Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır

ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır

16.04.2021 [18:24]

Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır: son iki ay ərzində yoluxanların sayında hər həftə təxminən ikiqat artım qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə cümə günü Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

O deyib: “Son iki ayda dünyada həftəlik qeydə alınan yeni yoluxma hallarının sayı təxminən iki dəfə artıb. Bu isə bizi bütün pandemiya dövrü ərzində yoluxmaların ən yüksək səviyyəsinə yaxınlaşdırır”.

ÜST rəhbəri vurğulayıb ki, “əvvəllər COVID-19 virusunun geniş yayılmasından yaxa qurtaran bəzi ölkələr” hazırda yoluxmaların sayının kəskin artması ilə qarşılaşır. Bununla əlaqədar Baş direktor Papua-Yeni Qvineyadakı mürəkkəb vəziyyətə diqqət çəkib. 2021-ci ilə qədər bu ölkədə 900-dən az yoluxma və 9 ölüm halı qeydə alınıb. Hazırda isə 9300-dən çox yoluxma və 82 ölüm halı hesablanıb.

ÜST Cenevrədə çərşənbə günü dərc edilən həftəlik epidemioloji bülletendə xəbər verib ki, COVID-19-a yoluxmaların artımı yeddinci, ölüm hallarının artımı isə dördüncü həftədir ardıcıl olaraq davam edir. Ötən həftə 4,5 milyondan çox yeni yoluxma halları barədə məlumat daxil olub ki, bu da əvvəlki yeddi gün ilə müqayisədə 11 faiz çoxdur. Ölüm hallarının sayı 7 faiz artıb.

ÜST-nin məlumatına görə, cümə axşamı dünyada koronavirusa yoluxmaların təsdiqlənmiş sayı 24 saat ərzində azı 805 min artaraq, 137 milyon 860 min nəfəri, ölüm hallarının sayı 13 min artaraq, 2 milyon 960 min nəfəri ötüb.

Paylaş:
Baxılıb: 195 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30