Ana səhifə »  Xəbər lenti »  Heydər Əliyev ideyaları Azərbaycanı daha böyük hədəflərə çatdıracaq
A+   Yenilə  A-
Heydər Əliyev ideyaları Azərbaycanı daha böyük hədəflərə çatdıracaq

Elşad Mirbəşir oğlu

Millət vəkili, YAP İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini

Belə bir deyim var ki, tarixi şəxsiyyətlərin nəhəngliyi zaman keçdikcə daha aydın şəkildə görünməyə başlayır. Çünki onlar uzaqgörən qərarları ilə öz millətinin gələcəyini müəyyən edərək bir növ zamanı qabaqlamaq missiyasını yerinə yetiriblər. Bütün ömrünü xalqının azadlığı və xoşbəxtliyi uğrunda mübarizəyə həsr edən ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri də illər ötdükcə daha aydın şəkildə görünməkdədir. Ölkəmizin bugünkü dinamik və hərətəfli inkişafını, həyatımızın bütün sahələrində yüksəliş və tərəqqini müşahidə etdikcə Heydər Əliyevin böyüklüyünü və müdrikliyini daha dərindən dərk etmiş oluruq. Xilaskarlıq missiyasını üstlənərək Azərbaycan xalqını ən ağır bəlalardan hifz edən, çox mürəkkəb gesosiyasi reallıqların hökm sürdüyü bir şəraitdə Azərbaycan dövlətini parçalanmaq təhlükəsindən qoruyan və bütün çətinliklərə, təzyiq və təhdidlərə sinə gərərərək “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” söyləyən ümummilli lider Heydər Əliyev hər bir azərbaycanlının qəlbində əbədi taxt qura bildi.

Müstəqilliyimizin ilk illərində hakimiyyəti qanunsuz olaraq qəsb etmiş AXC-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi Azərbaycanı sözün əsl mənasında uçuruma sürükləyirdi. Ölkəmiz dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə şərtlər daxilində nəinki ölkənin inkişaf trendlərini müəyyən etmək mümkün deyildi, hətta gələcək mövcudluğumuz böyük bir sual altında idi. Belə bir məqamda yeganə nicat yolunu Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görən Azərbaycan xalqı onu təkidlə Bakıya, Azərbaycan adlı gəminin sükanı arxasına keçməyə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır, mürəkkəb və faciəvi vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Beləliklə, müdrik xalqımızın təkidli tələbi ilə Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə möhtəşəm qayıdışı baş tutdu. Bu tarixi dönüş olmasa idi, bəlkə bugünkü Azərbaycan da olmazdı. Qısa bir zamanda ölkədə vətəndaş müharibəsi təhlükəsinin, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı unikal siyasi taktikalarla alındı. Ümummilli lider öz qayıdışı ilə Azərbaycana sabitlik, təhlükəsizlik, dirçəliş və davamlı inkişaf gətirdi.

Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən biri ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi.  YAP Azərbaycanın müstəqillik tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Ulu öndərin siyasi təcrübəsi, müdrikliyi, tarixi xidmətləri, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik nümunələri və öz xalqına olan sonsuz sevgisi Azərbaycanın mütərəqqi insanlarının onun ətrafında sıx birləşməsini təmin etdi. Ümumiyyətlə, Azərbaycanda siyasi təsisatların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş, 1990-cı ilin əvvəllərindən etibarən isə bir sıra siyasi təşkilatlar meydana gəlmişdir. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq ölkəni təhlükəli böhran vəziyyətinə çatdırdılar. Taleyüklü hadisələrin yaşandığı belə bir məqamda Azərbaycan ziyalıları ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə o vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsini tutan Heydər Əliyevə müraciət göndərildi. Həmin sənəd əslində, bütün xalqın arzu və istəklərini ifadə edirdi. Müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyət maneələr ciddi manelər törədirdi. Hətta o vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü torpaqlarımıza təcavüz edən düşmən Ermənistanla savaşmaq yerinə, xəyanətkar xislətinə uyğun olaraq, Naxçıvana hərbi desant göndərirdi ki, Heydər Əliyevi hakimiyyətdən devirsinlər. Beləliklə, 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.

Əlbəttə, Heydər Əliyevə olan bu inam və etimadın əsasları onun 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə qoyulmuşdur.  Heydər Əliyev uzaqgörən, müdrik və dahi siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi həmin illərdə sübut etmişdir. Ulu öndər Azərbaycanda birinci dəfə hakimiyyətə gələndə ölkəmiz iqtisadi  və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş dövrü yaşandı. Həmin vaxt ulu öndərin qətiyyətli, cəsarətli və müdrik addımları, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq ona xalqın sevgi və rəğbətini qazandırdı. Əgər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idisə, 1982-ci ildə ən qabaqcıl yerlərdə qərarlaşmışdı. Bütün bu amillər isə qədirbilən xalqımızın diqqətindən qaçmırdı və beləliklə, xalqımız o təlatümlü günlərdə xilaskar kimi məhz Heydər Əliyevin ətrafında sıx birləşməklə ölkəni uçurumdan xilas etdi.

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə start verilmişdir. O vaxta qədər vahid komandanlıqdan idarə olunmayan, müqavimət qabiliyyətini itirmiş və başıpozuq hərbi dəstələrdən təşkil olunmuş ordu Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmız tədbirlərin nəticəsində Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrə çevrilir. Əlbəttə, torpaqları işğal altında olan ölkənin güclü ordusu olmalı idi. Bu reallıqdan irəli gələrək, müasir ordu quruculuğu strategiyasının reallaşmasına start verilir. Tam əminliklə deyə bilərik ki, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı zəfərin təməlləri məhz ulu öndər Heydər Əliyevin hərb sahəsində apardığı islahatlarla qoyulmuşdu.

Heydər Əliyevin son dərəcə gərgin və səmərəli fəaliyyəti nəticəsində ölkəmizin təbii sərvətləri və əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən milli mənafelərimizə uyğun şəkildə istifadə edilməsi təmin olunmuşdur. Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq layihələrə imza atılmış və onların həyata keçirilməsinə başlanmışdır. 1994-cü ildə sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" bu mənada xüsusi əhəmiyyət daşıyır. Müstəqilliyinin ilk illərindən etibarən iqtisadi təlatümlər içərisində boğulan Azərbaycan bu sazişin imzalanması ilə böyük tənəzzüldən xilas olaraq sürətli inkişaf yoluna qədəm qoydu. Azərbaycanın inkişafını gözü götürməyən bəzi xarici dairələr bu müqavilənin bağlanmasına ya açıq, ya da gizli maneələr yaradırdılar. Heydər Əliyev özünün müdrik siyasəti, mətin və cəsarətli addımları ilə Azərbaycan nefti birbaşa Ceyhan limanına çıxarıldı və burada yüksək tonnajlı tankerlərlə dünyanın istehlakçı ölkələrinə çatdırıldı. Bu, Azərbaycanın siyasi və iqtisadi qələbəsi idi. Ölkəmizin bugünkü inkişafında “Əsrin müqaviləsi”nin yeri ölçüyə gəlməzdir.

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti dünyanın aparıcı ölkələri və beynəlxalq təşkilatları ilə milli maraqlara və uzaqgörən siyasi perspektivlərə söykənən münasibətlər qurmuşdur. Onun xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Ulu öndər vaxtilə demişdir: “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Həqiqətən də, bu gün ölkəmiz Prezident İlham Əliyevin və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın simasında dünyaya bir Günəş kimi parlayır. 2003-cü ilin prezident seçkiləri ərəfəsində ümummilli liderimiz Heydər Əliyevin xalqa müraciəti zamanı ifadə etdiyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” müdrik kəlamı reallıqda tam təsdiqini tapdı. Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə apardığımız “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 il işğal altında qalan torpaqlarımız azadlığa qovuşdu, ərazi bütövlüyümüz bərpa olundu. Qarşıda isə bizi daha böyük hədəflər, məqsədlər gözləyir. Bu hədəflərə çatmağın yeganə qarantı isə xalq olaraq Prezidentimizin ətrafında sıx birləşmək və Heydər Əliyev ideyalarını gələcək nəsillərə ötürməkdir. Heydər Əliyev siyasəti uğurlu və  xoşbəxt gələcəyimizin əsas təminatçısıdır.

 
  • Oxunub:  2610  |  
  • Tarix:  05-05-2021  |  
  •    Çap et   |  
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar

12 İyun 20:36
“Avro-2020”: Türkiyə millisi Bakıya gəlib
12 İyun 20:16
Ermənistanın Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritələrini təqdim etməsi Azərbaycan Prezidentinin qətiyyətli iradəsinin nəticəsidir
12 İyun 20:15
Deputat: Azərbaycanın mülki və hərbçi ermənilərə qarşı humanist davranışı Avropa Məhkəməsi tərəfindən də təqdir olunur
12 İyun 20:14
Şamil Ayrım: Qarabağ Zəfərindən sonra Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub
12 İyun 19:35
Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib
12 İyun 19:03
Prezident İlham Əliyev günəş elektrik stansiyasının tikintisi üçün imzalanmış müqaviləni təsdiqləyib
12 İyun 18:49
XİN: Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib
12 İyun 18:17
Milli Məclisin sədri Azərbaycanda səfərdə olan Böyük Britaniya nümayəndə heyəti ilə görüşüb
12 İyun 18:10
Birləşmiş Krallığın siyasi-ictimai dairələri işğaldan azad olunmuş ərazilərdəki vəziyyət barədə məlumatlandırılıb
12 İyun 17:39
Prezident İlham Əliyev: Azərbaycanın xarici siyasət kursu bütün ölkələrlə əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır
12 İyun 17:26
İyunun 12-də Azərbaycanda koronavirusa qarşı 40 min 844 doza vaksin vurulub
12 İyun 17:25
Prezident İlham Əliyev: Əgər Ermənistan sülh istəyirsə, onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır
12 İyun 17:23
KOBİA beynəlxalq forumda təmsil olunub
12 İyun 17:21
Azərbaycanda koronavirus infeksiyasından daha 204 nəfər müalicə olunaraq sağalıb
12 İyun 17:20
Prezident: 10 noyabr tarixli birgə Bəyanat Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir
12 İyun 17:17
Politoloq: Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanın tələbini rədd edən qərarı hüququn aliliyinə söykənir
12 İyun 16:32
“Zəfərin mübarək Azərbaycan” adlı sərgi açılıb
12 İyun 15:45
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Ankaraya səfəri başa çatıb
12 İyun 15:42
Siyasi ekspert: Avropa Məhkəməsinin Ermənistanın əsassız tələbini rədd etməsi bu qurumun Azərbaycanda hüququn aliliyinə olan etimadın göstəricisidir
12 İyun 15:22
Prezident İlham Əliyev on ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib
12 İyun 13:56
Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
12 İyun 12:36
NTV telekanalının aparıcısı: Beynəlxalq ictimaiyyət haqlı mübarizəsində Azərbaycanın yanında olmalıdır
12 İyun 09:50
Misirli tədqiqatçı azərbaycanlı jurnalistlərin şəhid olması ilə bağlı fikirlərini bölüşüb
12 İyun 09:48
Kraliça II Elizabet “Böyük yeddilik” ölkələrinin liderləri ilə görüşüb
12 İyun 09:43
Qoşqar Təhməzli Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə nazirinin müavini ilə görüşüb
12 İyun 09:41
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar
12 İyun 09:39
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib
12 İyun 09:38
“Sizi tanıyaq” layihəsi çərçivəsində növbəti görüş keçirilib
12 İyun 09:35
COVID-19 xəstəliyinin müalicəsindən sonrakı dövrdə sağlam həyat tərzinə riayət etmək olduqca vacibdir
12 İyun 09:33
Ermənistanda 2008-ci ildə baş vermiş hadisələr təkrarlana bilər
12 İyun 09:30
Əli Kərimlinin Paşinyan sevgisi

11 İyun 21:17
“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

11 İyun 20:47
Bakı Ali Neft Məktəbi YAP-la birgə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirdi
11 İyun 20:04
Nizami Mönsümov: 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür
11 İyun 19:56
YAP Sumqayıt şəhər təşkilatında "Qurtuluşdan – Zəfərə" adlı elmi-praktik konfrans keçirilib
11 İyun 17:46
YAP Nərimanov rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın xilas günü” mövzusunda tədbir keçirilib
11 İyun 17:37
Malik Həsənov: Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir
11 İyun 17:24
“Sağlamlıq Xəmsəsi” layihəsi çərçivəsində Füzuli Rayon Mərkəzi Xəsətxanasında görüş keçirilib
11 İyun 17:21
Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan arasında tammiqyaslı saziş imzalanacaq
11 İyun 17:20
Dövlət Komitəsində Böyük Britaniya və Avstraliyadan olan nümayəndə heyəti ilə görüş keçirilib
11 İyun 17:19
“Avro-2020”: Uels yığması Bakıda İsveçrə ilə oyundan əvvəl son məşqinə çıxıb
11 İyun 17:15
Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
11 İyun 16:58
“The Korea Post” qəzeti Kəlbəcərdə baş vermiş hadisədən yazıb
11 İyun 16:50
Prezident İlham Əliyev: Azərbaycan ilə Rusiya arasında münasibətlərin dinamik və uğurlu inkişafı xüsusi məmnunluq doğurur
11 İyun 16:40
Nazir Vilayət Eyvazov: Əminəm ki, gənc zabitlərimiz xalqa və dövlətə sədaqətlə xidmət edəcəklər
11 İyun 16:33
Rəcəb Tayyib Ərdoğan: Ərazilərin minalanması məsələsinin həllinə lazımi dəstəyi göstərəcəyik
11 İyun 16:32
YAP Qaradağ rayon təşkilatında müşavirə keçirilib
11 İyun 16:27
Əliabbas Salahzadə: Azərbaycan-Türkiyə birliyi dostluq və qardaşlıq nümunəsidir
11 İyun 16:24
Anar Məmmədov: 15 İyun Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
11 İyun 16:22
Bütün təxribat cəhdlərinə baxmayaraq, Azərbaycan öz sərhədlərini bundan sonra da möhkəmləndirəcək
11 İyun 15:50
Prezident İlham Əliyev Kralica II Elizabeti 95 illik yubileyi münasibətilə təbrik edib
11 İyun 15:48
ATƏT Parlament Assambleyası Bürosunun onlayn iclası keçirilib
11 İyun 15:40
Yeni yaradılan hərbi hissələrin modul tipli yerləşmə məntəqəsi ilə tanışlıq üçün mediatur təşkil olunub
11 İyun 15:39
İspaniya Strateji və Beynəlxalq Araşdırmalar Fondu mətbuat nümayəndələrinə qarşı hərbi cinayəti pisləyib
11 İyun 15:24
Abşeronda şəhid Asəf Nəsibovun ailəsinə mənzil verilib
11 İyun 15:23
“TURKUAZ” layihəsi çərçivəsində ölkəmizə daha bir konteyener qatarı gəlib
11 İyun 15:15
AzMİU-nun rektoru Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının medalı ilə təltif olunub
11 İyun 15:07
Kürdəmir, Ağcabədi və Tovuz “ASAN xidmət” mərkəzlərində YAP ərazi ilk partiya təşkilatları yaradılıb
11 İyun 15:02
Tomas Bax: Tokioda Olimpiya Oyunları mütləq keçiriləcək
11 İyun 14:45
Deputat Pərvin Kərimzadə: YAP-AKP münasibətlərinin dinamik şəkildə inkişafı Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir
11 İyun 14:22
Kamran Əliyev prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri ilə görüşüb
11 İyun 14:04
AVRO-2020-nin oyunları ilə əlaqədar Bakı metrosunda könüllülər fəaliyyət göstərəcək
11 İyun 14:03
Deputat: Türkiyə Azərbaycanın Qələbəsindən sonra bölgədə sülhün qorunması prosesində də yaxından iştirak edir
11 İyun 13:57
ADA Universiteti və “PAŞA Həyat” arasında əməkdaşlıq memorandumu imzalanıb
11 İyun 13:48
Sabah hava əsasən yağmursuz olacaq
11 İyun 13:40
Ali Attestasiya Komissiyası 5 elm sahəsi üzrə 7 nəfərə diplom və şəhadətnamələr təqdim edib
11 İyun 13:34
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə başsağlığı veriliblər
11 İyun 13:25
Səhiyyə nazirinin birinci müavini İİV/QİÇS üzrə BMT Baş Assambleyasının iclasında çıxış edib
11 İyun 13:16
Ukraynalı hərbi jurnalist: Mülki şəxslərin mina partlayışı nəticəsində həlak olmasının məsuliyyəti Ermənistan üzərinə düşür
11 İyun 12:26
Onlar bizə əmanət!

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA