Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib

Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib

16.04.2021 [17:05]

Aprelin 16-da Baş Prokurorluqda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında” 2020-ci il 31 dekabr tarixli Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasını və ordu quruculuğunu inamla reallaşdıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi sayəsində əbədi və əzəli torpaqlarımızın işğaldan azad edilərək ərazi bütövlüyümüzün bərpa olunduğunu, haqq və ədalətin zəfər çaldığını qeyd edib.

Bildirilib ki, hərbi-siyasi qələbəmizlə başa çatan Vətən müharibəsi zamanı cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanları aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək üzərilərinə düşən vəzifələri uğurla yerinə yetirib. Xüsusən müharibə gedişində qanunsuz erməni hərbi birləşmələrinin beynəlxalq humanitar hüququ pozaraq dinc əhalini atəşə tutması, muzdluların iştirakı, terrorizm və sair cinayət faktlarının hər biri üzrə dərhal cinayət işləri başlanmaqla döyüş əməliyyatlarının aparıldığı şəraitdə hadisə yerlərinin müayinəsi, maddi sübutların götürülməsi və digər mümkün istintaq hərəkətlərinin aparılması istiqamətində zəruri tədbirlər görülüb.

Xüsusi vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni müstəvidə davam etdirilən məhkəmə-hüquq islahatları və prokurorluğa olan diqqət və qayğı qurumun fəaliyyətinin təkmilləşməsində və səmərəliliyinin artırılmasında müstəsna əhəmiyyətə malik olub.

Baş prokuror Prezident İlham Əliyevin 2020-ci il 31 dekabr tarixli Sərəncamı ilə 38 prokurorluq əməkdaşını yüksək dövlət mükafatları - orden və medallarla təltif etməsinin Azərbaycan Prokurorluğuna dövlət başçısı tərəfindən göstərilən inamın ifadəsi və dövlətçiliyimizin maraqlarının qorunması işində prokurorluğun fəaliyyətinə verilən yüksək etimad kimi dəyərləndirib, təltiflərin prokurorluğun kollektivi üçün böyük sevincə səbəb olmaqla ikiqat məsuliyyət yaratdığını qeyd edib.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına müvafiq olaraq, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib. Həmçinin ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərmiş bir qrup əməkdaş mükafatlandırılıb.

Dövlət təltifinə layiq görülmüş əməkdaşlar çıxış edərək onların fəaliyyətinə verilmiş yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidentinə dərin minnətdarlıqlarını ifadə edib və fəaliyyətlərini bu etimada layiq səviyyədə davam etdirəcəklərini bildiriblər.

Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev göstərilən yüksək inam və etimada görə kollektivin adından ölkə başçısı İlham Əliyevə bir daha minnətdarlığını bildirib, Azərbaycan Prokurorluğunun bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə respublikamızın dinamik inkişafına istiqamətlənmiş yeni məzmunlu dövlətçilik siyasətinin reallaşdırılmasında öz xidmətlərini göstərəcəyinə əminliyini ifadə edib.

Paylaş:
Baxılıb: 204 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31