Ana səhifə »  Xəbər lenti »  Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur
A+   Yenilə  A-
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

Xalqımızın dövlətçilik tarixi şanlı səhifələrlə zəngindir. Bu baxımdan, Azərbaycan ictimai fikir və dövlətçilik tarixində hər zaman görkəmli şəxsiyyətlər olub. Azərbaycan tarixində Heydər Əliyev qədər ümumxalq sevgisi qazanan dövlət xadimi az olub. Ona görə ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın bütün tarixində milli dövlətçiliyimizin və milli kimliyimizin qorunmasında misilsiz xidmətlər göstərmiş və elə bu xidmətlərə görə də xalq arasında böyük hörmət və nüfuz qazanmış əfsanəvi bir şəxsiyyətdir. 

Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu birinci dönəmdə  öz fəaliyyəti ilə çox qısa müddətdə böyük nüfuz qazandığı üçün xalq onun haqqında əfsanələr danışırdı... Təbii ki, bu söhbətlərin hamısı Heydər Əliyevə məhəbbətdən, sevgidən, həm də Onun fəaliyyətinə xalq tərəfindən verilən yüksək dəyərdən qaynaqlanırdı. Zaman keçsə də, Ümumilli Liderimizin parlaq obrazı təkcə o dövrdə yaşamış insanların yox, Onun əməllərindən bəhrələnən indiki nəslin qəlbində də yaşayır və gələcək nəsillərə ötürülür.

Ümumilli Lider Heydər Əliyev idarəçilik qabiliyyəti, qətiyyəti, cəsarəti, tükənməz enerjisi, müdrikliyi, fenomenal yaddaşı ilə öz adını Azərbaycan tarixinə əbədi həkk etmiş nadir şəxsiyyətlərdəndir. Onun keşməkeşlərlə dolu, mənalı ömür yolu, xalq və Vətən qarşısında misilsiz xidmətləri, zəngin mənəvi irsi və dövlətçilik təcrübəsi gələcək nəsillərə örnəkdir. Belə ki, Azərbaycan xalqının yaradıcı insanları, şairləri, yazıçıları, rəssamları, heykəltəraşları, bəstəkarları, elm və incəsənət adamları özlərinin ən şah əsərlərini Heydər Əliyevə həsr etmiş və möhtəşəm sənət inciləri yaratmışlar. Ona həsr edilmiş cild-cild kitablar nəşr edilmişdir. Bir vaxtlar səfər etdiyi rayonlarda, kənd və qəsəbələrdə çıxış etdiyi meydanlarda indi Onun abidələri ucaldılmışdır.

Dünyanın məşhur dövlət xadimləri, o cümlədən Corc Buş, Jak Şirak, Toni Bleyr, Əhməd Necdət Sezər, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digərləri Heydər Əliyevin beynəlxalq aləmdəki nüfuzu, dünyada sülhə verdiyi töhfələri, Azərbaycan xalqı ilə dünya xalqları arasında dostluq əlaqələrinin, Azərbaycan dövlətinin ayrı-ayrı dövlətlərlə qarşılıqlı dostluq münasibətlərinin qurulmasında rolunu dəfələrlə vurğulamışlar.

Məlum olduğu kimi, Heydər Əliyev Azərbaycanda iki dönəmdə hakimiyyətdə olmuşdur.Hər iki dönəmdə O, həyatının mənasını xalqa xidmət etməkdə görürdü. Poeziyamızın peyğəmbəri hesab edilən şeyx Nizami deyirdi:

Xidmət etmək işidir kişilikdən nişana, Xalqına xidmət etmək bir şərəfdir insana.

Ulu Öndər də elə peyğəmbərcəsinə deyirdi. “Mənim həyatımın mənası xalqıma xidmət etməkdən ibarətdir”.

Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin edilərkən respublikamız çox acınacaqlı durumda idi. Bütün göstəricilərinə görə keçmiş ittifaq respublikaları arasında sonuncu yerlərdə qərar tuturdu. Onun fitri istedadı, yüksək təşkilatçılıq qabiliyyəti, qətiyyəti və cəsarəti sayəsində Azərbaycan bütün göstəriciləri ilə ölkədə ön cərgəyə çıxdı. Azərbaycanı aqrar respublikadan aqrar-sənaye respublikasına çevirdi, sənayenin kimya, maşınqayırma, elektrotexnika sahələri üzrə güclü sənaye kompleksləri yaratdı.

Əslində Ümumilli Lider müdrik uzaqgörənliklə o illərdə yaranmış tarixi situasiyalardan məharətlə istifadə edərək, gələcək müstəqil Azərbaycanın təməlini qoyurdu və zaman Ulu Öndərin nə qədər uzaqgörən olduğunu sübut etdi. 

Eyni zamanda, Ümumilli Lider milli ruhun oyanışını təmin etdi. Milli yaddaşı bərpa etdi. Milli mənlik şüurunun, milli kimliyin dərk edilməsini təmin etdi. İndi həmin dövrdə yaşamış insanlar yaxşı xatırlayırlar ki, əslində Heydər Əliyev o illərdə hər bir azərbaycanlının milli mənlik simvoluna çevrildi. Belə ki, o dövrdə bütün SSRİ məkanında Azərbaycan deyiləndə Heydər Əliyev, Heydər Əliyev deyiləndə Azərbaycan başa düşülürdü.

1991-ci ildə SSRİ süqut etdikdən sonra, öz müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan ilk illərdə acınacaqlı vəziyyətlə üzləşdi. Bir tərəfdən keçmiş SSRİ rəhbərinin himayəsi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda mübarizə Azərbaycanı məhv olmaq və tarix səhifəsindən silinmək həddinə gətirib çıxarmışdı. Ölkənin faktiki olaraq vətəndaş müharibəsi vəziyyətində olduğu 1993-cü ilin iyununda Ümumilli lider Heydər Əliyevi xilaskarlıq missiyasını yenidən üzərinə götürdü. 

1995-ci ildə Ulu Öndərin birbaşa təşəbbüsü və müəllifliyi ilə işlənib hazırlanan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının referendumda qəbul edilməsi, eyni zamanda parlament seçkilərinin keçirilməsi Azərbaycan tarixində Heydər Əliyevin rəhbərliyi ilə aparılan dövlət quruculuğu prosesində mühüm uğurlardan idi. Bu proses çətinliklər, problemlər, xəyanətlər, sui-qəsd cəhdləri ilə müşayət olundu. Lakin Ulu Öndəri öz doğru yolundan, məsləkindən döndərmək mümkün olmadı. Əqidəsindən, amalından, məqsədindən dönməyən, bu yolda bütün çətinliklərə sinə gərməyi bacaran və özünə əmin olan DAHİ İNSAN ömrünün son 10 ilində 100 ilə bərabər işlər gördü. Ulu Öndər 10 ildə Azərbaycanın iqtisadi inkişafının təməl prinsiplərini müəyyənləşdirdi və 2003-cü ilədək uzun illər arzuladığı müstəqil Azərbaycan adlanan dövləti qurdu. Ona görə də, tərəddüdsüz demək olar ki, Ümumilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur. 

Ümumilli Liderin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən biri də xalqın və dövlətin sabahı üçün varis yetişdirməsi idi. Bu gün müstəqil Azərbaycanımızın idarəetmə sükanı arxasında Ulu Öndərin davamçısı, Onun siyasi, ideoloji, iqtisadi məktəbinin ən layiqli yetirməsi İlham Əliyev durur. Ölkə Prezidenti İlham Əliyev Ümumilli Lider tərəfindən müəyyənləşdirilən strateji xətt müasir tarixi şəraitdə, yeni çağırışlara uyğun olaraq uğurlu davam etdirilir. Bu gün Azərbaycan beynəlxalq münasibətlərdə çox mühüm rol oynayan bir aktordur. Hazırda dövlətimizin başçısı iki beynəlxalq təşkilata – Türk Şurasına və Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Azərbaycan “Bir kəmər bir yol” meqalayihəsinin həyata keçirilməsində fəal iştirak edir, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin təşəbbüskarı və bu layihələrin reallaşdırılmasında aparıcı mövqeyə malikdir. Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verməklə dünya çapında etibarlı tərəfdaş kimi çıxış edir. Sürətli inkişaf edən Azərbaycan regional iqtisadi gücə sahibdir və sivilizasiyalararası dialoq mərkəzinə çevrilib.Ən nəhayət, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər çəkən 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusutarix yazdı. Azərbaycan öz dövlətçilik tarixində ən böyük qələbəsini gerçəkləşdirdi. Torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz  bərqərar oldu.Bugünkü müasir Azərbaycan, Prezident İlham Əliyevin sözləri ilə desək, “Əsl Ümumilli Liderimiz Heydər Əliyevin görmək istədiyi Azərbaycandır” və nə qədər Azərbaycan olacaq, Heydər Əliyev də var olacaq.

Ramiz Göyüşov, 

YAP Binəqədi rayon təşkilatının sədri

 
  • Oxunub:  2520  |  
  • Tarix:  06-05-2021  |  
  •    Çap et   |  
Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir

15 İyun 08:45
Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir
15 İyun 08:42
Azərbaycan və Türkiyə Vətən müharibəsində qazanılan böyük Qələbənin sevincini birlikdə yaşayırlar
15 İyun 08:24
QURTULUŞ TƏNTƏNƏSİ, YAXUD İSTİQLAL SİYASƏTİNƏ DAVAM MİSSİYASI
15 İyun 08:20
Tərəvəzçiliyin inkişafı istiqamətində atılan addımlar mühüm nəticələr verir
15 İyun 08:05
Ermənistanda yeni siyasi kataklizmlər gözlənilir
15 İyun 08:05
Ölkəmizdə koronavirus pandemiyasına qarşı sistemli mübarizə tədbirləri müsbət nəticə verir
15 İyun 07:51
Ankarada Yunus Əmrənin 700 illiyinə həsr olunmuş mərasim keçirilib
15 İyun 07:49
Prezident İlham Əliyevin Tvitterdəki səhifəsində Milli Qurtuluş Günü ilə bağlı paylaşım edilib
15 İyun 07:46
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
14 İyun 21:10
Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton ilə telefon danışığı olub
14 İyun 21:02
Brüsseldə Türkiyə və ABŞ prezidentləri arasında görüş keçirilib
14 İyun 21:01
Milli Qurtuluş Günü ədliyyə orqanlarında qeyd olunub
14 İyun 21:00
Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində əməkdaşlığı genişləndirir
14 İyun 20:53
Azərbaycan ilə Monqolustan arasında çoxtərəfli formatlarda əməkdaşlıq uğurla həyata keçirilir
14 İyun 20:49
Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır
14 İyun 20:40
YAP Göyçay rayon təşkilatı “Tarixi qələbəyə gedən yol qurtuluşdan başlayır” adlı videokonfrans keçirib
14 İyun 20:34
YAP Bərdə rayon təşkilatında “Qurtuluşdan qələbəyə” adlı təqdimat mərasimi keçirilib
14 İyun 20:28
YAP Şəmkir rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14 İyun 20:14
Mingəçevirdə “Ümummilli Lider Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir” mövzusunda videokonfrans keçirilib
14 İyun 20:11
Bakı Slavyan Universitetində tədbir: Əsrə bərabər gün
14 İyun 20:09
“Xilaskarlıq missiyası”
14 İyun 19:05
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
14 İyun 18:56
Binəqədi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan-zəfərə” mövzusunda tədbir keçirilib
14 İyun 18:50
Fəxrəddin Vəliyev: Ulu Öndər Heydər Əliyevin adı tariximizə böyük xilaskar kimi düşüb
14 İyun 18:46
Ağdaşda “Qurtuluşdan başlanan yol” adlı konfrans keçirilib
14 İyun 17:49
Adil Əliyev: Milli Qurtuluş Günü ölkəmizin parçalanmasının qarşısının alınmasının başlanğıc tarixidir
14 İyun 17:46
YAP Gəncə şəhər təşkilatında Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib
14 İyun 17:40
BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni layihələrlə xeyli genişlənib
14 İyun 17:34
Milli Məclis deputatları Moskva şəhərinə səfər edəcəklər
14 İyun 17:33
YAP Hacıqabul rayon təşkilatı "Azərbaycanın tarixi qələbəsi Heydər Əliyev siyasətinin uğurudur" mövzusunda videokonfrans keçirib
14 İyun 17:32
Səfir: Norveç bölgədə sülhün və sabitliyin tərəfdarıdır
14 İyun 17:28
Gədəbəydə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
14 İyun 17:22
YAP Qaradağ rayon təşkilatı Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirib
14 İyun 17:20
Pərvin Kərimzadə: Milli Qurtuluş Günü dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb
14 İyun 17:18
Şahin İsmayılov: Ölkəmiz qlobal proseslərə kifayət qədər böyük töhvələr verir
14 İyun 17:15
Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub
14 İyun 17:09
Azərbaycan və Qazaxıstan parlamentlərarası dostluq qruplarının onlayn görüşü keçirilib
14 İyun 16:54
Umayra Tağıyeva: Təbiət istifadəçilərini təbiəti, ətraf mühiti tullantılarla çirkləndirməməyə çağırıram
14 İyun 15:57
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib
14 İyun 15:56
“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başlayıb
14 İyun 15:51
YAP Qubadlı rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə videoformatda tədbir keçirib
14 İyun 15:31
Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib
14 İyun 15:24
Yevlaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
14 İyun 15:13
Təhsil naziri “Son zəng” tədbirində iştirak edib
14 İyun 15:02
Təhsil İnstitutu Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq edəcək
14 İyun 14:59
YAP Sumqayıt şəhər təşkilatında şəhid Kərim Əhmədəliyevin xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
14 İyun 14:54
YAP Cəbrayıl rayon təşkilatı Milli Qurtuluş Günü münasibətilə videokonfrans keçirib
14 İyun 14:52
“Azərbaycanla qürur duyuruq”
14 İyun 14:43
Təhsil nazirinin müavini: 2020-2021-ci tədris ili uğurlarla yadda qaldı
14 İyun 14:27
Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi təsis ediləcək
14 İyun 14:25
Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş jurnalistlər və yerli icra hakimiyyətinin nümayəndəsi təltif edilib - SƏRƏNCAM
14 İyun 14:21
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib
14 İyun 14:20
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
14 İyun 14:04
YAP Mərkəzi Aparatında 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı gənc rəssamların sənət sərgisi keçirilib
14 İyun 14:02
Suraxanı rayonunda şəhid İsa Məmmədovun məzarı ziyarət olunub
14 İyun 13:28
Ömər Eldarov: Azərbaycan xalqı üçün əlamətdar günlərə həsr olunmuş sərgilərin təşkili ənənə halı alıb
14 İyun 12:59
Azərbaycandan keçməklə Potidən Daşkəndə ilk konteyner blok qatarı yola düşüb
14 İyun 12:56
“ASAN İmza” və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Elektron imza üzrə Avropa Forumunda təqdim edilib
14 İyun 12:39
Suraxanı rayonunda şəhid Məhəmməd İsmayılzadənin xatirəsinə inşa edilmiş bulağın açılışı olub
14 İyun 12:28
Bakı Ali Neft Məktəbinin Layihə İdarəetmə Məktəbinin növbəti məzun buraxılışı olub
14 İyun 12:22
Ombudsman: Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, ərazilərin bərpası prosesini də ləngidir
14 İyun 12:14
Tahir Budaqov: Milli qurtuluşdan başlayan yol milli tərəqqiyə yol açdı
14 İyun 12:09
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: Ermənistan təcavüzə görə özünün məsuliyyətini inkar edir
14 İyun 11:56
Daimi nümayəndəlikdə 15 İyun-Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
14 İyun 11:53
15 İyun Milli Qurtuluş Günü tarixə Azərbaycanın xilası günü kimi daxil olub
14 İyun 11:42
Deputat: Türkiyə Prezidentinin ölkəmizə səfəri Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirəcək
14 İyun 11:31
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib
14 İyun 11:20
Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşmüş livanlı muzdlu terrorçu 20 il müddətinə azadlıqdan məhrum edilib
14 İyun 10:44
YAP Suraxanı rayon təşkilatının nümayəndələri Gülərin 8 yaşını təbrik etmişlər
14 İyun 10:41
YAP Göygöl rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+26 +31
gecə+20 +23