Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / AŞPA-nın yaz sessiyası işə başlayıb

AŞPA-nın yaz sessiyası işə başlayıb

19.04.2021 [13:55]

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası hibrid formatda işə başlayıb.

AZƏRTAC xəbər verir ki, aprelin 22-dək davam edəcək yaz sessiyasının ikinci günü Almaniyanın Nazirlər Kabinetinə sədrliyi çərçivəsində Almaniya Kansleri Angela Merkelin çıxışı gözlənilir.

Avropa Parlamentinin sədri David Sassolinin, Moldova Prezidenti Maya Sandunun, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriçinin yaz sessiyasında çıxışları nəzərdə tutulur.

Sessiyada müzakirə olunacaq mövzular arasında Avropa Şurasının strateji prioritetləri ilə bağlı Assambleyanın baxışı, insan hüquqlarının pozulması, Belarusda seçki islahatlarının zəruriliyi kimi məsələlər yer alır.

Sessiya çərçivəsində rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi, xroniki və uzunmüddətli xəstəliklərə məruz qalan insanlara qarşı ayrı-seçkilik, Monteneqro ilə monitorinq sonrası dialoq, milli azlıqların qorunub saxlanması, eləcə də diaspor fəaliyyətinə dair Avropa siyasəti də müzakirə olunacaq.

Paylaş:
Baxılıb: 168 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31