Ana səhifə »  Xəbər lenti »  Vətən müharibəsində qazanılmış böyük Qələbə Heydər Əliyev ideologiyasının təntənəsidir
A+   Yenilə  A-
Vətən müharibəsində qazanılmış böyük Qələbə Heydər Əliyev ideologiyasının təntənəsidir

Əli Hüseynli,

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev aprelin 12-də özünün təşəbbüsü ilə açıq səma altında salınmış Hərbi Qənimətlər Parkının açılışında iştirak etmişdir.

Qeyd edək ki, Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Bildiyiniz kimi, Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən sonra ötən il dekabrın 10-da təşkil olunmuş  Zəfər paradında düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının bir qismi nümayiş etdirilib. Hərbi Qənimətlər Parkı isə mükəmməl hərbi strategiya və taktikanın tətbiqi nəticəsində döyüş meydanında “Dəmir yumruq” əməliyyatının  sürətlə və az itki ilə həyata keçirmiş Azərbaycan Ordusunun gücünün daha geniş təcəssümüdür. Eksponatlar sırasında  ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat vasitələri və digər sursatlar, 30 il ərzində düşmən tərəfindən möhkəmləndirilmiş müdafiə mövqeyinin əks olunduğu kompleks, mühəndis-maneə sistemləri, döyüş postu və əsgər kazarması böyük maraq kəsb edir. Düşməndən qənimət götürülmüş 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə isə ermənilərin bəd əməllərinə verilən tutarlı cavab kimi erməni əsgərinin fərariliyini sübut edən rəmzi kompozisiyalardan biridir.

Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında məğlubiyyətlərə məruz qalan düşmən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirərək dinc sakinləri qətlə yetirməklə insanlıq əleyhinə və müharibə cinayətləri törətmişdir. Həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə ilə yanaşı burada Şuşaya atılmış “İskəndər M” raketinin qalıqlarının hərbi cinayətin əyani sübutu olduğunu söyləyən cənab İlham Əliyev bu hadisəyə öz münasibətini belə ifadə etmişdir: “Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Bu, erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur”. Bununla dövlətimizin başçısı həm də istənilən məsələdə və istənilən şəraitdə Azərbaycan dövlətinin və xalqının pozulmuş hüquqlarının müdafiəsi istiqamətində siyasi iradəsini  ortaya qoymuş oldu.

Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dövlətimizin yüksək hərbi mükafatları, o cümlədən  müharibədən sonra ölkə rəhbərinin təşəbbüsü ilə təsis edilmiş “Vətən müharibəsi qəhrəmanı” ulduzu, “Zəfər” və “Qarabağ” ordenləri ilə təltif olunan hərbi qulluqçularla görüşdə geniş nitq söyləmişdir. Bu görüşün məhz bu parkda keçirilməsinin rəmzi məna daşıdığını dilə gətirən cənab İlham Əliyevin çıxışı diqqət çəkən bir sıra məqamlarla zəngindir. Onlardan biri Azərbaycanın Vətən müharibəsindəki Qələbəsini şərtləndirən amillərə və tarixi qaynaqlara  nəzər salmasıdır: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Biz inkişaf edərək torpaqlarımızı azad etdik. Çünki inkişaf bizim Qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, biz bunu təmin etməsəydik, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. Ona görə bu təntənəli mərasimin burada keçirilməsində böyük rəmzi məna var. Yenilik, inkişaf, güc – bunlar əsas amillərdir. Bir də Vətən sevgisi”.

Prezident İlham Əliyevin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını şərtləndirən siyasi aspektlər və bu fonda Heydər Əliyev şəxsiyyəti ilə  bağlı açıqlamaları tarixi reallıqların ədalətli dəyərləndirilməsi baxımından çox əhəmiyyətlidir: “Otuz il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmırdı. Ancaq bizim problemlərimiz ondan daha əvvəl başlamışdı, daha dəqiq desəm, 1987-ci ildə. Çünki 1987-ci ildə Heydər Əliyevin bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və onlar bu fürsətdən istifadə etdilər…Heydər Əliyevin dövründə heç vaxt buna cürət edə bilməzdilər. Ona görə dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi. Çünki bilirdilər, o, nə qədər vəzifədədir, heç vaxt imkan verməz ki, erməni millətçiliyi baş qaldırsın. Necə ki, 1970-1980-ci illərdə Azərbaycana rəhbərliyi dövründə bütün separatçı meyillərin qarşısı elə yerindəcə alınırdı…”

Həqiqətən də o dövrdə Mixail Qorbaçovun ermənipərəst əlaltılarının idarəçiliyinə verilmiş Dağlıq Qarabağ faktiki olaraq  Azərbaycanın tərkibindən çıxmışdı və Bakıda bu prosesin qarşısını alacaq bir siyasi qüvvə yox idi. Prezident İlham Əliyev müstəqilliyin ilk illərində ölkədə hökm sürən xaosun və vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında ulu öndər Heydər Əliyevin rolu barədə fikirlərini bölüşmüşdür: “Heydər Əliyev imkan vermədi ki, ermənilər blokada şəraitində olan Naxçıvanı işğal altına salsınlar, halbuki dəfələrlə belə cəhdlər olub. Orada sərhəddə gedən şiddətli döyüşlərdə bizim hərbçilərimiz və mülki vətəndaşlar sinəsini qabağa verərək öz torpaqlarını müdafiə ediblər, məhz Heydər Əliyev amili hesabına...Məhz Azərbaycan xalqının dəstəyinə arxalanaraq Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra bütün xoşagəlməz hallara son qoydu, bütün qanunsuz silahlı birləşmələri tərksilah etdi, sabitlik, qayda-qanun yaradıldı və nizami ordu quruculuğu başlandı”.

Ölkə rəhbəri öz çıxışında Qarabağ probleminin danışıqlar yolu ilə həlli mərhələlərində üzləşdiyi təzyiq və təpkilərə baxmayaraq heç zaman güzəştə getmədiyini bildirmiş və ATƏT-in Minsk qrupunun fəaliyyətinə qiymət vermişdir: “…2003-cü ildə Prezident seçiləndən sonra demişdim ki, artıq nə danışılıb, qalsın kənarda. Mən bunu tanımıram. Sıfırdan başlamalıyıq danışıqlara, sıfırdan. Bütün təzyiqlərə baxmayaraq, buna nail oldum. Məhz bunun nəticəsində Madrid prinsipləri ortalığa çıxdı. Bəli, Madrid prinsipləri bizi tam qane etmirdi. Mən bunu gizlətmirəm. Ancaq Madrid prinsiplərinin əsasında bizim torpaqlarımızın azad edilməsi nəzərdə tutulurdu. Mən dəfələrlə demişdim ki, heç vaxt ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb, olmayacaq və həyat bunu təsdiqlədi. Mənim o vaxt danışıqların uğurla başa çatmasına inamım var idi. Çünki mən bu vəzifəyə təzə seçilmişdim, hələ böyük siyasətin, riyakarlığın nə dərəcədə geniş vüsət almasından xəbərsiz idim…Sonra anladım ki, bütün bu illər ərzində bizi aldatmağa çalışmışlar. Məsələni həll etmək yox, dondurmaq istəmişdilər. Bu məsələ ilə bilavasitə məşğul olan beynəlxalq qurumlar bu torpaqları erməni tapdağının altında daim saxlamaq istəmişdilər…”

Son dövrdə anışıqlar masasında prinsipiallıq nümayiş etdirməklə yanaşı əsası ulu öndər Heydət Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu və müdafiə məsələləri ilə bağlı mühüm addımlar atılmış, dövlət büdcəsində hərbi xərclər hər il dinamik şəkildə artırılmışdır. Bu proses dövlətimizin siyasi prioriteti kimi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ötən 17 ildə uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” ifadəsinin müəllifi olan ölkə rəhbəri işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı bu fikri inkişaf etdirərək söyləmişdir ki, ölkəmizin kifayət qədər güclü iqtisadi potensialı  və maliyyə resursları  Qələbənin əldə edilməsində xüsusi rol oynamışdır.

Həqiqətən də, cəmi 44 gün davam edən döyüşlər ordumuzun əldə etdiyi tarixi Qələbənin heç də təsadüfi olmadığına, ölkə rəhbərliyinin həyata keçirdiyi inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi olduğuna sübutdur. Bu müddət ərzində Azərbaycanın Silahlı Qüvvələri müasir standartlar səviyyəsinə çıxaraq dünyanın 50 ən güclü orduları sırasına daxil olmasına müvəffəq olub. Bu istiqamətdə böyük uzaqgörənlik nümayiş etdirən Prezident İlham Əliyev 2003-cü ildən bəri ölkə büdcəsində müdafiə xərclərinin 15 dəfə artırılaraq 4 milyard manata yaxın bir səviyyəyə qalxmasını təmin edib ki, bu da Ermənistanın hərbi büdcəsindən qat-qat çoxdur.

Ölkəmizdə müasir hərbi-sənaye kompleksinin formalaşması və qısa zaman ərzində 20-dən çox hərbi zavodun işə salınması Azərbaycanın öz daxili imkanları hesabına arsenalını formalaşdırmaq üçün  əhəmiyyətli baza rolunu oynayır. Dünyanın aparıcı silah ixracatçılarından ən müasir silahların alınması və bu sahədə də şaxələndirilmiş siyasətin verdiyi dividentlər əldə edilmiş Qələbəni təmin edən mühüm faktordur. Bu, həm də siyasi amil olaraq digər dövlətləri və beynəlxalq gücləri qüdrətli Azərbaycanla hesablaşmağa sövq edir. Ordumuzun döyüş qabiliyyətinin çöx yüksək dəyərləndirən ölkə Prezidenti bu sahədə dövlətin həyata keçirdiyi siyasətə aydınlıq gətirmişdir: “…Biz bir ölkədən asılı olmamaq üçün bu texnikanı bir çox mənbələrdən almışıq. Buna nail olmaq üçün gərək sənin tərəfdaş ölkələrlə sıx əlaqələrin olsun. Çünki silah bazarı çox həssasdır. Burada ancaq kommersiya, biznes maraqları hər şeyi həll etmir. Siyasi məsələlər hər şeyi həll edir. Biz tərəfdaş ölkələrdən elə texnika, elə silahlar almışıq ki, əgər bir mənbədən olan texnikaya bir şey olarsa, bizim ehtiyat imkanlarımız var və İkinci Qarabağ müharibəsi bunu göstərdi”.

Qürurvericidir ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız təhlil olunur, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr “Dəmir yumruq” əməliyyatının bütün incəliklərini öyrənirlər, öz ordularını Azərbaycanda tətbiq edilən müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər.

Beləliklə, cənab İlham Əliyevin dövlətin sükanı arxasında durduğu son 17 il ərzində ölkəmizin hərtərəfli islahatlar kursu ilə sürətli inkişafı, daim yüksələ n beynəlxalq nüfuzu, ikinci Qarabağ müharibəsində  böyük Qələbəni təmin edən ordu quruculuğu istiqamətində əldə olunmuş uğurlar, xalq-iqtidar həmrəyliyi, ordu-vətəndaş birliyi bugünkü Azərbaycanı səciyyələndirən tarixi nailiyyətlərdir.

 “Azərbaycan dünyaya günəş kimi doğacaq!”, söyləyərək  bəşəriyyətə səslənən dahi Heydər Əliyev ölkəmizin xoşbəxt gələcəyinə inanır və yaxın gələcəkdə ərazi bütövlüyümüzün bərpa olunacağına böyük ümid bəsləyirdi. Ona görə də nəticə etibarı ilə Vətən müharibəsində əldə olunmuş tarixi Zəfər bu gün ulu öndərin vəsiyyətinə ləyaqətlə əməl etmiş cənab İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev ideologiyasina söykənən siyasi kursun yeni keyfiyyətdə və yeni çağırışlar fonunda davamının nəticəsi kimi dəyərləndirilməlidir.

 
  • Oxunub:  6900  |  
  • Tarix:  13-04-2021  |  
  •    Çap et   |  
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Şuşa Bəyannaməsinin imzalanması ilə əlaqədar bəyanat yayıblar

17 İyun 20:53
Azərbaycanla Türkiyənin insan resursları sahəsində əməkdaşlığı müzakirə olunub
17 İyun 20:41
Rusiya XİN Azərbaycan və Ermənistan sərhədində delimitasiya işlərinə başlamağın vacibliyini bildirib
17 İyun 20:24
Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib
17 İyun 19:43
Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib
17 İyun 19:05
“Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin qalibləri mükafatlandırılıb
17 İyun 19:05
Antalyada Cənub-Şərqi Avropa Ölkələri Əməkdaşlıq Prosesi Sammiti keçirilib
17 İyun 18:58
Azərbaycanın müdafiə naziri Latviyanın NATO-nun Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü ilə görüşüb
17 İyun 18:08
Səbinə Xasayeva: Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir
17 İyun 17:55
Bugünkü müstəqil və qüdrətli Azərbaycan Ümumilli Lider Heydər Əliyevin əsəridir
17 İyun 17:25
Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 992 min 847 nəfərdir
17 İyun 17:16
Azərbaycanda koronavirusdan ölüm halı qeydə alınmayıb
17 İyun 17:00
Məzahir Bayramov: Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir
17 İyun 16:57
Türkiyə həmişə dost və qardaş Azərbaycanın yanındadır
17 İyun 16:50
Prezidentlərin dostluğu və qardaşlığı Türkiyə-Azərbaycan qardaşlığının simvoluna çevrilib
17 İyun 16:46
Fəsli Nəbiyev: “Avro-2020” futbol yarışlarının Azərbaycanda keçirilməsi, uzun illər ölkəmizdə aparılan idman siyasətinin növbəti uğurlu təzahürüdür
17 İyun 16:41
YAP Göygöl rayon təşkilatı "Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın yeni bir dönəmi başlayır" mövzusunda tədbir keçirib
17 İyun 16:38
Azərbaycanın və Pakistanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
17 İyun 16:28
Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalının məbləği açıqlanıb
17 İyun 16:25
Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır
17 İyun 16:22
Azərbaycanla Böyük Britaniya arasında gömrük əməkdaşlığı sahəsində müzakirələr aparılıb
17 İyun 16:18
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib
17 İyun 16:13
Təhsil Tələbə Krediti Fondunun vəzifələri müəyyənləşib
17 İyun 16:05
Təhsil Tələbə Krediti Fondu müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edəcək
17 İyun 15:59
Azərbaycanın bugünkü uğurları Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin davam etdirilməsinin nəticəsidir
17 İyun 15:57
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
17 İyun 15:28
May ayı ərzində 59 şəhər və rayonun əhalisinə 1 milyon 200 mindən çox tibbi xidmət göstərilib
17 İyun 15:26
Azərbaycan atletləri Olimpiadaya 30, Paralimpiadaya isə 18 lisenziya qazanıblar
17 İyun 15:10
Antalya Diplomatiya Forumuna hazırlıqlar başa çatıb
17 İyun 14:53
ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə magistr proqramına sənəd qəbulu davam edir
17 İyun 14:51
Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradıldı - FƏRMAN
17 İyun 14:34
Azərbaycanın xarici işlər naziri Türkiyəyə səfərə yola düşüb
17 İyun 14:03
AZAL-da qadın pilotlar fəaliyyətə başlayıblar
17 İyun 13:49
İspaniya ilə investisiya və ixrac sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
17 İyun 13:40
Pərvin Kərimzadə: Şuşa Bəyannaməsi bölgədə sülh, sabitlik və firavanlıq üçün güclü bir çağırışdır
17 İyun 13:38
Azərbaycan və BMT arasında İstiqamətləndirici Komitənin ilk iclası keçirilib
17 İyun 13:14
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
17 İyun 12:58
Müttəfiqlik haqqında Bəyannamə iş birliyimizin təminatçısıdır
17 İyun 12:39
Göygöl rayonunda şəhid Həsən Bayramov yad edilib
17 İyun 12:36
“Avro-2020”: Bu gün B və C qruplarından səkkizdəbir finala yüksələcək komanda müəyyənləşə bilər
17 İyun 12:36
Tengiz Txilava: Türkiyə Prezidentinin Şuşaya səfəri çox mühüm əhəmiyyət kəsb edir
17 İyun 12:24
Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününü daha da əzəmətləndirdi
17 İyun 12:22
Füzuli və Cəbrayıl rayonlarına mediatur təşkil edilib
17 İyun 12:15
Baş Prokurorluq beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlığı genişləndirir
17 İyun 12:10
Azərbaycan ilə Xorvatiya arasında mədəni əlaqələr müzakirə edilib
17 İyun 12:06
“ASAN müraciət” mobil tətbiqi istifadəyə verilib
17 İyun 12:02
Bu il Azərbaycanda 12,5 milyard kubmetrdən çox əmtəəlik təbii qaz çıxarılıb
17 İyun 11:48
Ukrayna mətbuatı Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa səfərinə geniş yer ayırıb
17 İyun 11:41
Vüqar Seyidov: Şuşa bəyannaməsi ilə hər iki dövlət münasibətlərinin qızıl dövrünə qədəm qoydu
17 İyun 11:39
Türkiyə və Azərbaycan arasındakı münasibətlər hazırda özünün ən yüksək zirvəsindədir
17 İyun 11:37
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilərin II turu keçirilib
17 İyun 11:24
Fiziki məhdudiyyətli şagirdlərin rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb
17 İyun 11:21
DİN Ağdam rayon sakininin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb
17 İyun 11:16
“Azeri Light” neftinin qiyməti 76,5 dolları ötüb
17 İyun 10:58
Şuşa Bəyannaməsinin imzalanması 44 günlük Vətən müharibəsində qazanılan qələbənin yaratdığı yeni reallıqların təcəssümüdür
17 İyun 10:42
Sosial təminat sahəsində Almaniya təcrübəsi öyrənilir
17 İyun 09:59
Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının dördüncü iclasında Azərbaycanda korrupsiyaya qarşı görülən tədbirlərdən danışılıb
17 İyun 09:57
Azərbaycan və İspaniya arasında münasibətlərin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub
17 İyun 09:47
Moskvada Azərbaycan Milli Məclisinin və Rusiya Federal Şurasının parlamentlərarası komissiyasının iclası keçirilib
17 İyun 09:44
Bağdad Amreyev: Şuşa Bəyannaməsi bütün türk dünyasına xidmət edən bir çox məsələləri özündə əks etdirir
17 İyun 09:19
Hikmət Babaoğlu: Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” fəlsəfəsinin hüquqi müstəviyə köçürülməsi hadisəsi idi
17 İyun 09:17
Ermənilər tərəfindən xarabalığa çevrilən Füzuli yenidən dirçəlir
17 İyun 09:14
Qurtuluş məfkurəsi və azərbaycançılıq ideologiyası
16 İyun 21:10
Azərbaycan və Türkiyə gənclərinin Zəfər Forumu keçirilib
16 İyun 20:50
Prezident Ərdoğan: Ermənistan Azərbaycanla problemlərini həll etdikcə Türkiyə olaraq biz də lazımi addımları atacağıq
16 İyun 20:47
Şuşa Bəyannaməsinin imzalandığı zaman və məkan tarixi əhəmiyyət kəsb edir
16 İyun 20:24
Rəcəb Tayyib Ərdoğan: Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizi bölgəmizə rahatlıq və zənginlik gətirəcək
16 İyun 20:18
Deputat: Müttəfiqlik Bəyannaməsinin məhz Şuşada imzalanması Türkiyənin Qarabağ məsələsində mövqeyini bir daha göstərdi
16 İyun 20:08
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış edib
16 İyun 19:11
Şəhidlərin xatirəsinə ehtiram
16 İyun 19:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA