Ana səhifə »  Xəbər lenti »  “Moskovskiy komsomolets”: Yerevanda və onun ətrafında həyat şəraiti “ortadan da aşağı” səviyyədədir
A+   Yenilə  A-
“Moskovskiy komsomolets”: Yerevanda və onun ətrafında həyat şəraiti “ortadan da aşağı” səviyyədədir

Ermənilər qazanc dalınca kütləvi şəkildə Rusiyaya üz tuturlar.

AZƏRTAC xəbər verir ki, bu barədə “Moskovskiy komsomolets” nəşrində dərc olunan məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, Ermənistanın müasir müstəqil dövlət kimi mövcud olduğu 30 il ərzində sakit və bolluq illərini barmaqla saymaq olar. 1990-cı illərin əvvəllərində Ermənistan əhalisinin sayı 3,5 milyon nəfər olduğu halda hazırda əhalinin sayı 2,9 milyon nəfərədək azalıb.

Respublika sakinlərindən Gevorq adlı biri məqalə müəllifi ilə söhbətində bildirir ki, Qarabağ uğrunda müharibədə məğlubiyyətdən sonra mal-qara sahiblərinin əksəriyyəti narahatlıq keçirir, çünki mal-qaranı otarmağa yer olmadığından onlar tələf olur. Əvvəllər bunu Qarabağda edirdilər, indi Ermənistanda hər şey bahalaşıb.

Ermənistanın əməkqabiliyyətli əhalisinin qalan hissəsi əmək miqrasiyasına məcbur olub. Məsələn, respublikanın Şirak vilayətində kişilərin 70 faizi Rusiyada işləyir. Qadınlar uşaqları tərbiyə etmək və ev-eşiyə baxmaqdan ötrü qalırlar. Ailələr qışda 2-3 aylığa bir araya gəlir, muzdla çalışan ailə başçıları Yeni ili və uşaqların qış tətilini onlarla birgə keçirirlər. Fevralın sonlarında onlar yenidən Rusiyaya qayıdırlar. Bax beləcə təqribən 500 min erməni “səyahət edir”.

Yerevanda və şəhərətrafı zonada yaşayan sakinlərlə söhbətdən sonra məqalə müəllifi belə qənaətə gəlib ki, bu insanların həyat səviyyəsinin “orta həddən aşağı” kimi müəyyən etmək mümkündür.

Müəllif yazır: “Məsələn, kəndlərdə sürüşmə zonalarında yaşayan erməniləri görmək olar, çünki həmin yerlərdə torpaq məhsuldardır. Hər neçə ildən bir təbii fəlakət onların evini dağıdır, onlar isə yenə də həmin yerlərdə ev tikirlər. Çünki acından ölməmək və hansısa ehtiyatı tutmaqdan ötrü öz sahələrində kifayət qədər məhsul yetirşdirmək mümkündür”.

Moskvadan Yerevana köçən Anna qəzetin müxbiri ilə söhbətində bildirib ki, əvvəllər o, oğlunu orduya xidmətə göndərməyi planlaşdırırdı. İndi isə o başa düşmür ki, İkinci Qarabağ müharibəsində insanlar nədən ötrü həlak olub. Anna deyib: “Ölkə kiçikdir və sən daim elə hisslə yaşayırsan ki, sabah müharibənin artıq Ermənistan ərazisində başlana biləcəyinə heç kim zəmanət verməyəcək”.

Məqalədə deyilir ki, ölkədə məmur özbaşınalığı ilə bağlı böyük problem yaşanır. İş o yerə çatıb ki, hətta Qarabağa könüllü döyüşə yollananlar dövlətdən yardım ala bilmirlər, çünki onların statusu qanunda nəzərdə tutulmayıb. Müvafiq olaraq, onlar müalicə xərclərini özləri çəkir və Ermənistandakı sosial-iqtisadi vəziyyət nəzərə alınarsa, bu, həddən artıq çətin başa gəlir.

Müəllif daha sonra yazır ki, yerli sakinlərin fikrincə, ölkədə korrupsiya baş alıb gedir. Məsələn, Yerevan sakini Vaqan deyir: “Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra yalnız ilk bir neçə ay ərzində korrupsiya azaldı. Sonra hər şey əvvəlki vəziyyətinə qayıtdı. Təkcə yol polisləri rüşvət götürmür... Düzdür, onlar ümumiyyətlə bir iş görmürlər – yollarda hərc-mərclikdir. Belə ki, hər kəs rüşvət alır: vergi, gömrük, şəhər hakimiyyət orqanları... Əsasən, necə deyərlər, “işləri tezləşdirmək” üçün pul alırlar, lakin bizdə yuxarı dairələrdə də korrupsiya qalmaqalları az deyil”.

 
  • Oxunub:  1650  |  
  • Tarix:  03-05-2021  |  
  •    Çap et   |  
Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir

05 May 22:02
“Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib
05 May 21:58
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 May 21:37
“Ulu Öndərin siyasətində dövlət-din münasibətləri: dünyəvilik və mənəvi birlik” mövzusunda videokonfrans keçirilib
05 May 21:35
Milli Məclis sədrinin müavini Adil Əliyev bir qrup gənc müəllimlə görüşüb
05 May 21:19
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər
05 May 21:12
AQUPDK ilə UNICEF arasında 2021-2022-ci illərə dair Fəaliyyət Planı imzalanıb
05 May 21:11
Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
05 May 20:33
Milli Məclisin komitə iclasında 12 məsələyə baxılıb
05 May 19:23
Gəmiçiliyin alınması tələb olunmayan lisenziyaları və icazələrinin siyahısı təsdiqlənib
05 May 19:19
Türkiyə və Rusiya prezidentləri Qarabağ məsələsini müzakirə ediblər
05 May 19:18
Heydər Əliyev dühası Azərbaycanın tarixi zəfərə gedən yoluna işıq saçan günəşdir
05 May 19:14
Türkiyənin “Qanuni” kəşfiyyat-axtarış gəmisi Qara dənizdə seysmik araşdırmalar aparacaq
05 May 19:03
“İsrael HaYom” qəzeti: Azərbaycan ordusu İsrailin “Tamuz” raketləri ilə silahlanır
05 May 18:57
Baş nazir Əli Əsədov: Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar
05 May 18:45
Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
05 May 18:35
Azərbaycan könüllüləri tərəfindən aprel ayı ərzində görülmüş işlər müzakirə edilib
05 May 18:29
Azərbaycan və Gürcüstan parlamentlər səviyyəsində də uğurla əməkdaşlıq edirlər
05 May 18:17
Bahar Muradova: 2021-2022-ci illərə dair Fəaliyyət Planı milli mexanizmlərin təkmilləşdirilməsinə töhfə vermək üçün nəzərdə tutulub
05 May 18:14
Dünya prokurorlarının 29-cu illik konfransı və ümumi yığıncağının Bakıda keçirilməsinə dair ilkin razılıq əldə olunub
05 May 17:49
Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib
05 May 17:47
Millət vəkili Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib
05 May 17:45
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb
05 May 17:38
Heydər Əliyev ideyaları Azərbaycanı daha böyük hədəflərə çatdıracaq
05 May 17:37
YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının nümayəndələrinin görüşü keçirilib
05 May 17:31
Tarixə sığmayan dahi ömrü!
05 May 17:25
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elmaz Hacıyevin ailəsinə baş çəkiblər
05 May 17:24
Nazir: “ƏDVGeriAl” layihəsi üzrə indiyədək vətəndaşlara 70 milyon manatdan çox vəsait qaytarılıb
05 May 17:19
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
05 May 17:14
Rusiyalı deputat: Ağdamda gördüklərim hərbi cinayətdir
05 May 17:09
Smartfonların yuxuya hansı təsir göstərdiyi aşkar olunub
05 May 17:00
Mayın 5-də Azərbaycanda yeni koronavirusa qarşı 30 minə yaxın vaksin vurulub
05 May 16:54
Deputat: Azərbaycan Prezidenti üç erməni hərbçini ölkəsinə qaytarmaqla humanizm ənənələrinə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi
05 May 16:53
Maliyyə naziri Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 54-cü illik toplantısında iştirak edib
05 May 16:44
Azərbaycanda koronavirusa 1080 yeni yoluxma faktı qeydə alınıb
05 May 16:29
DİN: Xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlərin keçirilməsi qadağandır
05 May 16:22
“Xalçaçı günü”ndə 149 yeni xalça kəsilib
05 May 16:19
Xalq şairi Fikrət Qoca son mənzilə yola salınıb
05 May 16:11
Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşən livanlı terrorçu ilə bağlı cinayət işi məhkəməyə göndərilib
05 May 16:09
Şəhidlərin xatirəsinə ehtiram
05 May 16:07
Gürcüstanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
05 May 16:03
“Təkmilləşdirilmiş su idarəçiliyi: Kənd Təsərrüfatının Davamlı İnkişafına Doğru” layihəsinin təqdimatı keçirilib
05 May 15:51
Rusiyalı deputat Dmitri Savelyev Ağdamda erməni vəhşiliklərinin şahidi olub
05 May 15:38
“SOCAR Turkey”in 3 müəssisəsi “Sıfır tullantı sertifikatı” alıb
05 May 15:31
Dövlət Məşğulluq Agentliyi Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
05 May 15:18
AFFA aşağı yaş qrupları üzrə yarışları bərpa edir
05 May 15:13
Hüquqi şəxslər paytaxt əhalisinə 840,7 milyon manatlıq xidmət göstərib
05 May 14:56
Azərbaycan Texniki Universitetində yeni strukturlar yaradıldı
05 May 14:54
Efendinin “Avroviziya-2021” üçün geyiminin dizaynı dünya şöhrətli modelyerə həvalə olunub
05 May 14:48
Prezident İlham Əliyev: Bizim birgə layihələrimiz regionun siyasi, iqtisadi, nəqliyyat və energetika xəritəsini dəyişib
05 May 14:46
Hərbi Prokurorluq: İtkin düşmüş daha bir hərbi qulluqçunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib
05 May 14:43
Tahir Mirkişili: “Dövlət satınalmaları haqqında” qanun layihəsi ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə hazırlanıb
05 May 14:34
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib
05 May 14:30
Gülşad Məmmədova: Axşam saatlarından başlayaraq şimal-qərb küləyi tədricən zəifləyəcək
05 May 14:26
Sevinc Fətəliyeva: Növbədənkənar seçkilər Ermənistanda siyasi böhranı daha da dərinləşdirəcək
05 May 14:24
YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən Müharibəsi Qəhrəmanının ailəsini ziyarət ediblər
05 May 13:31
Su ehtiyatlarından səmərəli istifadə günün tələbidir - VİDEO
05 May 13:27
Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisidir
05 May 13:25
Misir portalı: Azərbaycan işğaldan azad olunmuş ərazilərində tarixi-mədəniyyət abidələrini bərpa edəcək
05 May 13:23
Anastasiya Pojar: Ulu öndər Heydər Əliyev azərbaycançılıq siyasətinin müəllifidir
05 May 13:18
Azərbaycan Texniki Universiteti ilə Sumqayıt Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalanıb
05 May 13:16
Bakı Ali Neft Məktəbi ilə “Halliburton” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
05 May 13:12
YAP Samux rayon təşkilatının nümayəndələri şəhid Abdullayev Qəzənfər Nəcəf oğlunun ailəsini ziyarət ediblər
05 May 13:10
YAP Səbail rayon təşkilatının nümayəndələri Ucar rayonunda şəhid ailələrini ziyarət ediblər
05 May 13:09
Türkiyədən Azərbaycana yeni mühəndis texnika və avadanlığının növbəti hissəsi gətirilib
05 May 12:31
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana səfərə gəlib
05 May 12:28
Azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri ölkəmizin əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək
05 May 11:06
“Memarlıq və şəhərsalma ili” çərçivəsində elmi-praktiki konfrans təşkil edilib
05 May 11:05
Baş ağrısından, stresdən xilas edir, qan təzyiqini aşağı salır...
05 May 11:01
Ermənistan Azərbaycanın humanist addımları qarşılığında şovinizm, faşizm, təcavüzkarlıq niyyətini nümayiş etdirir
05 May 10:53
DİN: Ötən gün ərzində törədilmiş 22 cinayətin üstü “isti izlər”lə açılıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA