəncliyin uğurlu gələcəyinə hesablanıb.

Dövlətimizin başçısının rəhbərliyi ilə görülən işlərin, milli mənafeyimizin ən yüksək səviyyədə qorunmaqla dönməz sabitliyə və təhlükəsizliyə, davamlı inkişafa, etibarlı sosial rifaha, tərəqqiyə və firavan gələcəyə yönəlmiş fəaliyyətinin xalqımız tərəfindən daim dəstəkləndiyi nəzərə çatdıran Baş prokuror prokurorluq əməkdaşlarının həyata keçirilən siyasi kursa, dövlətə və dövlətçiliyə daim sadiq olduqlarını qeyd edib.

Qeyd olunub ki, prokurorluq orqanlarına qulluğa qəbulla bağlı 2021-ci ildə keçirilmiş 22-ci müsabiqədə namizədlərin yüksək nəzəri biliklərə, geniş dünyagörüşünə, xarici dil biliklərinə, sağlam mənəviyyata, məntiqi düşünmə qabiliyyətinə və prokurorluqda işləmək üçün zəruri olan digər keyfiyyətlərə malik olmaları, o cümlədən prokurorluqda qulluq keçmək arzuları, prokurorluq orqanlarında mövcud olan vakant ştat vahidləri nəzərə alınmaqla 100 gənc hüquqşünas qulluğa qəbul edilib.

Daha sonra prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyinatı barədə Baş Prokurorluq üzrə əmr elan edilib. İşə qəbul olunanlar təntənəli surətdə and içib. Baş prokuror Kamran Əliyev onlara xidməti vəsiqələri təqdim edib.

Prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərdən Suat Qəhrəmanova, Aqil Əşrəfov və Vətən müharibəsi iştirakçisi İlkin Şıxməmmədov çıxış edərək gənc mütəxəssislərə göstərilən dövlət qayğısına görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirib və bu yüksək etimadı doğruldacaqlarına söz veriblər.

Baş prokuror Kamran Əliyev mərasimə yekun vuraraq qulluğa qəbul olunan gənc prokurorluq əməkdaşlarını təbrik edib, onların prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarına əminliyini bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

 
  • Oxunub:  2730  |  
  • Tarix:  06-05-2021  |  
  •    Çap et   |  
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar

12 İyun 20:36
“Avro-2020”: Türkiyə millisi Bakıya gəlib
12 İyun 20:16
Ermənistanın Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritələrini təqdim etməsi Azərbaycan Prezidentinin qətiyyətli iradəsinin nəticəsidir
12 İyun 20:15
Deputat: Azərbaycanın mülki və hərbçi ermənilərə qarşı humanist davranışı Avropa Məhkəməsi tərəfindən də təqdir olunur
12 İyun 20:14
Şamil Ayrım: Qarabağ Zəfərindən sonra Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub
12 İyun 19:35
Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib
12 İyun 19:03
Prezident İlham Əliyev günəş elektrik stansiyasının tikintisi üçün imzalanmış müqaviləni təsdiqləyib
12 İyun 18:49
XİN: Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib
12 İyun 18:17
Milli Məclisin sədri Azərbaycanda səfərdə olan Böyük Britaniya nümayəndə heyəti ilə görüşüb
12 İyun 18:10
Birləşmiş Krallığın siyasi-ictimai dairələri işğaldan azad olunmuş ərazilərdəki vəziyyət barədə məlumatlandırılıb
12 İyun 17:39
Prezident İlham Əliyev: Azərbaycanın xarici siyasət kursu bütün ölkələrlə əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır
12 İyun 17:26
İyunun 12-də Azərbaycanda koronavirusa qarşı 40 min 844 doza vaksin vurulub
12 İyun 17:25
Prezident İlham Əliyev: Əgər Ermənistan sülh istəyirsə, onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır
12 İyun 17:23
KOBİA beynəlxalq forumda təmsil olunub
12 İyun 17:21
Azərbaycanda koronavirus infeksiyasından daha 204 nəfər müalicə olunaraq sağalıb
12 İyun 17:20
Prezident: 10 noyabr tarixli birgə Bəyanat Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir
12 İyun 17:17
Politoloq: Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanın tələbini rədd edən qərarı hüququn aliliyinə söykənir
12 İyun 16:32
“Zəfərin mübarək Azərbaycan” adlı sərgi açılıb
12 İyun 15:45
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Ankaraya səfəri başa çatıb
12 İyun 15:42
Siyasi ekspert: Avropa Məhkəməsinin Ermənistanın əsassız tələbini rədd etməsi bu qurumun Azərbaycanda hüququn aliliyinə olan etimadın göstəricisidir
12 İyun 15:22
Prezident İlham Əliyev on ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib
12 İyun 13:56
Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
12 İyun 12:36
NTV telekanalının aparıcısı: Beynəlxalq ictimaiyyət haqlı mübarizəsində Azərbaycanın yanında olmalıdır
12 İyun 09:50
Misirli tədqiqatçı azərbaycanlı jurnalistlərin şəhid olması ilə bağlı fikirlərini bölüşüb
12 İyun 09:48
Kraliça II Elizabet “Böyük yeddilik” ölkələrinin liderləri ilə görüşüb
12 İyun 09:43
Qoşqar Təhməzli Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə nazirinin müavini ilə görüşüb
12 İyun 09:41
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar
12 İyun 09:39
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib
12 İyun 09:38
“Sizi tanıyaq” layihəsi çərçivəsində növbəti görüş keçirilib
12 İyun 09:35
COVID-19 xəstəliyinin müalicəsindən sonrakı dövrdə sağlam həyat tərzinə riayət etmək olduqca vacibdir
12 İyun 09:33
Ermənistanda 2008-ci ildə baş vermiş hadisələr təkrarlana bilər
12 İyun 09:30
Əli Kərimlinin Paşinyan sevgisi

11 İyun 21:17
“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

11 İyun 20:47
Bakı Ali Neft Məktəbi YAP-la birgə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirdi
11 İyun 20:04
Nizami Mönsümov: 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür
11 İyun 19:56
YAP Sumqayıt şəhər təşkilatında "Qurtuluşdan – Zəfərə" adlı elmi-praktik konfrans keçirilib
11 İyun 17:46
YAP Nərimanov rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın xilas günü” mövzusunda tədbir keçirilib
11 İyun 17:37
Malik Həsənov: Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir
11 İyun 17:24
“Sağlamlıq Xəmsəsi” layihəsi çərçivəsində Füzuli Rayon Mərkəzi Xəsətxanasında görüş keçirilib
11 İyun 17:21
Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan arasında tammiqyaslı saziş imzalanacaq
11 İyun 17:20
Dövlət Komitəsində Böyük Britaniya və Avstraliyadan olan nümayəndə heyəti ilə görüş keçirilib
11 İyun 17:19
“Avro-2020”: Uels yığması Bakıda İsveçrə ilə oyundan əvvəl son məşqinə çıxıb
11 İyun 17:15
Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
11 İyun 16:58
“The Korea Post” qəzeti Kəlbəcərdə baş vermiş hadisədən yazıb
11 İyun 16:50
Prezident İlham Əliyev: Azərbaycan ilə Rusiya arasında münasibətlərin dinamik və uğurlu inkişafı xüsusi məmnunluq doğurur
11 İyun 16:40
Nazir Vilayət Eyvazov: Əminəm ki, gənc zabitlərimiz xalqa və dövlətə sədaqətlə xidmət edəcəklər
11 İyun 16:33
Rəcəb Tayyib Ərdoğan: Ərazilərin minalanması məsələsinin həllinə lazımi dəstəyi göstərəcəyik
11 İyun 16:32
YAP Qaradağ rayon təşkilatında müşavirə keçirilib
11 İyun 16:27
Əliabbas Salahzadə: Azərbaycan-Türkiyə birliyi dostluq və qardaşlıq nümunəsidir
11 İyun 16:24
Anar Məmmədov: 15 İyun Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
11 İyun 16:22
Bütün təxribat cəhdlərinə baxmayaraq, Azərbaycan öz sərhədlərini bundan sonra da möhkəmləndirəcək
11 İyun 15:50
Prezident İlham Əliyev Kralica II Elizabeti 95 illik yubileyi münasibətilə təbrik edib
11 İyun 15:48
ATƏT Parlament Assambleyası Bürosunun onlayn iclası keçirilib
11 İyun 15:40
Yeni yaradılan hərbi hissələrin modul tipli yerləşmə məntəqəsi ilə tanışlıq üçün mediatur təşkil olunub
11 İyun 15:39
İspaniya Strateji və Beynəlxalq Araşdırmalar Fondu mətbuat nümayəndələrinə qarşı hərbi cinayəti pisləyib
11 İyun 15:24
Abşeronda şəhid Asəf Nəsibovun ailəsinə mənzil verilib
11 İyun 15:23
“TURKUAZ” layihəsi çərçivəsində ölkəmizə daha bir konteyener qatarı gəlib
11 İyun 15:15
AzMİU-nun rektoru Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının medalı ilə təltif olunub
11 İyun 15:07
Kürdəmir, Ağcabədi və Tovuz “ASAN xidmət” mərkəzlərində YAP ərazi ilk partiya təşkilatları yaradılıb
11 İyun 15:02
Tomas Bax: Tokioda Olimpiya Oyunları mütləq keçiriləcək
11 İyun 14:45
Deputat Pərvin Kərimzadə: YAP-AKP münasibətlərinin dinamik şəkildə inkişafı Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir
11 İyun 14:22
Kamran Əliyev prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri ilə görüşüb
11 İyun 14:04
AVRO-2020-nin oyunları ilə əlaqədar Bakı metrosunda könüllülər fəaliyyət göstərəcək
11 İyun 14:03
Deputat: Türkiyə Azərbaycanın Qələbəsindən sonra bölgədə sülhün qorunması prosesində də yaxından iştirak edir
11 İyun 13:57
ADA Universiteti və “PAŞA Həyat” arasında əməkdaşlıq memorandumu imzalanıb
11 İyun 13:48
Sabah hava əsasən yağmursuz olacaq
11 İyun 13:40
Ali Attestasiya Komissiyası 5 elm sahəsi üzrə 7 nəfərə diplom və şəhadətnamələr təqdim edib
11 İyun 13:34
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə başsağlığı veriliblər
11 İyun 13:25
Səhiyyə nazirinin birinci müavini İİV/QİÇS üzrə BMT Baş Assambleyasının iclasında çıxış edib
11 İyun 13:16
Ukraynalı hərbi jurnalist: Mülki şəxslərin mina partlayışı nəticəsində həlak olmasının məsuliyyəti Ermənistan üzərinə düşür
11 İyun 12:26
Onlar bizə əmanət!

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA