Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Türkiyəli qonaqlar Şəhid ailələrini ziyarət ediblər

YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Türkiyəli qonaqlar Şəhid ailələrini ziyarət ediblər

21.04.2021 [13:24]

Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyinin dəvəti ilə Bakıda səfərdə olan Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialının baş rol ifaçılarından Erhan Ufak və ona aid olan “Eslem” yapım şirkətinin yaradıcı heyəti YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Səbail rayonunda bir neçə Şəhid ailəsini ziyarət etdilər.

Qardaş Türkiyənin sənət adamları ilk öncə YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyevlə görüşdülər. Səmimi söhbət şəraitində keçən görüşdə məlumat verildi ki, Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi Türkiyənin sənət adamlarının təcrübəsindən bəhrələnmək və yeni istedadlı gənclərin yetişdirilməsi məqsədilə “Sənət Akademiyası” layihəsinə start verib. Layihənin əsas məqsədi iki qardaş dövlət arasında aparılan sürətli işğüzar əlaqələrdə həm vətəndaş kimi, həm də İctimai Birlik olaraq töhfə vermək, Azərbaycanda müxtəlif sənət sahələrində, o cümlədən kino və serial sahəsini inkişaf etdirmək məqsədi ilə gəncləri bir araya gətirməkdir. Layihənin ilk ulduz qonağı olan məşhur aktyor Erhan Ufak 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı möhtəşəm Qarabağ Zəfəri münasibətilə bir daha xalqımızı təbrik etdi və Azərbaycan-Türkiyə arasındakı qardaşlığın əbədi və sarsılmaz olduğunu vurğuladı.

Türkiyəli qonaqlar Səbail rayonunun Vətən müharibəsi Şəhidləri Qurbanov Murad Asif oğlu və Qənbərov Bilal Xanlar oğlunun ailələrini evlərində ziyarət etdilər, Şəhid ailə üzvləri ilə həmsöhbət oldular. Söhbət zamanı Azərbaycanın igid övladlarının 44 günlük şərəf mübarizəsində göstərdiyi misilsiz şücaət, mərdlik xüsusi qeyd olundu, Şəhid ailə üzvləri ilə birlikdə qəhrəman Şəhidlərimizin döyüş yoluna nəzər salındı, Vətən torpaqlarının azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhadət zirvəsinə ucalan bütün Şəhidlərimizin əbədiyaşar ruhuna dualar oxundu və Şəhidimiz Murad, Şəhidimiz Bilal haqqında unudulmaz, dəyərli xatirələr dinlənildi.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ürəkdən təşəkkür etdilər. Ailələrə ərzaq sovqatı təqdim olundu.

Paylaş:
Baxılıb: 194 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30