Ana səhifə »  Xəbər lenti »  Dövlət Vergi Xidmətində korrupsiya ilə sistemli mübarizə aparılır
A+   Yenilə  A-
Dövlət Vergi Xidmətində korrupsiya ilə sistemli mübarizə aparılır

Müasir dövrümüzdə dövlətlərin idarəetmə sistemində təzahür edən modernləşmə yeni idarəetmə modellərinin, müasir, vətəndaşa yönümlü, onu məmnun edən idarəetmənin qurulmasının zəruriliyini üzə çıxarıb. Yeni idarəetmə modellərinin mühüm şərti dövlət xidmətlərinin fəaliyyətində şəffaflığın təmin edilməsidir.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a bildirilib ki, yeni rəqəmsal mexanizmlərin tətbiqi, insan kapitalı, ictimai əməkdaşlıq, asan və səmərəli xidmətlə vətəndaş məmnunluğuna nail olmaq müasir islahatların əsas elementləridir.

Dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin edilməsinin mühüm şərtlərindan biri insan kapitalının keyfiyyətinin artırılmasıdır. Çünki, müasir dövlət idarəetməsinin ənənəvi funksiyaları ilə yanaşı, indi proqnozlaşdırma, strateji təhlil, qiymətləndirmə, marketinq, innovasiyalardan və müasir texnologiyalardan fəal istifadə kimi bacarıqlar tələb olunur. Bu baxımdan dövlət xidmətlərinin yeni, gənc və müasir biliklərə malik kadrlarla komplektləşdirilməsi bu gün hökumətin qarşısında duran əsas prioritetlərdən biridir.

Yenilənən insan resursları

Azərbaycanın vergi orqanları kadrların yenilənməsi, vergi orqanlarına işə qəbul və vakant vəzifələrin tutulması prosesində müasir yanaşma həyata keçirir. Vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolunun artması insan kapitalına olan müasir tələblər və çağırışlar formalaşdırıb. Müasir vergi administrasiyasında analitik potensialın gücləndirilməsi yeni informasiya texnologiyalarından sərbəst istifadə edən və yüksək biliklərə malik olan kadrların formalaşdırılmasını və yetişdirilməsini tələb edir.

Son illərdə vergi xidmətinə qəbul edilən bütün kadrlar iki pilləli işə qəbul müsabiqələrindən keçiblər. Bu günə qədər test üsulu ilə işə qəbul olunan gənc kadrlar vergi xidmətində çalışanların 50 faizindən çoxunu təşkil edir.

Bu gün vergi xidmətinin rəhbərliyi, habelə yüksək vəzifələrdə çalışanların mütləq əksəriyyəti həmin gənc kadrlardan təşkil olunub. Bununla yanaşı, xüsusilə rəhbər vəzifəli şəxslərin potensialının sistemli şəkildə artırılması, əməkdaşların yerdəyişməsi (rotasiya) mexanizminin və qaydalarının təkmilləşdirilməsi, işçilərin peşəkarlığının artırılması istiqamətində tədbirlər görülür. Hər bir əməkdaş mütəmadi şəkildə müxtəlif təlim proqramlarına cəlb edilir, yeni işə təyin olunmuş əməkdaşlar üçün adaptasiya proqramları, vergi orqanı əməkdaşlarının fəaliyyətinin səmərəliliyinin müəyyən edilməsi üçün qiymətləndirmə mexanizmləri tətbiq edilir. Həmçinin işçiləri motivasiya edən, onların normal yaşayışını təmin edən əmək haqqı və mükafat sistemi var.

Bu gün vergi xidmətində vəzifə irəliləyişi yalnız peşəkar fəaliyyətin əsasında mümkündür. Hətta xidmətin struktur rəhbərləri belə vəzifəyə birbaşa təyinat almır, müəyyən müddət onlara bu vəzifələrin icrası müvəqqəti tapşırılır. Fəaliyyətin və iş göstəricilərinin uğurlu nəticələri, habelə heyətin idarə olunması sahəsində yüksək menecment göstərildikdən sonra rəhbər vəzifələrə təyinat aparılır.

İctimai iştirakçılıq ictimai nəzarətin forması kimi

Dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsinin və onların işinin effektiv qurulmasının metodlarından biri də həmin qurumların işinə vətəndaş cəmiyyətinin cəlb edilməsi, ictimai şuraların yaradılması və bu müzakirələrin verilən qərarlara təsiri hesab olunur. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu bü məsələləri tənzimləyir. İctimai iştirakçılığın müxtəlif formaları mövcuddur ki, onlardan biri də ictimai birliklərlə işin qurulması, vətəndaş cəmiyyəti institutlarının qurumun fəaliyyətinə yaxından cəlb edilməsidir.

Dövlət Vergi Xidməti bu baxımdan vətəndaş cəmiyyəti institutları və ekspert cəmiyyəti ilə yaxından işləyən strukturlardan biridir. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesi artıq neçə illərdir ki, vətəndaş cəmiyyəti ilə ciddi müzakirələrdən sonra aparılır. Xüsusən, sahə üzrə ekspertlərin cəlb edilməsi ilə vergi qanunvericiliyi təhlil edilir, qanunvericilikdəki təkmilləşdirilməli zəruri məqamlar müəyyən edilir və onların təhlili aparılaraq müvafiq dəyişikliklər layihəsi hazırlanır.

Bu yaxınlarda Dövlət Vergi Xidmətinin strukturunda - Vergi siyasəti baş idarəsində Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsi yaradılıb. Yeni strukturun formalaşdırılmasında əsas məqsəd dövlətlə sahibkarlar arasında münasibətləri dialoq platformasında inkişaf etdirmək, sahibkarların vergi qanunvericiliyi ilə əlaqədar qarşılaşdıqları sektoral problem və çətinliklərin dinlənilməsi, qanunvericilik və inzibatçılığın yeni çağırışlara uyğun təkmilləşdirilməsindən ibarətdir.

Bu struktur sahibkarların maraqlarını təmsil edən sahibkar birlikləri, assosiasiyaları və digər ödəyici qrupları ilə qarşılıqlı əməkdaşlığa əsaslanan birgə fəaliyyəti təmin edəcək.

Dövlət Vergi Xidmətində aparılan bu institusional islahatlar ictimai iştirakçılığın təmin edilməsinə xidmət edir. Bu iştirakçılığın gələcəkdə dövlət və biznes üçün faydası olan nəticəli prosesə çevrilməsi istiqamətində daha da genişləndirilməsi nəzərdə tutulur.

Şəffaflıq mexanizmləri insan amilinə qarşı

Dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin edilməsinin mühüm həlqələrindən biri də korrupsiya ilə mübarizədir. Vergi orqanları sistemdə korrupsiya hallarının qarşısının alınması, aşkar olunan mexanizmlərin müəyyən edilərək onların yaranmasına yol açan halların dəqiqləşdirilməsi və ləğv edilməsi istiqamətində böyük işlər aparır. Burada məsələ təkcə korrupsiyaya yol vermiş şəxslərin əhatə dairəsinin müəyyənləşdirilməsi deyil, korrupsiya imkanı yarada biləcək həmin bu halların ləğv edilməsidir.

Bütövlükdə korrupsiya ilə aparılan mübarizənin indiki təcrübəsi göstərir ki, dövlət qurumlarında daxili nəzarət sistemi təkcə vergi əməkdaşlarının fərdi fəaliyyətini əhatə etməməli, həmçinin fəaliyyət prosesinin risk meyarları əsasında təhlilinə və risklərin önlənməsi tədbirlərinə söykənməlidir. İnsan amili ilə yanaşı, vətəndaşlarla, o cümlədən vergi ödəyiciləri ilə ünsiyyəti ləğv edən, bütün münasibətləri elektron formata keçirən mexanizmlərin tətbiqinə üstünlük verilir.

Elektron hökumətin mühüm həlqələrindən biri olan vergi xidməti geniş miqyasda elektron xidmətlər tətbiq edən ilk dövlət qurumlarından biridir. Bu gün vergiödəyicisi vergi orqanına gəlmədən qeydiyyatdan keçə, elektron bəyannamə verə, vergiləri özü hesablaya, ödəmələri elektron apara və vergi orqanı ilə bütün yazışmaları elektron kargüzarlıq vasitəsilə həyata keçirə bilər. Vergiödəyicisinin vergi orqanı ilə münasibətlərini tam şəkildə məsafədən təşkil etmək üçün xidmətin 63 elektron xidməti mövcuddur. Sadə desək, sahibkar elektron xidmətlərə üstünlük verərsə, vergi əməkdaşlarının üzünü illərlə belə görməyə bilər.

Yox əgər, onu incidən hər hansı vergi işçisi ilə qarşılaşarsa, sahibkarlar üçün vergi əməkdaşlarının hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətləri üçün qaynar xətt olan Çağrı mərkəzi, internet sayt üzərindən müraciət, daxili təhlükəsizlik strukturuna birbaşa müraciət və sair kimi çoxşaxəli imkanlar yaradılıb.

Korrupsiyanın önlənməsi daha vacibdir

Qeyd olunmalıdır ki, məhz bu məlumatlandırma sistemlərinin mövcudluğu, habelə daxili təhlükəsizlik strukturlarının effektiv fəaliyyəti nəticəsində bu gün vergi sistemində korrupsiya və vəzifədən sui-istifadə hallarını dərhal aşkar etmək və önləmək imkanları yaranıb. Məsələn, bu yaxınlarda Baş Prokurorluq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sabiq əməkdaşı Mahir Əbdürəhimovun vergi və dövlət rüsumlarını qəsdən azaldaraq mənimsəməsi və digər qanunsuz hərəkətləri əsasında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işinin açılması barədə məlumat yaydı.

Bu hadisənin təfərrüatlarında göstərilirdi ki, həmin şəxs tutduğu mövqedən və sahibkarların etibarından sui-istifadə edərək onların dövlət büdcəsinə borclarını daha sürətli və ödəyicilər üçün rahat şəkildə ödəyəcəyini vəd etməklə sahibkarlardan şəxsən və əlaltıları vasitəsilə külli miqdarda pul vəsaitini alıb və mənimsəyib. Törətdiyi əməlləri isə ört-basdır etmək üçün işlədiyi dövlət qurumunun rəsmi informasiya resursuna yalan məlumatlar daxil edib və bunun üstünün açılmayacağına əmin olub.

Məsələnin vacib tərəfi isə budur ki, onun bu əməlləri elə Dövlət Vergi Xidmətinin daxili təhlükəsizlik strukturu tərəfindən açılıb. Vergi xidmətində qurulan şaquli daxili nəzarət sistemləri və risklərin müəyyən edilməsi meyarları az sonra vergi ödəyicilərinin hesabatları və ödənilən vergilər arasındakı disbalansları aşkar etməyə imkan verib.

Məsələyə qoşulan daxili tədqiqat qrupu artıq sabiq vergi əməkdaşının törətdiyi əməllərin sxemini və korrupsiya mexanizminə qoşulmuş şəxsləri müəyyən edib.

M.Əbdürəhmanov dərhal işindən kənarlaşdırılıb, onun barəsində araşdırmalar, qurduğu korrupsiya sxemi detallı şəkildə aktlaşdırılıb və materiallar hüquqi qiymət verilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Bu hadisə vergi xidmətinin daxili təhlükəsizlik strukturlarının son illərdə apardığı və aşkar edərək üzə çıxardığı yeganə fakt deyil. Son 3 ildə Dövlət Vergi Xidmətinin daxili təhlükəsizlik strukturları təəfindən korrupsiya halları ilə bağlı 29 nəfər barədə 18 material hüquqi qiymət verilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Belə şəxslər arasında təkcə sıravi işçilər deyil, yüksək vəzifə tutan şəxslər də olub.

Beləliklə, şəffaflığın və hesabatlılığın təmin edilməsi, vergiödəyiciləri üçün qurulan müraciət imkanları və əks-əlaqə sistemləri, rəqəmsallaşmanın genişlənməsi kimi korrupsiya riskini minimuma endirən indikatorlar dövlət vergi orqanlarında korrupsiya ilə mübarizənin sistemli şəkildə aparılmasının göstəricisidir və bütövlükdə vergiödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsinə xidmət edir.

 
  • Oxunub:  1350  |  
  • Tarix:  03-05-2021  |  
  •    Çap et   |  
Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir

05 May 22:02
“Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib
05 May 21:58
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 May 21:37
“Ulu Öndərin siyasətində dövlət-din münasibətləri: dünyəvilik və mənəvi birlik” mövzusunda videokonfrans keçirilib
05 May 21:35
Milli Məclis sədrinin müavini Adil Əliyev bir qrup gənc müəllimlə görüşüb
05 May 21:19
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər
05 May 21:12
AQUPDK ilə UNICEF arasında 2021-2022-ci illərə dair Fəaliyyət Planı imzalanıb
05 May 21:11
Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
05 May 20:33
Milli Məclisin komitə iclasında 12 məsələyə baxılıb
05 May 19:23
Gəmiçiliyin alınması tələb olunmayan lisenziyaları və icazələrinin siyahısı təsdiqlənib
05 May 19:19
Türkiyə və Rusiya prezidentləri Qarabağ məsələsini müzakirə ediblər
05 May 19:18
Heydər Əliyev dühası Azərbaycanın tarixi zəfərə gedən yoluna işıq saçan günəşdir
05 May 19:14
Türkiyənin “Qanuni” kəşfiyyat-axtarış gəmisi Qara dənizdə seysmik araşdırmalar aparacaq
05 May 19:03
“İsrael HaYom” qəzeti: Azərbaycan ordusu İsrailin “Tamuz” raketləri ilə silahlanır
05 May 18:57
Baş nazir Əli Əsədov: Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar
05 May 18:45
Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
05 May 18:35
Azərbaycan könüllüləri tərəfindən aprel ayı ərzində görülmüş işlər müzakirə edilib
05 May 18:29
Azərbaycan və Gürcüstan parlamentlər səviyyəsində də uğurla əməkdaşlıq edirlər
05 May 18:17
Bahar Muradova: 2021-2022-ci illərə dair Fəaliyyət Planı milli mexanizmlərin təkmilləşdirilməsinə töhfə vermək üçün nəzərdə tutulub
05 May 18:14
Dünya prokurorlarının 29-cu illik konfransı və ümumi yığıncağının Bakıda keçirilməsinə dair ilkin razılıq əldə olunub
05 May 17:49
Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib
05 May 17:47
Millət vəkili Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib
05 May 17:45
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb
05 May 17:38
Heydər Əliyev ideyaları Azərbaycanı daha böyük hədəflərə çatdıracaq
05 May 17:37
YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının nümayəndələrinin görüşü keçirilib
05 May 17:31
Tarixə sığmayan dahi ömrü!
05 May 17:25
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elmaz Hacıyevin ailəsinə baş çəkiblər
05 May 17:24
Nazir: “ƏDVGeriAl” layihəsi üzrə indiyədək vətəndaşlara 70 milyon manatdan çox vəsait qaytarılıb
05 May 17:19
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
05 May 17:14
Rusiyalı deputat: Ağdamda gördüklərim hərbi cinayətdir
05 May 17:09
Smartfonların yuxuya hansı təsir göstərdiyi aşkar olunub
05 May 17:00
Mayın 5-də Azərbaycanda yeni koronavirusa qarşı 30 minə yaxın vaksin vurulub
05 May 16:54
Deputat: Azərbaycan Prezidenti üç erməni hərbçini ölkəsinə qaytarmaqla humanizm ənənələrinə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi
05 May 16:53
Maliyyə naziri Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 54-cü illik toplantısında iştirak edib
05 May 16:44
Azərbaycanda koronavirusa 1080 yeni yoluxma faktı qeydə alınıb
05 May 16:29
DİN: Xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlərin keçirilməsi qadağandır
05 May 16:22
“Xalçaçı günü”ndə 149 yeni xalça kəsilib
05 May 16:19
Xalq şairi Fikrət Qoca son mənzilə yola salınıb
05 May 16:11
Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşən livanlı terrorçu ilə bağlı cinayət işi məhkəməyə göndərilib
05 May 16:09
Şəhidlərin xatirəsinə ehtiram
05 May 16:07
Gürcüstanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
05 May 16:03
“Təkmilləşdirilmiş su idarəçiliyi: Kənd Təsərrüfatının Davamlı İnkişafına Doğru” layihəsinin təqdimatı keçirilib
05 May 15:51
Rusiyalı deputat Dmitri Savelyev Ağdamda erməni vəhşiliklərinin şahidi olub
05 May 15:38
“SOCAR Turkey”in 3 müəssisəsi “Sıfır tullantı sertifikatı” alıb
05 May 15:31
Dövlət Məşğulluq Agentliyi Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
05 May 15:18
AFFA aşağı yaş qrupları üzrə yarışları bərpa edir
05 May 15:13
Hüquqi şəxslər paytaxt əhalisinə 840,7 milyon manatlıq xidmət göstərib
05 May 14:56
Azərbaycan Texniki Universitetində yeni strukturlar yaradıldı
05 May 14:54
Efendinin “Avroviziya-2021” üçün geyiminin dizaynı dünya şöhrətli modelyerə həvalə olunub
05 May 14:48
Prezident İlham Əliyev: Bizim birgə layihələrimiz regionun siyasi, iqtisadi, nəqliyyat və energetika xəritəsini dəyişib
05 May 14:46
Hərbi Prokurorluq: İtkin düşmüş daha bir hərbi qulluqçunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib
05 May 14:43
Tahir Mirkişili: “Dövlət satınalmaları haqqında” qanun layihəsi ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə hazırlanıb
05 May 14:34
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib
05 May 14:30
Gülşad Məmmədova: Axşam saatlarından başlayaraq şimal-qərb küləyi tədricən zəifləyəcək
05 May 14:26
Sevinc Fətəliyeva: Növbədənkənar seçkilər Ermənistanda siyasi böhranı daha da dərinləşdirəcək
05 May 14:24
YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən Müharibəsi Qəhrəmanının ailəsini ziyarət ediblər
05 May 13:31
Su ehtiyatlarından səmərəli istifadə günün tələbidir - VİDEO
05 May 13:27
Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisidir
05 May 13:25
Misir portalı: Azərbaycan işğaldan azad olunmuş ərazilərində tarixi-mədəniyyət abidələrini bərpa edəcək
05 May 13:23
Anastasiya Pojar: Ulu öndər Heydər Əliyev azərbaycançılıq siyasətinin müəllifidir
05 May 13:18
Azərbaycan Texniki Universiteti ilə Sumqayıt Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalanıb
05 May 13:16
Bakı Ali Neft Məktəbi ilə “Halliburton” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
05 May 13:12
YAP Samux rayon təşkilatının nümayəndələri şəhid Abdullayev Qəzənfər Nəcəf oğlunun ailəsini ziyarət ediblər
05 May 13:10
YAP Səbail rayon təşkilatının nümayəndələri Ucar rayonunda şəhid ailələrini ziyarət ediblər
05 May 13:09
Türkiyədən Azərbaycana yeni mühəndis texnika və avadanlığının növbəti hissəsi gətirilib
05 May 12:31
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana səfərə gəlib
05 May 12:28
Azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri ölkəmizin əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək
05 May 11:06
“Memarlıq və şəhərsalma ili” çərçivəsində elmi-praktiki konfrans təşkil edilib
05 May 11:05
Baş ağrısından, stresdən xilas edir, qan təzyiqini aşağı salır...
05 May 11:01
Ermənistan Azərbaycanın humanist addımları qarşılığında şovinizm, faşizm, təcavüzkarlıq niyyətini nümayiş etdirir
05 May 10:53
DİN: Ötən gün ərzində törədilmiş 22 cinayətin üstü “isti izlər”lə açılıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA