Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xətai rayonunda iki əsas küçə təmir edilir

Xətai rayonunda iki əsas küçə təmir edilir

28.04.2021 [15:31]

Dövlət başçısının sərəncam və tapşırıqlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxtın Xətai rayonu ərazisində kompleks tədbirlər həyata keçirir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda Xətai rayonu ərazisində təmir-tikinti işləri Əliağa Şıxlinski küçəsinin “Neapol dairəsi”ndən Məhəmməd Hadi və Nəsirəddin Tusi küçələrinə qədər olan hissəsində aparılır. Aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Bununla yanaşı, küçəboyu zəruri yerlərdə piyada səkiləri bərpa olunur, səkilərin hərəkət hissəsi asfaltlanır, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəzlənir.

Bu işlərə paralel olaraq, küçəboyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulur. Qeyd edilən təmir işləri artıq ərazinin 1 kilometrlik hissəsində yekunlaşmaq üzrədir. Ümumilikdə isə tikintinin aparılacağı ümumi sahə 24 min kvadratmetrdən çoxdur.

Xətai rayonunda təmir-tikinti işləri rayonun yol infrastrukturu baxımından ən işlək küçələrindən hesab olunan Xudu Məmmədov küçəsində də aparılır. Sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 2,1 kilometr təşkil edir ki, burada da küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Asfaltlanma işləri yekunlaşdıqdan sonra X.Məmmədov küçəsi zəruri yol nişanları, üfüqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, işlərin vaxtında yekunlaşdırılması üçün sözügedən ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Cari ildə İnvestisiya Proqramına uyğun olaraq, Xətai rayonu ərazisində təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Ümumiyyətlə isə Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində ümumi uzunluğu 41,5 kilometr uzunluğunda olan 32 adda küçə və yolda təmir-tikinti işləri görülüb.

Paylaş:
Baxılıb: 218 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31