Ana səhifə »  Xəbər lenti »  Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
A+   Yenilə  A-
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib

Neft-qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsindən əldə olunan gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün qorunub saxlanmasını təmin etmək missiyasını uğurla yerinə yetirən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) fəaliyyət göstərdiyi müddətdə qarşısına qoyulan məqsədlərə nail olmaq üçün mühüm işlər görüb. Fond Azərbaycan üçün prioritet sayılan strateji vacib, irimiqyaslı yerli və beynəlxalq əhəmiyyətə malik sosial-iqtisadi layihələrin maliyyələşdirilməsində uğurla iştirak edib, institusional cəhətdən yüksək inkişaf göstərib, beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib. ARDNF-in əldə etdiyi uğurlar ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi baxımından xüsusi əhəmiyyətlidir və bu bir daha Prezident İlham Əliyevin ölkədə uğurla həyata keçirdiyi iqtisadi, siyasi və sosial reformaların təcəssümünü əks etdirir.

BMT Dövlət Neft Fondunun fəaliyyətini yüksək qiymətləndirib

Fəaliyyətinin əsas istiqaməti şəffaflıq və hesabatlılıq prinsipləri əsasında formalaşan ARDNF qlobal suveren fondlar arasında bu sahədə ən yaxşı örnəklərdən biri hesab edilir. Məhz qüsursuz və şəffaf fəaliyyəti ilə əlaqədar Neft Fondu dünyanın bir sıra mötəbər təşkilatları tərəfindən çox yüksək dəyərləndirilib.

Təsadüfi deyil ki, hələ 2007-ci ildə Dövlət Neft Fondunun məhz institusional quruculuq və dövlət idarəçiliyi sahəsində uğurlu və şəffaf fəaliyyəti BMT tərəfindən çox yüksək dəyərləndirilib və bu sahədə ən yüksək mükafat hesab olunan “BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilib. "BMT-nin Dövlət Qulluğu Mükafatı" dünyanın müxtəlif ölkələrində dövlət qurumlarının həmin dövlətlərin inkişafına verdiyi töhfənin və əldə etdikləri uğurların qiymətləndirilməsi məqsədilə BMT tərəfindən 2003-cü ildə təsis olunub.

ARDNF Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görülən birinci dövlət qurumudur.

ARDNF suveren fondların kəskin zərərlə qarşılaşdığı bir vaxtda öz aktivlərini artıra bilib

Şəffaflıq göstəricilərinə görə dünyanın ən qabaqcıl suveren fondlarından biri olaraq ARDNF 2014-cü ildə neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra dünya iqtisadiyyatında meydana çıxan qeyri-müəyyənliklər fonunda, əsasən də iqtisadiyyatı neftdən asılı olan ölkələrdə yaranmış böhranlı vəziyyətlə əlaqədar bir çox suveren fondların kəskin zərərlə qarşılaşdığı bir zamanda öz vəsaitlərini nəinki qoruyub saxlayıb, hətta aktivlərinin artırılmasına belə nail olub.

Belə ki, fəaliyyətə başlayarkən 271 milyon ABŞ dolları həcmində aktivləri olan fondun vəsaitləri 2019-cu ildə ilk dəfə olaraq 40 milyard dolları keçib.

Dövlət Neft Fondunun əsas vəzifələrindən biri toplanan vəsaitləri mümkün risklər nəzərə alınmaqla səmərəli yerləşdirmək və onun gələcək nəsillər üçün davamlı gəlir mənbəyinə çevrilməsini təmin etməkdir. Bu istiqamətdə fondun fəaliyyətinin əsasını uzunmüddətli dövr üçün nəzərdə tutulmuş şaxələndirilmiş qlobal investisiya portfelinin qurulması təşkil edir. Hazırda ARDNF-in şaxələndirilmiş investisiya portfelinə daxil olan aktivlər 50-dən çox ölkədə ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutalarda ifadə olunan istiqrazlar, səhmlər, daşınmaz əmlak və qızıl kimi maliyyə aktivlərində saxlanılır. Neft Fondu hazırda təkcə birjada kotirovka olunan səhm yatırımları hesabına dünyanın 1600-dən çox ən iri şirkətlərində səhmdardır.

Dövlət Neft Fondu suveren fondların şəffaflıq və hesabatlılıq cədvəlində ilk beşlikdədir

Dünyanın 5 il ardıcıl olaraq ən yaxşı İqtisadi Təqdqiqtalar mərkəzi və ABŞ-ın bir nömrəli “Think Tank”ı statusunu qazanmış Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu (PIIE) tərəfindən 2019-cu il üzrə İnstitutsional struktur, İdarəçilik, Şəffaflıq və Hesabatlılıq, Risklərin idarə edilməsi kimi 4 kateqoriya və 33 alt-kateqoriyaya əsaslanaraq tərtib edilmiş suveren fondların şəffaflıq və hesabatlılıq cədvəlində Dövlət Neft Fondu 64 fond arasında ilk beşlikdə qərarlaşıb.

Bununla yanaşı, qeyd edək ki, Suveren Fondlar İnstitutunun əməkdaşları Karl Linaburq və Maykl Maduel tərəfindən tərtib edilən “Linaburq-Maduel indeksi”ndə 48 suveren fond arasında Dövlət Neft Fondu ən yüksək balı toplayan və birinci yerdə qərarlaşan 12 fonddan biridir. ARDNF, eyni zamanda, 2018-ci ildə Suveren Fondlar İnstitutu tərəfindən tərtib edilmiş dövlət vəsaitlərinin idarə edilməsi üzrə dünyanın ən nüfuzlu 100 investoru siyahısında ilk onluqda yer alıb.

Qeyd edək ki, PIIE 1981-ci ildə təsis edilib, ilkin olaraq özəl və qeyri-kommersiya təşkilatı olub beynəlxalq iqtisadiyyatın araşdırılması sahəsində ixtisaslaşın. İnstitut yaradılarkən Beynəlxalq İqtisadiyyat İnstututu adlanırdı. 2006-cı ildən etibarən isə təsisçisi, “Blackstone Group”un həmtəsisçisi, ABŞ-ın keçmiş ticarət naziri və ABŞ Prezidentinin beynəlxalq iqtisadi siyasət məsələləri üzrə köməkçisi Piter Petersonun şərəfinə Peterson Beynəlxalq İqtisadiyyat İnstitutu adlandırılmağa başlayıb.

Qurum tərəfindən beynəlxalq ticarət və investisiyalar, beynəlxalq maliyyə, valyuta ticarəti, makroiqtisadi siyasət, qlobal böhranlar və eləcədə aparıcı iqtisadi regionlar barədə dünyanın müxtəlif ölkələrindən olan 70-dək iqtisadi araşdırmaçı tərəfindən müxtəlif istiqamətli tədqiqatlar, hesabatlar hazırlanır və layihələr həyata keçirilir. ABŞ-ın ən nüfuzlu universitetlərindən biri sayılan Pensilvaniya Universitetinin Beynəlxalq elmlər şöbəsinin rektoru Ceyms Makqann tərəfindən hazırlanmış 2020-ci il “Global Go to Think Tank Index” hesabatına əsasən, Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu ABŞ-ın bir nömrəli “Think Tank”ı statusunu qazanmıb, eləcə də 2020-ci il üzrə dünya “beyin mərkəzləri”nin reytinqində 9-cu mövqedə qərarlaşıb.

PIIE 2016-2019-cu illər üzrə dünyada Beynəlxalq İqtisadi Siyasət üzrə ən mükəmməl beyin mərkəzi statusunu daşıyıb və sözügedən institut 2020-ci ildə isə ən mükəmməl idarəçilik kateqoriyasında birincilik statusunu qazanıb. İqtisadi təhlilləri ilə fərqlənən Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu Pensilvaniya Universitetinin İndex hesabatında yazılı və elektronik mediadan ən yaxşı istifadə edən qurum olaraq seçilib.

Neft Fondu “Santyaqo Prinsipləri”nin tətbiqində fəal iştirak edir

ARDNF-in qeyd edilən beynəlxalq reytinqlərdə yüksək pillələrdə qərarlaşması təsadüfi deyil. Belə ki, əsrin əvvəllərindən başlayaraq neftin satışından gələn daxilolmaların tənzimlənməsinə dair uğurlu strategiyanın formalaşdırılması və bu istiqamətdə şəffaf idarəetmə modelinin qurulması mühüm əhəmiyyət kəsb edib.

Bu çərçivədə ARDNF öz məqsəd və vəzifələrindən irəli gələrək beynəxalq müstəvidə istər özünün, istərsə də ölkənin nüfuzunun arıtırılması yönündə daima aktiv fəaliyyət göstərib. Suveren fondları birləşdirən vahid beynəlxalq platforma olan Suveren Fondların Beynəlxalq Forumun (IFSWF) formalaşması və bu konteksdə suveren fondlar üçün vahid fəaliyyət standartları kimi qəbul edilən “Santyaqo Prinsipləri”nin tətbiqində ARDNF fəal iştirak edib.

Qeyd edək ki, Suveren Fondların Beynəlxalq İşçi Qrupu tərəfindən hazırlanmış və 24 prinsipdən ibarət “Santyaqo Prinsipləri”nin əsas məqsədi Suveren Fondlar üçün uyğun idarəetmə və hesabatlılığın təşkil edilməsi, eləcə də həmin fondlar tərəfindən həyata keçirilən investisiyaların məqsədyönlü və düzgün əsaslara söykənməsini əks etdirən ümumi qəbul olunmuş prinsip və normaları təyin etməkdir.

 
  • Oxunub:  2610  |  
  • Tarix:  07-03-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

14 May 13:30
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib
14 May 12:26
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib
14 May 10:15
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub
13 May 20:52
İslam ölkələrində sosial-mədəni hüquqların təmin edilməsi məsələləri müzakirə olunub
13 May 20:19
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
13 May 20:06
Azərbaycanda koronavirusa 509 yeni yoluxma faktı qeydə alınıb
13 May 19:12
Milli Məclis sədrinin müavini: Naxçıvan Muxtar Respublikasının inkişafı dövlət başçısının diqqət mərkəzindədir
13 May 17:09
“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi davam edir
13 May 16:58
Bu gün şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub
13 May 15:06
Daha 3 şəhidin yeni doğulan övladının zəruri xərcləri qarşılanıb
13 May 14:30
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb - VİDEO
13 May 12:55
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub - VİDEO
13 May 12:28
“Müzəffər Ali Baş Komandanımız xilaskarlıq missiyasını böyük uğurla yerinə yetirdi”
13 May 10:00
Şuşada bayram namazı qılınıb - VİDEO
13 May 09:48
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib
13 May 09:47
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib
12 May 22:17
Qarabağ səmasında, Şuşada atəşfəşanlıq
12 May 22:12
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşada təşkil olunan atəşfəşanlığın görüntülərini paylaşıb - VİDEO
12 May 19:30
Bu gün yenə Tarix yazıldı!
12 May 18:23
Prezident İlham Əliyev: Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
12 May 18:15
Ramazan bayramı münasibətilə Dövlət Miqrasiya Xidməti yardım aksiyası həyata keçirib
12 May 17:57
Prezident İlham Əliyev: Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər
12 May 17:42
Azərbaycan Prezidenti: Bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi
12 May 17:31
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
12 May 17:21
“Xarıbülbül” musiqi festivalının keçirilməsi azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasının gözəl nümunələrindəndir
12 May 17:10
Azərbaycanda koronavirusa 558 yeni yoluxma faktı qeydə alınıb
12 May 16:53
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib
12 May 16:08
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
12 May 15:29
Bu gün milyonların gözü Azərbaycanın mədəniyyət paytaxtı Şuşada
12 May 15:27
Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməli qoyulub
12 May 15:24
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub
12 May 15:00
Şuşada Xüsusi nümayəndəliyin inzibati binası ilə tanışlıq
12 May 14:59
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub
12 May 14:54
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub
12 May 14:53
Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışı olub
12 May 14:52
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada səfərdədirlər
12 May 14:39
Deputat: Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri böyük əhəmiyyət kəsb edir
12 May 12:45
Milli Məclisin deputatı Ağalar Vəliyev seçicilərini Ramazan Bayramı münasibətilə təbrik edib və 1000-ə yaxın şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı göndərib
12 May 12:39
Şuşa regionun zəngin mədəniyyət mərkəzinə çevrilir
12 May 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb VİDEO
12 May 11:01
Tofiq Cahangirov: Bütün bunlar “Əziz Şuşa, biz səni dirçəldəcəyik” vədinin yerinə yetirilməsidir
11 May 13:57
Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlikləri arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb
11 May 13:35
Azərbaycanın və Rusiyanın xarici işlər nazirlərinin görüşü olub
11 May 13:27
Kəlbəcərdə qar əriyəndən sonra Ermənistanın basdırdığı minlərlə mina üzə çıxıb - Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi
11 May 13:24
Miqrasiya könüllüləri “Ramazan sovqatı” aksiyasına start veriblər
11 May 13:21
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
11 May 13:19
Daha 40 qazi sosial-psixoloji yardım təlimlərinə cəlb olunub
11 May 13:18
Rusiyanın xarici işlər naziri Şəhidlər xiyabanında Azərbaycanın qəhrəman övladlarının xatirəsini anıb
11 May 13:12
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
11 May 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
10 May 23:57
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10 May 20:50
Prezident İlham Əliyev: Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib
10 May 20:29
Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq, heç kimin buna şübhəsi olmasın
10 May 19:40
Prezident İlham Əliyev: Onlar bizim yumruğumuzu görüblər, bu yumruq yerindədir
10 May 19:31
Prezident İlham Əliyev: Bəzi siyasətçilər olmayan qurumun statusu haqqında danışırlar
10 May 19:11
Azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib
10 May 19:08
Azərbaycan Prezidenti Kanadaya və Fransaya səsləndi: Getsinlər, öz işləri ilə məşğul olsunlar
10 May 19:04
Krasnoyarskın “TBK” telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub
10 May 18:45
Prezident İlham Əliyev: Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir

10 May 18:27
“ASAN xidmət” ulu öndər Heydər Əliyevlə bağlı silsilə tədbirləri davam etdirir

10 May 18:25
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
10 May 18:21
Tərtərdə ağacəkmə aksiyası keçirilib
10 May 18:20
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Astarada silsilə tədbirlər keçirilib
10 May 18:18
Astarada keçirilən aksiyada 1200 növ müxtəlif ağac əkilib
10 May 18:13
Qüdrətli, qalib Azərbaycanın memarı
10 May 18:12
“Heydər Əliyev 18 yaşımda məni qəbul etmişdi” - Firdovsi Umudov
10 May 18:11
Ərəb KİV-ləri diaspor sədrinin Ulu Öndərə həsr etdiyi məqaləsini yayımlayıb
10 May 17:49
Könüllülər arasında Ulu Öndərin xatirəsinə həsr olunmuş intellektual turnir keçirilib
10 May 17:47
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
10 May 17:45
Heydər Əliyev: Qalibiyyətlər üçün doğulmuş unikal şəxsiyyət

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA