Ana səhifə »  Xəbər lenti »  Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin qurulmasının ildönümünə həsr olunmuş vebinar keçirilib
A+   Yenilə  A-
Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin qurulmasının ildönümünə həsr olunmuş vebinar keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və “İsraildə Azərbaycan Evi” Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin qurulmasının 29-cu ildönümünə həsr olunmuş beynəlxalq vebinar keçiriblər.

AZƏRTAC xəbər verir ki, “İsrail-Azərbaycan strateji qarşılıqlı münasibətləri: reallıqlar və perspektivlər” adlı beynəlxalq vebinarın açılışında çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut Azərbaycanın Cənubi Qafqazda İsrailin strateji tərəfdaşı olduğunu, İsraillə hərbi-strateji tərəfdaşlıqdan bütün mümkün texnoloji üstünlüklər qazanmasını və postsovet məkanında heç bir ölkənin bu cür üstünlüyə malik olmadığını vurğulayıb.

“İsrail Azərbaycanın müstəqilliyini 29 il bundan əvvəl tanıyan ilk ölkələrdən biri olub və biz bu faktı çox yüksək dəyərləndiririk. Ölkələrimiz arasında sıx, etibarlı və hər iki tərəf üçün faydalı əməkdaşlıq mövcuddur. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra biz müharibədən sonrakı dövrə qədəm qoyduq və bu dövrdə dost ölkələrin, xüsusən İsrail Dövləti və İsrail şirkətlərinin öz yeri var. İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır, dövlətlərarası, siyasi və hərbi-texniki tərəfdaşlığımız isə ən yüksək səviyyədədir”, - deyə “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru bildirib.

İsrailin Azərbaycandakı diplomatik missiyasının birinci müavini Doron Peer dəvət üçün tədbirin təşəbbüsçüsü Arye Quta təşəkkür edərək deyib: “Bu gün biz ölkələrimiz üçün əlamətdar tarixi qeyd edirik: İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünə rəsmən qədəm qoyuruq. Məlumdur ki, bu münasibətlər sadəcə dostluqdan daha artıqdır, yəni strateji, dərin və hər şeydən əvvəl, təkcə ölkələr arasında deyil, həm də xalqlar arasında mövcud olan münasibətlərdir.

Xalqlarımız ümumi tarixlə, dini əlaqələrlə, mədəniyyət və musiqi ilə, tolerantlıqla və qonaqpərvərliyə sevgi ilə bir-birinə bağlıdırlar. Mən ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsinin vacibliyi barədə danışmağa davam edə bilərəm. Təbii ki, bu istiqamətdə inkişaf üçün demək olar, həmişə perspektiv imkanlar var. Dəfələrlə vurğulandığı kimi, İsrail Azərbaycanla kənd təsərrüfatı, innovasiyalar, kiber-texnologiyalar, “ağıllı” şəhərlər sahəsində daim güclənən əməkdaşlığımızı davam etdirmək niyyətindədir. İsrail və Azərbaycan ölkələrimizdə yaxşı məlum olan tolerantlıqla bağlı layihələri birgə inkişaf etdirməlidir: sağlamlıq imkanları məhdud şəxslər üçün ictimai sahəyə əlçatanlığın səviyyəsinin yüksəldilməsi, onların mümkün qədər daha çox iş sferasına daxil edilməsi, həmçinin sosial mühitin daha yaxşı anlaşılması və inteqrasiyanın yaradılması.

Bizim ölkələr bundan sonrakı işçi və işgüzar mühitin inkişafı məqsədilə qadınların hüquq və imkanlarının genişləndirilməsi və gender bərabərliyi ilə bağlı birgə layihələri artırmalıdırlar”.

Sonra çıxış edən Milli Məclisin deputatı Anatoli Rafailov vurğulayıb ki, Azərbaycan və İsrail həyat fəaliyyətinin bir çox sahələrində sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq hər iki dövlət üçün qarşılıqlı faydalıdır və hər iki tərəf bu tərəfdaşlıq münasibətlərindən razıdır.

A.Rafailov deyib: “Bununla yanaşı, insan amili də mövcuddur. Azərbaycan dünyada İsraildən sonra dağ yəhudilərinin yığcam yaşadığı yeganə ölkədir. Bu, Qubadakı Qırmızı Qəsəbədir. Mən oradan deputat seçilmişəm və Azərbaycan parlamentində yəhudi icmasını təmsil edirəm. Azərbaycan torpağında yəhudi icmasının çoxillik mövcudluğu, yəhudilərə qardaşlıq münasibəti, Azərbaycanda antisemitizmin olmaması İsraildə yaxşı məlumdur. Azərbaycanlılar və yəhudilər arasında möhkəm dostluq münasibətləri qədimdən mövcuddur.

İsrail, öz növbəsində, Azərbaycanın haqq işini, ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləməsini daim bəyan edib. Azərbaycanda Holokost qurbanlarının, İsraildə isə Xocalı soyqırımı qurbanlarının xatirəsinin anma günləri keçirilir.

2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin İkinci Qarabağ müharibəsi bir daha göstərdi ki, İsrail siyasi-diplomatik və mənəvi dəstəklə yanaşı, Azərbaycana çox mühüm hərbi-texnoloji kömək göstərir”.

Azərbaycan Milli Məclisinin deputatı Şahin Seyidzadə tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, İsrail Azərbaycan ilə əməkdaşlığa həmişə açıq olub. Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun, Elm və təhsil komitəsinin üzvü Ş.Seyidzadə təhsil sahəsində əməkdaşlığa dair bir neçə nümunə göstərərək, Azərbaycan Dillər Universitetində İsrailin öyrənilməsi üzrə Mərkəzin fəaliyyətini qeyd edib.

Deputatın sözlərinə görə, gələcəkdə əməkdaşlıq, o cümlədən universitetlər arasında əməkdaşlıq üçün bəzi imkanlar nəzərdə tutulur. Həmçinin innovasiyalı ekosistemin inkişafının dəstəklənməsi üzrə təşəbbüslərin birgə həyata keçirilməsi planlaşdırılır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin fikrincə, Vətən müharibəsində İsrailin mühüm rolu olub. O deyib: “Əməkdaşlıq və tərəfdaşlıq sahəsində böyük uğurlarımıza baxmayaraq, İsrailin sol təmayüllü mətbuatı ölkələrimiz arasında münasibətləri pozmağa çalışır və hesab edir ki, bu münasibətlər tam merkantil maraq daşıyır, Azərbaycan neft satır və silah alır. Biz strateji münasibətlərimizi təkcə biznes ilə əlaqələndirən bu uydurmalara qarşı mübarizə aparmalıyıq. Bizim tarixi keçmişimiz var. Yəhudilər Azərbaycan ərazilərində uzun illərdir yaşayır. Xalqlarımızın tarixi əlaqələri çox dərindir. Biz mədəniyyətlərin sinerjisindən danışmalıyıq. Biz əksər hallarda kimin azərbaycanlı, kimin yəhudi olduğunu seçə bilmirik.

Bəzi israilli “xadimlər” erməni lobbisinin təhriki ilə ölkələrimizin strateji maraqlarına ziyan vurmaq məqsədilə sol liberal ideologiyadan sui-istifadə edirlər. İsrail-Azərbaycan münasibətlərinin əsasında tarixi əlaqələr durur. Bu əlaqələr Azərbaycan hələ neft, İsrail isə silah istehsal etməzdən əvvəl yaranıb. Bu, tarixə söykənir – XX əsrədək olan tarixə və XX əsrdən sonrakı tarixə. Bizim ticari-iqisadi əlaqələr də əməkdaşlığımızın mühüm amilidir”.

Azərbaycan ilə İsrail arasında münasibətlərin 29 illiyinin qeyd edilməsinin sevincini bölüşən “Israel HaYom” qəzetinin müxbiri Şmuel Din Elmas deyib: “Valideynlərim məni öyrədirdilər ki, dostlar çətinliyə birgə sinə gərirsə, o halda dostluq möhkəmlənir. Bu, zənnimcə, Azərbaycan ilə İsrail arasında ötən il baş verdi. Əminəm ki, Azərbaycan Vətən müharibəsində çox gözəl uğurlar əldə etdikdən sonra bizim münasibətlərimizdə əhəmiyyətli dərəcədə tərəqqi və inkişaf gözlənilir”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş müşaviri Tofiq Abbasov vurğulayıb ki, münasibətlərimizin sabit səviyyəsi qonşularımızda qıcıq və narahatlıq doğurur. Politoloq deyib: “Ölkələrimizi bir çox amillər bağlayır. Bunlar tarixi əlaqələr, əcdadların ənənələrinə, zamanın sınağından çıxan dostluğa, bizim multikultural dəyərlərimizə sədaqətdir. Ermənistan Respublikası antisemitizmin səviyyəsinə görə Avropada ikinci yer tutur. Hazırda bu ölkədə faşizm əlaltılarına qoyulan 22 abidə mövcuddur. Holokost qurbanlarının xatirəsinə qoyulmuş abidə tez-tez təhqirə məruz qalır”.

Ariel Universitetinin doktoru Kirill Feferman qeyd edib ki, Azərbaycanda yəhudilərə olan səmimi münasibət postsovet məkanının heç bir yerində olmayıb. O deyib: “Bizim münasibətlər tarixidir və bu əsasda ticari-iqtisadi və strateji münasibətlərimiz formalaşıb. İsrail və Azərbaycan rəhbərliyi bir-birinə iltifat və hörmət bəsləyirlər. İsrailin siyasi hakim dairələri sağ və sol düşərgədən asılı olmayaraq, Azərbaycana və onun qonaqpərvər xalqına hörmətlə yanaşır”.

İsrailli siyasi analitik, hüquq doktoru, ravvin Mixael Finkel İsrailin Azərbaycana daimi dəstəyini qeyd edib.

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin rəhbəri Ayaz Mirzəyev qeyd edib ki, bir jurnalist kimi, Azərbaycan və İsrail arasında münasibətlərin işıqlandırılması sahəsində çoxdan çalışır. O, 2009-cu ildə İsrailin 9-cu Prezidenti, İsrail siyasətinin patriarxı, mərhum Şimon Peresdən müsahibə alan ilk azərbaycanlı jurnalist olub.

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi tərəfindən çəkilən “Həmvətən” filmində Azərbaycanda yəhudilərin məskunlaşması tarixindən söhbət açılır. Film ölkəmizdə məskunlaşan etnik qrupların birgəyaşayış mədəniyyətini nümayiş etdirir. Multikulturalizmə alternativin olmadığının vurğulandığı filmdə azərbaycanlıların İsraildə yığcam yaşadıqları yerdən bir neçə il əvvəl çəkilən kadrlardan da istifadə olunub. Filmdə yəhudi icmasının, ziyalıların, alimlərin, din xadimlərinin, habelə Qırmızı Qəsəbədə sülh və harmoniya şəraitində yaşayan dağ yəhudilərinin nümayəndələrini görmək olar”, - deyə A.Mirzəyev qeyd edib.

 
  • Oxunub:  2910  |  
  • Tarix:  10-04-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

14 May 13:30
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib
14 May 12:26
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib
14 May 10:15
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub
13 May 20:52
İslam ölkələrində sosial-mədəni hüquqların təmin edilməsi məsələləri müzakirə olunub
13 May 20:19
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
13 May 20:06
Azərbaycanda koronavirusa 509 yeni yoluxma faktı qeydə alınıb
13 May 19:12
Milli Məclis sədrinin müavini: Naxçıvan Muxtar Respublikasının inkişafı dövlət başçısının diqqət mərkəzindədir
13 May 17:09
“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi davam edir
13 May 16:58
Bu gün şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub
13 May 15:06
Daha 3 şəhidin yeni doğulan övladının zəruri xərcləri qarşılanıb
13 May 14:30
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb - VİDEO
13 May 12:55
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub - VİDEO
13 May 12:28
“Müzəffər Ali Baş Komandanımız xilaskarlıq missiyasını böyük uğurla yerinə yetirdi”
13 May 10:00
Şuşada bayram namazı qılınıb - VİDEO
13 May 09:48
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib
13 May 09:47
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib
12 May 22:17
Qarabağ səmasında, Şuşada atəşfəşanlıq
12 May 22:12
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşada təşkil olunan atəşfəşanlığın görüntülərini paylaşıb - VİDEO
12 May 19:30
Bu gün yenə Tarix yazıldı!
12 May 18:23
Prezident İlham Əliyev: Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
12 May 18:15
Ramazan bayramı münasibətilə Dövlət Miqrasiya Xidməti yardım aksiyası həyata keçirib
12 May 17:57
Prezident İlham Əliyev: Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər
12 May 17:42
Azərbaycan Prezidenti: Bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi
12 May 17:31
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
12 May 17:21
“Xarıbülbül” musiqi festivalının keçirilməsi azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasının gözəl nümunələrindəndir
12 May 17:10
Azərbaycanda koronavirusa 558 yeni yoluxma faktı qeydə alınıb
12 May 16:53
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib
12 May 16:08
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
12 May 15:29
Bu gün milyonların gözü Azərbaycanın mədəniyyət paytaxtı Şuşada
12 May 15:27
Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməli qoyulub
12 May 15:24
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub
12 May 15:00
Şuşada Xüsusi nümayəndəliyin inzibati binası ilə tanışlıq
12 May 14:59
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub
12 May 14:54
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub
12 May 14:53
Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışı olub
12 May 14:52
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada səfərdədirlər
12 May 14:39
Deputat: Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri böyük əhəmiyyət kəsb edir
12 May 12:45
Milli Məclisin deputatı Ağalar Vəliyev seçicilərini Ramazan Bayramı münasibətilə təbrik edib və 1000-ə yaxın şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı göndərib
12 May 12:39
Şuşa regionun zəngin mədəniyyət mərkəzinə çevrilir
12 May 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb VİDEO
12 May 11:01
Tofiq Cahangirov: Bütün bunlar “Əziz Şuşa, biz səni dirçəldəcəyik” vədinin yerinə yetirilməsidir
11 May 13:57
Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlikləri arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb
11 May 13:35
Azərbaycanın və Rusiyanın xarici işlər nazirlərinin görüşü olub
11 May 13:27
Kəlbəcərdə qar əriyəndən sonra Ermənistanın basdırdığı minlərlə mina üzə çıxıb - Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi
11 May 13:24
Miqrasiya könüllüləri “Ramazan sovqatı” aksiyasına start veriblər
11 May 13:21
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
11 May 13:19
Daha 40 qazi sosial-psixoloji yardım təlimlərinə cəlb olunub
11 May 13:18
Rusiyanın xarici işlər naziri Şəhidlər xiyabanında Azərbaycanın qəhrəman övladlarının xatirəsini anıb
11 May 13:12
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
11 May 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
10 May 23:57
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10 May 20:50
Prezident İlham Əliyev: Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib
10 May 20:29
Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq, heç kimin buna şübhəsi olmasın
10 May 19:40
Prezident İlham Əliyev: Onlar bizim yumruğumuzu görüblər, bu yumruq yerindədir
10 May 19:31
Prezident İlham Əliyev: Bəzi siyasətçilər olmayan qurumun statusu haqqında danışırlar
10 May 19:11
Azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib
10 May 19:08
Azərbaycan Prezidenti Kanadaya və Fransaya səsləndi: Getsinlər, öz işləri ilə məşğul olsunlar
10 May 19:04
Krasnoyarskın “TBK” telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub
10 May 18:45
Prezident İlham Əliyev: Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir

10 May 18:27
“ASAN xidmət” ulu öndər Heydər Əliyevlə bağlı silsilə tədbirləri davam etdirir

10 May 18:25
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
10 May 18:21
Tərtərdə ağacəkmə aksiyası keçirilib
10 May 18:20
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Astarada silsilə tədbirlər keçirilib
10 May 18:18
Astarada keçirilən aksiyada 1200 növ müxtəlif ağac əkilib
10 May 18:13
Qüdrətli, qalib Azərbaycanın memarı
10 May 18:12
“Heydər Əliyev 18 yaşımda məni qəbul etmişdi” - Firdovsi Umudov
10 May 18:11
Ərəb KİV-ləri diaspor sədrinin Ulu Öndərə həsr etdiyi məqaləsini yayımlayıb
10 May 17:49
Könüllülər arasında Ulu Öndərin xatirəsinə həsr olunmuş intellektual turnir keçirilib
10 May 17:47
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
10 May 17:45
Heydər Əliyev: Qalibiyyətlər üçün doğulmuş unikal şəxsiyyət

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA