Ana səhifə »  Xəbər lenti »  “Erkən Uşaqlıq Dövrü İnkişafı və Azərbaycanda Milli EUDİ kampaniyası”nın təqdimatı olub
A+   Yenilə  A-
“Erkən Uşaqlıq Dövrü İnkişafı və Azərbaycanda Milli EUDİ kampaniyası”nın təqdimatı olub

Heydər Əliyev Fondunun dəstəyi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə aprelin 22-də “Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ) və Azərbaycanda Milli EUDİ kampaniyası”nın təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin müdiri, Milli Məclisin deputatı Soltan Məmmədov tədbirin mövzusunun ölkəmizdə uğurla icra olunan icbari tibbi sığorta siyasətinin önəmli komponentlərindən birini təşkil etdiyini bildirib. Ölkəmizdə uşaq sağlamlığı, uşaqların təhsili və sosial təminatının hər zaman əsas prioritetlərdən biri olduğunu qeyd edən S.Məmmədov EUDİ layihəsinin Azərbaycanın hər zaman tətbiqində yüksək siyasi iradə nümayiş etdirdiyi 17 davamlı inkişaf məqsədlərindən 11-nin uğurlu icrasına öz töhfəsini verəcəyini diqqətə çatdırıb.

O, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun uşaqların sağlamlığı, təhsili və sosial təminatı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirdiyini vurğulayıb: “2004-cü ildən Fondun “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşınadək şəxslər insulin preparatları və şpris qələmlərlə təmin edilirlər. Koxlear implantasiya proqramı çərçivəsində bir qrup eşitmə qüsuru olan şəxslərin əməliyyatı həyata keçirilib. 2015-ci ildən bu günədək proqram çərçivəsində ölkə üzrə 200-dən çox şəxs koxlear implantasiya əməliyyatına cəlb olunub. Talassemiya xəstəliyinin qarşısının alınması məqsədilə 2005-ci ildə “Talassemiyasız həyat naminə” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində 2009-cu ildə Bakıda müasir avadanlıqlarla təchiz olunmuş Talassemiya Mərkəzi inşa edilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə mütəmadi olaraq ürək qüsurundan əziyyət çəkən uşaqların müayinə və əməliyyatı həyata keçirilir. Səhiyyə sahəsində aparılan islahatlara dəstək olaraq qanunvericilik bazasında tələb olunan davamlı dəyişikliklər bu gün də həyata keçirilir. Bundan başqa, müxtəlif xəstəliklərlə mübarizədə həyata keçirilən dövlət proqramları ölkəmizin sosialyönümlü siyasətinin bariz nümunəsidir. Yoluxucu xəstəliklərin immunprofilaktikası, uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması, talassemiya, hemofiliya xəstəlikləri, o cümlədən onkoloji xəstəliklər və diabetlə mübarizə, koxlear implantasiya əməliyyatları, ana və uşaq sağlamlığının yaxşılaşdırılması tədbirləri və digər dövlət proqramları uşaqların erkən yaş dövründə sağlam inkişafına böyük dəstəkdir. Əminəm ki, bu işlər gələcəkdə də davam edəcək və dövlət qurumları, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların birgə səyi və aktiv iştirakı ilə həmin layihələri tezliklə işğaldan azad olunmuş torpaqlarımızda da uğurla həyata keçirəcəyik”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, insan kapitalına ən erkən yaşlardan qoyulan yatırım inkişafın fundamental əsası hesab olunur. O, EUDİ layihəsinin vacib və yüksək nəticəyə hesablanmış bir layihə olduğunu qeyd edib: “Erkən uşaqlıq dövrü inkişafı ana bətnindən başlayaraq məktəbə qəbul yaşına qədər nitq, dil, ritorika, eləcə də sosial və emosional inkişafa dair vərdiş və bacarıqların əldə olunmasından ibarət fasiləsiz bir prosesdir. Odur ki, körpə həyatının ilk 1000 günündə düzgün qidalanma, stimullaşdırma və qayğı, həmçinin keyfiyyətli səhiyyə xidməti ilə əhatə olunması çox vacibdir. Ölkəmizdə gənclərin səlahiyyətləndirilməsi, sosial müdafiə və erkən uşaqlıq dövrünün inkişafı məsələləri hökumətin dayanıqlı iqtisadi artımı təmin edən aparıcı mexanizmlərinə daxil edilib.

Mövcud milli və beynəlxalq qanunvericilik, işlək mexanizmlər və alətlər, bu günədək keçdiyimiz yol əldə etdiyimiz nəticələr bundan sonra da qarşımıza uşaqlar üçün öz potensiallarını tam şəkildə reallaşdırmaq imkanı verən bir mühitdə böyüməyi təmin etməyi qarşımıza vəzifə kimi qoyur. Bu vəzifənin yerinə yetirilməsi üçün müəyyən nailiyyətlərimiz var. Ən əsası azyaşlı uşaqlar arasında immunizasiya və onun əhatə səviyyəsinin yüksək olması, ana və uşaq sağlamlığı, bu sahədə olan problemlərin erkən aşkarlanması, profilaktikası, xüsusilə icbari müayinələrə dair dövlət proqramlarını məxsusi qeyd etmək istərdim. Dövlət proqramları içərisində məktəbəqədər təlimə çıxış imkanlarının artırılması ilə əlaqədar da ciddi addımlar atılıb. Doğumun universal və dəqiq qeydiyyatı ilə bağlı görülən işlər təqdirəlayiqdir. Ödənişli analıq məzuniyyətinin tətbiqi, ana südü əvəzedicilərinin marketinqinə dair məcəllənin tətbiqi Azərbaycanda bu sahədə problemləri xeyli dərəcədə azaldıb. Amma yenə də problemlər qalmaqdadır. 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqların sayında müəyyən artım hiss olunur. Bunu da əsas səbəbləri erkən və qohum nikahları, doğuş zamanı travmalar, bir sıra genetik xəstəliklərdir. Erkən aşkarlama və erkən müdaxilə üçün mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində görülən işləri xüsusi vurğulamaq lazımdır. Burada Heydər Əliyev Fondunun, əlaqədar dövlət orqanlarının birgə işi təqdirəlayiqdir. Sağlam və təhlükəsiz ailə mühitində tərbiyə almaq, əqli və psixi inkişaf sahəsində erkən aşkarlama və müdaxilə tədbirlərinin reallaşdırılması və intensivləşdirilməsi xüsusilə vacibdir. Effektiv qidalanmama səbəbindən 5 yaşadək uşaqlarda qısaboyluluq hələ də müşahidə olunur. Hamilə qadınlar və azyaşlı uşaqlarda anemiya halları rast gəlinməkdədir. Bu problemlərin həlli üçün belə layihələrin reallaşdırılması çox vacibdir. Bugünkü təqdimat mərasimini uşaq hüquqlarının çoxtərəfli əməkdaşlıq əsasında milli inkişaf gündəliyimizdə ön plana çəkilməsinin bariz nümunələrindən biri kimi dəyərləndirmək olar. Uşaqlara qayğını, valideynlərə faydalı məsləhətləri nəzərdə tutan universal, mütərəqqi, ev ziyarəti modelinin pilot qismində uğurlu tətbiqi gələcəkdə bu kampaniyanın coğrafiyasının daha da genişləndirilməsini və həmin kampaniyalar, belə layihələr haqqında əhalinin məlumatlılığının artırılmasını vacib bir vəzifə kimi qarşıya qoyur.

Ölkəmiz üçün ciddi çətinliklər yaratmış pandemiya dövründə xüsusilə davranış problemləri ilə bağlı yaranan çətinlikləri qeyd etmək istərdim. Bu istiqamətdə üzləşdiyimiz çətinliklər göstərdi ki, həqiqətən də insanların bu sahədə vərdişlərini, bacarıqlarını və davranış imkanlarını xeyli dərəcədə genişləndirən layihələrə, tədbirlərə böyük ehtiyac var”.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas təmsil etdiyi təşkilatların Azərbaycandakı müxtəlif qurumlarla uşaqlara dair həyata keçirdiyi layihələrdən bəhs edibl. Hər iki təşkilatın ölkəmizdəki nümayəndəsi EUDİ layihəsinin Azərbaycan xalqına və gələcək nəsillərə töhfə verəcəyinə ümidvar olduqlarını bildirib.

Sonra erkən uşaqlıq dövründə inkişafla bağlı qısa videoçarx nümayiş olunub.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan və “Regional İnkişaf” İctimai Birliyinin EUDİ layihəsinin rəhbəri Nəzrin Şirinova 2019-cu ildən Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin birgə icra etdiyi EUDİ layihəsinin məqsədləri, layihə çərçivəsində yaradılmış www.eudi.az  portalı, Erkən Uşaqlıq Dövründə İnkişaf Resurs Mərkəzinin fəaliyyəti, o cümlədən gələcəkdə nəzərdə tutulan digər fəaliyyətlər barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, erkən uşaqlıq dövrü bir-birindən ayrı üç mərhələni əhatə edir: mayalanmadan doğuşaqədərki dövr, doğuşdan 3 yaşaqədərki dövr və məktəbəqədərki dövr. Erkən uşaqlıq dövrünün inkişafının məqsədi bütün azyaşlı uşaqların, o cümlədən həssas qruplara daxil olan uşaqların öz inkişaf potensiallarına nail olmasıdır. Buna iki faktor vasitəsilə imkan yaradılır: doğuşdan məktəbə qəbul yaşına qədər bütün uşaqların onların inkişaf ehtiyaclarını qarşılayan yüksəkkeyfiyyətli əsas sağlamlıq, qidalanma, müdafiə və erkən təlim xidmətlərinə bərabər çıxış imkanına malik olması; valideynlərə və uşaqlara qayğı göstərən digər şəxslərə dəstəyin göstərilməsi və onların öz azyaşlı uşaqlarını məsuliyyətli qayğı və pozitiv valideyn tərbiyəsi ilə təmin etməsi.

Qeyd olunub ki, layihənin əsas məqsədləri 8 yaşadək uşaqların sosial, fiziki və əqli inkişafı, sağlamlığı, düzgün qidalanması, təlim-tərbiyəsi, uşaqlarda inkişaf dinamikasının izlənməsi və inkişafın stimullaşdırılması ilə bağlı valideynləri və digər maraqlı tərəfləri maarifləndirmək, bu sahədə çalışan səhiyyə, təhsil və sosial xidmətlər üzrə mütəxəssislərin potensialını artırmaqdır. Layihənin icrası müddətində həmçinin 4 hədəf regionda – Gəncə və Şirvan şəhərləri, Ağcabədi və Abşeron rayonlarında aidiyyəti qurumlar da cəlb olunmaqla müxtəlif dəyirmi masaların, konfransların, festivalların təşkili, icma platformasının yaradılması, geniş maarifləndirmə işlərinin aparılması planlaşdırılır.

Sonra www.eudi.az  portalına həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbir müzakirələrlə davam etdirilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, təhsil nazirinin müavini Firudin Qurbanov, səhiyyə nazirinin müavini Rəhim Əliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, Milli Məclisin deputatları Hicran Hüseynova, İlham Məmmədov, Müşfiq Məmmədlinin çıxışları dinlənilib. Çıxışlarda vurğulanıb ki, Azərbaycanda Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ) Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu istiqamətdə həyata keçirilən layihələr və digər təşəbbüslər heç şübhəsiz hökumətin insan kapitalının inkişafı prioritetlərinə, eləcə də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrasına öz töhfəsini verəcək.

 
  • Oxunub:  2490  |  
  • Tarix:  22-04-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

16 May 19:17
Deputat: Qəbələdə alban abidələrinin bərpası Azərbaycanda bütün dini konfessiyalara dövlət dəstəyinin göstəricisidir
16 May 19:16
NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayıb
16 May 19:15
Deputat: “Xarıbülbül” festivalı ölkəmizdə fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi idi
16 May 19:12
MDB Parlament Assambleyasının daimi komissiyalarının iclası keçirilib
16 May 18:31
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirirlər
16 May 18:07
Bəxtiyar İslamov: “Xarıbülbül” festivalı Azərbaycanın mədəni-intellektual potensialının sərgilənməsi idi
16 May 18:04
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib
16 May 17:39
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Ağstafa rayonunda şəhid ailəsini ziyarət ediblər
16 May 17:33
Raket və artilleriya bölmələri təyin olunmuş marşrutlarla hərəkət edir
16 May 17:17
Milli Məclisin deputatı Vüqar Bayramov və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov "Yeni TV"-nin canlı yayımında
16 May 17:16
Azərbaycanda koronavirus infeksiyasından 1122 nəfər müalicə olunaraq sağalıb
16 May 16:38
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir
16 May 16:36
Deputat: Yeni dəmir yolunun istifadəyə verilməsi Qəbələyə səfər edən turistlərin sayının artmasına gətirib çıxaracaq
16 May 16:33
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb
16 May 16:32
Sevinc Hüseynova: Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi böyük əhəmiyyətə malik olan tarixi hadisədir
16 May 15:58
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq turizm sərgisində təbliğ olunub
16 May 15:51
Əliabbas Salahzadə: Şuşadan dünyaya ünvanlanan sülh mesajı Azərbaycanın tolerant ölkə olduğunu bir daha təsdiqlədi
16 May 15:50
Qeyri-iş günlərində paytaxtda 42 min kvadratmetr sahədə təmir işləri aparılıb
16 May 15:42
“JARA 2022” festivalının tarixi açıqlanıb
16 May 15:40
Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb
16 May 15:08
Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyəti İtaliyada səfərdə olacaq
16 May 14:03
Akademik Arif Paşayev “Mühəndislik elminin perspektiv məsələləri” adlı beynəlxalq konfransda məruzə ilə çıxış edib
16 May 14:01
Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır
16 May 13:36
Sərhəd pozucularının açdığı atəş nəticəsində şəhid olan hərbçimiz Qubada torpağa tapşırılıb
16 May 13:35
Dövlət sərhədinin pozulması zamanı şəhid olan hərbçimiz Tovuzda dəfn edilib
16 May 12:53
Azərbaycan 89 ölkəyə məhsul ixrac edib
16 May 12:48
Bakıda keçiriləcək dünya yaş qrupları yarışlarında 18 ölkədən 202 gimnast iştirak edəcək
16 May 12:46
Növbəti əyani müayinədə daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib
16 May 12:22
Türkiyə mediası Azərbaycan Ordusunun hərbi təlimlərini geniş işıqlandırır
16 May 12:20
Məlahət İbrahimqızı: “Xarıbülbül” festivalı göstərdi ki, Azərbaycan xalqının erməni faşizmi üzərindəki Zəfəri regionda və dünyada sülhə bir töhfədir
16 May 12:18
Şahin İsmayılov: “Xarıbülbül” musiqi festivalı mühüm mədəniyyət hadisəsidir
16 May 12:13
Ötən ay Dövlət Miqrasiya Xidmətinə 9254 əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib
16 May 12:09
Azərbaycanın gözü olan Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi Zəfər yürüşümüzün təntənəsidir
16 May 12:05
Şuşadan, Cıdır düzündən dünyaya milli birlik mesajı verildi
16 May 12:03
YAP Səbail rayon təşkilatında Müqəddəs Ramazan bayramı münasibətilə növbəti sosial aksiya həyata keçirilib
16 May 11:42
SOCAR-ın prezidenti Türkmənistanın dövlət başçısı ilə görüşüb
16 May 11:40
Xocavənd rayonu ərazisində silah-sursat aşkarlanıb
16 May 11:36
Birinci sinfə şagird qəbulu üzrə elektron portal yenidən akivləşdirilib
16 May 11:10
DSX-nin iki hərbçisinin həlak olması ilə bağlı cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb
16 May 11:09
Mayın 16-sı QİÇS Qurbanlarının Ümumdünya Xatirə Günüdür
16 May 10:45
“Avro-2020”nin ilk könüllü komandası fəaliyyətə başlayıb
16 May 10:13
Sabah əyani tədris qismən bərpa olunur
16 May 10:01
Azərbaycan Ordusunda təlimlər başlayıb
16 May 09:42
Azərbaycan xalçaları Xorvatiyada nümayiş edilib
16 May 09:05
Leyla Abdullayeva: Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır
14 May 13:30
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib
14 May 12:26
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib
14 May 10:15
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub
13 May 20:52
İslam ölkələrində sosial-mədəni hüquqların təmin edilməsi məsələləri müzakirə olunub
13 May 20:19
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
13 May 20:06
Azərbaycanda koronavirusa 509 yeni yoluxma faktı qeydə alınıb
13 May 19:12
Milli Məclis sədrinin müavini: Naxçıvan Muxtar Respublikasının inkişafı dövlət başçısının diqqət mərkəzindədir
13 May 17:09
“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi davam edir
13 May 16:58
Bu gün şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub
13 May 15:06
Daha 3 şəhidin yeni doğulan övladının zəruri xərcləri qarşılanıb
13 May 14:30
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb - VİDEO
13 May 12:55
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub - VİDEO
13 May 12:28
“Müzəffər Ali Baş Komandanımız xilaskarlıq missiyasını böyük uğurla yerinə yetirdi”
13 May 10:00
Şuşada bayram namazı qılınıb - VİDEO
13 May 09:48
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib
13 May 09:47
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib
12 May 22:17
Qarabağ səmasında, Şuşada atəşfəşanlıq
12 May 22:12
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşada təşkil olunan atəşfəşanlığın görüntülərini paylaşıb - VİDEO
12 May 19:30
Bu gün yenə Tarix yazıldı!
12 May 18:23
Prezident İlham Əliyev: Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
12 May 18:15
Ramazan bayramı münasibətilə Dövlət Miqrasiya Xidməti yardım aksiyası həyata keçirib
12 May 17:57
Prezident İlham Əliyev: Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər
12 May 17:42
Azərbaycan Prezidenti: Bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi
12 May 17:31
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
12 May 17:21
“Xarıbülbül” musiqi festivalının keçirilməsi azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasının gözəl nümunələrindəndir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+26 +31
gecə+15 +20