Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının növbəti iclası keçirilib

Türkiyə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının növbəti iclası keçirilib

22.04.2021 [20:31]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının (AMŞ) növbəti iclası keçirilib.

AZƏRTAC Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinə istinadla xəbər verir ki, iclasda Türkiyədə yeni Konstitusiyanın qəbulu, ölkədə müşahidə olunan anti-demokratik cəhdlər və saxta “erməni soyqırımı” məsələləri müzakirə olunub.

Ali Məşvərət Şurasının üzvləri tarixi əhəmiyyətə malik yeni Konstitusiyanın sabitliyə, inkişafa və tərəqqiyə cavab verən daha geniş əhatəli mətndə hazırlanmasının vacibliyini ifadə ediblər.

Saxta “erməni soyqırımı” mövzusunda iftiralara qarşı atılacaq addımlarla bağlı fikir və mülahizələrini bölüşən Ali Məşvərət Şurasının üzvləri gündəlikdəki digər məsələləri də nəzərdən keçiriblər.

Türkiyədə bütün antidemokratik cəhdlərin qarşısının alınacağını diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, əsas istək Cümhuriyyətin 100-cü ildönümünü hərbi çevrilişlərə şərait yaradan Konstitusiya ilə deyil, xalqın qərarı ilə qəbul olunacaq və mülki əsaslara söykənən yeni Konstitusiya ilə qarşılamaqdır.

Çıxışında saxta “erməni soyqırımı” məsələsinə də münasibət bildirən Prezident Ərdoğan əminliklə bildirib ki, bu yalanlara dəstək verənlərə qarşı mübarizə bundan sonra da davam etdiriləcək.

Paylaş:
Baxılıb: 175 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31