Ana səhifə »  Xəbər lenti »  “XXI əsr: milli-mənəvi dəyərlər və gender siyasəti” mövzusunda videokonfrans keçirilib
A+   Yenilə  A-
“XXI əsr: milli-mənəvi dəyərlər və gender siyasəti” mövzusunda videokonfrans keçirilib

Aprelin 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə “XXI əsr: milli-mənəvi dəyərlər və gender siyasəti” mövzusunda videokonfrans keçirilib.

DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videokonfransda təşkilatçı qurumların rəhbərliyi və əməkdaşları, şəhər və rayon icra hakimiyyətlərinin nümayəndələri, DQİDK və AQUPDK-nun yanında fəaliyyət göstərən İctimai şuraların üzvləri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova konfransda giriş nitqi ilə çıxış ediblər.

Mübariz Qurbanlı konfransın mövzusuna diqqət çəkərək bildirib ki, milli-mənəvi dəyərlərimiz və gender bərabərliyi mövzusu Azərbaycan xalqının keçdiyi tarixi yolda hər zaman müzakirə mövzusu olub və diqqət mərkəzində saxlanılıb.

Tarixən gender bərabərliyinin xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynadığını vurğulayan Mübariz Qurbanlı qeyd edib ki, bu sahədə Azərbaycan xalqının tarixi köklərinə, mənəvi dəyərlərinə bağlılığı mühüm əhəmiyyətə malikdir.

Komitə sədri ulu öndər Heydər Əliyevin gender bərabərliyinin dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılması üçün gördüyü işlərdən danışıb, müasir cəmiyyətimizdə gender zorakılığı hallarının qarşısının alınmasında dahi rəhbərin müdrik siyasətini xüsusi qeyd edib. Vurğulayıb ki, ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Ümummilli Liderin gender bərabərliyi siyasətini yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev bu istiqamətdə mühüm addımlar atmaqdadır.

Komitə sədri bildirib ki, gender sahəsində maarifləndirmə işi həyata keçirilərkən milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz, dinimiz xüsusi rol oynayır. Xalqa, millətə xas olan dəyərlər gender bərabərliyinin təmin edilməsinə bilavasitə təsirini göstərir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə qeyd edib ki, gender bərabərliyi kişi və qadınlar üçün bərabər hüquq, vəzifə, imkanlar, o cümlədən cəmiyyətdə bərabər sosial vəziyyətin yaradılmasıdır. Eyni zamanda, gender bərabərliyi dedikdə bərabər təmsilçilik və iştirakçılıq nəzərdə tutulur. Bərabər imkanların isə insan hüquqları, onların bütün formalarının reallaşdırılması üçün yaradılması vacib olan şərait və təminatlardan ibarət olduğunu diqqətə çatdıran komitə sədri hər bir dövlətin bu məsələ ilə əlaqədar müvafiq siyasət müəyyənləşdirdiyini vurğulayıb. Bildirib ki, bu bərabərliyə nail olmaq üçün ilk növbədə cinsi bərabərsizliyin və ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılmasına nail olmaq lazımdır. Azərbaycan bununla bağlı beynəlxalq konvensiyalara qoşulub və onlardan irəli gələn öhdəliklərini öz qanunvericilik aktlarına daxil edib, bir cinsin nümayəndələrinin üstünlüyünün təmin olunmasına qarşıdır, həmçinin real həyatda bunu aradan qaldırmağa çalışır. Hüquqi çərçivələrin müəyyənləşməsində cəmiyyətin malik olduğu milli-mənəvi dəyərlərin, adət-ənənələrin, mentalitetin nəzərə alınmasının əhəmiyyətinə toxunan B.Muradova ölkəmizdə bütün qanunların qəbulu zamanı həm gender bərabərliyinin təmin olunması üzrə çərçivələrə əməl edildiyini, həm də milli-mənəvi dəyərlərin müəyyənləşdirdiyi məqamların hüquqi çərçivələrlə uzlaşdığını söyləyib.

Bu ilin ISESCO tərəfindən dünyada “Qadınlar ili” kimi qeyd olunduğunu vurğulayan komitə sədri təşkilatın toplantısında çıxış edən Birinci-vitse prezident Mehriban xanım Əliyevanın gender bərabərliyi sahəsindəki hədəflərə dair ölkəmizin mövqeyini ifadə etdiyini bildirib.

Sonra Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Tarix və müasirlik kontekstində milli-mənəvi dəyərlər və qadın hüquqları” mövzusunda məruzə ilə çıxış edib.

Tarixin müxtəlif mərhələlərində qadın və kişilərə qarşı münasibətlərin formalaşmasına özünəməxsus formada təsir edən dini inanclar, dünyagörüşü aspektlərinə toxunan Aqil Şirinov başqa dinlərdən fərqli olaraq, İslam təfəkküründə ilk gündən qadına yüksək dəyər verilməsinin “Qurani-Kərim”də öz təsdiqini tapdığını qeyd edib: O deyib: “Feodal quruluşlardan fərqli olaraq bu gün inkişaf edən kapitalizm dünyasında bütün dinlərdə, o cümlədən İslam dinində qadına münasibət tamamilə başqa formada özünü biruzə verir. Artıq sənaye və postsənaye dövrünün tələblərinə uyğun olaraq qadın yalnız ana və ev işləri ilə məşğul olan biri kimi deyil, həm də cəmiyyətin müxtəlif sahələrində iştirak edən bir varlıq kimi qəbul edilir”.

Ölkəmizdə qadına verilən dəyərdən bəhs edən rektor tarixən digər türk cəmiyyətlərindən fərqli olaraq, Azərbaycanda qadına daha mütərəqqi münasibətin olduğunu bildirib.

“İslamda qadın hüquqları və gender bərabərliyi” mövzusunda məruzə ilə çıxış edən Qafqaz Müsəlmanları İdarəsi sədr müavini Qəmərxanım Cavadlı isə İslamın qadına qazandırdığı hüquq və azadlıqlar, İslamda qadınların təhsilli olmasının əhəmiyyəti kimi vacib məqamlara toxunub. Bu məqsədlə cəmiyyətdə dini maarifləndirmənin, xüsusilə İslamda ailə dəyərləri, qadının mövqeyi, ona verilən dəyər mövzusunda təbliğatın aparılmasının vacibliyini bildirən Q.Cavadlı dini icmaların qadın hüquqlarının qorunmasındakı rolu və din xadimlərinin üzərilərinə düşən missiyanı uğurla həyata keçirməsi barədə danışıb. O bildirib: Bu gün Azərbaycanda qadınların rəhbərlik etdiyi müsəlman dini icmaları mövcuddur ki, onlar böyük maarifçilik və xeyriyyəçilik işləri aparırlar”.

AQUPDK-nun İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “Gender bərabərliyinin təmin edilməsi: problemlər, nailiyyətlər, inkişaf məqsədləri və yeni çağırışlar” mövzusunda təqdimatla çıxış edərək bir sıra statistik məlumatlar paylaşıb.

Şöbə müdiri, eyni zamanda məişət zəminində fiziki, cinsi, psixoloji zorakılıq, iqtisadi asılılığın yaradılması, intihar, selektiv abortlar, cinsi ayrı-seçkilik, uşaq nikahları və alimentlərin ödənilməməsi kimi problemlərə toxunub, eləcə də onların həlli yolları barədə danışıb.

DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova “Milli-mənəvi dəyərlərimizin qorunmasında qadınların yeri və rolu” mövzusundan danışaraq bildirib ki, müasir dünyamızda istənilən cəmiyyətin sürətli inkişafının əsas amillərindən biri həmin cəmiyyətdə qadının ictimai fəallığı və buna yaradılan şəraitdən çox asılıdır. Qadınların istər ailədə, istərsə də cəmiyyətdəki layiqli mövqeyi, ilk növbədə, həmin cəmiyyətin yüksək mənəvi keyfiyyətinin, o cümlədən inkişafının və xoşbəxt gələcəyinin göstəricisidir. E.Kərimova, eyni zamanda, milli-mənəvi dəyərlər sistemimizin təşəkkülündə və yaşadılmasında qadınların xüsusi roluna toxunub.

Videokonfrans müzakirələrlə davam etdirilib.

 
  • Oxunub:  2640  |  
  • Tarix:  14-04-2021  |  
  •    Çap et   |  
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Şuşa Bəyannaməsinin imzalanması ilə əlaqədar bəyanat yayıblar

17 İyun 20:53
Azərbaycanla Türkiyənin insan resursları sahəsində əməkdaşlığı müzakirə olunub
17 İyun 20:41
Rusiya XİN Azərbaycan və Ermənistan sərhədində delimitasiya işlərinə başlamağın vacibliyini bildirib
17 İyun 20:24
Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib
17 İyun 19:43
Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib
17 İyun 19:05
“Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin qalibləri mükafatlandırılıb
17 İyun 19:05
Antalyada Cənub-Şərqi Avropa Ölkələri Əməkdaşlıq Prosesi Sammiti keçirilib
17 İyun 18:58
Azərbaycanın müdafiə naziri Latviyanın NATO-nun Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü ilə görüşüb
17 İyun 18:08
Səbinə Xasayeva: Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir
17 İyun 17:55
Bugünkü müstəqil və qüdrətli Azərbaycan Ümumilli Lider Heydər Əliyevin əsəridir
17 İyun 17:25
Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 992 min 847 nəfərdir
17 İyun 17:16
Azərbaycanda koronavirusdan ölüm halı qeydə alınmayıb
17 İyun 17:00
Məzahir Bayramov: Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir
17 İyun 16:57
Türkiyə həmişə dost və qardaş Azərbaycanın yanındadır
17 İyun 16:50
Prezidentlərin dostluğu və qardaşlığı Türkiyə-Azərbaycan qardaşlığının simvoluna çevrilib
17 İyun 16:46
Fəsli Nəbiyev: “Avro-2020” futbol yarışlarının Azərbaycanda keçirilməsi, uzun illər ölkəmizdə aparılan idman siyasətinin növbəti uğurlu təzahürüdür
17 İyun 16:41
YAP Göygöl rayon təşkilatı "Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın yeni bir dönəmi başlayır" mövzusunda tədbir keçirib
17 İyun 16:38
Azərbaycanın və Pakistanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
17 İyun 16:28
Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalının məbləği açıqlanıb
17 İyun 16:25
Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır
17 İyun 16:22
Azərbaycanla Böyük Britaniya arasında gömrük əməkdaşlığı sahəsində müzakirələr aparılıb
17 İyun 16:18
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib
17 İyun 16:13
Təhsil Tələbə Krediti Fondunun vəzifələri müəyyənləşib
17 İyun 16:05
Təhsil Tələbə Krediti Fondu müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edəcək
17 İyun 15:59
Azərbaycanın bugünkü uğurları Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin davam etdirilməsinin nəticəsidir
17 İyun 15:57
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
17 İyun 15:28
May ayı ərzində 59 şəhər və rayonun əhalisinə 1 milyon 200 mindən çox tibbi xidmət göstərilib
17 İyun 15:26
Azərbaycan atletləri Olimpiadaya 30, Paralimpiadaya isə 18 lisenziya qazanıblar
17 İyun 15:10
Antalya Diplomatiya Forumuna hazırlıqlar başa çatıb
17 İyun 14:53
ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə magistr proqramına sənəd qəbulu davam edir
17 İyun 14:51
Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradıldı - FƏRMAN
17 İyun 14:34
Azərbaycanın xarici işlər naziri Türkiyəyə səfərə yola düşüb
17 İyun 14:03
AZAL-da qadın pilotlar fəaliyyətə başlayıblar
17 İyun 13:49
İspaniya ilə investisiya və ixrac sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
17 İyun 13:40
Pərvin Kərimzadə: Şuşa Bəyannaməsi bölgədə sülh, sabitlik və firavanlıq üçün güclü bir çağırışdır
17 İyun 13:38
Azərbaycan və BMT arasında İstiqamətləndirici Komitənin ilk iclası keçirilib
17 İyun 13:14
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
17 İyun 12:58
Müttəfiqlik haqqında Bəyannamə iş birliyimizin təminatçısıdır
17 İyun 12:39
Göygöl rayonunda şəhid Həsən Bayramov yad edilib
17 İyun 12:36
“Avro-2020”: Bu gün B və C qruplarından səkkizdəbir finala yüksələcək komanda müəyyənləşə bilər
17 İyun 12:36
Tengiz Txilava: Türkiyə Prezidentinin Şuşaya səfəri çox mühüm əhəmiyyət kəsb edir
17 İyun 12:24
Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününü daha da əzəmətləndirdi
17 İyun 12:22
Füzuli və Cəbrayıl rayonlarına mediatur təşkil edilib
17 İyun 12:15
Baş Prokurorluq beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlığı genişləndirir
17 İyun 12:10
Azərbaycan ilə Xorvatiya arasında mədəni əlaqələr müzakirə edilib
17 İyun 12:06
“ASAN müraciət” mobil tətbiqi istifadəyə verilib
17 İyun 12:02
Bu il Azərbaycanda 12,5 milyard kubmetrdən çox əmtəəlik təbii qaz çıxarılıb
17 İyun 11:48
Ukrayna mətbuatı Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa səfərinə geniş yer ayırıb
17 İyun 11:41
Vüqar Seyidov: Şuşa bəyannaməsi ilə hər iki dövlət münasibətlərinin qızıl dövrünə qədəm qoydu
17 İyun 11:39
Türkiyə və Azərbaycan arasındakı münasibətlər hazırda özünün ən yüksək zirvəsindədir
17 İyun 11:37
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilərin II turu keçirilib
17 İyun 11:24
Fiziki məhdudiyyətli şagirdlərin rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb
17 İyun 11:21
DİN Ağdam rayon sakininin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb
17 İyun 11:16
“Azeri Light” neftinin qiyməti 76,5 dolları ötüb
17 İyun 10:58
Şuşa Bəyannaməsinin imzalanması 44 günlük Vətən müharibəsində qazanılan qələbənin yaratdığı yeni reallıqların təcəssümüdür
17 İyun 10:42
Sosial təminat sahəsində Almaniya təcrübəsi öyrənilir
17 İyun 09:59
Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının dördüncü iclasında Azərbaycanda korrupsiyaya qarşı görülən tədbirlərdən danışılıb
17 İyun 09:57
Azərbaycan və İspaniya arasında münasibətlərin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub
17 İyun 09:47
Moskvada Azərbaycan Milli Məclisinin və Rusiya Federal Şurasının parlamentlərarası komissiyasının iclası keçirilib
17 İyun 09:44
Bağdad Amreyev: Şuşa Bəyannaməsi bütün türk dünyasına xidmət edən bir çox məsələləri özündə əks etdirir
17 İyun 09:19
Hikmət Babaoğlu: Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” fəlsəfəsinin hüquqi müstəviyə köçürülməsi hadisəsi idi
17 İyun 09:17
Ermənilər tərəfindən xarabalığa çevrilən Füzuli yenidən dirçəlir
17 İyun 09:14
Qurtuluş məfkurəsi və azərbaycançılıq ideologiyası
16 İyun 21:10
Azərbaycan və Türkiyə gənclərinin Zəfər Forumu keçirilib
16 İyun 20:50
Prezident Ərdoğan: Ermənistan Azərbaycanla problemlərini həll etdikcə Türkiyə olaraq biz də lazımi addımları atacağıq
16 İyun 20:47
Şuşa Bəyannaməsinin imzalandığı zaman və məkan tarixi əhəmiyyət kəsb edir
16 İyun 20:24
Rəcəb Tayyib Ərdoğan: Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizi bölgəmizə rahatlıq və zənginlik gətirəcək
16 İyun 20:18
Deputat: Müttəfiqlik Bəyannaməsinin məhz Şuşada imzalanması Türkiyənin Qarabağ məsələsində mövqeyini bir daha göstərdi
16 İyun 20:08
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış edib
16 İyun 19:11
Şəhidlərin xatirəsinə ehtiram
16 İyun 19:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA