Ana səhifə »  Xəbər lenti »  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Hesablama Palatasının hesabatı dinlənilib
A+   Yenilə  A-
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Hesablama Palatasının hesabatı dinlənilib

Aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 4 məsələyə baxılıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə gündəlikdəki qanun layihələri müzakirəyə çıxarılıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Meşə, Əmək, Ailə, Cinayət, Vergi, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, həmçinin “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə, 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də və 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsi texniki xarakterli düzəlişləri nəzərdə tutur.

Komitə üzvləri bu sənədlərin üçünü də Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Sonra “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”a baxılıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın tövsiyəsi ilə ilk dəfədir Hesablama Palatasının hesabatı parlamentdə yalnız bir komitə çərçivəsində deyil, geniş tərkibdə müzakirəyə çıxarılır. Müzakirələrin əhatəliliyini artırmaq və keyfiyyətini daha da yüksəltmək, həmçinin ictimailiyi təmin etmək məqsədilə 6 komitə sədri və onların müxalifətdən olan müavinləri, ictimai təşkilatların nümayəndələri bugünkü iclasa dəvət olunublar.

Tahir Mirkişili qeyd edib ki, dövlətin iqtisadi gücünün artmasında və böyüməsində dövlət maliyyə nəzarətinin səmərəliliyi, maliyyə nəzarətinin güclənməsi, dövlət xərclərində şəffaflığın və qənaətliliyin təmin olunması çox mühüm rol oynayır. Bu, eyni zamanda, dövlətimizin başçısı tərəfindən Azərbaycanda aparılan sürətli iqtisadi islahatların mühüm hədəflərindən biridir. Ötən müddət ərzində dövlət və hökumət tərəfindən bu hədəflərə nail olmaq üçün xeyli iş görülüb, Milli Məclis tərəfindən qanunvericilik aktları təkmilləşdirilib. Komitə sədri bildirib ki, Hesablama Palatasının fəaliyyətinin nəticələrinin deputatlara və ictimaiyyətə təqdim edilməsi növbəti addımların daha səmərəli olmasında və daha düzgün qərarların qəbul edilməsində müstəsna rol oynayır.

İclasda “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”ı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib.

Palata sədri 2020-ci ilin Ali Baş Komandanın tam dəqiqliklə işlədiyi strategiyanın müzəffər Ordumuz tərəfindən rəşadətlə reallaşdırıldığı Zəfər ili olduğunu vurğulayıb.

Vüqar Gülməmmədov hesabatında deputatların diqqətini ötən il dünyanı bürüyən COVID-19 pandemiyası ilə əlaqədar statistik göstəricilərə yönəldib. Bildirib ki, əsasən distant fəaliyyətə üstünlük verilən 2020-ci ildə plana daxil edilmiş nəzarət tədbirlərinin sayı 25 faiz azaldılıb. Bununla belə, həmin dövr ərzində qurumun qanunvericiliklə müəyyən edilmiş fəaliyyəti vaxtında və operativ qaydada həyata keçirilib, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihəsi, müvafiq büdcələrə dəyişikliklər, dövlət büdcəsinin icrası üzrə Hesablama Palatasının rəyləri qısa müddətdə hazırlanaraq deputatların diqqətinə çatdırılıb. Rəylərdə dövlət vəsaitlərinin idarə olunması, ümumilikdə maliyyə inzibatçılığının təkmilləşdirilməsi və gücləndirilməsi, hesabatlılıq və şəffaflığın artırılması istiqamətində tövsiyələr əks etdirilib.

Məlumat verilib ki, ötən il 34-ü audit, 4-ü analitik və 3-ü monitorinq fəaliyyətini əhatə edən kənar dövlət maliyyə nəzarəti tədbirləri həyata keçirilib. Auditlərin biri “Dövlət sirri haqqında” Qanuna müvafiq qaydada olmaqla icra edilib. Ümumi auditlərin biri gəlirləri, 33-ü isə xərcləri əhatə edib. Bir audit Lənkəran şəhərində, 33 audit isə Bakıda fəaliyyət göstərən qurumlarda aparılıb. Ağcabədi, Ağdam, Tərtər, Bərdə, Şəmkir, Goranboy, Ağsu, Hacıqabul rayonlarında monitorinqlər həyata keçirilib.

Palata sədri bildirib ki, ötənilki nəzarət tədbirləri daha çox aqrar sahəni, dövlət satınalmaları, maliyyə hesabatlarının təhlili, həmçinin büdcənin planlaşdırılması və icrası sahələrini, DSMF-nin hesabatlılığını əhatə edib. Hesabatda aqrar sahədə dövlət dəstəyinin səmərəliliyini azaldan amillər, dövlət satınalmaları sahəsindəki nöqsanlar deputatların diqqətinə çatdırılıb. Bildirilib ki, subsidiyalara müraciət edən istehsalçıların sadəcə dörddəbiri torpaqlara mülkiyyət hüququna dair çıxarışla təmin edilib, becərilən torpaqların 33,7 faizi dövlət dəstəyindən kənarda qalıb. Mühasibat uçotunun aparılmasında ixtisaslaşmış kadrların çatışmazlığı, səriştəli kadrların isə özəl sektora axını müşahidə olunub.

Məlumat verilib ki, 2018-ci ildə qəbul edilmiş yeni qanunun müəyyən etdiyi audit formaları hesabat ilində tətbiq olunub, 2020-ci ildə 4 maliyyə, 1 səmərəlilik (performans) və 29 uyğunluq auditi həyata keçirilib, İnformasiya Texnologiyaları auditinin elementləri əvvəlki illərlə müqayisədə nisbətən geniş tətbiq edilib.

İl ərzində aparılan auditlərlə müəyyən olunub ki, hesabatlarda düzgün əks etdirilməyən məbləğ 412,4 milyon manat təşkil edir. Mühasibatlıq prinsiplərinə əməl edilməməsi və mühasibat yazılışlarının doğru verilməməsi hallarına aid edilən məbləğ isə ümumilikdə 335,4 milyon manat həcmindədir. 2020-ci ildə başa çatdırılmış 34 audit üzrə nəticələrə əsasən 452 halda nöqsan müəyyən edilib. Hesabat ilində ümumilikdə 130,3 milyon manat qeyd edilmiş nöqsan təsnifatı üzrə hüquqi aktların pozulması ilə icra olunub.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, 2020-ci ildə açıqlanan Açıq Büdcə İndeksi beynəlxalq reytinq hesabatlarında Hesablama Palatasının fəaliyyəti 89 balla qiymətləndirilib ki, bu da qiymətləndirilmənin aparıldığı 117 ölkə arasında 3-cü böyük göstəricidir.

Hesabatın yekununda 2021-ci ildə qarşıda dayanan vəzifələr barədə deputatlara məlumat verilib.

Sonra komitə iclasında müzakirələr başlanıb.

Əvvəlcə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib. Müzakirədə iştirak edən komitə sədrləri Musa Quliyev, Qənirə Paşayeva, Sadiq Qurbanov, Ziyafət Əsgərov, Tahir Rzayev, komitə sədrlərinin müavinləri Əli Məsimli, Qüdrət Həsənquliyev, Asim Mollazadə, deputatlar Mahir Abbaszadə, Vüqar Bayramov, Elnur Allahverdiyev, Aydın Hüseynov, Məzahir Əfəndiyev hesabatı yüksək dəyərləndiriblər, təkliflərini diqqətə çatdırıblar. Çıxış edən “Açıq Hökumətin Təşviqinə dair” platformanın koordinatoru Əliməmməd Nuriyev müzakirə formatını və hesabatı yüksək qiymətləndirərək təkliflərini səsləndirib.

İclasda Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov və qurumun Hüquqi təminat və insan resursları şöbəsi müdirinin müavini Nuranə Səfərova qurumda tətbiq edilən yeniliklərlə bağlı deputatları maraqlandıran məsələlər barədə məruzələr ediblər. Yekunda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov sualları cavablandırıb. Hesablama Palatasının təqdim etdiyi hər üç məruzə rəngli slaydlarla, diaqramlarla müşayiət olunub.

Müzakirələrin yekununda “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”ı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

 
  • Oxunub:  2970  |  
  • Tarix:  08-04-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

17 May 20:37
Vətən müharibəsi dövründə 77 dövlətin Ədliyyə nazirliklərinə və 10 beynəlxalq təşkilata 400-dək məktub göndərilib
17 May 20:33
Cəlil Xəlilov: Hərbi təlimlərin miqyası və keyfiyyəti Ordumuzun qüdrətindən və yüksək döyüş hazırlığından xəbər verir
17 May 20:27
Azərbaycanın Gürcüstandakı səfirliyi Dmanisi rayonunda baş vermiş insidentlə əlaqədar bəyanat yayıb
17 May 20:26
Qənirə Paşayeva: “Xarıbülbül” musiqi festivalının təşkili Qarabağın tarixi simasının bərpasının parlaq təcəssümüdür
17 May 20:23
Gürcüstan rəsmiləri Dmanisidə baş vermiş hadisələrə münasibət bildiriblər
17 May 20:11
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
17 May 20:09
“Xarıbülbül” festivalında multimədəni dəyərlərimizin təqdim edilməsi həm də erməni etnomədəni terroruna verilən yaxşı cavab idi
17 May 19:47
Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə NATO-nun Baş katibinin müavini ilə görüşüb
17 May 19:31
Milli Məclisdə Fransa xəbər portalının nümayəndə heyəti ilə görüş keçirilib
17 May 17:58
Dövlət Komitəsi Gürcüstanda yaşayan azərbaycanlılara çağırış edib
17 May 17:54
Diasporla İş üzrə Dövlət Komitəsi erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı məlumat yayıb
17 May 17:26
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid övladlarının qayğıları ilə maraqlanıblar
17 May 17:10
“Həqiqətin onomastikası” kitabı işıq üzü görüb
17 May 17:01
Milli Məclis sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyətinin İtaliyaya rəsmi səfəri başlayıb
17 May 17:00
Fərid Şəfiyev: ABŞ və Fransa ermənilərin Qarabağdakı statusuna dair köhnəlmiş tezislərdən əl çəkməlidirlər
17 May 16:50
Azərbaycanda koronavirusa qarşı ikinci mərhələ üzrə peyvənd olunanların sayı 800 minə yaxınlaşıb
17 May 16:49
DİN işğaldan azad olunmuş ərazilərə getməməklə bağlı vətəndaşlara xəbərdarlıq edib
17 May 16:37
Azərbaycanda koronavirus infeksiyasından daha 515 nəfər müalicə olunaraq sağalıb
17 May 16:35
Aprelin 22-23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb
17 May 16:33
Şuşanı azad etməklə milli kimliyimizi, milli mədəniyyətimizi, qürurumuzu qaytardıq
17 May 16:21
Milli Məclis sədrinin müavini: Vətən müharibəsi xalqımızın birliyini, əzəmətini dünyaya göstərdi
17 May 16:05
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib
17 May 16:04
Türkiyə ilə Azərbaycan arasında parlamentlərarası əlaqələr müzakirə olunub
17 May 15:54
Misir portalı: Azərbaycan 44 günlük Vətən müharibəsi ilə ədalətin mövcud olduğunu bütün dünyaya göstərdi
17 May 15:46
İsrailli ekspert: Azad edilmiş ərazilərdə erməni vandalizminin miqyası qeyri-insani qəddarlığına görə heyrət doğurur
17 May 15:39
“Xarıbülbül” festivalı Azərbaycanda illərdir yürüdülən multikulturalizm siyasətinin nümayişidir
17 May 15:28
Şəbnəm Həsənova: Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz sərhədlərini bərpa etməyə çalışır
17 May 15:27
Sevil Mikayılova: Sülhə gedən yol sülh müqaviləsindən keçir
17 May 15:18
Rauf Əliyev: Şuşada “Xarıbülbül” festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir
17 May 15:15
Milli Məclisin deputatı Elman Nəsirov şəhid ailələrini ziyarət edib
17 May 15:14
Deputat: Azərbaycan Prezidentinin alban kilsələrini ziyarət etməsi ölkəmizdə yaşayan bütün xalqlara və dini konfessiyalara diqqətin əyani nümunəsidir
17 May 15:13
Anar Məmmədov: Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi mühüm tarixi hadisədir
17 May 15:05
Şuşanın mədəniyyət paytaxtı elan olunması bütün dünyaya ünvanlanmış tarixi-siyasi mesajdır
17 May 14:51
Əlcəzair portalı Azərbaycan XİN-in Ermənistanın əsassız iddialarına münasibətinə dair açıqlamasını yayıb
17 May 14:46
Tofiq Cahangirov: “Xarıbülbül” festivalı dünyaya bir mesaj idi
17 May 14:42
Futbol üzrə Azərbaycan kubokunun final oyununun saatı açıqlanıb
17 May 14:34
Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər
17 May 14:25
Mayın 18-dən COVID-19-a qarşı peyvəndlənmə zamanı “Sputnik V” vaksinindən də istifadə ediləcək
17 May 14:11
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur
17 May 14:10
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş elmi konfransların qalibləri müəyyənləşib
17 May 14:07
Prezident İlham Əliyev: Ermənistan tərəfi sərhədin dəqiqləşdirilməsi prosesinə qeyri-adekvat reaksiya nümayiş etdirir
17 May 13:12
Dosta fəxarət, düşmənə göz dağı verən festival...
17 May 13:10
FHN yay mövsümünün yaxınlaşması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib
17 May 13:01
İqtisadiyyat Nazirliyinin əməkdaşlarının vaksinasiyası davam edir
17 May 13:00
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 9,3 faiz artıb
17 May 12:44
Milli Məclisin deputatları Parlamentlərarası Gənclər Assambleyasının iclasında iştirak edəcəklər
17 May 12:40
Muxtar respublikada dövlət dəstəyi və stimullaşdırıcı tədbirlər arıçılığa marağı artırıb
17 May 12:31
Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı
17 May 12:29
Ukraynalı alim: Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycan tarixində ən mühüm mədəni hadisələrdən biridir
17 May 12:27
Təhsil Nazirliyi: Yaz imtahan sessiyası distant keçiriləcək
17 May 12:05
ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 87 mina aşkarlanıb
17 May 11:51
Sərəncam: Qəbələnin Nic qəsəbəsində 360 şagird yerlik yeni məktəb binası tikiləcək
17 May 11:47
Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 5 milyon manat ayırıb
17 May 11:40
M8 ekspress xəttində gediş haqqı tarifi azaldılıb
17 May 11:37
Bakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək - Vüsal Kərimli
17 May 11:33
Mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür
17 May 11:30
Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur
17 May 11:23
Paralimpiyaçımız Raman Saleh Avropa çempionu olub
17 May 11:11
Prezidentin Mətbuat Xidmətinin məlumatı
17 May 10:53
Elm və təhsil müəssisələrində çalışanlara Prezident təqaüdünün verilməsi qaydası müəyyənləşib
17 May 10:21
Mayın 20-də IX və XI sinif şagirdləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçiriləcək
17 May 09:46
Bu gün Şimali Makedoniyada 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürəcək
17 May 08:56
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
17 May 08:49
Regionlarda tütün əkini intensiv şəkildə davam edir
17 May 08:45
Ev əvəzinə minalar
16 May 21:02
Yevlaxda küçələrə üfüqi nişanlama xətləri çəkilib
16 May 19:17
Deputat: Qəbələdə alban abidələrinin bərpası Azərbaycanda bütün dini konfessiyalara dövlət dəstəyinin göstəricisidir
16 May 19:16
NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayıb
16 May 19:15
Deputat: “Xarıbülbül” festivalı ölkəmizdə fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi idi
16 May 19:12
MDB Parlament Assambleyasının daimi komissiyalarının iclası keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA